“Ötən gün Ukrayna Avropa İttifaqına üzvlüyə namizəd statusu alıb. Siz bu yoldasınız. Addımlayın, biz sizə kömək edəcəyik!”.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Tbilisidə keçirilən mitinq iştirakçılarına videomüraciətində deyib.

O, Ukraynanın heç vaxt təslim olmayacağını bildirib: “Abxaziya və Cənubi Osetiya sizin olduğu kimi, Donbas və Krım da bizim torpağımızdır. Bizim döyüşçülərlə birlikdə Rusiya hərbçilərinə qarşı vuruşan Gürcüstan övladlarına minnətdaram. Onların uğuru bizim ümumi uğurumuz, yarası bizim yaramızdır. Bizim qələbəmiz isə sizin hər birinizin qələbəsi olacaq”.

Mitinq iştirakçılarına Ukraynanın hakim “Xalqın xidmətçisi” Partiyasının Ali Radadakı deputat fraksiyasının rəhbəri David Araxamiya da müraciət edib. O deyib ki, Ukrayna və komandası Gürcüstanın böyük Avropa ailəsinə qoşulması üçün əlindən gələn hər şeyi edəcək: “Bu gün dərk etmək çox ağırdır ki, bütün gürcülər bir oliqarxın girovuna çevrilib. Onun ailə üzvləri Avropa İttifaqında yaşayır. Gürcülər isə şanslarını itirirlər və bu gün gözləməlidirlər. Ümid edirəm ki, gürcülər hökumətlərinin hərəkətlərini düzgün qiymətləndirəcəklər”.

Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında “Evə, Avropaya” şüarı altında növbəti kütləvi aksiya keçirilir. Aksiyaçılar Baş nazirin istefasını, Milli Razılıq Hökumətinin qurulmasını tələb edirlər.

Report xəbər verir ki, təşkilatçılar hökumətə “Bidzina İvanişvilinin hökumətini devirmək” üçün bir həftəlik vaxt verib. Digər tələb Milli Razılıq Hökumətinin yaradılamasından ibarətdir.

İyulun 3-də aksiyaçılar yenidən parlamentin binası qarşısında toplaşacaqlar və tələblər yerinə yetirilməyənə qədər ərazini tərk etməyəcəklər.

Mitinqdə sıravi vətəndaşlarla yanaşı, vətəndaş cəmiyyəti və müxalifət partiyalarının nümayəndələri də iştirak edirlər.

Qeyd edək ki, Tbilisidə analoji aksiya iyunun 20-də baş tutub.

Qırğız Respublikasının Çolpon-Ata şəhərində Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) Şurasının XI plenar iclası başa çatıb.

Report xəbər verir ki, iclasda təşkilatın adı Türk Dövlətlərinin Parlament Assambleyası ilə əvəzlənib.

Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova deyib ki, Türkdilli Ölkələrin Parlament Assambleyasının XI plenar iclasında mühüm məsələlərdən biri də TürkPA-nın adının dəyişdirilməsidir: “Bu, tarixi hadisədir”.

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop isə türk dövlətləri arasında əməkdaşlığın daha da intensivləşdirilməsinin vacibliyini vurğulayıb.

Rusiya hava hücumundan müdafiə sisteminin atdığı raket özlərini vurub.

Bu barədə “İnformNapalm” məlumat yayıb.

Məlumata görə, hadisə işğal altında olan Alçevskdə baş verib. Yayımlanan videolarda rus qoşunlarının Ukrayna hərbçilərinin qarşısını almaq üçün raket atdığı, lakin bir dəqiqə sonra raketin atıldığı yerə düşdüyü əks olunub. Nəticəsində yaşayış binalarından bir qədər aralıda güclü yanğın baş verib.

Məhkəmə öz adını və cinsini dəyişmək üçün müraciət edən “SpaceX” və “Tesla” şirkətlərinin təsisçisi İlon Maskın oğlu Xavyerə müsbət cavab verib.

Bu barədə NBC xəbər verir.

 Belə ki, Los-Anceles məhkəməsi 18 yaşlı Xavier Maskın müraciətini təmin edib.

Bundan sonra Xavier Vivian Jenna Vilson kimi yaşacaq.

 

 

 

 

Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğanın üçüncü dəfə dövlət başçısı vəzifəsinə namizəd kimi irəli sürülməsi qanunidir.

Bu barədə Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ bildirib.

Bundan əvvəl hakim Ədalət və İnkişaf Partiyası (AKP) də Ərdoğanın üçüncü prezidentliyə namizədliyi qarşısında heç bir hüquqi maneənin olmadığını bəyan edib. Eyni zamanda, AKP ölkədə prezident idarəetmə formasının tətbiqi ilə bağlı konstitusiyaya dəyişikliklərin qəbulundan sonra Ərdoğanın cəmi bir dəfə seçkiyə qatıldığını, ona görə də 2023-cü ildə yenidən seçkilərdə iştirak edə biləcəyini göstərir.

AKP və Milliyyətçi Hərəkat Partiyasını (MHP) birləşdirən Xalq Alyansı daha əvvəl Ərdoğanın vahid prezidentliyə namizədliyini irəli sürüb.

Rusiya-Bolqarıstan arasında münasibətlər gərginləşməkdə davam edir. İki ölkə arsında gərginliyin nəticəsi olaraq parlament Bolqarıstanın baş nazir Kiril Petkovun hökumətinə etimadsızlıq göstərdiyindən istefaya getməli olub. Baş nazir Petkov ölkədə baş verənlərə görə Moskvanı və Rusiyanın Sofiyadakı səfirini hökuməti devirməkdə ittiham edib.

Bolqarıstanın “Novinite” media qurumu yazır ki, parlament baş nazir Kiril Petkova və onun hökumətinə etimadsızlıq göstərdikdən sonra bu hadisədə üç Bolqarıstan siyasətçisini və Rusiyanın Sofiyadakı səfiri Eleonora Mitrofanovanı günahlandırıb.

Petkovun fikrincə, hökuməti devirməkdə günahkar məhz bu insanlardır. O, Mitrofanovadan başqa, keçmiş baş nazir iş adamı və keçmiş deputat Delyan Peevski, GERB partiyasının rəhbəri Boyko Borisov və “Belə bir xalq var” partiyasının rəhbəri Slavi Trifonovun adını çəkib.

“Müxalifətin başa düşmədiyi odur ki, ruslar bolqar xalqını işğal edə bilməyəcəklər. Söz verirəm ki, bundan sonra da ölkəmiz üçün mübarizə aparacağıq. Bir gün biz Bolqarıstanın kölgədə olan insanlar tərəfindən idarə edilmədiyinin, onu mafiyasız görəcəyik. Biz Bolqarıstanı normal, uğurlu Avropa ölkəsi kimi görəcəyik”, - Petkov qeyd edib.

Türkiyənin Diyarbəkir şəhərində 2 hərbçi şəhid olub.

Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Jandarm Komando Alay Komandanlığının 2 hərbçisi - Oğuzhan Arduç və Turgut İçen "Eren Abluka-18” əməliyyatı zamanı terrorçularla silahlı qarşıdurmada şəhid olublar. Daha bir hərbçi Mustafa Can Akdoğan isə yaralanıb.

Terrorçuların zərərsizləşdirilməsi üçün əraziyə əlavə qüvvə cəlb olunub.

Ukrayna hərbçiləri NATO ilə qarşıdurma üçün hazırlanmış Rusiyanın elit qoşunlarını demək olar ki, tamamilə məhv edib.

Bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb.

Məlumata görə, Rusiya Federasiyasının qərb hərbi dairəsinin bölmələri Ukrayna Silahlı Qüvvələri tərəfindən darmadağın edilib. Həmin bölmələrdən yalnız Ukraynaya hücum etməkdən imtina edənlər sağ qalıb.

UTX qeyd edib ki, Moskva və Sankt-Peterburqun da daxil olduğu Rusiyanın qərb hərbi dairəsi NATO qüvvələrinə qarşı mübarizə aparmaq üçün xüsusi təlim keçmiş elit dəstələrdən təşkil olunub.

Hazırda onların sırasından çoxlu zabitlər həlak olub, sürücülər çatışmır, piyada qüvvələri isə “canlı divar” kimi istifadə olunur.

Uzun fasilədən sonra erməni deputatlar ilk dəfə olaraq İstanbula səfərə gediblər.

Erməni deputatların İstanbula səfəri ilə bağlı Ermənistan parlamentinin spikeri Alen Simonyan müvafiq fərman imzalayıb.

Fərmana əsasən hakim “Vətəndaş müqaviləsi” partiyasından olan deputatlar Hasmik Akopyan və Tsovinar Vardanyan Parlamentlərarası İttifaqın miqrasiya məsələləri üzrə konfransında iştirak etmək üçün İstanbula ezam olunublar.

Xəbər lenti