“Türkiyədə bir dərman 10 manatdır, başqa bir dövlətdə 5 manat. Bizdə isə dərman qiymətlərini göyün kəlləsinə qaldırıblar”.

Bu sözləri açıqlamasında Azərbaycan Tibb Universitetinin dosenti, tanınmış doktor Rəşid Mahmudov deyib.

O, apteklərdə bəzi dərmanların tapılmaması və ya qonşu ölkələrdən bir neçə dəfə baha olması ilə bağlı narazılıqlara da münasibət bildirib:

“Səbəbini bilmirəm. Adicə 1.50 manatlıq “Benzatin” dərmanını bizdə apteklər 39-40 manata satırlar. Niyə bu qiymətə satırlar bilmirəm, kim nə istəyir edir. Soruşmaq lazımdır ki, niyə belə edirsiniz? Özləri bahalaşdırıb pul yığırlar. Bunlar da belə pul yığırlar. Heç kəs onların başının üstündə durub demir ki, bu dərman bura neçəyə gəlib. Özləri qiyməti artırırlar. Soruşmaq lazımdır ki, bu milləti niyə soyursunuz, məqsədiniz nədir. Belə şey olar?!”, - deyə o söyləyib.

Qeyd edək ki, Bakıdakı apteklərdə 75 manat 66 qəpiyə satılan “Qalvus Met” adlı dərman Türkiyədə qat-qat ucuz olması sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Xatırladaq ki, qiymət artımı müşahidə olunan tək dərman preparatı bu deyil. Daha əvvəl də belə hallar aşkar olunmuşdu. Belə ki, sentyabr ayında apteklərdə yodun tapılmaması daha sonra onun qiymətinin kəskin artması ilə nəticələnmişdi. Əvvəllər 40 qəpiyə satılan yod hazırda 1.20 manatadır.

“İnsanlar bu mövzuda mənim adımı niyə hallandırır ki? Anar mənim bağçaya gedən uşağımdır, ya orta məktəbdə oxuyan şagirdimdir? Anar Vəziroğlu bəlli yaşı olan müstəqil bir insandır...”

Bu sözləri Yenisabah.az-a Əməkdar İncəsənət xadimi Baba Vəziroğlu deyib. Qardaşı Anar Vəziroğlunun canlı efirdə vəkil Şəfiqə Nağıyeva ilə qalmaqalından danışan şair qardaşının artıq müstəqil insan olduğunu bildirib:

“Efirdə hər şey mümkündür. Hələ Rusiya telekanallarını izləsəniz görərsiniz ki, orada insanlar bir-birini necə şapalaqlayır. Efirdə hər şey olur, amma hər adam bunu özünə rəva görürmü? Bu artıq ayrı məsələdir. Mən elə verilişlərə getmirəm, heç baxmıram da. Dünən mənə də dedilər ki, belə bir hadisə baş verib. Əvvəllər mənə deyirdilər ki, qardaşın belə bir çıxış edib, mənsə cavab verirdim ki, bunu mənə deməyin, nə sözünüz varsa, yığıb özünə deyin.

Aralarında nə olub bilmirəm, amma mən Şəfiqə Nağıyevanı normal bir vəkil kimi tanıyırdım. Bilmirəm, aralarında nə baş verib ki, bu səviyyəyə qədər gəliblər. Bəlkə də televiziyaya xoş olmaq üçün ediblər. Çünki telekanallar bundan reytinq qazanır. Necə ki, keçmişdə xoruz döyüşdürürdülər, millət yığılırdı, indi telekanallar da bu metoddan istifadə edirlər.

Anar Vəziroğlu müstəqil adamdır. Şəfiqə Nağıyeva ilə aralarından qara pişik keçib, ya nə olub bilmirəm”.

B.Vəziroğlu sosial mövzulu verilişlərə də, orada ekspert qismində çıxış edənlərə də pis baxdığını açıqlayıb:

“Açığı, mən bu ekspertlərə,verilişlərə pis baxıram. Çünki mən heç vaxt özümü səlahiyyətli saymaram ki, kiməsə ağıl verib, yol göstərim. Özü də o verilişlərdə böyük məsələlərdən söz açılmır, birinə deyirlər, niyə arvadını boşamısan, birinə deyirlər, niyə ərini, uşaqlarını qoyub qaçmısan, uşaqların haradadır? Mənim nə ixtiyarım var ki, kiməsə deyim, niyə arvadını boşamısan? Heç dəxli var? Hətta verilişlərin birində bizim ağsaqqal bir dostumuz ekspert kimi oturmuşdu, ora bir xanım gəlmişdi, deyirdi ki, hamiləyəm, bu uşağı məhv edim, ya doğum bilmirəm. Çox qocaman sənətçimiz də 1 saat efirdə bunu müzakirə etdi, gah dedi doğ, gah dedi yox, doğma. Mən artıq belə şeylərə gülürəm”.

Qalmaqaldan danışan şair qeyd edib ki, özü heç vaxt bir qadına qarşı bunu etməzdi:

“Anar, Şəfiqə kimi insanlar da bilə-bilə bunu edirlər, bunlar da bu cür reytinq qazanırlar. Başım çıxmır, reytinq davası gedir. Nə bilim, vallah, məşhur bir məsəl var, hər qoyunu öz ayağından asırlar. Anar uşaq deyil ki, qoyum qabağıma başlayım danlamağa. Dostum deyil ki, deyim belə etmə, bu sənə hörmət gətirməz-filan. Bilirsiniz, qardaş ayrı şeydir, dost ayrı.

Deyirlər, üstünə su atıb. Mənim üstümə nəinki su, yekə qara daş da atsaydılar, mən qadına eynisini etməzdim. Çünki kişinin özəlliyi odur ki, qadının hər etdiyinə cavab verməsin. Onların söylədiklərini bir az boş vermək lazımdır. Məşhur rus yazıçılarından birinin belə bir sözü var, qadınla mübarizə, mücadilə aparmaq küçəni balaca elektrik sobası ilə qızdırmaq qədər faydasız və mənasızdır. Yəni onları boş buraxmaq lazımdır, reallıqla barışmaq lazımdır”.

Xəbər verdiyimiz kimi, türkiyəli aktyor Necati Şaşmaz "Kurtlar Vadisi" serialının çəkilişlərinin yenidən başlayacağını bildirib. O, işlərin gələn ilin ilk ayında işlərin start götürəcəyini də söyləyib.

Türkiyə mediası hazırda serialın hansı telekanalda yayımlanacağı barədə yazır.

Belə ki, əvvəlki illərdən fərqli olaraq tamaşaçılar "Kurtlar Vadisi"ni izləmək üçün ödəniş etməli olacaqlar. Belə bir iddia ilə çıxış edən yerli mətbu orqanı bildirir ki, serial "Netflix", "Exxen" ya da "Disney Plus" platformaları vasitəsilə yayımlana bilər.

Hələlik sözügedən məlumat yalnız iddiadan ibarətdir. Bununla bağlı ekran işinin səlahiyyətliləri açıqlama verməyiblər.

Türkiyənin məşhur seriallarından olan "Kurtlar Vadisi” geri qayıdır.

Türkiyə məbuatı xəbər verir ki, bu barədə serialın baş qəhrəmanı, Polat Alemdar obrazını canlandıran Necati Şaşmaz "TRT Music”in efirində qonaq olarkən deyib. O, yaxın aylarda çəkilişlərin başlayacağını bildirib:

"Hazırda hazırlaşıram. Düşünürəm ki, yanvarda başlayacağıq . 397 seriya oynamışam. Həyatımın 20 ili bununla keçdi. Dəyərli, lakin çox yorucu bir iş idi. Düşündük ki, bir az fasilə verməliyik. İndi serial yenidən istənilməyə başlayıb. Qismətsə olacaq”,- deyə o söyləyib.

Gürcüstanda yaşayan soydaşlarımızdan biri (iş adamı) həbs olunan meyxanaçı Rəşad Dağlıya 10 min dollar göndərmək istəyir.

Belə bir iddia ilə Aqşin Fateh öz instaqram hesabında çıxış edib.

Lakin bir qədər sonra sənətçi bu paylaşımı silib.

Qeyd edək ki, qonşusu İskəndər Mehtiyevi öldürməkdə təqsirləndirilən Rəşad Əmirovla bağlı 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Tanınmış meyxanaçı Ələkbər Yasamallı ağır vəziyyətdə Avropa ölkələrindən birinə aparılıb.

Bu barədə jurnalist Anar Məmmədov "Facebook" hesabında yazıb.

Onun iddiasına görə, meyxanaçı xəstəxanaların birində müalicə alır.

Qeyd edək ki, ötən gün "Təsir dairəsi" verilişinə qonaq olan prodüser Ataş Hüseynov Ələkbər Yasamallının Almaniyada olduğunu bildirib. O əlavə edib ki, Yasamallı artıq 6 aydır Almaniyada yaşayır və sözügedən ölkədə yaşamaq üçün icazə almaq istəyir.

“O vaxt Konservatoriyada 2-ci kursda oxuyanda “Yuğ” teatrına gedirdim, bir gün Anar müəllim dedi ki, birinci gün Yazıçılar İttifaqına gələrsən. Getdim, mənə böyük, nəfis bir albom bağışladı…”

Bu sözləri Yenisabah.az-a Əməkdar artist Elza Seyidcahan yazıçı Anarla bağlı xatirələrini bölüşərkən deyib. Sənətçi vaxtilə Anarın onun yaradıcılığına yüksək dəyər verdiyini bildirib:

“Bəstəkarlığımdan xəbərdar idi. Albom Nigar Rəfibəyli və Rəsul Rza haqda idi. Anar müəllim dedi ki, atamın “Rənglər”n silsiləsi var, Azərbaycanda bunu müzikla çevirə biləcək bir bəstəkar tanımıram. Düşündüm ki, bunu siz yazarsınız. Yəni Anar müəllim ta o vaxtdan gənc istedadları görüb və onlara öz tövsiyələrini verərək həvəsləndirib. Biz Bəstəkarlar İttifaqı və Yazıçılar Birliyi olaraq xaricdə birgə tədbirlərdə iştirak etmişik. Bu uzun yollarda Anar müəllimin necə gözəl yol yoldaşı olduğunu da görmüşəm. Anar müəllim o vaxt mənə demişdi ki, sən bu şeirləri, qəzəlləri hardan tapırsan? Çox qəribədir ki, mən də bu qəzəlləri sevirəm. Bu söhbət mənim üçün o vaxt ən gözəl tərif idi. Mənim zövqümü Xalq yazıçısı bəyənmişdi. Əgər Rəsul Rzanın oğlu mənə bunu deyirsə, öz zövqümü alqışlamalıyam. Bu gün ola bilər Elza Seyidcahan yaradıcılığını kimsə lağa qoysun, amma məni Xalq şairləri dəyərləndirib”.

Əməkdar artist Çingiz Abdullayevin adı ətrafında gedən qalmaqala da münasibət bildirib: “Biz bu gün Anar, Çingiz Abdullayev, Seyran Səxavət, Aqil Abbas kimi yazıçılarımızı qorumalıyıq, onlara hörmət etməliyib.

Məsəl var, Allahsız yerdə otur, amma böyüksüz yerdə oturma. Əgər sən böyüyünü tanımırsansa, Allahını necə tanıya bilərsən? Bu gün ana-atasına salam verməyən insanlar Allahdan danışırlar. Bilmirlər valideynləri nə yeyib-içir amma insanlara dərs keçirlər. Çingiz Abdullayevin əsərləri bütün dünyaya səs salıb. Onu tənqid etmək olmaz! Onu tənqid edənlər özləri ailələri üçün bir şey ediblərmi? Çingiz Abdullayev “Ölüb yerə girmirsənmi?” ifadəsini Bakı ləhçəsi ilə, loru dildə deyib. O,19-20 vəzifəni birdən icra edir, pulunu yığıb-yığışdıra bilmir, elə hərəkət edərmi?! Onun belə artıq, səviyyəsiz söz-söhbətlərə ehtiyacı yoxdur. Qarabağ Müharibəsi zamanı Çingiz müəllimin çıxışına baxıb ağlamışdım, onunla fəxr etmişdim.

Anar müəllim son müsahibəsində dedi ki, mən 5 illik burdayam, arzu edirəm bu onun son 5 illiyi olmasın”.

ARB-da yayımlanan "Həmin Zaur" verilişində qonaq olan meyxanaçı Orxan Lökbatanlı Rəşad Dağlının oğlunun kiçik toyuna pul salmaması ilə bağlı iddialara cavab verib.

O.Lökbatanlı bu iddianın həqiqəti əks etdirmədiyini bildirib:

"Toyda bir əmi kimi heç oturmamışam. Yeməyi də ayaq üstə, gəzə-gəzə yemişəm. Toya 3-dən 5-dən salmışam. İnanmırsansa, zəng vur Rəşadın özündən soruş. Elə şey olar ki, toya gəlim, pul salmayım?".

Ötən gün meyxanaçı Rəşad Dağlının övladının xeyir işi olub.

Məşhur ilk övladı Yusifə kiçik toy edib. Dağlının şad günüdə ailə üzvləri, yaxınları, meyxanaçı dostları və bir sıra tanınmış simalar yer alıblar.

 Yusifin kiçik toyu Xəzər rayonunun Buzovna qəsəbəsindəki restoranlardan birində baş tutub. Məclisdə sözün əsl mənasında izdiham yaşanıb. Bütün meyxana sevərlər Rəşadın oğlunun toyuna axın edib. Gecə boyunca Dağlı həmkarları ilə meyxana deyib. baku.ws

Xatırladaq ki, Rəşad Dağlının oğlu Yusifin 11 yaşı var. O, 5-ci sinif şagirdidir. Rəşadın Yusifdən başqa Bətul adlı azyaşlı qızı da var.

Aktyor Elcan Rəsulov paytaxtda qəribə davranışlar sərgiləyən şəxsin videosunu paylaşıb.

O, videoda üzü görünməyən şəxsin qadın olduğunu və narkotik maddələrin təsiri altında bu cür hərəkətlər etdiyini bildirib:

“Baxın, şəhərin zombi sakinləri günü-gündən artır. Ey cavanlar özünüzü camaata güldürüb, ananızı ağlatmayın”.

O ətrafdakların Daxili İşlər Nazirliyinə məlumat verdiyini, qadının müalicə-bərpa müəssisəsinə yerlədiriləcəyini söyləyib.

Qeyd edək ki, bir müddət əvvəl də bənzər video paylaşılmışdı. Daha sonra videonun sosial çarx məqsədilə çməkildiyi bildirilmişdi.

 

Xəbər lenti