|
Aparıcı Vüsalə Əlizadə həbs edilən prodüser Təranə Səmədova barədə danışıb.
Olay.az xəbər verir ki, xəbər verir ki, sənətçi təqdim etdiyi “7 canlı” verilişində bu xəbərdən təəssüfləndiyini bildirib:“Dəfələrlə o qədər çalışdım ki, bir tanış kimi dəstək olum, məsləhət verdim. Allah anası İradə xalaya rəhmət etsin, çox gözəl insan idi. Təranənin yaşanan belə problemlərinə görə çox əziyyət çəkirdi.
Allah balalarını qorusun. Uşaqlar dövlət himayəsinə veriləcək deyirlər. Çox təəssüf, Təranə... Həyatını yenidən, sıfırdan qura bilərdin, hər şeyi gözəl edə bilərdin. Allah qorusun, heç kim həyatdan sığortalanmayıb, amma... Allah qapısını açsın”.
Qeyd edək ki, Səmədova Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunub.
İTV kanalında yayımlanan "Səs Azərbaycan. Doğma nəğmələr" yarışmasında maraqlı anlar yaşanıb.
Müsabiqəyə qatılan Cozef Uvezele Okpamen adlı əcnəbi öz ifası ilə hər kəsi təəccübləndirib. O yarış zamanı "Ay Laçın" mahnısını səsləndirib.
Cozefin bu ifası zaldakı münsifləri və tamaşaçıları təəccübləndirib.
O, mahnısını bitirdikdən sonra münsiflər heyəti ilə söhbət edib. Cozef Nigeriya vətəndaşı olduğunu və Naxçıvan Dövlət Universitetində bakalavr təhsili aldığını açıqlayıb. Əcnəbi gənc müğənni İlqar Xəyalın komandasına qoşulub.
Məlumat üçün bildirək ki, "Ay Laçın" Xalq mahnısıdır.
Ətraflı videoda:
Bir neçə gündür sosial şəbəkələrdə tanınmış mügənni Röya Ayxanın BDU-da qeyri-qanuni təhsil alması və hətta onun universitetdən qovulması ilə bağlı xəbərlər gündəmi zəbt edib.
Müğənninin mətbuat katibi Elvin Elxan Kult.az-a açıqlamasında sözügedən məsələ ilə bağlı açıqlama vermək istəmədiklərini bildirib.
“Hazırda konsert işləri ilə məşğuluq. Bu mövzuda açıqlama olmayacaq. Anlayışla qarşılayacağınıza əminəm. Təşəkkürlər”, - deyə o əlavə edib.
Xatırladaq ki, ötən gün Bakı Dövlət Universiteti öz məzunları arasında Röyalə Nəcəfova (Röya Ayxan) adlı şəxsin olmadığını bildirib.
Qeyd edilib ki, R.Nəcəfova BDU-ya əlavə təhsil üzrə qəbul olunub, lakin sonradan təhsil müəssisəsindən xaric edilib.
Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun oğlu, 1988-ci il təvəllüdlü Seymur Talıbovun 2003-cü ildə, yəni 15 yaşında Bakı Dövlət Universitetinin (BDU) beynəlxalq hüquq və beynəlxalq münasibətlər ixtisasına qəbul olması haqda yayılmış məlumatlar birmənalı qarşılanmayıb. Talıbovun bu yaşda universitetə qeyri-qanuni yolla, imtahan vermədən qəbul olduğunu iddia edilir. Bildirilir ki, həmin vaxt buna keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) şərait yaradıb. Eyni zamanda bu məsələ müğənni Röya Ayxanın da eyni fakültəyə 2004-cü ildə qəbul olmasını gündəmə gətirib. Bu barədə də eyni iddia səsləndirilir.
Pravda.az məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzinə (DİM) sorğu ünvanlayıb.
DİM-in mətbuat katibi Xanlar Xanlarzadə bildirib ki, qəbul qaydalarına əsasən, tam (11 illik) orta təhsili başa vurmaq haqqında dövlət nümunəli sənəd, yəni attestat almış şəxslər ali təhsil müəssisələrinə qəbul olmaq hüququna malikdirlər:
“Attestat alan və 15 yaşı olan şəxslərin qəbul imtahanlarında iştirakı qaydalara zidd deyil. Hər il qəbul kampaniyasında belə abituriyentlərə rast gəlmək mümkündür. Talıbov Seymur Vasif oğlu da müvafiq qaydalara uyğun olaraq, 2003-cü ildə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi test imtahanında iştirak edərək ödənişli əsaslarla Bakı Dövlət Universitetinin beynəlxalq hüquq ixtisasına qəbul olub. Həmin il keçid balı 419 bal olub”.
DİM rəsmisi Röya Ayxan ilə bağlı iddialara isə belə cavab verib: “İddia doğru deyil. Röya ilə bağlı məsələni ali məktəbin özündən dəqiqləşdirə bilərsiniz. Çünki kimsə universitetə köçürmə yolu ilə də qəbul ola bilər...”
TikTok sosial şəbəkəsində paylaşılan video ölkədə trendə çevrilib.
Suqovuşana ilk bayrağı sancan qazi İlkin Fərzəliyevin də iştirak etdiyi yumoristik video insanların marağına səbəb olub.
O, videonu “yanlış insanlara dəstəyə son” başlığı ilə paylaşıb.
Hətta tiktok platformasından imtina edən, ciddi hesab olunan şəxslər də sözügedən vaynı "acı reallıq" başlığı ilə paylaşıblar.
Video bir sutka tamam olmamış sosial şəbəkələrdə milyondan çox baxış toplayıb.
Əməkdar artist Tünzalə Əliyevanın bacısı Təranə Əliyeva onun həyat yoldaşı Röyaldan danışıb.
Axsam.az xəbər verir ki, o, Röyalın onlara bir çox şeyi qadağan etdiyini açıqlayıb. T.Əliyeva bildirib ki, Röyal mərhum aktrisanın əşyalarına toxunulmasına icazə vermir:
"Röyal evdə hər yeri bağlayıb. Deyir, Tünzalənin paltarlarına nə badə əl vurarsınız. Sənin əlin dəyən heç nəyə əl vurmağa qoymur. Deyir, Tünzalə necə qoyubsa, elə də qalsın. Şkafları aça bilmirik, deyir, əşyalarına, corablarına toxunmayın".
Qeyd edək ki, T.Əliyeva ötən gün uzun sürən xərçəng xəstəliyindən dünyasını dəyişib. Onun Zəhra adlı qız övladı var.
Əməkdar artist Tünzalə Əliyeva dəfn olunub.
Onun cənazəsi "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimində incəsənət xadimləri, mərhumun ailə üzvləri, sənət dostları və yaxınları iştirak ediblər.
“Tünzalə yaşamaq istəyirdi. Amma son dəqiqələrində nəfəs ala bilmirdi. Həkimlərə yalvardı ki, məni aparata qoşun, nəfəs alım. Reanimasiyaya yola salanda da axırıncı sözü bu oldu ki, “gedirəm, amma qayıdacam, yaşayacam”.
Bunu jurnalistlərə açıqlamasında Əməkdar artist Tünzalə Əliyevanın bacısı Təranə Əliyeva bildirib.
Bacısının sözlərinə görə, qızı Tünzalənin öldüyünü bilmir: “Yayılan video köhnədir, çünki uşağın xəbəri yoxdur. Həmişə deyirdi ki, “Tünüş ölsə, mən də ölərəm. Ona görə qorxudan nəsə deyə bilmirik”.
O qeyd edib ki, aktrisanın atasının səhhəti yaxşı olmadığı üçün yas mərasimində iştirak edə bilmir: “Atamın təzyiqi düşdü, yaxşı deyil. Bircə onunla təskinlik tapıram ki Tünzalənin üzünü açanda gülürdü”.
Qeyd edək ki, T. Əliyeva ötən gün uzun sürən xəstəlikdən sonra vəfat edib.(qafqazinfo)
“Keçirilən aksiyanı yüksək qiymətləndirirəm, çünki bu, baş verənləri bütün dünyaya çatdırmaq cəhdidir. Biz indiyə kimi fəal olmamışıq, səs-küy salmamışıq. Ermənilərsə hər cür həyasızlığa əl atıblar…”
Bu sözləri Yenisabah.az-a Xalq şairi Vahid Əziz Şuşa-Xankəndi yolunda keçirilən aksiya barədə danışarkən deyib. O, bu aksiyanın davam etdirilməsinin vacibliyini vurğulayıb:
“Hesab edirəm ki, keçirilən aksiya davam etməlidir və hər məsələdə fəal olmalıyıq. Dünyaya səsimizi çatdırmaq isə çox çətindir, dünyanın gözü kordur. Ukraynaya bütün dünya kömək edir, amma ermənilər bizim üstümüzə düşəndə bir köpək oğlu bizə kömək etmədi. Çünki dünyada ikili standartlar var, ayrıseçkilik salırlar. Xaçpərəst dünyası özü ayrıseçkilik edir sonra da həyasızlıq edir ki, bizi islam dünyası məhv edir. Ermənilər qorxurlar, çünki bilirlər ki, bizimkilər oraya girsə, həmin yatağı mühafizə edəcəklər, yataq ordu tərəfindən qorunacaq. Onlar ordunun girməyindən qorxurlar, düşünürlər ki, ordu girdisə, Stepanakerti əllərindən alacaqlar. Ona görə hər cür şivənliyi edirlər. Mənim fikrimcə, bu məsələdə təkcə jurnalistlər yox, hər kəs fəal olmalıdır. Azərbaycan telekanallarında ingilis, alman və başqa aparıcı dillərdə verilişlər olmalıdır. Səsimizi bütün dünyaya yaymaq lazımdır. Təkcə AzTV-də cənab Prezidentin dediklərini deputatların təkrarlaması ilə bunu bacarmaq olmaz. Bizim ideologiyamız güclü olmalıdır, təbliğatımız çəkinməməlidir, sıxılmamalıdır, fəal olmalıdır. Biz indiyə kimi fəal olmamışıq, ona görə başımıza bu oyunlar gəlib”.
Şairin sözlərinə görə, erməni xalqı separatçıların təbliğatına uymasa, azərbaycanlılarla sülh içində yaşaya bilər:
“Ermənilərə qalsa, seperatçıların ideologiyasından çıxarlar. Serj Sarkisyan, Köçəryan və digərləri nə vaxtsa Azərbaycanın haqq-ədalət məhkəməsinin qabağında durmaqdan qorxurlar. Ona görə də xalqını qızışdırıb onlara təbliğ edirlər ki, azərbaycanlıları yaxın qoymayın, sizi qıracaqlar. Qarabağda yaşayan ermənilər nə qədər fəal olsalar, bu iş o qədər asanlaşar. Keçən dəfə bir erməninin çıxışını gördüm, xoşum gəldi. Dedi ki, biz azərbaycanlılardan qorxmuruq, onlar bizə toxunmurlar. Bax, bunları çəkmək, televiziya kanallarında göstərmək lazımdır. Yerli kanallar səhər tezdən camaata bozbaş bişirməyi öyrədir, amma bu məsələ ilə məşğul olmur. Niyə kanallarda rusca, ingiliscə verilişlər getmir? Bu mütləq olmalıdır. Ermənilər bütün dünyaya car çəkib, yayırlar, biz isə susmuşuq ki, amanın günüdür, birdən Ayrapetin xətrinə dəyər. Belə ideologiya olmaz! İdeologiyamız çox zəif olduğuna görə biz indiyə kimi geri qalmışıq”.