"Vətənə qayıtmağa heç ümidim yox idi. Məni MDB ölkələri üzrə axtarışa veriblər və bu quruma üzv dövlətlərə gedə bilmərəm".

Bunu Moskvadan Bakıya qayıdan azərbaycanlı fitnes məşqçisi Kamil Zeynallı deyib.

O, Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib: "Heydər Əliyev Fonduna, Prezidentin köməkçisi Anar Ələkbərova minnətdaram. Ailəmlə mütəmadi əlaqə saxlanılırdı. Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Dövlət Təhlükəsizliyi Xidmətinə və səfir Polad Bülbüloğlu başda olmaqla Rusiyadakı səfirliyimizin bütün işçilərinə təşəkkür edirəm. Onlar səhərə kimi yatmayıblar".

Xəbər verdiyimiz kimi, tanınmış fitnes məşqçisi Kamil Zeynallı Moskvada saxlanılması barədə məlumat yayıb.

Müğənni Gülay Zeynallı keçmiş həyat yoldaşı K.Zeynallı üçün kömək istəyib:

 İnşallah bu da keçər. Prezidentimdən kömək istəyirəm. Xahiş edirəm, Kamili yad ölkədə tək buraxmayın. Çox xahiş edirəm", - deyə o yazıb.

Qeyd edək ki, K.Zeynallı paylaşdığı videogörüntüdə Moskvanın Domodedovo hava limanında Bakıya qayıdarkən polis tərəfindən saxlanıldığını və şöbəyə aparıldığını söyləyib.
Tanınmış məşqçi bildirib ki, polislər ona Ermənistan tərəfindən beynəlxalq axtarışa verildiyini, sabah məhkəməyə çıxarılacağını söyləyib.
K. Zeynallı həmçinin polislərin ona Ermənistana təhvil verilə biləcəyini də söylədiyini də əlavə edib.

Onu da əlavə edək ki, G.Zeynallı paylaşımı 6 saat əvvəl edib. Artıq Xarici İşlər Nazirliyi açıqlama verərək K.Zeynallı ilə bağlı məsələnin nəzarətdə olduğunu açıqlayıb.

 

 

 

“Kurtlar Vadisi” serialının rəqəmsal platformada yayımlanacağı açıqlanıb.

Türkiyə mediası xəbər verir ki, bu barədə məşhur aktyor Necati Şaşmaz məlumat verib.

Uzun illərdir ekranlardan uzaqlaşan və hansı layihə ilə dönəcəyi səbirsizliklə gözlənilən aktyor filmdə yenidən “Polat Alemdar” rolu ilə yer alacaq.

Serialın Acun Ilıcalının sahibi olduğu rəqəmsal platforma “Exxen”də yayımlanacağı iddia edilib.

Türkiyə mediası "Kurtlar Vadisi Kaos"da Necati Şaşmazdan başqa Erhan Ufak, Serdar Akkaya, Erkan Sever, Hakan Boyav və Ayşegül Çınar kimi adların da yer alacağını qeyd edir.

Onu da bildirək ki, sözügedən serialın ekranlara qayıdacağı barədə açıqlama hələ bir neçə il bundan öncə verilmişdi. 

“Vətən müharibəsi başlayanda Şahəli Şıxıyevin 21 yaşı var idi. Həqiqi hərbi xidməti bir il əvvəl başa vurmuşdu. Çağırış gələndə isə sevinərək cəbhəyə yollandı”.

Bu sözləri şəhid Şahəli Şıxayevin atası Əflatun Şıxıyev ”AzTV Xəbər”ə müsahibəsi zamanı deyib.

O bildirib ki, oğlunun döyüş yolu Füzulidən başlayıb, Cəbrayıl və Qubadlı istiqamətlərində gedən döyüşlərədək davam edib:

“Telefonla danışdığımız zaman səsi çox xoş gəlirdi. “Məndən narahat olmayın” deyərdi”.
Qeyd edək ki, ll Vətən müharibəsində qəhrəmancasına şəhid olan Şahəli Əflatun oğlu Şıxıyev 1999-cu il may ayının 1-də İmişli rayonunun Qaraqaşlı kəndində anadan olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahəli Şıxıyev ölümündən sonra ”Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

Mərhum Əməkdar artist Aygün Hümmətova (Bəylər) ilə vida mərasimi keçirilir.

Səttar Bəhlulzadə adına Mədəniyyət evində keçirilən vida mərasimində A.Hümmətovanın yaxınları, sənət dostları və onu sevənlər iştirak edirlər.

Tanınmış telejurnalist, ATV-nin "Bizimləsən" və "Zaurla Günaydın" verilişlərinin aparıcısı Zaur Baxşəliyevin müəllifi olduğu proqramların bağlanacağına dair açıqlaması müzakirəsiz ötüşmədi.

Bunu Zaurun "bayram zarafatı" kimi qəbul edənlər də olub.

Kult.az xəbər verir ki, ATV-də məsul vəzifə tutan şəxslərdən biri Yenisabah.az-a açıqlamasında bu xəbəri təsdiq edib.

Mənbənin dediyinə görə, yaxın vaxtlarda, ən gec sezon sonunda Zaur Baxşəliyevin müəllifi olduğu hər iki veriliş bağlanacaq.

ATV rəsmisi telekanal rəhbərliyinin Zaur-Günay cütlüyünün fəaliyyətindən razı olduğunu bildirib. Qeyd edib ki, Zaurun verilişlərinin bağlanması ATV-nin yayım siyasəti ilə əlaqəli deyil.

Onun sözlərinə görə, Zaur ailəsi ilə birlikdə xaricə köçməyə hazırlaşdığı üçün telekanalla yollarını ayırır.

Mənbə Zaur Baxşəliyevin hansı səbəbdən ölkəni tərk etdiyinə dair məlumatlı olmadığını bildirib.

Azərbaycan Respublikasının Əməkdar artisti Aygün Hümbətova Türkiyənin paytaxtı Ankara şəhərində vəfat edib.

Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Allah rəhmət eləsin!

***


Bəzi sosial şəbəkə hesablarında Azərbaycanın Əməkdar artisti Aygün Hümmətovanın (Bəylər) vəfatı barədə xəbərlər yayılıb.

Xanəndənin sənət dostları bununla bağlı paylaşım edərək, Aygün Bəylərin vəfatından təsirləndiklərini ifadə ediblər.

Mədəniyyət Nazirlyindən isə bildirilib ki, onun haqqında yayılan ölüm xəbərləri həqiqəti əks etdirmir:

"Hazırda süni tənəffüs aparatına qoşulub, saat 22:50-də Ankara-Bakı reysi ilə Vətənə gətiriləcək".

Qeyd edək ki, müğənni müalicə almaq üçün bir neçə gün əvvəl Ankaraya yollanıb.

Aparıcı Zaur Baxşəliyev "Zaurla Günaydın" verilişini bağlamaq istəyir.

Axşam.az xəbər verir ki, bu barədə özü danışıb.

Zaur bildirib ki, artıq proqrama aparıcılıq etmək istəmir:

"İnsanlar düşünür ki, Yeni il zarafatıdır. Əgər Günay istəsə, Dilavər və Davudla davam etsin. Əsla zarafat deyil. Tam məsuliyyətimlə deyirəm, istəmirəm. Gəldik, gözəllikləri insanlara saçdıq. İndi zamanıdır. Hətta "Bizimləsən" haqqında da düşünürəm".

Günayın "Belə etmə, nə qədər əziyyət çəkmişik. İlk biz etdik. Sırf real ailənin öz evində apardığı veriliş yoxdur. Ya səninlə davam, ya da sənsiz yox" sözlərinə Zaur "Onda yox" cavabını verib.

Çirkli pulların yuyulmasında ittiham olan Dilan və Engin Polat cütlüyü azadlığa buraxıla bilər.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə məhlumların vəkili Hüseyn Kaya məlumat yayıb. “Aramızda qalsın” verilişinə qonaq olan cütlüyün vəkili Hüseyn Kaya bildirib ki, yeni təyin olunan prokuror dərhal ittiham aktı hazırlamalı və Polat cütlüyünü azadlığa buraxmalıdır.

"Dosya hazırdır, yeni prokuror bir həftə ərzində ittiham aktını hazırlayacaq. Müştərilərim 2 günə çıxarmalıdır. Bu, dövlətimiz və məhkəmə sistemimiz üçün çox önəmlidir. Hələ gecikmişik", - vəkil qeyd edib.

Qeyd edək ki, məşhur bloger ağır stres keçirdiyi üçün bir neçə gün öncə Psixi və Əsəb Xəstəlikləri Xəstəxanasına aparılıb. Orada müayinələrdən sonra yenidən həbsxanaya qayrtarılıb.

 

Dekabrın 26-da Gənclər və İdman Nazirliyi 2023-cü ilin idman yekunlarına həsr olunmuş qala mərasimi keçirib. “Buta Palas”da təşkil edilən tədbirdə idman təşkilatlarının, federasiyaların, media qurumlarının rəhbərləri, idmançılar, məşqçilər və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov 2023-cü ilin Azərbaycan idmanı üçün uğurlu keçdiyini qeyd edib və bu münasibətlə federasiya rəhbərlərini, idmançıları, məşqçiləri, idman ictimaiyyətini təbrik edib. Qonaqları qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edən nazir Olimpiya ili olan 2024-ün idmanımız üçün daha da uğurlu olacağına ümidvar olduğunu bildirib.

Sonra üç mərhələli sorğu əsasında müəyyənləşmiş müxtəlif nominasiyalar üzrə ilin qaliblərinin mükafatlandırılma mərasimi olub. 2023-cü ilin ən yaxşıları sorğusunun yekun nəticələrinə əsasən aşağıdakı nominantlar təltif ediliblər:

İlin ən yaxşı qadın idmançısı: 1. Zöhrə Ağamirova (bədii gimnastika), 2. Gövhər Beydullayeva (şahmat), 3. İrina Zaretska (karate).

Ən yaxşı kişi idmançısı: 1. Hidayət Heydərov (cüdo), 2. Mixail Malkin (idman gimnastikası), 3. Həsrət Cəfərov (yunan-Roma güləşi).

Ən yaxşı qadın komandası: 1. Bədii gimnastika üzrə milli komanda, 2. Şahmat üzrə qadınlardan ibarət komanda, 3. “Neftçi” basketbol klubu.
 
Ən yaxşı kişi komandası: 1. “Qarabağ” FK, 2. Yunan-Roma güləşi üzrə milli komanda, 3. Tamblinq üzrə milli komanda.
 
Ən yaxşı məşqçisi: 1. Qurban Qurbanov (futbol), 2. Siyana Vasileva (bədii gimnastika), 3. Rüstəm Alimli (cüdo).
 
Ən yaxşı hakim: 1. Nazim Umbayev (cüdo), 2. Sədi Quliyev (güləş), 3. Asif Şirəliyev (güləş).
 
Ən yaxşı tibb personalı: 1. Ramil Vəliyev (cüdo), 2. Zaur Abdullayev (boks), 3. Milli İdman Tibb və Reabilitasiya Elmi-Praktiki İnstitutu.

Ən yaxşı idman federasiyası: 1. Azərbaycan Gimnastika Federasiyası, 2. Azərbaycan Cüdo Federasiyası, 3. Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası.
 
Ən yaxşı idman klubu: 1. “Ocaq Sport” klubu, 2. “Sabah” basketbol klubu, 3. “Qarabağ” FK.
 
Ən yaxşı Olimpiya İdman Kompleksi: 1. Quba OİK, 2. Şəki OİK, 3. Sumqayıt OİK.
 
Ən yaxşı idman qurğusu: 1. “Kür” Olimpiya Tədris-İdman Mərkəzi, 2. Milli Gimnastika Arenası, 3. Bakı Su İdmanı Sarayı.
 
Ən yaxşı idman məktəbi: 1. Şuşa UGİM, 2. “Ulduz” Futbol Akademiyası, 3. Su İdman növləri üzrə yüksək idman ustalığı məktəbi.
 
Ədalətli oyun (Fair Play) mükafatçısı: 1. Qurban Qurbanov (futbol), 2. Azərbaycan Badminton Federasiyası, 3. Fariz Hüseynov (cüdo).
 
İlin idman tədbiri: 1. Atıcılıq üzrə dünya çempionatı, 2. Kanoe və avarçəkmə üzrə “Prezident Kuboku-2023”, 3. Taekvondo üzrə dünya çempionatı.
 
İlin idman kəşfi: 1. H.Əliyev adına İKK-nin buz meydançası, 2. Xədicə Qədəşova (cüdo), 3. Nicat Abasov (şahmat).

Ən fəal idman jurnalisti: 1. Zəki Feyzullayev (İdman.biz), 2. Gəray Qiyasov (Real TV), 3. Kənan Hakimov (İTV).
 
Ən yaxşı idman fotoqrafı: 1. Dilavər Nəcəfov (AGİN), 2. Rüfət Abdullayev (İdman.biz), 3. Zaur Mustafayev (Trend).
 
Ən yaxşı idman filmi: 1. “Stadionlar səssiz olanda”, 2. “Qızlara ağ yaraşır!”, 3. “Mübariz!”.
 
Ən yaxşı idman media qurumu: 1. CBC Sport, 2. İdman TV, 3. İdman.biz.

Qala gecəsi konsert proqramı ilə davam edib.

 

 

 

 

Xəbər lenti