“Android” üçün zərərli proqram təminatı istifadəçinin xəbəri olmadan pullu xidmətlərə qoşula bilir.

Bu barədə şirkətin bloqunda məlumat verilib.

Korporasiyanın mütəxəssisləri qeyd ediblər ki, aşkar edilmiş həmin virus proqramları “Android” platformasında son dərəcə geniş yayılıb.

Məlumatda bildirilib ki, təhlükəli proqram təminatı istifadəçinin nömrəsinə gizli şəkildə çoxlu sayda ödənişli abunəliklər rəsmiləşdirə bilir. Yeni zərərli proqramın özəlliyi ondan ibarətdir ki, o, operatorun adətən abunə və ya ödəniş faktını təsdiqləmək üçün göndərdiyi SMS mesajlarını gizlətməyi öyrənib.

Mütəxəssislərin fikrincə, təhlükəli proqramları “Android API”də dəyişikliklər etməklə və “Google Play”in moderasiyasında olan proqramları daha ətraflı tədqiq etməklə dayandırmaq olar. Korporasiya həmçinin naməlum mənbələrdən proqramları yükləməyi və tətbiqlərin daxil olan SMS-ləri oxumaq imkanını məhdudlaşdırmağı tövsiyə edib.

Havaların isti keçməsi bölgələrdə turizm obyektlərində xeyli canlanmaya səbəb olub. Lənkəranda yerləşən turizm obyektlərini və istirahət məkanlarını seçənlərin əksəriyyəti  paytaxt Bakıdan gedənlərdir. İstirahət üçün ismayıllıya gedənlər də az deyil. Təlabatın artması isə qiymətlərin bahalaşması ilə nəticələnib.

Xezerxeber.az bildirir ki, yay aylarında Lənkəran turistlərin ən çox üz tutduğu rayonlardandır. Turistləri cəlb edən vacib amillərdən biri buranın dəniz, dağ və meşə zolağı ilə əhatə olunmasıdır. İstirahət mərkəzlərinə gələn ziyarətçilər arasında yerli turistlər üstünlük təşkil edir.
Ətraflı

İsti havalar başlayandan İsmayıllıyada üz tutanlar az deyil. Burada daha çox kotej tipli evlərə maraq çoxdur. bəs qiymətlər necədir ?

Otellərdə dincəlmək qidalanma daxil 100-500 manat arasında dəyişir. Kənd evləri üçün isə bu rəqəm 50- 150-manat təşkil edir.

Azərbaycanda 50 il əvvəl məzun olmuş sinif yoldaşları bir araya gəlib.

Beyləqan rayonu, Qaradağlı kənd şagirdləri 50 il sonra parta arxasına keçiblər.

Bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb. Keçmiş məzunların müəllimi onları salamlayaraq davamiyyəti soruşub.

Həmin anlar sosial şəbəkələrdə böyük maraqla qarşlıanıb.

Sözügedən videonu təqdim edirik:

“WhatsApp” messencerinin tərtibatçıları qrup çatlarından çıxışla bağlı dəyişiklik edəcəklər.

Artıq fərdi kompüterlər üçün messencerin beta versiyasının istifadəçiləri qrup çatlarını səssizcə tərk etmək imkanına malikdirlər.

Belə ki, istifadəçinin söhbəti tərk etməsi barədə bildirişi yalnız administratorlar alır. Digər qrup üzvləri artıq bu barədə bildirişləri görə bilmirlər.

Hələlik bu funksiya yalnız kompüterlər üçün messencerin beta versiyasında mövcuddur. Lakin gələcəkdə o, Android və iOS cihazları üçün də tətbiq olunacaq. Qrup söhbətlərindən məxfi çıxış xidmətinin bütün istifadəçilər üçün nə zaman əlçatan olacağı barədə məlumat verilmir.

“WhatsApp”da status yeniləmələri artıq tətbiqin çatında da görünəcək.

Bu barədə “Haber Global” xəbər yayıb.

 Funksiyanın nə vaxt istifadəyə veriləcəyi hələ məlum deyil.

O da vurğulanır ki, status yenilənməsi həm söhbət siyahısında, həm də kontaktlarda görünəcək.

 

 

 

Ərzaq məhsullarının seçimi onkoloji xəstəliklərin qarşısının alınmasında, müalicəsində və geriləməsində mühüm əhəmiyyət kəsb edir.
"Medicina.az xəbər verir ki, tibb elmləri doktoru, dünya səviyyəsində tanınmış həkim, alim və bir neçə kitabın müəllifi Uilyam Li hesab edir ki, qidaya qoz, fındıq, badam, hind qozu, püstə, Braziliya qozunun əlavə edilməsi xərçəngin qarşısının alınmasına kömək edir.

Qoz və fındığın tərkibində olan polifenollar insanın immun sistemini xərçəngə qarşı mübarizə aparmaq üçün möhkəmləndirir. Onlar, həmçinin faydalı yağ turşuları olan omeqa-3 ilə zəngindir. Bu turşular xərçəngin qarşısını kəsərək məhv edir.

Pomidor da xərçənglə mübarizə aparan ərzaqlardan hesab olunur. Tərəvəzin tərkibindəki likopin insanın DNT-sini zədələrdən qoruyur və bu da orqanizmin xərçəngdən müdafiə olunmasına şərait yaradır.

Qırmızı kartofun tərkibində olan antosianin də xərçəng hüceyrələrini məhv edir.

“WhatsApp”ın “iOS” versiyasında olan yeni emojilər artıq “Android”lərdə də istifadə oluna biləcək.

Bu barədə “Haber Global” xəbər yayıb.

 Bildirilir ki, emojilərə daha 37-si əlavə olunub. Ancaq bunlar hələlik yalnız “beta” versiyada mövcuddur.

“WhatsApp”ın yeniləməsi ilə də emojilər bütün “Android” istifadəçiləri üçün əlçatan olacaq.

 

 

 
Hazırda boğaz ağrısı və qızdırması olanların böyük əksəriyyəti koronavirusun "omikron" ştammına yoluxan şəxslərdir.

Bunu Trend-in sualına cavab olaraq infeksionist-hepatoloq Mərdan Əliyev bildirib.

"Bir müddət ölkəmizdə qrip infeksiyası yayılmışdı. Hazırda ölkəmizdə qrip infeksiyası demək olar ki, yoxdur. Bu da onu deməyə əsas verir ki, çoxlarının yoluxduğu qrip deyil. Bu, koronavirusun "omikron" ştammıdır", - deyə həkim qeyd edib.

Onun sözlərinə görə, xəstəliyin bəzi simptomları qriplə oxşardır. Oxşarlığın çox olması səbəbindən xəstəliyin müəyyən edilməsi çətinləşə bilər.

"Omikron" ştammının əsas simptomları hərarət, ümumi zəiflik, əzginlik, baş ağrısı, əzələ ağrıları, bədəndə qırılmalar, boğazda qaşınma və ya ağrı hissidir. Qripin simptomları isə öskürək, yüksək hərarət (olmaya da bilər), boğaz ağrısı, burun tutqunluğu və ya axıntısı, baş ağrısı, yorğunluq və.s-dir.

Bu virusları bir-birindən ayırd etmək üçün ancaq yaxma analizi vermək lazımdır", - M.Əliyev əlavə edib.

“WhatsApp” istifadəçilərin təhlükəsizliyini daha da artırmaq üçün yeni funksiyanı işə salacaq. Söhbət proqramın destkop və veb versiyalarında işə salına bilən ikifaktorlu autentifikasiyadan gedir.

Oxu.az xəbər verir ki, bu mexanizmin əlavə edilməsi istifadəçilərin kibercinayətkarlığın qurbanı olması riskini azaldacaq.

Qeyd edək ki, yaxınlıqda smartfon olmasa belə, “WhatsApp”ın masaüstü kompüterlər və noutbuklarda işləməsi istifadəçilərdə narazılıq yaratmışdı. Onlar bu təşəbbüsün hakerlərin işini asanlaşdıra biləcəyi ilə bağlı narahatlıqlarını dilə gətirmişdi.

Bildirilir ki, “WhatsApp” hesabını masaüstü və ya veb versiyada qeydiyyatdan keçirərkən, altı rəqəmli kodu daxil etdikdən sonra, həmçinin şəxsi PİN kodu da tələb olunacaq. “WhatsApp” iki faktorlu autentifikasiyanı sadələşdirmək istəyir, ona görə də messencerin yaradıcıları bu funksiyanı həm veb-müştəridə, həm də masaüstü versiyada tətbiq etmək üzərində işləyir.

Eyni zamanda, istifadəçilər parametrlərdə bu funksiyanı söndürməklə və ya aktivləşdirməklə iki addımlı giriş prosedurunu müstəqil idarə edə biləcəklər.

Bu yeniləmənin həyata keçirilməsinin konkret vaxtı deyilmir, lakin onun hazırlığının ilkin mərhələdə olduğu vurğulanıb.

290920

2021-ci il həm müsbət, həm də mənfi bir sıra mənfi hadisələrlə yadda qaldı.

 2021-ci ildə Azərbaycanda vətəndaşlar tərəfindən ən çox müzakirə edilən hadisələrin siyahısını təqdim edirik:

 Yanvarın 14-də Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondun icraçı direktoru Vüqar Səfərlinin xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, vəzifə saxtakarlığı və digər maddələrlə həbs edilməsi ilk məmur həbslərindən oldu.

 

 

 

5 il (2013-2018) Əmək və Əhalinin sosial müdafiəsi naziri olmuş Səlim Müslümovun bu ilin 3 fevralında vəzifə səlahiyyətlərindən sui-istifadə, təkrar külli miqdarda rüşvət alma maddələri ilə həbsi fəaliyyəti dövründə ondan narazı qalan vətəndaşların bir çoxunu sevindirən xəbər oldu.

Şübhəsiz ki, bu ilin ən çox yadda qalan və paylaşılan hadisələrindən biri də özünü bloger kimi təqdim edən reket jurnalist Ata Abdullayevin həbsi oldu. Bu ilin 12 martında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılan A.Abdullayev barəsində 2 gün sonra həbs qərarı verildi.

284008

21 apreldə sabiq deputat Hüseynbala Mirələmovun əxlaqsız hərəkət etdiyi görüntülər də sosial şəbəkələrdə ən çox danışılan və tənqid edilənlərdən biri olmuşdu.
Aprel ayında sosial şəbəkədə Fuad Rəsulzadə adlı şəxsin Vətən müharibəsi şəhidi Xudayar Yusifzadə ilə bağlı sosial şəbəkədə etdiyi paylaşım cəmiyyətimiz tərəfindən birmənalı qarşılanmadı. Onun bu hərəkətindən sonra döyülməsi və şəhidin ailəsinin açıqlamaları da gündəm olmuşdu. Sosial şəbəkə istifadəçiləri F.Rəsulzadənin “Xudayar çoxdandır təzə mahnı buraxmır” sözlərinə ciddi irad bildirərək bunu şəhidimizə qarşı təhqir hesab etmişdilər.
Mayın 30-da Sabunçu Rayon Məhkəməsinin hakimi Əhmədov Fəqan Rövşən oğlunun özünə məxsus ov tüfəngindən atəş açaraq Pərvanə Əhmədovanı öldürməsi də çox müzkirə olunmuşdu.
Bodibilder, döyüş sənəti ustası, məşhur filmləri ilə dünya ulduzu olan Jan-Klod Van Dammın oğlu VanKristopher Van Varenberqin iyun ayında azərbaycanlı pianoçu Suada Hacızadə ilə ailə həyatı qurması, sözsüz ki, həm ən çox müzakirə edilən, həm də ən pozitiv hadisələrdən biri idi. Cütlüyün “Tiktok”da tanış olub İstanbulda evlənməsi, Van Dammın gəlini ilə rəqsi, onların ailə fotoları ən xırda detalına qədər soaial şəbəkə istifadəçiləri tərəfindən müzakirə edildi.
İyunun 4-də Kəlbəcərdə mina partlaması nəticəsində AzTV-nin operatoru Sirac Abışov və AZƏRTAC-ın əməkdaşı Məhərrəm İbrahimovun şəhid olması, RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyevin vəfatı da növbəti acı xəbər oldu.
İyulun 4-də axşam saatlarında Xəzər dənizində baş verən partlayış da günlərlə müzakirə edildi. Vətəndaşlar bunun hansısa bədbəxt hadisə olduğunu iddia etsələr də, partlayışın palçıq vulkanından qaynaqlandığı üzə çıxdı. Fövqəladə Hallar Nazirliyinin ərazidən görüntüləri palaşması ilə müzakirələrə son qoyuldu.
İyulun 29-da Xaçmaz rayonunda Milli Məclisin deputatı Eldəniz Səlimovun qohumuna məxsus “Starıy Dvor” restoranında Xaçmaz Rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin polis əməkdaşı Mirzəyev Zaur Cavanşir oğlunu döyərək ona xəsarət yetirməsi də cəmiyyətin ən çox diqqətini çəkən hadisələrdən biri oldu.
Hadisədən bir neçə gün sonra E.Səlimovun deputat toxunulmazlığına xitam verildi və o həbs olundu.
Xalq artisti Alim Qasımovun qızı Fərqanə Qasımovanın həyat yoldaşı Elnur Mövlamovun Alim Qasımovun evindən oğurluq edərək həbs olunması da vətəndaşlar tərəfindən böyük maraqla qarşılanmışdı.
Avqustun 30-da saat 14 radələrində paytaxtın Səbail rayonu ərazisində yaşayan 1997-ci il təvəllüdlü Niftəliyeva Aytən İlham qızı və onun azyaşlı övladı 2020-ci il təvəllüdlü Niftəliyeva Tahirə Rəhman qızının yaşadıqları evin pəncərəsindən yıxılaraq əvvəlcə körpənin bir neçə gün sonra anasının ölməsi də vətəndaşlarımızın ürəyini ağrıtdı.
A.Niftəliyevanın ailəsi qızlarının və nəvələrinin kürəkən Rəhman Niftəliyev tərəfindən öldüyünü iddia etsə də, qarşı tərəf iddiaları təkzib etmişdi. Ölən qadının daha əvvəllər şiddətə məruz qalmasına görə A.Niftəliyevanın ailəsi tənqid hədəfinə tuş gəlmişdi. 
Bu ilin sentyabrında müğənni Elza Seyidcahanın "ELİT SRC GROUP” MMC-nin təsisçisi və hazırda həmin təşkilatın direktoru vəzifəsini icra edən Rüstəm Kərimzadə tərəfindən döyülməsi xəbəri də ən çox danışılanlardan olmuşdu.
8 sentyabrda vaxtilə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunan Ağstafa rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyevin koronavirusdan ölməsi də, müzakirələr arasında idi.
Bu ilin sentyabrında Nizami Rayon Polis İdarəsinin (RPİ) Post Patrul Xidmətinin əməkdaşı, polis nəfəri İsmayıl Məmmədovun xidmətdə olarkən Nizami RPİ-nin 24-cü Polis Şöbəsində iki azyaşlı övladının gözü qarşısında həyat yoldaşı Xanım Məmmədovanı güllələməsi birmənalı qarşılanmamışdı.  Uzun müddət şiddət gördüyü ərindən xilas olmaq üçün polisə şikayət etməyə gedən qadının şöbədə güllələnməsi ajiotaj yaratmışdı.
Sentyabrın 30-da deputat vəsiqəsini girov qoyması ilə yaddalarda qalan, qulluq mövqeyindən istifadə edərək külli miqdarda ziyan vurmaqla dələduzluq törətdiyinə görə həbs edilən sabiq deputat Rafael Cəbrayılovun vəfatı da ilin danışılan hadisələri sırasında yer aldı.
13 oktyabrda 19 yaşlı Mahmud Əzizovun sükan arxasında yuxuya getməsi və 171 nömrəli müntəzəm marşrut xətti üzrə işləyən avtobusa çırpılması nəticəsində 5 nəfərin ölümü, 21 nəfərin yaralanması da sosial şəbəkə istifadəçilərinin gündəminə çevrilmişdi.
26 oktyabrda Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi günü Azərbaycan və Türkiyə Prezidentləri İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın AZAL prezidenti Cahangir Əsgərovla zarafatı da böyük maraqla qarşılanmışdı.
Rəcəb Tayyib Ərdoğanın C.Əagərovun bığının olmadığını demiş, Prezident İlham Əliyev isə gülərək, “bığı tökülüb”,- deyə cavab vermişdi. C.Əsgərov isə “Zəngilanda olacaq” deyərək növbəti aeroportun açılışına kimi bığ saxlayacağına söz vermişdi. AZAL prezidenti R.T.Ərdoğana söz verdiyi kimi bığ saxlaması ilə növbəti dəfə gündəmə gəlmişdi.

Bu ilin oktyabrdında 11 yaşlı qızın dünyaya uşaq gətirməsi ilin ən qalmaqallı hadisəsi oldu. Daha sonra körpəsi ölən uşağın atalığı təqsirli bilinərək həbs olundu.

Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun 7 hərbçisinin şəhid olması, 10 nəfər hərbi qulluqçunun yaralanması ən üzücü hadisələrdən biri oldu.
30 noyabrda Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğraması nəticəsində 14 nəfərin həlak olması, 2 nəfərin yaralanması xalqımız üçün növbəti üzücü xəbər oldu.
Müğənni Elnarə Xəlilovanın Dövlət Sərhəd Xidmətində işləyən həyat yoldaşı mayor Rövşən Cahangirovun helikopter qəzasında şəhid olan hərbçilərlə vida mərasiminə gedən jurnalistə hücum etməsi və daha sonra töhmət alması da müzakirə və tənqid olunmuşdu.

Xəbər lenti