![]() |
|
Rusiya Prezidenti Vladimir Putin kurort vergisini dəyişdirərək 2025-ci ildən turist vergisinin tətbiqi haqqında qanun imzalayıb.
Sənəd Rusiyanın hüquqi informasiya portalında dərc olunub.
Turist vergisi yerli vergi olacaq, onun tətbiqi zərurətini və dərəcələrini bələdiyyələr müstəqil müəyyən edəcəklər. Vergi hotellərin yerləşdiyi yer üzrə büdcəyə ödəniləcək.
Vergi müəyyən kateqoriyalı vətəndaşlar üçün hesablanmayacaq.
Vergi dərəcəsinin tədricən - 2025-ci ildə yaşayış minimumunun 1%-dən başlayaraq 2029-cu ilə qədər ildə bir faiz əlavə edilməklə (2029-cu ildən - 5%-dən çox olmamaqla) artırılması planlaşdırılır.(oxu.az)
ABŞ prezidenti Cozef Bayden çıxışları zamanı tez-tez səhvlərə yol verdiyini və adları qarışdırdığını etiraf edib.
"Report” xəbər verir ki, Ağ Evin rəhbəri baş verən neqativ hallara baxmayaraq, seçki yarışından geri çəkilmə ehtimalını istisna edib.
O, iyulun 12-də Miçiqanda keçirilən mitinqdə deyib: "Müzakirələrdən sonra mətbuatın mənə tənqidlərlə hücum etdiyini görmüsünüz. Məni sərt tənqid etdilər, çünki bəzən adları qarışdırıram. Mən deyirəm ki, bu Çarlidir, bu da Billdir. Media mənim əsas siyasi rəqibim, respublikaçı Donald Trampın oxşar səhvlərinə o qədər də əhəmiyyət vermir.
Son zamanlar çoxlu spekulyasiyaların olduğunu görmüsünüz. Co Bayden nə edəcək? Yarışda qalacaqmı? O, gedəcəkmi? Cavabım budur: biz seçkidə iştirak edirik və qalib gələcəyik. Mən bunu dəyişdirmək niyyətində deyil. Bir çox insan mənim kampaniyamın dağıldığını deyir. Mən heç yerə getməyəcəyəm”.
Litva hökuməti yeni prezidentin vəzifəyə başlaması ilə əlaqədar istefaya gedib.
Bu barədə BBC məlumat yayıb.
Belə ki, Baş nazir İnqrida Simonite hökuməti buraxıb, çünki Gitanas Nauseda ikinci müddətə prezident kimi and içib.
İndi Nazirlər Kabineti ən azı iyulun 16-dək müvəqqəti səlahiyyətləri çərçivəsində işləyəcək. Baş nazirin təsdiqi iyulun 16-da parlamentin iclasında baş tutacaq.
Ermənistanda Nikol Paşinyan hökuməti kurikulumdakı tarix dərsliklərində “Erməni tarixi” əvəzinə müasir Ermənistan dövlətini işıqlandıran “Ermənistan tarixi”nin tədris edilməsinə qərar verib.
Emənistan hökumətinin təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyanın bununla bağlı təqdim etdiyi qanun layihəsi Paşinyan hökuməti tərəfindən qəbul edilib.
Qanun layihəsində tarix fənninin tədrisində “Erməni tarixi” əvəzinə “Ermənistan tarixi”nin daxil edilməsi əksini tapıb.
Nazir Andreasyan “Erməni tarixi” ifadəsinin onlar üçün problem olduğunu bildirib və deyib:
“Klassik erməni dilindən tərcümədə “Hayk” sözü “Hayastan” (Ermənistan), “Hayer” (ermənilər) mənasındadır, lakin hüquqi dövlət tarixinin təqdimatı və tədrisi prosesində o, “Hayastan” ideyasını tam çatdırmır. Bu səbəbdən də, tarix dərslərin tədrisinin “Ermənistan tarixi” adı altında olmasını təklif edirik. Tövsiyə edirik ki, tarix tədrisi ilk növbədə tarixi hadisələrin müasir Ermənistan Respublikasının mövqeyindən təhlilinə və təqdim olunmasına yönəlməlidir”.
Dəyişkiliyi zəruri edən əsas məsələ qonşu ölkələrə olan iddiaların aradan qaldırılmasına, saxta tarixə son verilməsi dir. Bu da müxalifət tərəfindən kəskin etirazla qarşılanıb və gərginliyə səbəb olub.
Adıçəkilən sənəd Ermənistan hökumətinin 11 iyulda keçirilən iclasında qəbul edilib.
İsrail və HƏMAS hərəkatı Qəzza zolağında atəşkəsin yaradılması prinsipləri barədə razılığa gəlib.
Bu barədə ABŞ Prezidenti Co Bayden X səhifəsində məlumat yayıb.
"Altı həftə əvvəl mən atəşkəs və girovların qaytarılması üçün hərtərəfli sövdələşmə prinsiplərini irəli sürdüm. Hələ görüləsi işlər var və bunlar mürəkkəb məsələlərdir, lakin prinsiplər indi İsrail və HƏMAS tərəfindən razılaşdırılıb”, - deyə Ağ Ev rəhbəri bildirib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakı ilə İrəvan arasında tam hüquqlu sülh sazişi bağlandıqdan sonra Türkiyənin Ermənistanla sərhədi aça biləcəyini istisna etməyib və bildirib ki, Zəngəzur dəhlizinin açılması sazişin yekun mərhələsidir.
Türkiyə lideri barədə ABŞ-da keçirilən NATO sammitindən qayıdarkən jurnalistlərə verdiyi açıqlamada bildirib.
“Niyə bu sərhədin açılması məsələsinə baxmayaq? Bundan əvvəl biz Ermənistanın baş naziri Nikol Paşinyana bu barədə hər şeyi söylədik. İndi sülh üçün hər şeyi etməliyik. Ümid edirik ki, Türkiyənin ürəkdən dəstəklədiyi Azərbaycan və Ermənistan arasında tezliklə davamlı sülh əldə olunacaq. Zəngəzur dəhlizinin açılması sülh sazişinin yekun mərhələsidir.
Biz bu yolda pozitiv qərarların gecikmədən qəbul edilməsini istəyirik. İndi bölgədən müsbət siqnallar gəlir və ümid edirik ki, onlar sonda yaxşı xəbərlərə səbəb olacaq”, – deyə, o qeyd edib.
O, İranın yeni seçilmiş Prezidenti Məsud Pezeşkian ilə Zəngəzur dəhlizi məsələsini müzakirə etmədiyini də vurğulayıb: “Sadəcə onu seçkilərdəki qələbəsi münasibətilə təbrik etdim. Zəngəzur dəhlizi hər kəsə, xüsusilə Azərbaycan, Ermənistan və İrana fayda verəcək strateji marşrutdur. İran və Azərbaycan hiss edəcəklər ki, dəhliz, dəmir yolu xətti işə düşəndə onlar üçün daha asan olacaq”.
Gürcüstanın müdafiə naziri İrakli Çikovani Ermənistana rəsmi səfər edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Müdafiə Nazirliyi yayıb.
O, səfəri çərçivəsində erməni həmkarı Suren Papikyan, eləcə də Ermənistanın Baş naziri Nikol Paşinyanla görüş keçirəcək.
Bununla yanaşı, tərəflər əməkdaşlıq planını imzalayacaq.
Əminəm ki, Azərbaycan danışıqlar zamanı ilkin şərtlər irəli sürüb və öz qiymətləndirməsinə görə Ermənistan bunu yerinə yetirməyə məcburdur.
Bunu erməni politoloq Suren Sarkisyan Vaşinqton görüşünün nəticələrini şərh edərkən deyib
Onun sözlərinə görə, İrəvan da öz növbəsində uduzmuş tərəf mövqeyindən çıxış etdiyi üçün ilkin şərtlər irəli sürə bilməz.
“Belə hallarda uduzan tərəf öz maraqlarını bərabər şəkildə təmin edə bilməz.
Təbii ki, ABŞ-nin işə qarışması bu mənada müəyyən balansa gətirib çıxara bilər. Lakin anlamaq lazımdır ki, İrəvan və Bakı birbaşa, vasitəçisiz danışıqlar aparır. Bu həm baş nazirin müavinləri səviyyəsində, həm də ölkə liderləri səviyyəsində aparılan danışıqlara aiddir. Danışıqların vasitəçilərsiz davam etdirilməsi də, Azərbaycanın ilkin şərti idi və bu da Ermənistanı qane edib”, - Sarkisyan vurğulayıb.