![]() |
|
ABŞ-li milyarder və sahibkar İlon Mask bildirib ki, rəhbəri olduğu "Tesla" şirkəti 2025-ci ildə daxili istifadə üçün insanabənzər robotlar istehsal etməyə başlayacaq.
Oxu.Az xəbər verir ki, İlon Mask bunu "OpenAI" süni intellekt şirkətinin keçmiş əməkdaşı Daniel Kokotailonun proqnozlarına münasibət bildirərkən qeyd edib.
"Tesla" gələn il daxili istifadə üçün insanabənzər robotlara sahib olacaq. 2026-cı ildə isə digər şirkətlər üçün kütləvi istehsalda insanabənzər robotlar hazırlayacaq", - deyə İlon Mask qeyd edib.
ABŞ Ermənistanı Cənubi Qafqazda forpostu, yeni koloniyası elan etməyə çalışır və bu istiqamətdə aktiv fəaliyyətə keçib. Bu dövlət bir tərəfdən regionda sülhün bərqərar olmasından dəm vurur, digər tərəfdən də Ermənistanı silahlandırır, hətta onunla birgə hərbi təlimlər keçirir.
Kəlbəcərdə baş vermiş son atışmanın arxasında da, şübhəsiz, ABŞ-nin Ermənistanı təhrik etməsi durur. Hər vəchlə bölgədə gərginlik yaradan, Yaxın Şərqi fəlakətə sürükləyən və qana bulayan ABŞ indi də Cənubi Qafqazda bu çirkin planını reallaşdırmağa çalışır. Ermənistanda "Eagle Partner 2024" adlı Ermənistan-ABŞ birgə təlimləri də bunun tərkib hissəsidir. Hərbi təlimlərin ssenarisi yalandan başqa cür təqdim edilsə də, bu, dağlıq ərazilərdə hücum və diversiya əməliyyatlarına hazırlıq məqsədi daşıyır. Yəni Ermənistan ordusu hazırlanır ki, Azərbaycan ilə həmsərhəd regionlarda bu kimi əməliyyatlar keçirilsin.
Təlimlərə gəldikdə, iyulun 24-ə qədər davam edəcək proses sayca ikincidir. Şübhəsiz ki, təlim adı altında bölgədə çirkin bir oyun oynanılır və növbəti dəfə Ermənistandan istifadə olunur. Aydındır ki, Vaşinqtonun Ermənistanla yaxınlaşmasının və bu ölkə ilə birgə hərbi təlimlər keçirməsinin məqsədi İrəvanı Rusiyadan uzaqlaşdırmaqdır. Vaşinqton çalışır ki, Nikol Paşinyan hökuməti qısa müddət ərzində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tərk etsin. Paşinyan buna hazırdır, ancaq bunun qarşılığında Ağ Evdən təhlükəsizlik təminatı almaq istəyir. Vaşinqton Ermənistana bu təminatı verə bilmir.
Bir faktı da qeyd etmək yerinə düşər ki, son vaxtlar okeanın o tayından diplomatların, missionerlərin İrəvana səfərləri bir-birini əvəzləyir. İyulun əvvəlində senator Rocer Uikerin başçılıq etdiyi nümayəndə heyəti, onun ardınca USAID rəhbəri Samanta Pauer Ermənistanda olublar. Bir neçə gün bundan əvvəl isə ABŞ dövlət katibinin müavini Uzra Zeya İrəvanda görünüb. Rəsmi məlumata əsasən, İrəvanda hökumət rəsmiləri ilə görüşlərində "erməni-amerikan əməkdaşlığının gücləndirilməsi, Ermənistanın demokratiya, qanunun aliliyi, korrupsiya ilə mübarizə və məhkəmə islahatları sahələrində nailiyyətlərinin təbliği" kimi məsələləri müzakirə edib.
Baş nazir Nikol Paşinyan Uzra Zeya ilə görüşündə Bakı və İrəvan arasında sülh danışıqları prosesini müzakirə edib. "Tərəflər Ermənistan və Azərbaycan arasında sülh prosesini müzakirə ediblər. ABŞ dövlət katibinin müavini vurğulayıb ki, ABŞ iki ölkə arasında həqiqi sülhün bərqərar olmasına və regionda təhlükəsizlik və sabitliyin təmin olunmasına töhfə verməkdə davam edəcək", - məlumatda deyilir.
Lakin keçirilən təlimlər sübut edir ki, əslində, heç də belə deyil. Onlar bu cür cümlələrlə gözdən pərdə asırlar. Əksi olsaydı, Ermənistanı növbəti müharibəyə hazırlamazdılar.
Ehtimallara gəldikdə, birincisi, Vaşinqton sülh danışıqlarında vasitəçilik statusunu itirib və bu səbəbdən də Ermənistanla münasibətləri daha da dərinləşdirmək, ona təsirini artırmaqda israrlıdır. Bölgəyə səfərlərin intensivləşməsi, birgə təlimlər də bunun göstəricisidir.
İkincisi, Gürcüstanda planları pozulan ABŞ və Avropa İttifaqı Cənub Qafqazda özlərinin dayağı kimi Ermənistana "stavka" edirlər. Hesab etmək olar ki, bu, ən optimal versiyadır.
Üçüncüsü, Ermənistana dəstək ABŞ-də keçiriləcək seçki ilə də bağlı ola bilər. Yəni erməni lobbisinin dəstəyini və maliyyəsini qazanmaq üçün hərəkətə keçilib. Hazırkı Prezident Cozef Bayden namizədliyini geri çəkdikdən sonra vəziyyət bir qədər mürəkkəbləşib. Respublikaçı namizəd Donald Tramp ən şanslı namizədə çevrilib və demokrat namizədin şansı azalıb. Belə bir durumda isə hazırkı demokrat rəhbərlik Ermənistanla bağlı müəyyən addımlar atır.
Maraqlısı budur ki, İran və Rusiya ABŞ-Ermənistan təlimlərinə reaksiya vermir, sadəcə, bəyanatlar verməklə işini məhdudlaşdırır. Hər ikisi keçirilən birgə hərbi təlimlərə susurlar. Eləcə də, Türkiyə də ciddi şəkildə narahat olmalıdır. ABŞ Suriya və İraqda yerləşən YPQ/PKK terrorçularına hər cür dəstək göstərərək onlardan Türkiyəyə qarşı istifadə etdiyi kimi, Ermənistandan da rəsmi Ankaraya qarşı istifadə edəcək. Bununla bağlı tarixi presedentlər də var. Məsələn, erməni daşnakların silahlandırılması və təlimlərinin Osmanlıya qarşı istifadə olunmasını yada salaq. Görünən də odur ki, ABŞ bu oyunu yenidən oynayır.
Birləşmiş Ştatlar administrasiyası anlamalıdır ki, onun Cənubi Qafqazdakı maraqları bölgənin əsas dövləti sayılan Azərbaycanla əməkdaşlığın gücləndirilməsini diktə edir. Azərbaycanın da iştirakçısı olduğu Orta dəhliz layihəsi Ağ evin maraqlarına cavab verir. Azərbaycanın Avropaya qaz, neft və alternativ enerji nəqli də ABŞ üçün əhəmiyyətlidir.
ABŞ Ermənistanla birgə hərbi təlimlərə, müdafiə sahəsində əməkdaşlığı genişləndirməyə son verməlidir. Azərbaycana sülhlə bağlı çağırışlar edən bir dövlət bu cür ziddiyyətli addımlar atmamalıdır.
Öz növbəsində, Ermənistan da anlamalıdır ki, bu proseslərdən məğlub çıxan yenə o olacaq. Ermənistan hakimiyyəti hələ də anlamaq istəmir ki, ikibaşlı siyasət yeritmək, kor-koranə əmr və tapşırıqlara əməl etməklə xalqını və bütövlükdə regionu növbəti gərginliyə sürükləyir.
"Report" İnformasiya Agentliyi
Xəbər verdiyimiz kimi İranda son aylarda “Denge” qızdırmasının yayılması halları artıb və hazırda ölkənin 40 şəhəri “Aedes” ağcaqanadının fəsadlarından əziyyət çəkir.
İranın Səhiyyə Nazirliyi yanında “Aedes” tərəfindən ötürülən xəstəliklərin idarə olunması proqramının rəhbəri Əbdürrza Mirövliyayi deyib ki, hazırda “Denge” qızdırmasına yoluxanların sayı 150 nəfərə çatıb:
“Bu xəstəliyin yaranmasına səbəb olan ağcaqanadların meydana gəlməsi üçün lazım olan şərait ölkəmizdə də var, ancaq biz bunun qarşısını maksimum dərəcə almağa çalışırıq”.
Bəs, bu xəstəliyin ölkəmizə keçmə ehtimalı varmı?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan infeksionist Mərdan Əliyev bildirib ki, “Denge” qızdırması hemorragik xəstəliklər qrupuna aiddir:
“Yəni, bu qansızmaları və qanaxmaları ilə müşahidə olunan xəstəlikdir. Laxtalanma faktorunun pozulmasına görə bu xəstəlik ölümlə müşahidə olunur. Bu endemik xəstəlikdir. Tropik və subtropik ölkələrdə bu xəstəliyə daha çox rast gəlinir. Endemik o deməkdir ki, bu xəstəlik hər yerdə müşahidə olunmur. Yəni müəyyən endemik zonalar var və o zonalara uyğun da xəstəliklər mövcuddur.
İranda da bu xəstəlik zaman-zaman müşahidə olunub. Nəzərə alaq ki, İranın iqlimi bu xəstəliyin inkişafı üçün uyğundur. Amma bu dəfə sözügedən xəstəlik İranda daha geniş coğrafiyada yayılıb. Bununda səbəbi çox ehtimal ki, iqlim dəyişikliyi, anomal istilərdir”.
İnfeksionist bu xəstəliyin ölkəmizə keçmək ehtimalından da danışıb:
“Bu endemik xəstəlikdir. Onun inkişafı üçün Azərbaycanda şəraitin olmadığına görə xəstəliyin ölkəmizdə yayılma imkanları çox azdır. Təsadüfi deyil ki, bu xəstəlik Azərbaycanda müşahidə olunmayıb. Yəqin ki, gələcəkdə də bu belə olaraq qalacaq.
Bununla belə biz qabaqlayıcı, profilaktik tədbirlər görməliyik.
İranla həmsərhəd olan rayonlarda nəzarət güclənməlidir. Bu xəstəliyin qarşısını almağın ən optimal variantı ağcaqanadlarla mübarizədir. Yəni ki, ağcaqanadların məhv edilməsi üçün dezinfeksiya işlərinin miqyası bu günlərdə xüsusilə genişləndirilməlidir”.
“Co Baydenin prezident seçkilərində yarışdan geri çəkilməsi çətin, lakin güclü qərardır”.
“Qafqazinfo” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “X” hesabında Baydenin seçkidən geri çəkilməsinə münasibət bildirərkən deyib.
“Biz bu çətin, lakin güclü qərara hörmətlə yanaşırıq. Prezident Baydenə liderliyinə görə hər zaman minnətdar olacağıq”, - deyə Zelenski qeyd edib.
O, həmçinin ABŞ-nin növbəti rəhbərliyinin Ukraynaya Rusiya ilə münaqişədə dəstəyi davam etdirəcəyinə ümid etdiyini vurğulayıb.
Xatırladaq ki, ABŞ Prezidenti Co Bayden iyulun 21-də seçki yarışını tərk etdiyini açıqlayıb. O, prezident seçkilərində vitse-prezident Kamala Harrisi dəstəklədiyini bəyan edib.
ABŞ prezidenti Co Baydenin prezident seçkilərində namizədliyini geri götürdüyünü açıqlaması aparıcı kriptovalyuta bitkoinin qiymətində dalğalanmalar yaradıb.
67 min dollar səviyyəsini keçərək son 1 ayın ən yüksək səviyyəsinə çatan bitkoin açıqlamadan dərhal sonra ucuzlaşıb.
Keçmiş prezident Trampın kriptovalyuta sənayesini dəstəklədiyini və BTC-nin “Amerikada istehsal olunmasını” istədiyini bildirməsindən sonra bitkoin son həftələrdə yenidən yüksəlmə nümayiş etdirmişdi.
Britaniya mərkəzli "Standard Chartered" bankının analitikləri ABŞ prezident seçkilərinin bitkoinin qiymətində növbəti mühüm katalizator olacağını düşünür və Trampın qələbəsi halında qiymətin ilin sonuna kimi 150 min dollara qədər yüksələ biləcəyini qeyd edirlər.
Amerikalı sahibkar İlon Mask Ayda daimi əhalisi olan baza yaratmaq təklifi ilə çıxış edib.
O, bununla bağlı "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Biz daimi Ay bazası yaratmalıyıq", - iş adamı deyib.
Qeyd edək ki, Maskın "SpaceX" şirkəti Ay və Marsa insanlı uçuşlar edə biləcəyi gözlənilən Starship kosmik gəmisinin prototipini hazırlayır və sınaqdan keçirir.
Ukrayna öz vətəndaşlarının həyatını xilas etməyə çalışır, lakin bu, onun ərazisinin üçdə birini işğalçıya verməyə hazır olması demək deyil.
Bunu Ukrayna Prezidenti Vladimir Zelenski BBC-yə müsahibəsində deyib.
"Bizim üçün itirmək ölkəmizi itirməkdir. Kimsə soruşur: "Sizin üçün nə vacibdir - ərazi, yoxsa xalq?” Necə müqayisə etmək olar? Əlbəttə insanlar vacibdir, lakin bu, o demək deyil ki ərazilərimizin 30 faizini ruslara güzəştə getməliyik”, - deyə Zelenski bildirib.
Zelenski vurğulayıb ki, işğalçı ilə münaqişənin dondurulması müharibədən yaxşı çıxış yolu deyil.
"Rusiya hakimiyyəti üçün prioritet ABŞ-dakı seçkilərin nəticələrinə deyil, xüsusi hərbi əməliyyatın məqsədlərinə nail olmaqdır".
Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ-ın hazırkı Prezidenti Co Baydenin prezidentlik yarışından geri çəkilmək barədə açıqlamasına münasibət bildirərkən deyib.
Kreml nümayəndəsi ABŞ-da seçkilərə hələ dörd ay qaldığına diqqət çəkib. Onun sözlərinə görə, bu, uzun müddətdir və çox şey dəyişə bilər. O qeyd edib ki, səbrli olmaq və bundan sonra baş verəcəkləri diqqətlə müşahidə etmək lazımdır.
"Bizim prioritetimiz Şimal Hərbi Dairəsinin məqsədlərinə nail olmaqdır", - Peskov vurğulayıb.
İyulun 21-də Co Bayden prezidentlik yarışından çəkildiyini açıqlayıb. O, bu həftə xalqa müraciəti zamanı qərarı barədə daha çox danışacağını bildirib.
ABŞ-ın keçmiş prezidenti Donald Trampın reytinqi sui-qəsd cəhdindən və respublikaçıların bu həftə keçirilən Milli Qurultayından sonra yüksəlib.
Bu barədə ABC məlumat yayıb.
Araşdırmaya görə, Trampın reytinqi 40%-ə yüksəlib. Baydenin reytinqi isə 32% təşkil edir. Hazırki prezidentin reytinqi son bir ildə demək olar ki, heç dəyişməyib.
Avropa İttifaqının bir neçə Aİ ölkəsi Türkiyəyə pilotsuz uçuş aparatları (PUA) sifariş edib.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
“Qərb ölkələri indi bizim pilotsuz uçuş aparatlarımız üçün bir-birinin ardınca sifarişlər verirlər”, - dövlət başçısı vurğulayıb.
Ərdoğan konkret dövlətlərin adını çəkməsə də, qeyd edib ki, söhbət Avropa İttifaqı ölkələrindən gedir.
Bundan əvvəl Türkiyənin "Baykar" şirkətinin baş direktoru Haluk Bayraktar Kiyev yaxınlığında pilotsuz uçuş aparatları istehsal edəcək zavodun tikintisinə başlanıldığını açıqlamışdı.