İran Trampa sui-qəsd ittihamlarını rədd edib

İranın ABŞ-ın keçmiş prezidenti Donald Trampa sui-qəsd cəhdində ittihamları rədd edib.

APA “IRNA“ agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın BMT-dəki Daimi Nümayəndəliyi bildirib.

İslam Respublikasının qurumdakı daimi nümayəndəliyi ittihamların əsassız və qərəzli olduğunu qeyd edib.

Macarıstan XİN: Sanksiyalar Rusiya iqtisadiyyatından çox Avropaya ziyan vurur

Uğursuz sanksiya siyasəti Avropa iqtisadiyyatına Rusiya iqtisadiyyatından daha çox ziyan vurur.

APA xəbər verir ki, Bu barədə jurnalistlərə Macarıstanın xarici işlər naziri Peter Siyarto jurnalistlərə açıqlamasında bildirib.

“Hamımız düşdük ki, son iki il yarımda amerikalıların hərəkətlərini təktarlayan Avropanın strategiyası uğursuz olub. Sanksiyalar Avropa iqtisadiyyatına Rusiya iqtisadiyyatından daha çox ziyan vurdu”, - nazir vurğulayıb.

Tramp İrəvanda panika yaratdı: Bakı ilə işləyəcək - NƏ BAŞ VERİR?

Trampın xüsusilə Pensilvaniyada seçki mitinqi zamanı sui-qəsd cəhdinə məruz qalması və qulağından yaralanması ilə reytinqinin kəsin artması erməni ictimai fikrində narahatlıqla izlənilir.

Axar.az xəbər verir ki, “Sputnik Ermənistan” bir qədər də Trampı aşağılamaqla, “güllələnmiş qulağın yeni ABŞ-ın simvolu” olacağı haqda “həyəcanlı” məqalə yayıb.

Bildirilib ki, son sorğuya görə Trampın reytinqi 66%, Baydenin 15%, Kamala Harrisin isə 10%-dir. Bu isə Trampın ABŞ prezidenti olmaq ehtimalını çox yüksəldir. Co Baydeni yalnız “fors-major” xilas edə bilər.

Məqalədə vurğulanıb ki, Tramp prezident olacağı halda Ermənistan üçün yaxşı heç nə gözlənilmir. Çünki Tramp hər şeydən öncə “Amerika amerikalılar üçündür” ideyasının təbliğinə diqqət yetirir ki, bu da respublikaçıların səylərini daha çox daxili problemlər üzərində cəmləşdirmək siyasətində əksini tapıb.

Trampın qlobal neft-qaz sektoruna ciddi önəm verəcəyi və buna görə də Cənubi Qafqazda Azərbaycanı xüsusi dəstəkləyəcəyi ehtimalını irəli sürən müəllifin fikrincə, ABŞ-ın yeni administrasiyası azərbaycanmeyilli olacaq və Türkiyə və Azərbaycanla işləyəcək. Trampın bunun üçün başqa səbəbi də var – İrana sərt münasibəti, israilyönlü olması… İsrail isə Azərbaycanın strateji tərəfdaşıdır.

Məqalədə iddia edilib ki, Trampın “Ermənistanın düşmənlərinin tərəfində olacağına zəmanət verilir”.

Erməni siyasi kəsimində narahatlığın daha bir səbəbi isə odur ki, Tramp “tarazlaşmaya” meyilli siyasətçi deyil, ABŞ maraqlarından çıxış edir və birbaşa sözünü deyir. Ona görə də Tramp Azərbaycanla birgə addım atacaq və qətiyyən “balans” saxlamayacaq.

hemin-gulleden-sonra-ilk-defe-sehnede

ABŞ-nin sabiq prezidenti Donald Tramp bir neçə gün əvvəl ona qarşı edilən sui-qəsd cəhdindən sonra ilk dəfə görüntülənib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, prezidentliyə namizəd Respublikaçılar partiyasının Viskonsin ştatında keçirilən qurultayında iştirak edib və burada səhnəyə çıxıb.

Bu, Trampın insidentdən sonra ictimaiyyət qarşısında ilk çıxışı olub. 

Onun sağ qulağının sarğıda olması diqqət çəkib. 

Qeyd edək ki, Respublikaçılar partiyası qurultay zamanı Donald Trampın prezidentliyə namizədliyini rəsmi olaraq təsdiq edib.

Onu da xatırladaq ki, iyulun 14-də 78 yaşlı D.Tramp Pensilvaniyada mitinq zamanı hücuma məruz qalıb. Bu zaman o, sağ qulağından yüngül yaralanıb. Federal Təhqiqat Bürosunun məlumatına görə, keçmiş prezidentə 20 yaşlı Tomas Metyu Kruks atəş açıb. Onun zərərsizləşdirildiyi bildirilib. Hələlik onun hadisəni hansı səbəbdən törətdiyi məlum deyil.

 

 


 
Tramp vitse-prezidentin kim olacağını açıqladı

Donald Tramp rəsmən Respublikaçılar Partiyasından prezidentliyə namizəd olub.

CNN xəbər verir ki, Tramp seçkidə qalib gələrsə, o zaman senator Cey Di Vens vitse-prezident təyin edəcəyinə söz verib.

Nəşrin məlumatına görə, Tramp prezident seçkilərində partiyanın rəsmi namizədi olmaq üçün kifayət qədər respublikaçı səs toplayıb.

"Çox düşündüm və fikirləşdim və bir çoxlarının böyük istedadlarını nəzərə alaraq qərara gəldim ki, ABŞ-nin vitse-prezidenti vəzifəsini tutmaq üçün ən uyğun adam Ohayo ştatının senatoru Cey Di Vensdir", - Tramp bildirib.

Ağ Ev: İrəvanla Bakı Vaşinqtonda razılıq əldə edib

Birləşmiş Ştatlar Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin bağlanması üzrə danışıqlarda əhəmiyyətli irəliləyiş olduğunu bəyan edib.

Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.

Onun sözlərinə görə, Vaşinqton tərəfləri sülh sazişi bağlamağa çağırmaqda davam edir.

“İki ölkə arasında sülh sazişi onlar üçün, eləcə də regionda sülh, sabitlik və təhlükəsizlik baxımından böyük əhəmiyyət kəsb edəcək. Biz razılığa gəlməyin mümkün olduğuna inanırıq, lakin bunun üçün hər iki tərəfdən çətin qərarlar və ciddi kompromislər tələb olunur”, - Miller bildirib.

O həmçinin qeyd edib ki, Vaşinqtonda keçirilən son danışıqlar zamanı tərəflər irəliləyiş əldə ediblər.

Bununla belə Dövlət Departamentinin nümayəndəsi detalları açıqlamaqdan imtina edib.

O əlavə edib ki, Vaşinqton yekun razılaşmanın əldə edilməsinə və fikir ayrılıqlarının aradan qaldırılmasına töhfə verməkdə davam edəcək.

"Razılaşma hələ əldə olunmayıb və biz razılaşma əldə olunmayana qədər dayanmayacağıq", - Miller bildirib.

Toy döyüş meydanına çevrildi: stullar havada uçuşdu - VİDEO

Türkiyənin Samsun şəhərində toyda kütləvi dava baş verib.

Bu barədə Türkiyə mətbuatında məlumat yayılıb.

Bildirilir ki, mübahisə edən şəxslər bir-birinə stullar atıblar. Hadisə zamanı 5 nəfər yaralanıb.

Yaralananlar xəstəxanaya yerləşdiriliblər. Hadisə ilə bağlı polis 4 nəfəri saxlayıb. (Publika.az)

Tramp "Ukrayna faciəsi" hazırlayır: ABŞ geri çəkiləcək, Avropa Birliyi isə dəstək verməyəcək

ABŞ-da hakimiyyət dəyişdikdən sonra ön plana çıxacaq birinci variant ondan ibarətdir ki, rəsmi Kiyevdən bəzi Ukrayna ərazilərinin Rusiyaya güzəştə gedilməsi şərti ilə sülh müqaviləsinin imzalanması tələb oluna bilər... Əgər, rəsmi Kiyev bundan imtina edərsə, onda Ukraynaya ABŞ və Qərbin hərbi-siyasi dəstəyi olmadan Rusiya ilə təkbaşına savaşmaq təklif olunacaq və bu variantların hər ikisi Ukrayna üçün real təhlükə anlamı daşıyır...

Ukrayna savaşı ətrafında qeyri-müəyyən situasiya yaranıb. Belə ki, bir tərəfdən Ukrayna savaşının dayandırılması istiqamətində müəyyən sülh təşəbbüsləri intensivləməyə başlayıb. Digər tərəfdən isə buna paralel olaraq, savaşın daha da qızışdığı müşahidə olunur. Və bu baxımdan, savaşın daha amansız xarakter aldığı bir şəraitdə sülh təşəbbüslərinin hansı nəticələri verə biləcəyi kifayət qədər müəmmalıdır.

Məsələ ondadır ki, ABŞ-da keçiriləcək prezident seçkilərində qələbə qazanacağına artıq elə bir ciddi şübhə yeri qalmayan Ağ Evin keçmiş sahibi Donald Trampın liderliyi ilə Ukrayna savaşının dayandırılması istiqamətində cəhdlər göstərilir. Bu prosesdə əsas aparıcı koordinator rolunu isə məhz hazırda Avropa Birliyinə sədrlik edən Macarıstanın baş naziri Viktor Orban oynayır. Macarıstan baş naziri Viktor Orban Ukrayna, Rusiya və Çinə ardıcıl səfərlərlə müharibənin dayandırılması ilə bağlı şərtlərin müzakirəsinə artıq nail olub. Və bu, Ukrayna savaşı ətrafında sülh prosesinin artıq başlanıldığını birmənalı şəkildə təsdiqləyir.

Ancaq bu prosesdə ziddiyyətli məqamlar da kifayət qədərdir. Belə ki, Macarıstan baş naziri Viktor Orban Ukrayna, Rusiya və Çində apardığı sülh danışıqlarını ABŞ-da hazırda hakimiyyətdə olan Bayden administrasiyası və Avropa Birliyinin siyasi rəhbərliyi ilə müzakirə etməyə elə bir ciddi ehtiyac duymur. Hələlik, Macarıstan lideri bu proseslə bağlı Bayden administrasiyasını və Avropa Birliyinin siyasi rəhbərliyini sadəcə, məlumatlandırmaqla, kifayətlənib. Və əsas yekun müzakirələrin məhz ABŞ-ın növbəti prezidenti olacağı artıq qətiyyən şübhə doğurmayan Donald Trampla aparmağa üstünlük verib.

Təbii ki, bütün bunlar Ukrayna savaşını birbaşa maliyyələşdirən Qərb siyasi dairələrində həm ciddi narahatlıq, həm də kəskin ziddiyyətlər yaradır. Birincisi, Macarıstan baş nazirinin öz üzərinə götürdüyü sülh missiyası Bayden administrasiyasının fəaliyyətini müəyyən mənada, iflic edə bilər. Çünki Ağ Ev Ukrayna savaşının dayandırılması prosesindən kənarlaşdırılmış duruma düşməkdədir. Eyni zamanda, Bayden administrasiyasının səlahiyyətləri demək olar ki, şübhə altına salınıb. Çünki sülh prosesində ABŞ-ı yalnız keçmiş prezident Donald Tramp təmsil edir. Və Ukrayna savaşının sülh istiqamətinə doğru yönləndirilməsinə qarşı çıxan Bayden administrasiyasının mövqeyi nəzərə alınmır.

Təbii ki, bu, seçki ərəfəsində ABŞ-da siyasi hakimiyyət boşluğu yaranmasına da stimul verə bilər. Eyni zamanda, dünya məkanında hətta seçkilərə qədər belə, ABŞ-ın beynəlxalq proseslərdə təmsil edilməsində Donald Trampın ön plana keçməsi ilə bağlı ciddi prisident də yarada bilər. Yəni, Macarıstan baş nazirinin Donald Trampla əməkdaşlıq etməsi bəzi dünya dövlətləri üçün örnəyə çevrilmə ehtimalı hər halda, olmamış deyil. Və bu, ABŞ-ın siyasi idarəçilik sistemi üçün kifayət qədər ciddi böhran təhlükəsi anlamı daşıyır.

Onu da nəzərə almaq lazımdır ki, Donald Trampın Ukrayna savaşının dayandırılmasına yönəlik mövqeyi Bayden administrasiyasının hədəfləri ilə kəskin ziddiyyət də təşkil edir. Belə ki, Bayden administrasiyası hazırda Ukrayna savaşının mümkün qədər uzadılmasına cəhd göstərir. Rusiyanın tamamilə gücdən salınaraq, zəiflədilməsini əsas prioritet olaraq, ön plana çıxarır. Və belə vəziyyət istər-istəməz mövcud Bayden administrasiyası ilə gələcək Tramp hakimiyyəti arasında Ukrayna savaşı ətrafında qarşıdurma mühitinin yaradılmasına səbəb olur.

Göründüyü kimi, ABŞ öz müasir tarixində nadir təsadüf oluna biləcək yeni situasiya ilə üz-üzə qalıb. Əgər, belə davam edərsə, ABŞ-da yaxın vaxtlarda siyasi hakimiyyət böhranından da danışmaq mümkün ola bilər. Nəticədə ABŞ siyasi məkanda parçalanma da qaçılmaz ola bilər. Və belə siyasi parçalanmanın ABŞ cəmiyyətinə təsirsiz ötüşə biləcəyini düşünmək isə sadəlövhlük olardı.

Onu da qeyd etmək lazımdır ki, bütün bunlar Avropa Birliyinin daxilində mövcud olan situasiya üçün də aktualdır. Belə ki, Avropa Birliyinin daxilində də Ukrayna savaşının dayandırılmasına üstünlük verən dairələr mövcuddur. Ancaq ümumi mövqe Bayden administrasiyası kimi, Ukrayna savaşının mümkün qədər uzadılması üzərində qurulub.

Ona görə də, Macarıstan baş naziri Viktor Orbanın Ağ Evin keçmiş sahibi Donald Trampla koordinasiya etdiyi sülh təşəbbüsləri Avropa Birliyinin daxilində ciddi narazılıq və narahatlıq yaradıb. Və hətta hazırda Avropa Birliyinin yüksək dairələri Macarıstan baş naziri Viktor Orbanın sülh təşəbbüsləri üzrə fəaliyyət üçün bu qurumdan mandat almadığı xüsusi olaraq, vurğulanmaqdadır.

Belə anlaşılır ki, həm ABŞ-da, həm də Avropa Birliyində Ukrayna savaşından qaynaqlanan ziddiyyətlər hazırda kəskinləşmə mərhələsinə keçmək üzrədir. Üstəlik, bu proses o qədər sürətlə inkişaf edir ki, siyasi böhran hər an maraqların toqquşması şəklində ortaya çıxa bilər. Və bu, hazırda həm ABŞ-ın, həm də Avropa Birliyinin siyasi iflas təhlükəsi qarşısında olduğunu göstərir.

Məsələ ondadır ki, Bayden administrasiyası artıq öz beynəlxalq təsirini itirməyə başlayıb. Avropa Birliyinin də Macarıstan baş naziri Viktor Orban tərəfindən oyundan kənar vəziyyətə salınmaqda olduğu müşahidə edilir. Ağ Evin siyasi-ideoloji müdaxiləsi olmadan Avropa Birliyi Ukrayna savaşının davam etdirilməsi variantı üzrə onsuz da geniş manevr mexanizmlərinə malik deyil. Bayden administrasiyasının siyasi hakimiyyəti qeyri-rəsmi şəkildə keçmiş prezident Donald Trampa uduzması Avropa Birliyinin "geopolitik labirintə" düşməsini təmin edə biləcək təhlükədir. Və bütün bunlar indiki situasiyada ilk növbədə Ukraynanın gələcək taleyini təhdid edir.

Məsələ ondadır ki, bir neçə aydan sonra, yəni noyabrın 5-də qələbə şansları hazırda qarşısıalınmaz olan Donald Tramp ABŞ prezidenti seçilərsə, kollektiv Qərbin dəstəyi Ukrayna üçün tarixə çevrilə bilər. Yəni, tezliklə hərbi-siyasi prosesin Ukrayna əleyhinə yönəlmə ehtimalı kifayət qədər real görünür. Bu, baş verərsə, kollektiv Qərbin Ukraynanı Rusiya qarşısında indiki həlledici dəstəkdən məhrum buraxa biləcəyi qətiyyən istisna deyil. Və bu, rəsmi Kiyevə böyük hərbi-siyasi itkilər vəd edir.

Belə anlaşılır ki, keçmiş prezident Donald Trampın yenidən Ağ Evə sahiblənməsi ilk növbədə Ukraynanın taleyini təyin edə bilər. Əlavə detalları sadalamadan ehtimal etmək olar ki, yeni prezident Donald Trampın dönəmində ABŞ və onun Qərbdəki müttəfiqləri Ukraynaya cəmisi iki variant təklif edə bilər. Birinci variant ondan ibarətdir ki, rəsmi Kiyevdən bəzi Ukrayna ərazilərinin Rusiyaya güzəştə gedilməsi şərti ilə sülh müqaviləsi imzalamaq tələb oluna bilər. Əgər, rəsmi Kiyev bundan imtina edərsə, onda Ukraynaya ABŞ və Qərbin hərbi-siyasi dəstəyi olmadan Rusiya ilə təkbaşına savaşmaq təklif olunacaq. Və bu variantların hər ikisi Ukrayna üçün real təhlükə anlamı daşıyır.(Yeni Müsavat)

Xəzər quruyur: Rusiya konkret qərarlar verəcək

Xəzər dənizinin dayazlaşması ilə bağlı konkret qərarlar hələlik hazırlanma mərhələsindədir.

Axar.az xəbər verir ki, bunu Rusiya Federasiyası Prezidentinin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün Beynəlxalq təşkilatlarla əlaqələr üzrə xüsusi nümayəndəsi Boris Titov Rusiyanın Azərbaycandakı səfirliyində jurnalistlərə açıqlamasında bildirib.

Bu məsələnin həm yüksək səviyyədə, həm də nazirliklər səviyyəsində həyata keçirilən bütün görüşlərin gündəliyində olduğunu diqqətə çatdıran B.Titov deyib:

“Düşünürəm ki, bununla bağlı düzgün qərar veriləcək. Əlbəttə ki, bu gün mürəkkəb ekoloji proseslər baş verir. Bəzilərinin dövri xarakterə malik olduğunu bilirik. Əlbəttə ki, bu həm Volqa çayına, həm də Xəzər dənizinə aiddir, ona görə də biz bunu rəhbərliyimizin öhdəsinə buraxacağıq”.

15 iyul dövlət çevrilişinə cəhd: Səbəb, məqsəd və nəticə 

Bu gün Türkiyədə 15 iyul 2016-cı il xain dövlət çevrilişinə cəhdin növbəti ili qeyd olunur. Dövlət çevrilişinin qarşısın almaq üçün ayağa qalxan xalq və ordu ümumilikdə 252 şəhid verdi və 2740 nəfər isə qazi oldu. 2016-cı ildən sonra 15 iyul Türkiyədə Demokratiya və Milli Birlik Günü kimi qeyd olunmaqdadır. Hadisədən illər ötməsinə baxmayaraq Türkiyədəki dövlət çevrilişinə cəhd bu gün də öz aktuallığını saxlamaqdadır. Çünki bu planın arxasında dayanan güclər bu gün də Türkiyəyə qarşı çirkli niyyətlərini həyata keçirməkdə isralıdırlar və məqam düşdükcə Türkiyəyə qarşı bu niyyətlərini həyata keçirməyə çalışırlar.

2016-cı ilə 15 iyuldakı dövlət çevrilişinin səbəbləri, hədəfi nə idi? Bu plan hansı nəticələrə hesablanmışdı?

Səbəblərə gəldikdə onu qeyd etmək lazımdır ki, AKP-nin iqtidara gəlişi ilə Türkiyədə yeni bir mərhələdə başladı.

Birincisi, ötən əsrin 70-ci illərindən sonra Türkiyədə hakimiyyət uğrunda savaşda yaranan siyasi böhrana son verildi və ölkədə tədricən siyasi sabitlik yaranmağa başladı. Çünki AKP iqtidarınadək Türkiyənin siyasi həyatında bir böhran hökm sürməkdə idi. Tez-tez hökumət böhranları yaranırdı və bu da hakimiyyət dəyişikliyi ilə nəticələnirdi. Seçkilərdə iştirak edən siyasi qüvvələr seçkilərin nəticəsi olaraq mütləq çoxluğu əldə edib təkbaşına hökumət qura bilmədiyindən ölkədə məcburi şəkildə koalisiya hökumətləri qurulurdu. Bu hökumətlərin də ömrü çox olmurdu. Koalisiya hökumət daxilində ziddiyətlər yarandığından müddət başa çatmadığından hökumətlər dağılırdı. Hətta təkbaşına hökuməti quran siyasi qüvvələrin hakimiyyəti uzun sürmürdü. Siyasi böhran nəticəsində ya yeni hökumət qurulurdu, ya da dövlətçiliyə təhdid yarandığı üçün ordu idarəçiliyi ələ keçirirdi. Bu da nəticə etibarilə Türkiyə dövlətçiliyinin siyasi-iqtisadi gücünü zəiflətməklə yanaşı, beynəlxalq imicinə də zərbə vururdu. Bu həm də Türkiyə cəmiyyətini yorurdu. Ölkə iqtisadiyyatının davamlı inkişafına, beynəlxalq aləmdə söz sahibi olmasına mane olurdu.

Nəticə etibarilə Türkiyə NATO üzvü kimi hərbi cəhətdən qüdrətli ölkə olmasına baxmayaraq dünya güclərinin əlində alət rolunu oynayırdı. Lakin AKP iqtidarı ilə bütün bunlara - hakimiyyət uğrunda savaşlarda siyasi böhranlara son verildi. Ordu da siyasi böhranlara müdaxilədən kənarlaşdırıldı. Yəni ordunun da siyasi böhranlardan sui-istifadə hallarına son verildi. Bununla da Türkiyə siyasi və iqtisadi cəhətdən davamlı inkişaf yoluna qədəm qoymaqla ən qısa zamanda dünyanın ən nüfuzlu ölkələrindən biri olmaqla beynəlxalq aləmdə ciddi aktorlardan birinə çevrildi. Beynəlxalq miqyasda baş verən proseslərdə artıq Ankaranın rəyi və mövqeyi nəzər alınmağa başlanıldı.

İkincisi, AKP iqtidarı Türkiyənin uzun illər əziyyət çəkdiyi PKK terroruna qarşı dialoq siyasəti həyata keçirməyə başladı.
Üçüncüsü, hərbi-sənaye kompleksinin inkişafı nəticəsində Türkiyə təkcə ordu baxımdan deyil, həm də hərbi-sənaye cəhətdən qüdrətli ölkəyə çevrildi. Bu gün Türkiyənin istehsal etdiyi hərbi texnikalara, silah-sursata böyük maraq və diqqət var. Bu da Türkiyənin gücünə əlavə güc qatmaqdadır.

Dördüncüsü, siyasi, iqtisadi sabitliyin yaranıb inkişaf mərhələsinə qədəm qoyması ilə Türkiyə dünyanın 20 ən güclü "G20" ölkələr arasında yer aldı.

Beşincisi, Türkiyənin bu imkanları dünyanın yenidən şəkilləndirilməsi prosesində gedən geosiyasi və geoiqtisadi savaşlarda önəmli rolunu ön plana çıxardı. Belə ki, Türkiyə dünyanın yenidən şəkillənməsində gedən geosiyasi və geoiqtisadi mübarizəsi nəticəsində bütün enerji, nəqliyyat və digər logistik dəhlizlərin Türkiyə üzərindən keçməsi bu ölkəni sözün əsl mənasına hab bir ölkəyə çevirdi.

Altıncısı, geosiyasi və geoiqtisadi proseslər Türk dövlətlərinin bir güc mərkəzi kimi ortaya çıxmasını zəruri etdi. Türkiyə olmadan Türk dünyasının siyasi-iqtisadi-hərbi güc mərkəzi kimi formalaşması mümkün deyil.

Yeddincisi, dünyanın yenidən şəkillənməsində Ankara bütövlükdə Avrasiya məkanında, xüsusən də Türk coğrafiyasında, Orta və Şimali Afrikada önəmli bir faktor kimi ortaya çıxdı. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın "Ərəb baharı" dövründə Yaxın Şərq və Şimali Afrika ölkələrinə səfəri bunun bariz nümunəsi oldu. Prezident Ərdoğan yeni dünyanın yeni lideri kimi qəbul edilməyə başlandı.

Bütün bu və digər amillər Türkiyənin təkcə gücünə güc qatmaqla dünyanın əsas söz sahibi və nəticədə qlobal güc kimi formalaşmasına geniş imkanlar açırdı.

Bax bütün bu faktorlar nəinki Qərbi, o cümlədən digər dünya güclərini də narahat edirdi. Bu güclər bir araya gələrək Türkiyənin artan rolunun qarşısını almaq üçün ən müxtəlif yollara əl atdılar. Oyunları boşa çıxdıqda isə uzun illər boyu dövlət içinə yerləşdirdikləri FETÖ vasitəsilə bunu reallaşdırmağa çalışdılar. Hədəf yenidən Türkiyənin 70-ci və 90-cı illərin Türkiyəsinə qaytarmaq, nəzarət altında olan bir dövlətə çevirmək idi.

Lakin türk xalqının və ordusunun prezident Rəcəb Tayyib Ərdoğanın ətrafında sıx birləşməsi nəticəsində məkrli planların qarşısı alındı.

Onu da qeyd etmək lazımdır ki, bu çevriliş cəhdi təkcə Türkiyəyə qarşı deyildi, həm də yenicə formalaşan Türk birliyinə qarşı idi.
Türkiyəyə qarşı bu çirkin oyunlar bu gün də davam etməkdədir. Bu gün Yaxın Şərqdə, xüsusən də Qəzzada, Livanda, Suriyada, İraqda, Qafqazda, Mərkəzi Asiyada baş verən proseslərin arxasında həm də məkrli bir Türkiyə planı var. Prezident Rəcəb Tayyib Ərdoğan təsadüfən demir ki, Qəzza Anadolunun müdafiə səngəridir. Əgər İsrail, Qərb və bəzi digər ölkələr Qəzzada məsələni həll edərsə, növbəti proseslər Türkiyə ilə sərhəddə başlayacaq. Son zamanlarda Qərb və İsrailin, hətta İranın dəstəyi ilə Suriyada terrorçu PKK/YPG əlaltı dövlətin yaradılması istiqamətindəki cəhdlər bunun sübutudur. Çünki bütün dünya gücləri yaxşı anlayır ki, Türkiyənin gücə çevrilməsi, onların nəinki bölgədə, bütövlükdə dünyada çirkin niyyətlərini həyata keçirilməsinə mane olacaq.

Ona görə də hər vasitə ilə Türkiyənin çökdürülməsi planını həyata keçirməyə çalışırlar. Lakin onu da unudurlar ki, bu gün heç bir güc Türkiyənin və Türk dünyasının ilk mərhələdə siyasi-iqtisadi, növbəti mərhələdə hərbi güc kimi formalaşmasının qarşısını ala bilməyəcəklər. Bu özünü 2020-ci ildə Azərbaycanın Ermənistanın işğlaçılıq siyasətinə son verilməsində, Türk dünyasının vahid güc kimi formalaşması istiqamətində, Yaxın Şərqdə və dünyanın digər bölgələrində oynadığı rolda göstərir.

XXI əsr Türk əsridir və Ankara qarşıya qoyulan hədəflərə uğurla nail olacaq.

Xəbər lenti