“Meta” şirkətinin baş direktoru Mark Zukerberqin instaqram hesabında paylaşdığı fotoda uşaqlarının üzünü gizlətməsi insanlar tərəfindən narahatlıqla qarşılanıb.

Ölkə.Az xarici mətbuata istinadən xəbər verir ki, zukerberqin bu davranışı bir sıra konspiroloji nəzəriyyələrin ortaya atılmasına səbəb olub.

Belə ki, bəzi sosial şəbəkə istifadəçiləri paylaşılan uşaq şəkillərinin “Dark Web”ə yükləndiyini iddia ediblər.

Mütəxəssislər uşaqların şəkillərinin heç vaxt paylaşılmaması lazım olduğunu bildiriblər. Bu da insanlar arasında sosial şəbəkələrin məxfiliyi ilə bağlı narahatlıq doğurub. 

Qeyd edək ki, “Dark Web”in (qaranlıq şəbəkə) qaranlıq tərəfi qara bazar rolunda çıxış etməsidir. Burada hər nə desən, istənilən qaçaqmalı, oğurlanmış əşyanı və ya qanunsuz əldə edilmiş informasiyanı və s. alıb satmaq olar. Narkotiklər, silah, oğurlanmış kredit kart nömrələri, müxtəlif pornoqrafiya, çirkli pulların yuyulması, hətta qatil tutulması – hamısı “Dark Web”dədir. 

Məhəmməd Allahyarlı (təcrübəçi)

 

 

 

“Yayda havanın temperaturu yüksək və rütubətin çox olması səbəbindən insan bədəni tez isinməyə məruz qalır. Nəticədə, insan orqanizmində maddələr mübadiləsi yavaşıyır. Bu hesaba da qəbul etdiyimiz qidalar çətinliklə həzm olunur. Artıq qəbul olunan qidalar isə həzm orqanlarına ziyan vurur. Ona görə də yay aylarında seçdiyimiz qidalara xüsusi fikir verməliyik”.

Bunu Bizim.Media-ya açıqlamasında qida üzrə mütəxəssis Məhsəti Hüseynova deyib.

O bildirib ki, isti havalarda yüngül, tez həzm olunan qidalara daha çox üstünlük verməliyik:

“Uzun müddətə hazırlanan və bir neçə dəfə isidilən qidalardan maksimum dərəcədə qaçmaq lazımdır.Yüksək təzyiqdən, ürək-damar xəstəliyindən, şəkərli diabetdən və xroniki xəstəliklərdən əziyyət çəkən insanlar yüksək temperaturlu havada daha diqqətli olmalıdırlar.

Çünki, hansısa qidanın həzmində yaranmış problem bu xəstəliklərdən əziyyət çəkən insanlar üçün ölüm riski belə yarada bilər. İsti havalarda insanlar orqanizmin tələbatını ödəmək üçün daha çox maye qəbul edirlər. Yaxşı olar ki, insanlar yayda ayran, su və bitki çayları daha çox üstünlük versinlər.

Unutmayaq ki, çay və kofe gündəlik lazım olan maye balansını təmin etmir.Yaxşı olar ki, çay və kofeni yalnız günün birinci yarısında içək. Çay və kofe həm də yuxu pozğunluğuna səbəb olur. Bunu da unutmaq lazım deyil.

Yaxşı olar ki, təbii nanə, kəklikotu çaylarından və limondan daha istifadə edək. Bu bitkilərin orqanizmə faydası çoxdur. Amma elə bitki çayları var ki, onların orqanizmə yan təsirləri də olur. Bunu da diqqətə almalıyıq”.

Məhsəti Hüseynova isti yay günlərində həddindən artıq yağlı yeməklərdən uzaq durmağı məsləhət görüb:

“Yağlı və qızardılmış yeməklər orqanizmə, xüsusən də qaraciyərə zərər verir. Bu qidalar tez həzm olunduğundan həmdə piylənməyə səbəb olur. Bundan başqa yayda xəmir yeməklərindən də uzaq durmalıyıq. Xəmir xörəkləri gec həzm olunduğu və enerjiyə çevrilmədiyi üçün ağırlıq yaradır, yorğunluğa və qəbizliyə səbəb olur. Yayda qəbul edilən “fast-food” yeməkləri aqressivliyə və yuxusuzluğa yol açır”.

Qida üzrə mütəxəssis yay aylarında açıq havada satılan bütün ərzaqlardan qaçmağı vacib sayır:

“Belə qidalar həm də zəhərlənmə riski yaradır. Bunun əvəzində qaynadılmış, manqalda az bişmiş, suda və buxarda bişmiş qidalara üstünlük verməliyik. Bu qidalar rahat həzm olunur və isti havada daha gumrah olmağımıza yardım edir.

İmmun sistemini gücləndirmək və vitamin balansını təmin etmək üçün mütləq mövsümi meyvə-tərəvəzlərdən istifadə etməliyik.

Amma isti havada çoxlu meyvə yemək də olmaz. Bu bağırsaqların mikroflorasını pozur. Buna tut, çiyələk, gilas və digər giləmeyvələri aid etmək olar. Bu giləmeyvələrin gün ərzində 150-200 qramı keçməmək şərti ilə qəbulu məqbuldur”.

Sosial şəbəkədə daha bir foto geniş müzakirə mövzusuna çevrilib.
 
Söhbət boynunda məzun lenti, iş mopedi ilə gündəm olan fotonun qəhrəmanı Vüsaldan gedir. Həmin gün də Vüsal aidiyyəti üzrə erkən saatlardan iş başında idi, biləndə ki məktəblərində son zəng çalınır son dəfə 9-cu sinifədək oxuduğu məktəblə, sinif yoldaşları ilə görüşüb sağollaşmaq istəyib.
 
Vüsal "Xəzər Xəbər"ə deyib ki, heç ağlına da gəlməzdi ki, fotosu paylaşılar və bir gündə bütün sosial şəbəkələrdə gündəmə çevrilər. Həmin fotoya yazılan bəzi şərhlər onu bir az təsirləndirib də.
 
Vüsal istəsə də, istəməsə də çalışmağa məcbur olduğunu deyir. Qəhrəmanımızın 4 bacısı və 1 qardaşı var. 2-si ailəlidir. O hazırda 2 bacısı, qardaşı və anası ilə yaşayır. Qardaşı da onun kimi kuryer işləyir.
 
Atası o hələ 6 yaşinda ikən onları tərk edib və o gündən bu yana bir dəfə də olsun axtarmayıb. Deyir ki, xəyal qurmaq ağlının ucundan belə keçmir, çünki buna nə vaxtı var, nə də həvəsi. Tək düşündüyü pul qazanıb evə çörək aparmaqdır. İndi həyat ona xəyal qurmağa imkan verməsə də o əslində həkim olmaq istəyirmiş.
 
Bizimlə həmsöhbət olduqdan dərhal sonra Vüsal yenə telefonunu açıb sifariş aparmaq üçün yola düşdü.
 
Ümid edirik və inanırıq ki,bu gün öz ayaqları üzərində durmağa çalışan, ailəsi üçün xəyal qurmaqdan vaz keçən bu oğlan bir gün xəyallarında o həyatı yaşaya biləcək.

Kələm qızardılmış ətin orqanizmə kanserogen təsirini azaldır. Kələmdə qızardılmış ətdə kanserogenlərin təsirini zəiflədən maddələr var.


“Medicina” xəbər verir ki, həkim – qastroenteroloq Konstantin Spaxovun sözlərinə görə, ət qızartması bədən üçün təhlükəli kanserogenlərin əmələ gəlməsinə kömək edir.

“Məsələn, barbekü, kabab və qrilin tərkibində heterosiklik aminlərin, polisiklik aromatik karbohidrogenlərin olması aşkar edilmişdir. Bədənə böyük miqdarda nüfuz edən bu birləşmələr xərçəngin inkişafına səbəb ola bilər.

Kələmdən əlavə, kabab və ümumiyyətlə digər ət qızartmaları həmişə hər hansı bir göyərti ilə birlikdə qəbul edilməlidir.
Yaşıl tərəvəzlər və bitkilər xlorofil ifraz edir ki, bu maddə əti qırmızı edən hemin təsirini azaldır.

Həzm sistemi hemeni həzm etdikdə, toksinlər kimi fəaliyyət göstərən maddələr əmələ gəlir. Xüsusən də toxumalara təsiri səbəbindən bağırsaq xərçəngi baş verə bilər”.

"WhatsApp” dünyada ən çox istifadə olunan tətbiqlərdən biridir. O, hər kəslə ünsiyyət qurmağa, sənəd, foto, video və s. göndərməyə imkan verir.

Bununla belə, martın 1-dən etibarən kütləvi şəkildə işə salınacaq yeniləmə ilə "WhatsApp” bir sıra Android smartfonlarında, xüsusən də köhnə modellərdə fəaliyyətini dayandıracaq.

"Meta”ya məxsus proqram sizin həmişəki kimi mesajları qəbul etməyə davam edə biləcəyinizi bildirsə də, ola bilər ki, günlərin birində siz artıq zənglərdən istifadə edə və ya sadəcə olaraq ehtiyat nüsxənizi bərpa edə bilməyəcəksiniz.

Beləliklə də, martın 1-dən etibarən "WhatsApp”ın işləməyəcəyi smartfonların siyahısını təqdim edirik:

Samsung Galaxy Trend Lite

Samsung Galaxy Ace 2

Samsung Galaxy S3 Mini

Samsung Galaxy Trend II

Samsung Galaxy X Cover 2

LG Optimus L3 II Dual

LG Optimus L5 II

LG Optimus F5

LG Optimus L3 II

LG Optimus L7 II

LG Optimus L5 Dual

LG Optimus L7 Dual

LG Optimus F3

LG Optimus F3Q

LG Optimus L2 II

LG Optimus L4 II

LG Optimus F6

LG Enact

LG Lucid 2

LG Optimus F7

Huawei Ascend Mate

Huawei Ascend G740

Huawei Ascend D2

iPhone 6S

iPhone SE

6S iPhone Plus

Sony Xperia M

Lenovo A820

ZTE V956-UMI X2

ZTE Grand S Flex

ZTE Grand Memo

Fea F1THL W8

Vico Sink Five

Vinco Darknight

Archos 53 Platinum

Qeyd edək ki, Android 4.1 və daha əvvəlki əməliyyat sistemi ilə çalışan bütün mobil telefonların tətbiqdən istifadəyə davam edə bilməyəcəyi bildirilir. Həmçinin, bu, iOS 12 və ya daha aşağı versiyalarla çalışan samrtfonlara da şamil edilir.//oxu.az

Qoç - Səhər saatları danışıqlar və privat söhbətlər üçün əlverişli deyil. İşdə rəhbərliklə nəyisə müzakirə etməyə çalışmayın. Hüquqi məsələlərin həllini ertələyin.

Günün ikinci yarısında yeni məlumat və ya xəbər ala bilərsiniz. Maraqlandığınız işlə məşğul olmaq üçün əlverişli zamandır.

Axşam saatlarına yaxın xatirələr yada düşəcək. Bir zamanlar sevdiyiniz filmə yenidən baxmaq olar. Sevdiyiniz insanla münasibətləri möhkəmləndirin.

Buğa - Səhər saatlarından etibarən önəmli, vacib məsələlərin həllinə başlayın. Diqqətli olun. Kənar təsirlərə uymayın. Məhsuldar çalışmaq üçün bir işi yarımçıq qoyub başqasına start verməyin. Fəaliyyətinizi ciddi planlaşdırın, addımlarınızı müəyyənləşdirin.

Günün ikinci yarısında həssaslıq və sentimentallıq ifrata çatmasın. Dəstəyə, yaxşı məsləhətə ehtiyacınız var. Qohumlar və dostlarla dil tapmaq olar. Əhvalınızı yaxşılaşdırmaq üçün axşam saatlarında normal əylənin.

Əkizlər - Davranışınız laübəli, təlatümlü olmasın. Kiçik problemlər və maneələr ifrat emosional reaksiyaya rəvac verə bilər. Əhvalınızdan asılı olaraq planlarınızı sürətlə, tez-tez dəyişməyin. Diqqətsizlik sonradan ağır fəsadlara səbəb olacaq addımlara rəvac verməsin.

Günün ikinci yarısında yaxınlarınızla münasibətlərdə həssas, sayıq davranın, həddən artıq tələbkar olmayın. Emosiyalarınızın öhdəsindən gəlin. Anlamlı olun, dəyər verdiyiniz insanların qayğısına qalın.

Xərçəng - Günün ilk yarısı yaxşı xəbərlər və müsbət dəyişikliklər vəd edir. Çoxdan bəri planlaşdırdığınız işi reallaşdıra bilərsiniz. Mövqeyinizi möhkəmləndirin, nüfuzunuzu artırın. Yeni dostlar tapa bilərsiniz.

Fəaliyyət istiqamətində innovasiyalar üçün əlverişli gündür.

Günün ikinci yrısında alış-verişdə diqqətli olsanız, yaxşı nəticələr istisna deyil. Şəxsi münasibətlərdə situasiya pis deyil. Şansı əldən verməyin. Əks cins mənsubunun diqqətini cəlb edə bilərsiniz.

Axşam saatlarını yaxınlarınıza həsr edin.

Şir - Günün ilk yarısında intuisiyanıza inanın, problemlərdən hifz olunmağa çalışın. Ünsiyyətdə insan psixologiyasının təməl motivlərini unutmayın. Asılı olduğunuz insanlarla təmaslarınızı aktivləşdirin. Səbirli olun.

Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla münasibətləriniz pis olmayacaq. Stabil münasibətlər arzulayırsınızsa, bəxtə bel bağlamayın, fatumdan asılı olmayın. Axşam saatları romantik hisslər vəd edir.

Qız - Günün ilk yarısında sakit şəraitdə fəaliyyət göstərin. Fiziki hərəkətlərə vaxt ayırın. Ağır işdən çəkinməyin. Yeni işlərə başlamaq olar. Əməkdaşlıqla bağlı müzakirələr aparın.

Günün ikinci yarısında perspektiv hesab etdiyiniz sahəyə və ya layihəyə sərmayə yatırmaq olar. Dəyər verdiyiniz insanın qədrini bilin. Çətin situasiyada dürüst seçim etməyi bacarın. Fikir ayrılıqları olsa da, sizi birləşdirən dəyərlər çoxdur.

Tərəzi - Uğur əldə etmək üçün həlledici amil kənar təsirlərə uymamaqdır. Xoşagəlməz işlərlə məşğul olmaq zərurəti yaranarsa, situasiyanı təhlil edin. İşlər ağır olsa da, onları başa vurmaq lazımdır. Kimsə əvəzinizə işləyən deyil.

Səbirli, soyuqqanlı olun.

Günün ikinci yarısında yaşam arealında qayda yaradın. İş yerində adekvat olun. Axşam saatlarında tənhalığa can atmayın. Dostlar və yaxınlarla istirahət məsləhətdir.

Əqrəb - Günün ilk yarısını vurnuxma olmadan, tələskənliyə yol vermədən keçirin. İrəliləyişə imkan verəcək azsaylı şanslardan yararlanın. Məqsədə doğru aparan yolda yeganə maneə yalnız tənbəlliyiniz ola bilər. İnert, süst, passiv olmayın. Astagəllik etməyin.

Günün ikinci yarısında qəfil gəlir əldə edə bilərsiniz. Uzun müddətdən bəri istifadə etmədiyiniz əşyadan qurtulun. Bu minvalla kiminsə problemlərini həll edə bilərsiniz. Axşam saatları görüş, danışıqlar və müzakirələr üçün əlverişlidir.

Oxatan - Günün ilk yarısında mühüm işə başlamayın. Fəaliyyət sahəsində və şəxsi münasibətlərdə təşəbbüskar olun. İdeyalarınız dəstəklənəcək. Sizə yardım etmək istəyənlər var. Dostlar və tanışlarla normal danışın, emosiyalara qapılmayın.

Günün ikinci yarısında vədlərdən birini reallaşdırmaq gərəkdir. Öhdəlikləri unutmayın. Tanışlarla birgə fəaliyyət sayəsində həllini gözləyən problemi çözmək olar.

Axşam saatlarında internetdən istifadə edərək gərəkli məlumatı tapa bilərsiniz.

Oğlaq - Özünüzü tənha hiss etməyin, bədbinliyə qapılmayın. Münaqişə və ya mübahisələrdən uzaq olmağa çalışın. Əsəblərinizi qoruyun. Planlaşdırılmamış xərclərə yol verməyin.

Günün ikinci yarısı işgüzar fəaliyyət üçün daha əlverişlidir. Ünsiyyət yeni tanışlıqları ehtiva edir. Yaxınlarınızdan mənəvi dəstək istəməkdən çəkinməyin. Onlar sizə yardım edəcəklər.

Axşam saatlarını sakit şəraitdə keçirin.

Dolça - Yaxın ətrafınızdakı insanların emosional durumlarına fikir verin. Müşahidələrdən istifadə edərək problemlərin qeyri-adi həllini tapa bilərsiniz. İşgüzar intuisiyanız iti olsun. Pullarınızı boş işlərə xərcləməyin. Maliyyə vəsaitinizin qədrini bilin.

Uğur qazanmaq üçün novasiyalardan, yeniliklərdən bəhrələnin. Riskdən qorxmayın.

Günün ikinci yarısında yaxınlarınızdan biri problemlə üzləşəcək. Həmin şəxsə yardım edin. Subaysınızsa, aradığınız insanla qarşılaşa bilərsiniz.

Balıqlar - Potensial və imkanlarınızın qədrini bilin. Mənasız işlərlə məşğul olmayın. Bilikləriniz və təcrübənizdən maksimum bəhrələnin. Yaradıcılıq imkanlarının nümayişi üçün əlverişli zamandır. Hadisələrin axarına müdaxilə gərəkdirsə, bunu təxirə salmayın.

Günün ikinci yarısında şəxsi münasibətlərdə eqoist motivlərə qapılmayın. Sevdiyiniz insanı qısqanmayın. Şübhələr, qısqanclıq pis fəsadlara səbəb ola bilər.

Axşam saatlarında normal istirahət edin.

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir:

Qoç - fəaliyyətinizi yaxın ətrafınızdakı insanların maraqlarını və ehtiyaclarını nəzərə alaraq korrektə edə bilərsiniz. Situasiyaya uyğunlaşın, problemlərin həllini ertələməyin. Aqressiv olmayın.

Günün ikinci yarısında mənfi təmayüllərin təsiri zəifləyəcək. Özünüzü durumun sahibi kimi hiss edə bilərsiniz.

Yaxınlarınızla təmaslarda xatirələr və hisslər ön plana çıxacaq. Ailə üzvləri ilə ünsiyyətdə sadə olun, illüziyalara qapılmayın. Vəziyyəti mozaik qaydada görməyin.

Buğa - dürüst seçimə can atın. Qərarların qəbulu zamanı tələskənliyə yol verməyin. Tənbəllik etməyin. Əyləncə və istirahətlə bağlı fikirləri ertələyin. Yaxın gələcəklə bağlı xof, sabahkı günə inamsızlıq sizi sarsıtmasın.

Günün ikinci yarısında özünüzü aldatmayın. Belədə anlayacaqsınız ki, ciddi narahatlıq üçün heç bir səbəb yoxdur.

Axşam saatlarına yaxın şəxsi münasibətlər arxa plana keçəcək. Ailə üzvləriniz halınızı izafi sorğu-sual olmadan anlayacaqlar. Ailə qayğıları və məişət problemlərini görməməzliyə vurmayın. Problemlər yuxusuzluq yarada bilər.

Əkizlər - mövcud situasiya ilə bağlı mövqeləriniz və fikirlərinizi yaxşı tanımadığınız insanlara açıqlamayın. Başqasının fikirləri sizi narahat edirsə, aqressiv olmayın, qıcıqlanmayın.

Günün ikinci yarısında maliyyə məsələlərinin həllinə qaçaraq başlamayın. Genişmiqyaslı layihələr üçün əlverişli zaman deyil.

Qida rasionunuza fikir verin. Tamahkarlığa qapılmayın.

Yaxınlarınız sözlərinizin səmimiliyinə şübhə etməməlidir. Dəyər verdiyiniz insanların sözlərini və əməllərini şərh etməkdən, pisləməzdən əvvəl yaxşı düşünün. Siz də naqolay situasiyaya düşə bilərsiniz.

Xərçəng - kommunikasiya ilə bağlı problemlər işlərə sürəkli maneələr yaradacaq. Sözlərinizi və hərəkətlərinizi diqqətlə seçin. Başqasının xətinə dəyməmək şərtilə mövqelərinizi qoruyun.

Gələcəkdə karyeranızın inkişafına təkan verə biləcək qərarlar qəbul edə bilərsiniz.

Günün ikinci yarısında həddən artıq sentimental olmayın. Axşam saatlarını sevdiyiniz insanla keçirin.

Subaysınızsa, hissləriniz və emosiyalarınız sizə aradınığınız insanı tapmağa yardım edəcək.

Şir - adi günlərdən fərqli olaraq problemlərin həlli asanlaşacaq. Peşəkar fəaliyyət sahəsində yaxşı nəticələrə nail ola bilərsiniz. Planlarda dəyişiklik, qəfil səfər və ya təklif istisna deyil.

Günün ikinci yarısında vurnuxmanın iştirakçısı olmayın. Çox gəzməyin.

Axşam saatlarına yaxın əlverişli situasiya formalaşacaq. Görüş və ya birgə şam yeməyi pis alınmayacaq. Romantik macəra da istisna deyil.

Qız - bir çox işlərə başlamaq üçün əlverişli gündür. Layihələrə start vermək, maliyyə problemlərini həll etmək olar. Köhnə borcların qaytarılması, əlavə mənbədən gəlir də istisna deyil. Heç bir halda kredit götürməyin.

Günün ikinci yarısında şərik və ya tərəfdaş aktual suallara birbaşa cavabdan yayınmağa çalışacaq. Aradığınız, maraqlandığınız faktların araşdırılmasına çox vaxt sərf edəcəksiniz. Belə davranış axşam saatlarına yaxın məntiqi sonuc verəcək.

Dəyər verdiyiniz insanın xətrinə dəyməyin.

Tərəzi - alışdığınız, rutinləşmiş şəraitdən bəzən qurtulmaq gərəkdir. Gündəlik işlər və qayğılar isə yaşam ritmini radikal şəkildə dəyişməyə imkan vermir. Situasiyanın öhdəsindən gəlmək üçün yeknasəkliyə nələrisə əlavə edin.

Günün ikinci yarısında fəaliyyət arealını qaydaya salın. Diplomatiya və fəndgirliyi unutmayın.

Axşam saatlarını sevdiyiniz insanla keçirin.

Əqrəb - günün ilk yarısında problemlərin həllindən və işlərdən diqqətinizi yayındıranlar olacaq. Şayiələrə inanaraq əhvalınızı korlamayın. Səyahət və ya səfərə yollanacaqsınızsa, diqqətlə hazırlaşın.

Günün ikinci yarısı çox ağır işlər və ya mürəkkəb layihələr üçün əlverişli deyil.

Duruma süni təkan verməyin. Şəxsi münasibətlərdə stabilləşmə mühahidə olunacaq. Düşünülmüş şəkildə seçilən arqumentlər yaxınlarınızın prioritet seçiminə təsir edəcək. Mövqelərinizin səbatlı olduğunu sübut edin.

Oxatan - tədqiqat və ya axtarışlarla məşğul olanlar üçün əlverişli zamandır. Təkbaşına, sakit şəraitdə çalışın.

Günün ilk yarısı adi qaydada olacaq.

Daha sonra orijinal ideyalar yaranacaq, fəaliyyətiniz daha məhsuldar olacaq.

Axşam saatlarına yaxın məişətdə yaranan xırda problemlərə fikir verin. Yaxınlarınız yanlış addımlarınız və tənbəlliyinizdən sinirlənə bilər. Bir qədər tək qalın.

Oğlaq - yaxın ətrafınızdakı insanlar sükutunuzu nəyisə bilib deməmək istəyi kimi anlaya bilərlər. Əslində isə diqqətinizi bir ideya büsbütün cəlb edib. Cəhdlərinizə rəğmən potensialınızı tam nümayiş etdirə bilməyəcəksiniz.

Günün ikinci yarısında mühüm işi planlaşdırın, zəruri təməl hazırlayın.

Ailə problemləri və ya məişətdəki çətinliklərlə bağlı ailə üzvləriniz sizə iradlarınızı bildirəcəklər. Vəziyyətin incəliklərini onlara anladın. Axşam saatlarında ünsiyyəti minimallaşdırın. Enerjinizi artırın.

Dolça - hisslərinizin və emosiyalarınızın əsiri olmayın. Düşünülməmiş qərar qəbul etməyin, adekvat davranın. Mühüm layihə, tədbiri ertələyin. Ciddi səylər və ağır zəhmət tələb edən işə hazırlıqsız başlamayın.

Köhnə borcun qaytarılması, mükafat və ya ödəniş alınması istisna deyil.

Günün ikinci yarısında qida rasionunuza fikir verin. Əhvalınızı yaxşılaşdırmaq üçün daha çox su içmək gərəkdir.

Yaxınlarınız qıcıqlıdır. Ünvanınıza heç bir əsası olmayan iradlar səslənir. Belə sözlərə fikir verməyin, emosiyalarınıza hakim olun. Münaqişə səbəbkarı olmayın.

Balıqlar - əsas işlə məşğul olmaq çətinliklər yaratsa da, qətiyyətli və inadkar davranın. Gündəlik rejimlə, adi qayğılarla bağlı olmayan iş tapın. İdeal iş prosesini bəlirləmək üçün vəziyyəti təhlil edin.

Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla olan təmaslarınızı nəzərdən keçirin. Dəyər verdiyiniz insanla qarşılıqlı anlaşmaya nail olun. Qəfil etiraf istisna deyil.

Axşam saatları romantika vəd edir. (AZXEBER.COM)

Dövlət Təhlükəsizlik Xidməti sentyabrın 14-dən etibarən “TikTok” sosial şəbəkəsinə girişi məhdudlaşdırıb. Səbəb ordumuzun uğurlarına kölgə salan, hərbi sirləri özündə əks etdirən, cəmiyyətdə yanlış fikir formalaşdırmaq məqsədi daşıyan məlumatların yayılması olub.

Ötən gün “TikTok” sosial şəbəkəsindən istifadə ilə bağlı yeniliyin olması deyilsə də, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bunu təkzib edib.

 Qurumdan Baku.Ws-in sorğusuna cavab olaraq bildirilib ki, ölkədə “TikTok” sosial şəbəkəsinə girişin müvəqqəti məhdudlaşdırılması ilə bağlı qərarda dəyişiklik olacağı halda aidiyyəti orqanlar tərəfindən ictimaiyyətə məlumat veriləcək.

Bəzi istifadəçilər üçün aylıq qazanc mənbəyinə çevrilən “TikTok”un bir müddətdir bağlı qalması həm dəstəklənir, həm də etirazla qarşılanır. Lakin istənilən halda azyaşlıların bu şəbəkədən nəzarətsiz istifadəsi böyük narahatlıq yaradır. Sosioloq Rəşad Əsgərov AzTV-yə bildirib ki, platformanın ən mənfi cəhəti dezinformasiyaların yayılmasıdır:

“Bəzi konkret qaydalar tətbiq olunmadığından azyaşlı uşaqlar və məktəblilər də “TikTok”dan istifadə edirlər. Sosial şəbəkələrə girişin qarşısını almaq üçün qanunvericiliklə məhdudlaşdırılmalıdır. Eyni zamanda yaş məhdudiyyətini özündə əks etdirən pasport və ya şəxsiyyət vəsiqəsi ilə qeydiyyat gündəmə gəlməlidir”.

Məşhur mesajlaşma proqramı “WhatsApp”a yeni faydalı funksiya gəlir. Söhbət silinmiş mesajları bərpa etməyə imkan verəcək “Ləğv et” düyməsindən gedir.

Oxu.az xəbər verir ki, mesajı silən zaman messencer istifadəçinin hərəkətini qeyd edəcək və ona ismarışı geri qaytarmaq şansı verəcək. Bunun üçün ekranın aşağı hissəsində silinməni ləğv etməyi təklif edən xüsusi lövhə görünəcək, bir neçə saniyə sonra isə yox olacaq.

Lövhə itəndən sonra bərpa artıq mümkün deyil.

Funksiya artıq seçilmiş beta testerlər üçün əlçatandır, onun messencerin ictimai versiyasında görünmə tarixi hələ məlum deyil.

 

 

 

Artıq “WhatsApp” istifadəçiləri Android əməliyyat sistemi ilə təchiz edilmiş cihazdan iOS bazasında çalışan cihaza keçərkən messencer məlumatlarını ötürə biləcəklər.

Ötən il belə bir xüsusiyyət “Samsung” istifadəçiləri üçün tətbiq olunub.

Yenilik hesab məlumatlarını, profil şəklini, şəxsi və qrup çatlarını, söhbət tarixçəsini, media faylları və parametrləri ötürməyə imkan verir.

Bununla belə, zəng tarixçəsi və hesabın görünən adının ötürülməsi mümkün deyil.

Qeyd olunur ki, ötürmə funksiyasından yararlanmaq üçün istifadəçinin ən azı Android 5.0 və iOS 15.5 versiya ilə işləyən smartfonu olmalıdır.

Bundan əlavə, hər iki cihaz eyni Wi-Fi şəbəkəsinə qoşulmalıdır.

Xəbər lenti