İrəvanla Bakı arasında ən uğurlu sülh platforması Vaşinqton və Ankaradır - Sarkisyan

"Baydenin yenidən prezident seçiləcəyi təqdirdə Ermənistanla bağlı siyasətdə ciddi dəyişikliklər olmayacaq. ABŞ təkcə Ermənistanla bağlı deyil, həm də regionda qəbul etdiyi siyasi xətti davam etdirəcək. ABŞ-nin Ermənistandakı siyasəti regiondakı siyasətin tərkib hissəsidir. ABŞ dünyanın müxtəlif yerlərində Rusiya və Çinlə rəqabət aparır və dünyanın müxtəlif yerlərində Rusiyanın təsirini minimuma endirməyə çalışır. Bu, Bayden administrasiyası dövründə ABŞ-nin siyasətidir".

Bunu erməni politoloq Suren Sarkisyan deyib.

Trampın hakimiyyətə gəlişi təqdirdə isə Sarkisyan deyib ki, region onun üçün Bayden qədər vacib olmayacaq.

Onun fikrincə, Tramp prezident olarsa, Rusiya ilə münasibətləri tənzimləməyə çalışacaq, İrana qarşı daha sərt mövqe nümayiş etdirəcək. "İstənilən namizədlə bizim üçün çətinliklər olacaq", - o qeyd edib.

İrəvanla Bakı arasında sülh danışıqları üçün Vaşinqton platformasının perespketivinə toxunan politoloq deyib ki, Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi üçün yeganə platforma Vaşinqtondur, eyni şeyi Ermənistan-Türkiyə platforması haqqında da demək olar: "Digər vasitəçilər - Rusiya , Minsk Qrupu, Fransa - yoxdur. ABŞ-nin yeganə təşəbbüskar olduğu iki tərəf arasında münasibətlərin tənzimlənməsindədir. Onlar həmişə düşünüblər ki, əgər regionda münaqişələr, yəni Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə münasibətləri həll olunarsa, o zaman Rusiyanın Cənubi Qafqazda təsirini azaltmaq, yaxud Rusiyanı bölgədən sıxışdırıb çıxarmaq olar. ABŞ bu gündəmlə irəliləməyə çalışır. Ona görə də deyirlər ki, noyabra qədər, prezident seçkiləri zamanı buna nail olmaq lazımdır. Əgər Tramp qayıtsa, Bayden uduzsa, ABŞ-nin gündəminə uyğun olaraq Ermənistanda gedən bu proseslər hələlik dayanacaq. Tramp administrasiyasının hansı siyasət yürüdəcəyini zaman göstərəcək".

Çin əhalisi iki dəfə azalacaq - PROQNOZ

BMT-nin proqnozlarına görə tək uşaq siyasəti sayəsində 2100-cü ilə qədər Çinin əhalisi 1,4 milyarddan 639 milyona düşəcək.

Bu barədə iyulun 11-də Wall Street Journal (WSJ) məlumat yayıb.

“İqtisadçılar bunu demoqrafik dividend adlandırırlar - ölkədə əmək qabiliyyətli yaşda olan insanlar işsiz körpə və qocalardan daha çoxdur. Belə ölkələr zənginləşdikcə insanlar təbii olaraq daha az uşaq sahibi olmağa qərar verirlər və əhali qocalmağa başlayır”, - nəşr qeyd edib.

Tədqiqatçılar qeyd edirlər ki, əhalinin sayının kəskin azalması 2040-cı ilə qədər başlayacaq.

Qeyd edək ki, tək uşaq siyasəti Çində 1980-ci ildə iqtisadi artımı stimullaşdırmaq üçün tətbiq edilib. Hazırda ölkə iqtisadiyyatı nominal ÜDM-in həcminə görə dünyada ABŞ-dan sonra ikinci yerdədir.

Ukraynaya silah göndərən şirkətin rəhbərinə qarşı sui-qəsd cəhdi olub

2024-cü ilin əvvəlində ABŞ və Almaniya kəşfiyyat xidmətləri "Rheinmetall" şirkətinin baş direktoru Armin Pappergerə qarşı sui-qəsdin qarşısını alıb.

"Bu barədə anonim beş mənbədən məlumatlar alınıb.

Onların sözlərinə görə, ABŞ xüsusi xidmət orqanları əvvəlcə sui-qəsdin hazırlanmasından xəbər tutub, bundan sonra bu məlumat Berlinə ötürüb və qətlin qarşısını almağa kömək edib.

İşin arxasında Rusiyanın ola biləcəyi ehtimal edilir, lakin buna dair sübut yoxdur.

Qeyd edək ki, "Rheinmetall" baş ofisi Düsseldorfda (Almaniya) yerləşən Avropanın ən böyük silah istehsalçısıdır. Konsern, digər məsələlərlə yanaşı, Ukrayna ordusu üçün silah istehsalı üzrə müqavilələr əsasında işləyir. Şirkət özü sui-qəsd barədə məlumatları şərh etməyib.

Putinin yenidən dizayn etdiyi Qlobal Cənubda Rusiyaya münasibət açıqlandı - SENSASİON SORĞU

Rusiya Prezidenti Vladimir Putinin anti-Qərb ritorikası və Qlobal Cənub ölkələrinə birlikdə “çoxqütblü” dünya qurmaq çağırışı Kremlin “dost” adlandırdığı ölkələrin sakinləri arasında həvəs oyatmayıb.

Bu, Pew Araşdırma Mərkəzinin keçirdiyi sorğuda üzə çıxıb.

Sorğunun nəticələri göstərir ki, Latın Amerikası ölkələrində, eləcə də Rusiyanın əsas ticarət tərəfdaşları - Hindistan və Türkiyədə vətəndaşların Rusiya Prezidentinə inam səviyyəsi çoxillik minimuma enib.

Kremlin “strateji tərəfdaş” adlandırdığı Hindistanda vətəndaşların 39 faizi Putinin beynəlxalq məsələlərdə düzgün iş görməyə qadir olduğuna inanır. Rusiya prezidentinin etimad reytinqi əvvəlki sorğudan sonra 3 faiz bəndi aşağı düşüb və onun hazırkı səviyyəsi 2017-ci ildən bəri ən aşağı göstəricidir.

Türkiyədə Putinə inam səviyyəsi də 7 illik minimuma düşüb. Türkiyə vətəndaşlarının yalnız 29 faizi Putini beynəlxalq məsələlərdə etibarlı hesab edib.

Putinin Latın Amerikasında Simon Bolivarın ənənələrini xatırlayaraq Qərbin “müstəmləkəçiliyi” ilə mübarizə aparmağa çağırışı tam bir PR fəlakətinə məruz qalıb. Braziliya və Çilidə Putinə etimad səviyyəsi 2007-ci ildən bəri ən aşağı səviyyəyə düşüb - müvafiq olaraq 10 faiz və 12 faiz. Kolumbiyada respondentlərin 18 faizi Rusiya prezidentinə güvəndiyini bildirib ki, bu da son 10 ilin ən pis nəticəsidir. Meksikada Putinin reytinqi il ərzində 1 faiz bəndi azalaraq 24 faizə düşüb ki, bu da 2018-ci ildən bəri ən pis nəticədir.

Pew-un sorğu ilə əhatə etdiyi Qlobal Cənubdakı 20 ölkədən yalnız ikisində vətəndaşların yarıdan çoxu qlobal məsələlərdə Putinə güvəndiyini bildirib: Malayziya (61 faiz) və Filippin (59 faiz). Rusiya prezidenti Banqladeş (50 faiz) və Keniyada da (47 faiz) nisbətən yüksək nəticə əldə edib.

Putinin “strateji tərəfdaş” adlandırdığı Cənubi Afrikada Rusiya prezidentinə etimad səviyyəsi ardıcıl ikinci ildir ki, 2014-cü ildən bəri ən aşağı həddə – 30 faizdə qalır. Digər Afrika ölkəsi Qanada isə Pew sorğusunun nəticələrinə görə, Putinin reytinqi 33 faizə enib.

Ümumilikdə, tədqiqatın aparıldığı 35 ölkədə əhalinin 65 faizi Rusiyanı mənfi, 28 faizi isə müsbət qiymətləndirir. Putinə münasibət bütövlükdə ölkəyə münasibətdən bir qədər pisdir: 73 faiz onun beynəlxalq məsələlərdə düzgün hərəkət edə bildiyinə inanmır, 21 faiz isə ona güvənir.(Musavat.com)

İran xəbərdarlıq edir, Nikol əhəmiyyət vermir - KiviryanHakimiyyət Ermənistanı alver obyektinə çevirdi. Onlar İranın ABŞ-ın regionda fəallaşmaq cəhdlərindən narazılığına məhəl qoymurlar.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Argişti Kiviryan yerli jurnalistlərə açıqlamasında deyib.

“Xarici qüvvələrin bura gətirilməsi Tehranın düşmənlərini İran sərhədlərinə çatdırmaq deməkdir. Tehran bundan danışır və İrəvanı bu siyasətdən imtinaya çağırır, lakin Ermənistan hakimiyyəti buna məhəl qoymur və eyni siyasəti davam etdirir. Ermənistan rəhbərliyi onlara hakimiyyətə gəlməkdə köməklik edən qüvvələrin göstərişlərinə əməl edir”, - o bildirib.

O iddia edib ki, əgər Ermənistan İran və digər ölkələrin siqnallarından düzgün istifadə edə bilsəydi, indiki vəziyyətinə düşməzdi.
ermenistanda-mulki-sexsler-herbi-hisseye-basqin-etdi

Ermənistanın Sünik vilayətində bir qrup mülki şəxs ölkənin hərbi hissələrindən birinə hücum edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Ermənistanın İstintaq Komitəsi yayıb. 

Bildirilir ki, həmin şəxslərin məqsədi əsgər olan tanışları ilə bağlı bəzi məsələləri aydınlaşdırmaq olub. 

Məlumata görə, növbədə olan hərbçilərin tələbi ilə mülki şəxslər hərbi hissənin ərazisindən çıxsalar da, nəzarət-buraxılış məntəqəsinin qapısı önündə iki hərbçi ilə onlar arasında dava düşüb. 

Mülki şəxslərdən biri üzərində olan tapança ilə havaya atəş açıb. 

Hadisə ilə bağlı 3 nəfər həbs edilib. 

Vuçiç: "Serbiya ABŞ və ya Rusiyanın əlaltısı deyil"

"Serbiya ABŞ və ya Rusiyanın əlaltısı, yaxud agenti deyil".

Bunu Serbiya Prezidenti Aleksandar Vuçiç NATO-nun Avropadakı keçmiş komandanı, istefada olan general Uesli Klarkın bəyanatına cavab olaraq bildirib.

"Uesli Klark Balkanlarda öz silinməz izlərini qoyub. Təəssüf ki, bu izlər dəmir və magistral yollar, kiməsə dəstək və kömək deyil, xalqımıza və uşaqlarımıza qarşı repressiyadır. O deyir ki, biz Rusiyanın Balkanlarda agentləri və ya əlaltılarıyıq. Cənab Klarka cavabım budur ki, Serbiyanın nə etdiyini izləyən hər kəsə məlumdur - biz kiminsə əlaltısı deyilik. Nə Rusiyanın, nə də Amerikanın. Biz heç vaxt əlaltıya çevrilməyəcəyik", - Serbiya prezidenti bəyan edib.

Mənbə: gazeta.ru

NATO: "Çin Rusiyanın sponsorudur"

Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) Çini Rusiyanın Ukraynada apardığı müharibənin əsas sponsoru adlandırıb.

Oxu.Az xəbər verir ki, bu barədə iyulun 10-da alyansın sammitinin yekunları üzrə qəbul edilmiş Vaşinqton bəyannaməsində deyilib.

NATO, həmçinin Çini Rusiyanın hərbi maşınına maddi və siyasi dəstəyi dayandırmağa çağırıb.

orban-bu-gun-trampla-gorusecek

Bu gün Macarıstanın Baş naziri Viktor Orbanla ABŞ-nin keçmiş Prezidenti Donald Tramp arasında görüşün keçirilməsi gözlənilir.

“Bu barədə məlumatı öz mənbələrinə istinadən “Bloomberg” agentliyi yayıb.

Danışıqların Floridada Trampın iqamətgahında baş tutacağı bildirilir.

Agentlik qeyd edir ki, Orbanın Trampla görüşü Baş nazirin Rusiya Prezidenti Vladimir Putinlə ABŞ-nin sabiq Prezidenti arasında vasitəçi kimi çıxış etməsinə dair narahatlıqları artıra bilər.

Xatırladaq ki, Macarıstan iyulun 1-dən Avropa İttifaqı Şurasına sədrlik edir. Orban iyulun 2-də Kiyevə, iyulun 5-də Moskvaya səfər edib. O, elə həmin gün Rusiyadan Azərbaycana səfərə gəlib. Baş nazir səfərləri çərçivəsində Ukrayna və Rusiya liderləri ilə münaqişənin nizamlanmasını müzakirə edib, Azərbaycanda isə Türk Dövlətləri Təşkilatının Şuşada keçirilən qeyri-rəsmi sammitində iştirak edib. Orban iyulun 8-də isə Çinə səfər edib.

turkiyede-zelzele-oldu

Türkiyədə 4,4 maqnitudalı zəlzələ olub.

“Bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb

Bildirilib ki, zəlzələ yerli vaxtla 06:24-də Afyonkarahisar şəhərinin mərkəzində qeydə alınıb. Yeraltı təkanların ocağı 6,99 km dərinlikdə yerləşib.

Xəbər lenti