![]() |
|
Ermənistanın Baş naziri Nikol Paşinyanın jurnalistə cavabı ölkəsində qalmaqal yaradıb.
Sosial mediada yayılan görüntülərdə hökumət rəhbəri özünü türk hesab etdiyini bildirib.
Bu gün Türkiyə lirəsinin Azərbaycan manatı qarşısında rəsmi məzənnəsi 0,1008 manat olub. Bu isə yeni tarixi minimum hesab olunur.
Bu, ötən rəsmi məzənnə ilə müqayisədə 1,4% azalma deməkdir. İyun ayının əvvəlindən lirə 2,8% dəyər itirib.
Sonuncu dəfə türk lirəsinin manat qarşısında ən aşağı məzənnəsi ötən ilin dekabrın 20-də 0,1014 manat qeydə alınmışdı.
Xatırladaq ki, indiyədək (denominasiyadan sonra) lirənin manata qarşı ən yüksək dəyəri 2008-ci ilin yanvarın 15-də qeydə alınıb. Bu isə 0,7363 manat təşkil edib.
Qeyd edək ki, türk lirəsi dollar qarşısında da ucuzlaşıb və dolların məzənnəsi günə 16,86 lirə səviyyəsinə qədər yüksəlib. Avro isə 18,05 lirə olub.
“Müxalifətin Azərbaycanla gözlənilən sülh müqaviləsi fonunda böyük hərəkata başlayacağını və bununla da hakimiyyəti istefaya nail olacağı versiyasını əsas götürsək, o zaman indidən deyə bilərik ki, qarşıya qoyulan hədəfə yaxınlaşmaq mümkün olmadı”.
Bunu “Sputnik Ermənistan”a müsahibəsində İrəvan Dövlət Universitetinin Beynəlxalq Münasibətlər fakültəsinin Siyasi institutlar və proseslər kafedrasının müdiri, politoloq Qarik Keryan deyib .
Keryanın fikrincə, siyasi böhranın geridə qaldığını, müxalifətin silahı yerə qoyduğunu söyləmək də tezdir.
“Hakimiyyətlə müxalifət arasında vakuum yaranıb. Hakimiyyət etiraz fəallığının azaldığını bəyan edə bilmir, müxalifət isə hələ ki rəhbərliyi istefaya məcbur etmək üçün kritik kütlə toplaya bilməyib. Artıq zaman hakimiyyətin xeyrinə işləyir. Müxalifət Bakı ilə imzalanması planlaşdırılan sazişin konkret bəndləri dərc edilməmişdən əvvəl hərəkətə keçməklə ciddi səhvə yol verdi”, - o qeyd edib.
Politoloq onu da əlavə edib ki, hakimiyyət hələ də hiyləgər manevr edir, imzalanması planlaşdırılan sazişin məzmunu açıqlanmır.
“Hələlik yalnız fraqmentli məlumatlar, danışıqlarla bağlı şərhlər verir”, - Keryan bildirib.
Müxalifətin uğursuzluğuna gəldikdə isə politoloq bilirib ki, müxalifətin küçələrdə səsləndirdiyi populist bəyanatlar, mahnılar, şeirlər, Ermənistanın türkləşməsinə qarşı çağırışlar effekt vermədi.
“Digər tərəfdən əvvəlki hakimiyyət nümayəndələrinin, o cümlədən eks-prezident Robert Köçəryanın hərəkatda iştirak faktı özü mənfi rol oynayıb”.
Paşinyanın hakimiyyətə gəliş prosesinə toxunan politoloq deyib ki, 2018-ci il inqilabı təəssüratı altında hələ də çox adam var: “O, (yəni Paşinyan-red) heç bir şəkildə Qarabağa, milli maraqlara həsr olunmuş şüarlarla qalib gəlmədi. Korrupsiyaya qarşı mübarizə bayrağını qaldırmaqla qalib gəldi, aydın sosial yönümlü məsələləri qaldırmaqla gəldi. İnsanlar bir və eyni siyasi qüvvənin uzun illər rəhbərliyindən beziblər”, - deyə politoloq bildirib.
O əlavə edib ki, indi cəmi bir neçə il əvvəl “məxməri inqilab”ı dəstəkləyən insanlardan devirməyə kömək etdikləri qüvvələrin tərəfini tutmağı tələb etmək çətindir.
Keryan onu da qeyd edib ki, Ermənistanda hər 10 ildən bir ciddi sarsıntılar yaşanır: “1998, 2008, 2018-ci illərdə baş verən hadisələrə diqqət edin. Fasilələrdə ciddi partlayışlar olub, lakin ictimai narazılıq pik həddə çatmadığından ciddi dəyişikliklərə səbəb olmayıb”.
Bolqarıstan Ukraynaya silah verməyəcəyini açıqlayıb.
Bunu ölkənin Baş naziri Kiril Petkov açıqlayıb.
Petkov bildirib ki, ölkəsi artıq Ukraynaya kifayət qədər yardım göstərir və Sofiya silah tədarük etməyi planlaşdırmır.
“Düşünmürəm ki, hər iki həftədən bir bu mövzunu yenidən gündəmə gətirməliyik. Ukrayna üçün qaçqınlara dəstək, maliyyə yardımı etmişik. Biz Bolqarıstan dövləti olaraq onlara dəstək olmaq üçün kifayət qədər işlər görmüşük və davam edəcəyik”, - o vurğulayıb.
Ukraynanın birinci xanımı Yelena Zelenskaya ABC telekanalının aparıcısına müsahibə verib. Söhbət zamanı siren səsi eşidilib və qadınlar sığınacağa enməyə məcbur olub.
"Siren səslənməmişdən əvvəl Zelenskaya bir çox ukraynalıda ölkənin təhlükəsizliyi barədə illüziyaların olmasından danışıb və bu səbəbdən də çoxlarının siren səsinə məhəl qoymadığını, sığınacağa enmədiyini qeyd edib. Ölkənin birinci xanımı hava hücumu xəbərdarlığını gözardı etməməyin zəruriliyini diqqətə çatdırıb.
O bildirib ki, əslində təhlükəsizlik qaydalarına laqeyd yanaşmaq olmaz, çünki raket zərbələri təhlükəsi hələ də qalmaqdadır.
“Bilirsiniz, Kiyevdə insanların küçələrdə gəzişməsinə və sanki müharibə yoxmuş kimi yaşamasına baxanda qəribə hisslər yaranır. Bir çox insanlar hava hücumu xəbərdarlığına məhəl qoymurlar. Yadda saxlamalıyıq ki, ölkədə müharibə gedir. Həmçinin digər regionlar da bu gün Kiyev kimi təhlükəsiz deyil”, - deyə Zelenskaya vurğulayıb.
ABŞ-da kiçik miqyaslı bir kliniki sınaq keçirilib.
Oxu.az xəbər verir ki, “The New England Journal of Medicine” jurnalinda dərc olunan araşdırmaya görə, düz bağırsağın xərçəngi diaqnozu qoyulan 12 xəstə altı ay ərzində “Dostarlimab” adlı dərmanı qəbul etdikdən sonra irəliləyişə nail olub.
Nyu Yorkdakı “Memorial Sloan-Kettering” Xərçəng Mərkəzinin onkoloqu və jurnalın aparıcı müəlliflərindən biri olan doktor Luis Diaz “The New York Times” bildirib ki, bu, xərçəng əleyhinə vasitələrin sınaqları tarixində ilk dəfə baş verib.
Xəstələr müalicə zamanı əhəmiyyətli yan təsirlərlə qarşılaşmayıb. Hərçənd, dərmanın səbəb ola biləcəyi müxtəlif mənfi reaksiyaları aşkar etmək üçün kifayət qədər insanın araşdırmada iştirak etmədiyi vurğulanıb.
Tədqiqatdan ruhlanan elm adamları ümidverici nəticələrin təkrarlanmasının lazım olduğunu söyləyib və xərçəngin tamamilə yox edildiyi qənaətinə gəlmək üçün hələ çox tex olduğu barədə xəbərdarlıq ediblər.
“Ukraynanın bir qarış torpağı da əlindən çıxmayacaq. Hətta Krım da”
Ukraynalı astroloq Vlad Ross Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsinin nə vaxt bitəcəyini və Vladimir Putini nələrin gözlədiyini proqnozlaşdırıb. O, müharibənin 2022-ci il ərzində başa çatacağınıi iddia edib. Ross həmçinin bildirib ki, müharibədə ən çətin vəziyyət may ayının sonu və iyun ayında olacaq.
Astroloq iyunda Ukraynanı şiddətli mübarizə gözlədiyini də bildirib. Əlavə olaraq o qeyd edib ki, iyul ayında isə Ukrayna üçün əlverişli dövr olacaq, eyni zamanda həmin ay Kreml daxilində Putinə qarşı mübarizə güclənəcək. Həmçinin Rusiyanın paytaxtından ukraynalılar üçün xoş xəbərlər gələcək.
Rossun fikrincə, Rusiya 2024-2025-ci illərdə parçalanacaq.
O, Putinin xəstəliyinin ciddi olduğunu da vurğulayıb.
Bəs azərbaycanlı astroloqlar bu barədə nə düşünür? Onlar da eyni fikirdədirmi?
Astroloq Səbuhi Rəhimli Musavat.com-a açıqlamasında bildirib ki, astrologiya ilə hər şeyi təyin etmək olmur:
“Putinin xəstəliyi haqda deyim ki, zaman-zaman Türkmənistan prezidenti, Suriya prezidenti, hətta Şimali Koreya prezidenti haqqında da oxşar sözlər deyiblər. Lakin gördüyünüz kimi, hamısı sağlamdır. Məsələn, ilin əvvəlində Rusiya-Ukrayna müharibəsinin olmayacağını proqnozlaşdırmışdım. Lakin dediyim kimi çıxmadı. Mən, sadəcə, Volodimir Zelenskini və ya Vladimir Putini nəzərə almışdım. Bəlkə də burada onların heç birinin cəhdi olmayıb. Ola bilər ki, başqa nəyisə nəzərə almamışam”.
“Həm jurnalist, həm də astroloq kimi bunu deyə bilərəm ki, avqust ayından ilin sonunadək bu məsələ bitəcək və Rusiya məğlub olacaq. Mən 1998-ci ildən deyirdim ki, Qarabağ Azərbaycandan qopmayacaq. Nə müstəqil olacaq, nə də Ermənistana birləşəcək. Sonunda dediyim oldu. Hazırda da qətiyyətlə deyə bilərəm ki, Ukraynanın bir qarış torpağı da əlindən çıxmayacaq. Hətta Krım da”, - deyə astroloq bildirib.
ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar çərçivəsində Nyu-Yorkun Cənub Dairə Məhkəməsi rusiyalı oliqarx Roman Abramoviçə məxsus ABŞ istehsalı olan 2 təyyarənin ələ keçirilməsinə icazə verib.
Xarici KİV xəbər verir ki, 2 təyyarənin ümumi dəyəri 400 milyon dollardan artıq olduğu bildirilib.
Məhkəmə Roman Abramoviçə məxsus ABŞ istehsalı olan təyyarələrin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları pozaraq xarici ölkədən Rusiyaya icazəsiz uçduqlarını əsas gətirib.
Türkiyə müdafiə sənayesi çərçivəsində hazırlanan yeni kamikadze pilotsuz uçuş aparatı (İHA) “Kargı”nı ilk dəfə “EFES-2022” təlimləri çərçivəsində nümayiş etdirilib.
Haber Global məlumatına görə, Türk müdafiə sənayesi üçün bir çox ilkləri olan “Kargı” layihəsi düşmənin inteqrasiya olunmuş hava hücumundan müdafiə sistemindəki radarlarını və düşmənin “yer-hava” silah sistemlərini sıxışdırıb məhv etmək qabiliyyətinə malikdir.
“Kargı” layihəsi “Lentatek”in rəhbərliyi altında ASELSAN, TÜBİTAK SAGE və TEI ilə əməkdaşlıqda həyata keçirilir.
O, xərc və zaman üstünlükləri ilə Türkiyə Silahlı Qüvvələrinə güc qatacaq.
Dünyada pandemiya ilə bağlı vəziyyət ağırlaşır.
Report xəbər verir ki, artıq dünyada koronavirusa yoluxanların sayı 535 601 054 nəfərə çatıb, 6 320 958 insan ölüb, virusa yoluxmuş 506 653 568 nəfər sağalıb.
Dünyada koronavirusa ən çox yoluxma ABŞ-da (86 564 218) qeydə alınıb. Birləşmiş Ştatlar həmşçinin dünyada COVID-19-dan ölənlərinin sayına görə (1 033 684) birinci yerdədir. Son bir gündə ABŞ-da 19 854 insan yoluxub, 54 nəfər ölüb.
Yoluxma sayına görə siyahıda ikinci yerdə Hindistan (43 184 997) qərarlaşıb. Cənubi Asiya ölkəsində pandemiya ərzində 524 701 insan pandemiyanın qurbanı olub.
Dünyada koronavirusa yoluxma ilə bağlı ilk üçlüyü Braziliya (31 153 765) qapayır. Bu ölkədə 667 056 insan koronavirusun qurbanı olub.
Koronavirusdan ən çox əziyyət çəkən ölkələr arasında həmçinin Fransa (29 647 790 yoluxma), Almaniya (26 543 260 yoluxma), Böyük Britaniya (22 305 893), Rusiya (18 355 200) ilk onluqdadırlar. Eyni zamanda Koreya Xalq Demokratik Respublikasında, Tayvanda, Çilidə və digər ölkələrdə gündəlik yoluxma və ölüm halları xeyli artıb.
Qeyd edək ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.