Ermənistanın Qarabağda hərbi fiaskoya uğraması bu ölkədə ictimai-siyasi münasibətlər sistemində də böhran yaradıb.

Oxu.az xəbər verir ki, Ermənistan parlamentinin “Mənim addımım” fraksiyasının deputatı Hayk Sarkisyanın jurnalistə qarşı kobud davranışı ictimai müzakirələrə və etirazlara səbəb olub.

Belə ki, deputata ona sual ünvanlamaq istəyən “Yerevan Today” informasiya agentliyinin jurnalistinin mikrafonu alıb, mətbuat işçisinə qarşı kobud ifadələr işlədərək onu qapı arxasında qoyub.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisləri cümə axşamı Çinin mərkəzi Xubey əyalətinin inzibati mərkəzi olan Uhana gediblər.

Bu barədə CGTN telekanalının tvitter sosial şəbəkəsində səhifəsində yerləşdirilmiş xəbərdə bildirilir.

"Ümumdünya Səhiyyə Təşkilatının ekspertlər qrupu koronavirusun yaranması səbəblərinin müəyyənləşdirilməsi Mərkəzi Çinin Uhan şəhərinə gəldi. Mütəxəssislər işə başlamazdan əvvəl karantinə yerləşdiriləcək", - xəbərdə bildirilir.

Daha əvvəl bildirilirdi ki, Çin hakimiyyəti Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) koronavirusun yaranmasını araşdıran komissiyasının əməkdaşlarını ölkəyə buraxmayıb. Komissiya üzvlərinin səfərdə məqsədi koronavirusun yayıldığı iddia edilən Çinin Uhan şəhərində virusun meydana gəlmə səbəbini araşdırmaq olub.

Çin hakimiyyəti ÜST-nin nümayəndələrinin səfərinə hələ dekabrın ortalarında razılıq vermişdi.

Xatırladaq ki, koronavirus infeksiyası ilk dəfə ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

“Google”a məxsus “YouTube” şirkəti ABŞ Prezident Donald Trampın video platformadakı hesabını blokladığını açıqlayıb.

Oxu.az xəbər verir ki, keçən həftə tərəfdarlarını Kapitoli binasına girməyə təşviq etməkdə günahlandırıldıqdan sonra Prezident Donald Trampın video platformadakı hesabı müvəqqəti dondurulub.

Şirkətdən bildirilib ki, minimum yeddi gün ərzində kanala yeni məzmun yükləmənin qarşısı alınacaq və videoların altındakı şərhlər həmişəlik silinəcək.

Bu addım ABŞ prezidentinin həm “Twitter”, həm də “Facebook” hesabına qadağa qoyulduqdan sonra atılıb.

Çili prezidenti Sebastyan Pinyera və həyat yoldaşı koronavirusa yoluxmuş insanla ünsiyyət saxladığını bildikdən sonra karantinə gediblər.

“Report” xəbər verir ki, bu barədə prezident administrasiyasının mətbuat xidməti məlumat verib.

Qeyd olunub ki, həm prezident, həm də birinci xanım mövcud sanitariya qaydalarına uyğun olaraq məsafədən işləyəcəklər. Bildirilib ki, koronavirus prezidentin evində işləyən xanımda aşkar edilib.

Hadisə ilə bağlı Argentina prezidenti Alberto Fernandezin gələn həftəyə planlaşdırılan Çiliyə ilk rəsmi səfəri ləğv edilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Telegram” və “Turkcell Iletisim Hizmetleri AS”-a aid olan “BiP” messencerində səhifə açıb.

Report xəbər verir ki, bu barədə Türkiyə liderinin mətbuat xidməti məlumat yayıb.

Bundan əvvəl Rəcəb Tayyib Ərdoğan məxfilik siyasətinin dəyişikliyinə görə vatsap messencerindən istifadədən imtina edib.

Türkiyənin Milli Müdafiə Nazirliyi də dövlət başçısının nümunəsindən istifadə edib. BiP messencerə son gün ərzində Türkiyədən milyona yaxın yeni istifadəçi qoşulub.

Ermənistanda daha 355 nəfərdə koronavirus aşkarlanıb.
Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 162 643 olub.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 10 nəfər artaraq 2 941-ə çatıb. COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 707-yə yüksəlib. İndiyədək 150 602 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 8 393 aktiv koronavirus xəstəsi var.

ABŞ Rusiya təmsilçilərini prezident Cozef Baydenin andiçmə mərasiminə dəvət edib.

Bu barədə Rusiya səfirliyinin nümayəndəsi bildirib.

“Dəvət almışıq. Səfir səviyyəsində iştirak etməyi planlaşdırırıq”, - deyə qeyd edib.

Rusiya alimləri xəstələrdən birinin orqanizmində koronavirusun 18 yeni mutasiyaya uğramış növünün vəziyyətini izah edən preprint hazırlayıblar.
“Report” xəbər verir ki, Skolkovsk adına Elm və texnologiyalar (Skoltex) institutunun alimləri Rusiya Elmlər Akademiyasının A.A Xarkeviç adına İnformasiyanın ötürülməsi problemləri İnstitutunun, İ.M.Pavlov adına Birinci Dövlət Tibb Universitetinin tədqiqatçıları ilə birlikdə elmi iş hazırlayıblar.

Preprintdə koronavirusa yoluxmuş 47 yaşlı qadının xəstəlik tarixçəsi qeyd edilib. O, apreldə kimya terapiya üsulu ilə müalicə olunarkən palatada koronavirusa yoluxub. Həmin vaxtdan ondan PZR üsulu ilə dəfələrlə analiz götürülüb və test ötən ilin 9 sentyabrına qədər müsbət nəticələr verib.

Virusun yeni variantının mutasiyaları daha əvvəl SARS virusunun inkişafı zamanı müşahidə olunan növlə uyğun gəlir.

Rusiya alimlərinin aşkarladıqları on səkkiz mutasiyadan ikisi daha əvvəl Danimarkada su samurlarında da tapılıb. Həmin vaxt bu ölkədə patogenin yeni variantının daha sürətli çoxalmasından və peyvəndin effektivliyinin şübhə altına düşə bilməsindən ehtiyatlanaraq heyvanları məhv ediblər.

"Sputnik V" koronavirus vaksininin istehsalçısı Aleksandr Qinsburq da qeyd edib ki, Rusiyada koronavirusun unikal ştammının olması ehtimalı var.

Qeyd edək ki, ötən il dekabrın ortalarında Britaniyada koronavirusun yeni ştammı aşkarlanıb. Eyni zamanda bir neçə gün əvvəl Yaponiya alimləri də COVID-19-un daha bir növünü qeydə aldıqlarını xəbər veriblər.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertləri bir neçə dəfə koronavirusun mutasiyaya uğrayacağı barədə xəbərdarlıq ediblər. Koronavirusun yeni ştammları daha çox yoluxdurucu olduğundan əvvəlki variantla müqayisədə 70% sürətlə yayılır. Lakin COVID-19-un bu variantından ölüm və ya ağırlaşma halları hələ müşahidə edilməyib.

Tibbi heyət və xüsusi riskli insanların koronavirusa qarşı peyvəndlənməsi qarşıda 100 gün ərzində dünyanın bütün ölkələrində start götürməlidir.

Report" xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Qebreyesus deyib.

Bir sıra ölkələri “peyvənd millətçiliyi“nə görə tənqid edən baş direktor bir sıra zəngin ölkələrin indiyədək istehsal olunan peyvənd dozalarının demək olar ki, hamısını aldıqlarını, orta və yoxsul ölkələrdə isə buna görə vaksinasiya kampaniyalarının başlamadığını bildirib. Həmçinin qeyd edilib ki, bir sıra ölkələrdə “BioNTech“ şirkətinin peyvəndi kimi həssas peyvənd maddələrinin saxlaması üçün müvafiq soyuducu sistemlərin olmaması əlavə loqistik çətinliklər yaradır.

T.Qebreyesus bildirib ki, hazırda ÜST ekspertləri Çində peyvənd istehsalçıları olan “Sinovac“ və “Sinopharm” şirkətlərinə onların peyvənd maddələrinin lisenziyalaşdırılması üçün beynəlxalq standartlara cavab vermələri istiqamətində dəstəkləyirlər. Eyni zamanda ÜST “AstraZeneca“ şirkətinin peyvəndinin təhlükəsizlik və effektivliyi ilə bağlı məlumatların təqdim olunmasını gözləyir. Bütün bu işlər tamamlandıqdan və ÜST-ün standartları ödənildikdən sonra dünya bazarlarında koronavirusa qarşı tətbiq olunacaq peyvəndlərin sayı artacaq.

Türkiyənin Dənizli şəhərinin Pamukkale rayonunda 4 bal gücündə zəlzələ olub.

 Report xəbər verir ki, məlumatı ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yayıb.

Zəlzələ bu gün yerli vaxtla səhər 09.30-da baş verib. Yeraltı təkanların ocağı 7,24 km dərinlikdə yerləşib.

Zəlzələ qonşu rayonlarda da hiss olunub.

Dağıntı və itkilər barədə məlumat verilməyib.

Xəbər lenti