|
Bakıda müğənni Kərimin toy zamanı döyülməsinin təfərrüatları məlum olub.
Hadisə ötən gün Nizami rayonu ərazisində yerləşən şadlıq saraylarından birində baş verib.
Müğənni Kərim Abbasov fonaqramma ifa etdiyi üçün məclis sahibinin narazılığına səbəb olub və bundan sonra tərəflər arasında mübahisə baş verib.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı "Report"a bildirib ki, sentyabrın 10-da axşam saatlarında paytaxtın Nizami rayonu ərazisində yerləşən şadlıq saraylarından birində baş vermiş insidentlə bağlı qarşılıqlı şikayətlər əsasında ərazi polis orqanında təhqiqat araşdırması başlanılıb:
"Tərəflərin ərizə və izahatları alınıb. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub.
Araşdırma davam etdirilir.
Xalq artisti Emin Ağalarov sevimli avtomobilini nümayiş etdirib.
Müğənni "Cadillac Eldorado" markalı maşını 2800 dollara ABŞ-dən aldığını deyib. O bildirib ki, 1997-ci ildə aldığı avtomobili indi Bakıya gətirib:
"Maşını Pensilvaniyada çox yaşlı bir kişidən aldım, onu saytdan tapdım. Qar yağırdı, ev sahibi məni qaraja apardı, kürək verdi və dedi: Qazın, görün”. Onu qazmağım bir saat çəkdi. Sadəcə, yuxu idi. Elvis Preslinin çoxlu "Cadillac"ları var idi və mən onun böyük pərəstişkarıyam. Dostlarım və atamla onu təmir etdik. Amma yenə xarab oldu. Sonra əsaslı şəkildə təmir etdirdim. Bu il avtomobilin 50 yaşı tamam oldu".
"Mən heç kimdən küsməmişəm, heç kimdən də inciməmişəm. Heç kimlə danışmıram, görüşmürəm. Xoşlamıram, sevmirəm. Televiziyalardan dəvət edirlər, imtina edirəm. Bu yaşımda lazım deyil ki, efirlərə çıxım. İki filmə çəkilmişəm, bəsimdir.
Sadəcə olaraq aidiyyəti qurumlardan bu illər ərzində məni yada salan olmayıb. Nə nazirlik tərəfdən sayıblar, nə də kino işçiləri sayıblar. Ona görə də mən onları tanımıram, heç tanımaq da istəmirəm".
Bunu Moderator.az-a açıqlamasında "Bizim Cəbiş müəllim" filminin "Makedon"u Aqil Ağacanov deyib.
O daha sonra hazırkı işindən danışıb.
"Xalqımla fəxr edirəm. Allah cansağlığı versin hamıya. Mənim sənətim şef-aşpazdır. Bakının ən yaxşı restoranlarında çalışmışam. Pirşağıdakı "Qızılqum" sanatoriyasında uzun müddət şef-aşpaz işləmişəm. Ondan sonra toylara dəvət ediblər, kababçı getmişəm. Bütün Azərbaycan xorəklərini bişirə bilirəm.
1971-ci ildə restoranda işləyəndə heç bizim aşpazlar bilmirdilər ki, "Kiyev kotleti" nədir? Bunları mən Ukraynada öyrənib gəlmişəm. Bu mənim sənətimdir.
45 il toylara getmişəm. 75 yaşım da tamam oldu", - deyə o bildirib.
Aqil Ağacanov bildirib ki, filmdə çəkildiyi həmkarları ilə bu gün əlaqə saxlamır.
"Tez-tez görürəm ki, onlar müsahibə verib deyirlər ki, "Makedon"la əlaqəmiz yoxdur. Mənim də heç onlarla əlaqəm yoxdur. Onlar da bir uşaq kimi filmə çəkiliblər, qurtardı getdi. Onlarla nə əlaqəm olacaqdı ki?! Hərənin öz işi-gücü var.
Oturmuşam öz evimdə-eşiyimdə. Bağım-bağatım, nəvələrim yanımda. Mən 5 babamı tanıyıram. Bizim əslimiz Xorasandan gəlmə türklərdir. Bu gündən sonra mənə heç nə lazım deyil. Dövlətim də pensiya verir, dolanıram, şükür Allaha. Mənə bu gündən sonra kino lazımdır?" - deyə Aqil Ağacanov bildirib.
İş adamı, Azərbaycanın Xalq artisti Emin Ağalarov dənizə baxan villasının içini ilk dəfə nümayiş etdirib. O, kadrları “Instagram”da yayımlayıb.
O, Bakıdakı evinin Xəzər dənizinə baxan hissəsini lentə alıb. Xalq artisti videoya balkonu olan panoramalı yataq otağı ilə başlayıb. Daha sonra soyunub-geyinmə otağının içini, eləcə də mərmər pilləkənləri və dəbdəbəli üslubda zalları göstərib.
Videonun sonunda o, tennis məşqinə gedib.
Bloger Hüseyn Həsənov helikopterlə Qarabağa yollanıb.
O Füzuli Hava Limanından video yayımlayıb.
Hüseyn daha sonra Şuşaya gedib. O, Şuşada gecə saatlarında velosiped gəzintisinə çıxıb.
Son günlər sosial mediada virala çevrilən özbək müğənni dünya trendinə düşüb.
Onun aktyor və teleaparıcı İlkin Həsəninin Şəmi obrazında klipə çəkilməsi Azərbaycan kontingentinin marağına səbəb olub.
Özbək sənətçi Xamdam Sobirovun "Malohat" adlı musiqisi yutubda 160 milyondan çox baxış toplamaqla dünya trendində 49-cu yerdə qərarlaşıb.
Tiktok platformasında isə sözügedən musiqi ilə çəkilən videolar "kəşf et"ə düşür.
İnsanlar Xamdam Sobirovun Şəmi obrazından ilhamlanaraq son klipindəki imicini ona uyğun seçdiyini düşünürlər.
Xuliqanlıqda təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş tanınmış aktyor, rejissor və ssenarist Rza Rzayev vaxtından əvvəl azadlığa buraxılıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Xəzər Rayon Məhkəməsi məhkumun müraciəti əsasında belə qərar qəbul edib.
R. Rzayev cəzasının çəkilməmiş 4 ayından şərti olaraq azad edilib.
Hakim İlham Cəfərzadə qərar qəbul edərkən məhkumun cəzasının yarısından çoxunu çəkdiyini, cəzaçəkmə müəssisəsinin müsbət rəyini və digər halları nəzərə alıb.
Qeyd edək ki, Rza Rzayev “Dolu” filmində rol aldığı “Drakon” obrazı ilə məşhurlaşıb. O, Süleyman Rüstəm adına Xarici Dillər Təmayüllü Gimnaziyanın direktoru Tural Mirzəliyevə xəsarət yetirdiyinə görə məhkum edilmişdi.
“Nikosayağı” adı ilə tanınan bloger Nicat Şükürlü sosial media hesabında hər şeyi silib.
Metbuat.az xəbər verir ki, blogerin keçən ilin avqustunda keçirdiyi qəzadan sonra fəaliyyətsiz qalan "Instagram" səhifəsində dəyişiklik edilib. Belə ki, səhifədə yayımlanan foto və videolar profil şəkli daxil olmaqla silinib. O, izlədiyi şəxsləri də izləmədən çıxarıb.
Qeyd edək ki, hadisə ötən ilin avqustunda qeydə alınıb. Hadisə günü N. Şakirlinin idarə etdiyi “Porsche” markalı avtomobil TIR-a çırpılıb. Qəza nəticəsində avtomobildə olan bloqerin dostu Ruslan Məmmədov yerindəcə vəfat edib. N. Şakirli ağır xəsarət alıb, onun sağ yuxarı ətrafı dirsəkdən amputasiya edilib. Nicat Şakirli cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 5 il müddətinə azadlıqdan məhrum edilib.
Medera Hospitala balta ilə hücum edən xalq artisti Ağadadaş Ağayev ötən gün hadisə haqda video yaydı.
“Yeni Sabah” bildirir ki, o baş vermiş insident haqda geniş açıqlama verib. Bildirib ki, hadisə vaxtı ümumiyyətlə o özü çox səbirli davranıb, qarşı tərəfə “qardaş” deyə müraciət edib, “müsəlmançılıq” üçün yardım istədiyini qeyd edib.
Hadisə ilə bağlı “Yeni Sabah” yeni video əldə edib. Video xalq artistinin klinikaya hücum etdiyi anda başqa rakursdan çəkilib. A. Ağayev hücuma “Bu iti burda kim saxlayırsa, onun özü də itdir” deyərək başlayır. Ardını videoda izləyin!
Xəbər verdiyimiz kimi, Xalq artisti Ağadadaş Ağayev yaşadığı binanın həyətində, "Medera" klinikasının mühafizəçisi ilə əlbəyaxa dava edib, A.Ağayevin atdığı balta başqa bir şəxsi - xəstəxanada çalışan qadını yaralaması olayı səngimək bilmir.
Dava olayından sonra Xalq artisti ilk məclisinə qatılıb.
Ağadadaş Ağayevin həmin görüntülərini təqdim edirik: