Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatı Etibar Əliyev Xəzər TV-də yayımlanan “Komedixana” layihəsi haqqında tənqidi fikirlər səsləndirmişdi.

“Komedixana” komandası isə deputata səhnəciklə cavab verib.
Yayımlanan səhnəcikdə “Etibar müəllim də özünü pis güdürməyib” ifadələrinə yer verilib.

Məsələ ilə bağlı Ölkə.Az-a danışan millət vəkili Etibar Əliyev səhnəcikdən xəbərdar olduğunu deyib:

“Mənə dedilər ki, onlar belə bir şey paylaşıb. O qədər vaxtım yoxdur ki, onlara baxıb əsəbiləşim. Elə şeylərə baxmıram. Mən onların nəyinə baxım? Əslində, onların səhnədəki mədəniyyətini görürsünüz. Nə danışdıqlarını təxmini təsəvvür edirəm. Heç maraqlanmıram. Sadəcə, hesab edirəm ki, bu cür komediyalarla - bunun adı komediya deyil - şit-şit hərəkətlərlə auditoriyanı tutmaq olmaz”.

E.Əliyev səhnəcikdə barəsində deyilən ““Etibar müəllim də özünü pis güldürməyib” sözlərinə də münasibət bildirib:

“O qədər dərin adam deyillər ki, hər hansı bir sətiraltı ifadələri olsun. Onların səviyyəsinə uyğun sətiraltı nə ola bilər ki? "Özünü güldürmək” nə deməkdir? Ramiz Məlik onlara çox yaxşı cavab verib. O qədər səthi, dayaz adamlardır ki, nəsə gözləmirəm”.

Millət vəkili barəsində deyilənləri təhqir kimi qəbul edib-etmədiyi ilə bağlı isə suala isə belə cavab verib:

“Mən onlara teatrdan, komediyadan, pyesdən saatlarla mühazirə oxuyaram. O şeyləri çox yaxşı bilirəm. Gəlsinlər, onlara saatlarla mühazirə deyim, bir az savadlansınlar”, - deyə o söyləyib.

Aktrisa Nataşa Bassett “Tesla” və “SpaceX”in qurucusu İlon Maskdan ayrılıb.

Ayrılığın səbəbi kimi Şivon Zilisin milyarderdən əkiz uşaq dünyaya gətirməsi göstərilir.

Məlumata görə, avstraliyalı aktrisa Maskın başqa bir qadından əkiz uşağı olduğunu bildikdən sonra münasibətlərinə son qoyub.

Məlumatda bildirilir: "Nataşa İlondan çox şey öyrəndi və o, birlikdə keçirdikləri vaxta görə minnətdardır, çünki bu, çox xüsusi sevgi idi. Ayrılığa baxmayaraq, Nataşa hələ də dost ola biləcəklərinə ümid edir. O, indi karyerasına diqqət yetirməyi planlaşdırır".

Xatırladaq ki, İlon Maskla Nataşa Bassettin münasibəti bu ilin fevralında məlum olmuşdu. Onlar Los-Ancelesdə şəxsi təyyarədən enərkən paparatsilərə tuş gəlmişdilər.

ATV rəhbərindən Mirşahinə cavab

ATV kanalının baş direktoru Azər Xəlilov REAL TV-nin rəhbəri Mir Şahin Ağayevin Azərbaycandakı bəzi telekanalları tənqid etməsindən sonra feysbuk səhifəsində ona cavab verib.

"Qafqazinfo" xəbər verir ki, o, rəhbəri olduğu televiziyanı Azərbaycanda ən böyük izləyici auditoriyası olan media resursu kimi təqdim edib:

“Ölkədə ən böyük izləyici auditoriyası olan media resursu. Qarabağın tarixi və Qarabağ həqiqətlərini Azərbaycan və dünya auditoriyasına elmi-kütləvi proqramlar silsiləsi vasitəsilə çatdıran fərqli özəl telekanal. Erməni işğalından azad edilmiş torpaqlarımızdan sistemli və davamlı verilişlərin özəyi olan ATV telekanalı. Baxıldıqca sevilir, sevildikcə söyülür, söyüldükcə baxılır! ATV nə yerdə qalıb, nə də yerində qalıb. ATV öz yerini bilir, yolunu gedir, irəliləyir. Dostlarını sevindirir! Az bilmir, çox danışmır, baxılanı göstərir".

Qeyd edək ki, Mir Şahin Ağayev dünən efirdə bir sıra telekanalların ictimai zövqü korladığını, bəzi verilişlərin oyunbazlıq məkanına, pul yığımı məntəqəsinə çevrildiyini bildirmişdi. O, ad çəkərək bəzi telekanallarda müsbət dəyişikliklərin olduğunu, ATV, ARB və SPACE-in isə adını çəkməyərək "İctimai fikrə, ictimai zövqə, Azərbaycanın mədəni, etik davranış sisteminə, mənəvi dəyərlərimizə zərbə vurduğunuzun fərqində olun” fikrini səsləndirmişdi.

Mir Şahin həmçinin əlavə edib ki, həmin kanalların rəhbərləri Prezident Administrasiyasına çağırılıb, onlara kəskin şəkildə iradlar bildirilib.

 

 
 
Pike Şakiranı aldatdığı qadından ayrıldı

“Barselona”nın müdafiəçisi Jerar Pike Şakiranı aldatdığı qadından ayrılıb.

Bu barədə “Qafqazinfo” “Marca”ya istinadən xəbər verir.

Nəşrin iddiasına görə, 35 yaşlı oyunçu məşhur müğənni ilə ayrılmasına səbəb olan ofisiant qadınla münasibətinə son qoyub. O, keçmiş sevgilisi ilə münasibətləri yaxşılaşdırmaq üçün bu addımı atıb.

Şakira  xəyanətə görə Pikedən ayrıldıqdan sonra oğulları Milan və Saşa ilə birlikdə ABŞ-a köçməyə hazırlaşır. Müğənni və vəkilləri övladlarının tam qəyyumluğunun ona verilməsi tələbi ilə məhkəməyə müraciət etməyi planlaşdırır.

Qeyd edək ki, Şakira və Jerar Pike 12 illik münasibətdən sonra ötən ay ayrılıblar. Onlar rəsmi evlənməmişdi.

Röyanın qardaşının toyundan

Dünən xalq artisti Röya Ayxanın qardaşı İsmayıl Nəcəfovun toy mərasimi baş tutub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı müğənni öz instaqram hesabında paylaşıb. 

Məlumata görə, toy mətbuata qapalı şəkildə keçirilib. Bildirilir ki, bəylə gəlinin obrazı üzərində Röya Ayxanın dostları çalışıb.

Müğənni Roza Zərgərlinin övladlığa götürdüyü aktyor oğlu Corc Qafarova Prezident İlham Əliyev mənzil verib.

"Yol-xeber.az" xəbər verir ki, bu haqda Corc sosial şəbəkədə paylaşım edib. O, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin təqdim etdiyi sənədin fotosunu yayımlayıb.

"Cənab Prezident İlham Əliyevin verdiyi sərəncamla mənzillə təmin olundum. Buna görə dövlət başçımıza sonsuz təşəkkürümü bildirirəm" deyə, Corc paylaşımına yazıb.

 

 

 

Xəbər verdiyimiz kimi, "Həmin Zaur" axşam şousunda verilişin aparıcısı Zaur Kamal canlı efirə çağırdığı əslən Cənubi Azərbaycandan olan müğənni Afşin Azərini efirdən qovub.

Aparıcı bu addımı atmasına səbəb kimi isə qarşı tərəfin ona hörmətsizlik etməsini göstərsə də, onun bu hərəkəti müzakirələrə səbəb olub.

Mövzu ilə bağlı Azərbaycan Audiovizual Şurasından Ölkə.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, efirlərdə yayımlanan materialların monitorinqi bir sutka sonra aparılır:

“Sözügedən məsələnin audiovizual yayım haqqında qanuna nə qədər zidd olması araşdırılacaq. Yəqin ki, bu gün monitorinq şöbəsi bunu araşdıracaq və qanunazidd olub-olmaması şuranın iclasında müzakirə ediləcək” - məlumatda bildirilib.

Bu gün "Həmin Zaur" axşam şousunda gözlənilməz hadisə yaşanıb.

Verilişin aparıcısı Zaur Kamal canlı efirə çağırdığı əslən Cənubi Azərbaycandan olan müğənni Afşin Azərini efirdən qovub.

 
 
Ads by 
0
Reklamınızı SmartBee ilə effektiv edin.

Aparıcı bu addımı atmasına səbəb kimi isə qarşı tərəfin ona hörmətsizlik etməsini göstərib. 

Sözügedən görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.(Bizim.Media)

Bu gün "Həmin Zaur" axşam şousunda gözlənilməz hadisə yaşanıb.

"Ölkə.az" xəbər verir ki, verilişin aparıcısı Zaur Kamal canlı efirə çağırdığı əslən Cənubi Azərbaycandan olan müğənni Afşin Azərini efirdən qovub.

 
 
 
Ad - 00:01

Aparıcı bu addımı atmasına səbəb kimi isə qarşı tərəfin ona hörmətsizlik etməsini göstərib. 

Sözügedən görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.(Bizim.Media)

 

Müğənni Roza Zərgərli gündəlik 700-750 manat pul xərcləyir.

Bunu MÜĞƏNNİ Tural Gəncəli ARB TV-nin efirində deyib. Aparıcı Zaur Kamalın Roza Zərgərliyə ünvanladığı suala cavab olaraq T.Gəncəli deyib ki, gündəlik yeməyə 250 manat xərcləyir.

R.Zərgərli isə bizneslə məşğul olacağı ilə bağlı aparıcının sözlərini təsdiqləyib:

“Böyük bir biznes var, hazırda onunla məşğul oluruq. Tikinti biznesidir” - o söyləyib.

Tanınmış türkiyəli aktyor Cüneyt Arkın (əsl adı  Fahrettin Cüreklibatır) vəfat edib.

"NTV" xəbər verir ki, aktyor 84 yaşında həyatla vidalaşıb.

 Xatırladaq ki, Yeşilçamın unudulmaz sənətçisi Cüneyt Arkın 1937-ci ildə anadan olub. Əsl adı Fahrettin Cüreklibatur olan aktyor İstanbul Universitetinin Tibb fakültəsini bitirib. 1963-cü ildə “Artist” jurnalının təşkil etdiyi kino rəssamları müsabiqəsinə qatılıb və birinci mükafata layiq görülüb. Karyerasında dönüş nöqtəsi 1963-cü ildə hərbi xidmətdə olarkən 1-ci Hava Reaktiv Bazasında rejissor Halit Refiqlə tanış olmasıdır.

Əsgərliyi başa çatdıqdan sonra 1964-cü ildə Halit Refiqin çəkdiyi "Qurbet Kuşları" filmi ilə kinoya addım atıb.
1964-cü ildə Tibb fakültəsində tanış olduğu Gülər Mocanla ailə həyatı qurub və 1966-cı ildə qızları Filiz dünyaya gəlib.
O, Türkan Şoray, Hülya Koçyiğit, Fatma Girik və Filiz Akınla onlarla filmdə rol alıb.
Romantik filmləri ilə tanınsa da, əsl şöhrətinə Malkoçoğlu filmi ilə çatıb. O, kaskadyorlardan istifadə etməyi tamaşaçını aldatmaq kimi gördüyündən filmlərində aksiyon səhnələrii özü canlandırıb.
Arkın 1970-ci ildə ikinci dəfə ailə həyatı qurub. Bu evlilikdən onun Murat və Kaan adlı iki oğlu dünyaya gəlib.
Murat Arkın da atasının yolunu davam etdirərək aktyor olub.

 

 

 

 

 

Xəbər lenti