Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsindən bəri Ukrayna ordusunun 10 minə yaxın hərbçisi həlak olub, 30 minə yaxını yaralanıb.

Bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç bildirib.

O, həmçinin qeyd edib ki, yaralı əsgərlərin təxminən 96-98 faizi yenidən ordu sıralarına qayıdır.

“Türkiyə Avropa, Rusiya, İraq və Suriya arasında strateji əhəmiyyətə malik mühüm NATO ölkəsidir. NATO ölkələri, İsveç, Finlandiya və Aİ PKK-nı terror qruplaşması kimi təsnif edir”.

“Bunu NATO baş katibi Yens Stoltenberq Almaniyanın “Bild” müsahibəsində deyib.

Baş katib əlavə edib ki, heç bir NATO ölkəsi Türkiyə qədər terrordan əziyyət çəkməyib.

“Buna görə də NATO Türkiyənin narahatlığını çox ciddi qəbul edir və bu vəziyyəti həll etmək üçün əlindən gələni edir”.

Finlandiya və İsveçin NATO-ya üzvlük məsləsində gəldikdə Stoltenberq deyib ki, bu ölkələrin NATO-ya üzv olmaq istəkləri tarixi məqamdır.

“Avropa İttifaqına qoşulmaq təkcə Finlandiya və İsveçi deyil, hamımızı gücləndirəcək”- o qeyd edib.

Ukrayna ətrafındakı vəziyyətlə bağlı sualı cavablandıran Stoltenberq qeyd edib ki, NATO Ukraynaya dəstəyini davam etdirəcək, lakin münaqişənin bir hissəsi olmayacaq.

“Biz ölkəyə kömək edirik, lakin NATO əsgərlərini Ukraynaya göndərməyəcəyik. Biz NATO komandanlığı altında 40 min əsgərlə öz müdafiəmizi gücləndirmişik. Biz quruda, dənizdə və havada alyansın ərazisinin təhlükəsizliyini təmin edirik. Bu, Moskvaya açıq siqnaldır ki, bizim müdafiə hazırlığımızla bağlı anlaşılmazlıq olmasın”, - o vurğulayıb.

O eyni zamanda bildirib ki, Ukraynadakı vəziyyətin illərlə davam edə biləcəyinə hazırlaşmalıyıq: “Biz Ukraynaya dəstəyi zəiflətməməliyik. Xərclər yüksək olsa belə, təkcə hərbi dəstək yox, həm də enerji və ərzaq qiymətlərinin artması səbəbindən bu dəstək davam etməlidir”.

Ermənistanın Araqatsotn vilayətində hakim “Vətəndaş Müqavilər” partiyasının üzvlərinin yaxınları Ermənistanın baş naziri Nikol Paşinyanı tənqid etdikləri üçün bir qrup gəncə atəş açıb.

“Politik.am” xəbər verir ki, hakim “Vətəndaş müqavilə”si fraksiyasından olan deputatın Matevos Asatryanın qohumları və Araqatsotn vilayəti qubernatorunun müavininin “Vətəndaş müqaviləsi”sindən olan əmisi oğlu Edqar Pırvanyan bir qrup Aparan (kəndi adı) gənci ilə mübahisə edib, nəticədə adıçəkilən şəxslər gənclərə “Kalaşnikov” avtomatından atəş açıblar.

Nəticədə iki nəfər ölüb və 5 nəfərin isə yaralandığı bildirilir. Hadisə rayonun Aparan kəndində baş verib.

Qanlı olay iyunun 19-da axşam saatlarında baş verib.

ABŞ prezidenti Co Bayden administrasiyasında ölkədə yüksək benzinin qiymətlərinin aşağı düşməsinə səbəb olacaq kifayət qədər ciddi təkliflər yoxdur.

Trend bildirir ki, bu barədə "The Washington Post" qəzeti yazır.

Qeyd olunur ki, problemin həllini qeyri-adi yollarla tapmaq cəhdləri administrasiyanın çətinlik çəkdiyini və yaranmış problemin miqyasını əks etdirir.

Nəşrin məlumatına görə, Ağ Ev "ümidsizcə göstərməyə çalışır ki, administrasiya seçicilərin yanacağın qiymətlərinin artması ilə bağlı narazılığını nəzərə alır". Baydenin köməkçiləri amerikalılara yanacaq xərclərinin bir hissəsini ödəyəcək xüsusi kartların verilməsini nəzərdən keçirirlər.

Lakin çiplərin olmaması bu cür kartların kifayət qədər istehsalını çətinləşdirəcək. Prezidentin komandası həm də qorxur ki, amerikalılar bu kartrdan təkcə benzin almaq üçün deyil, həm də başqa alışlar etmək üçün istifadə edəcəklər.

Ukrayna Ali Radası ictimai yerlərdə və kütləvi informasiya vasitələrində rus musiqisinin yayımını qadağan edən qanun layihəsini dəstəkləyib. Ali Rada, həmçinin Rusiyadan kitab idxalını və yayılmasını qadağan edib.

Bu barədə Ali Radanın deputatı Yaroslav Jeleznyak Telegram-da məlumat yayıb.
Ukrayna mediasında və ictimai məkanda rus musiqisinin qadağan edilməsini 303 deputat dəstəkləyib.

"Həmçinin Parlament Rusiya Federasiyasından, onun müvəqqəti işğal etdiyi Ukrayna ərazilərindən və Belarusdan kitab və digər nəşriyyat məhsullarının idxalı və yayılmasını qadağan edib", - Jeleznyak yazıb.

Rus ədəbiyyatının idxalına qadağa 306 deputat tərəfindən dəstəklənib.

Türkiyənin xüsusi xidmət orqanları İraqda PKK-nın xüsusi təhlükəli terrorçusunu məhv edib.

Terrorçu Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) İraqın Süleymaniyyə vilayətində keçirdiyi xüsusi əməliyyat nəticəsində zərərsizləşdirilib.

"Ferhat Derik" ləqəbli Hüseyn Şiblinin üçüncü ölkələrlə əlaqələr quraraq İraqda yeni terror birliyi yaratmaq planı üzə çıxıb.

O, Suriyanın Hələb şəhərində, eləcə də İraqın şimalındakı Qara və Qəndil bölgələrində terror fəaliyyətləri həyata keçirib.

317404

Rusiya ilə Ukrayna arasındakı savaş təkcə döyüş meydanında getmir. Tərəflər həm də silah-sursat tədarükü sahəsində də üz-üzə gəlirlər. Ancaq hətta bu sahədə də ədalətsizlik hökm sürür, özü də Ermənistan kimi beynəlxalq ictimaiyyətə qarşı böyük riyakarlıq nümayiş etdirən dövlətlərin əli ilə...

Oxu.az xəbər verir ki, ABŞ-ın “The Wall Street Journal” nəşri Ermənistanın qarışdığı daha bir beynəlxalq qalmaqalın, rüsvayçılığın üstünü açıb.

Belə ki, bu ilin may ayında Ukrayna üçün işləyən Çexiya və Polşa brokerləri (satıcı ilə alıcı arasında vasitəçilik xidməti yerinə yetirən hüquqi və ya fiziki şəxs - red.) Bolqarıstandakı tədarükçüdən zirehli texnika və artilleriya mərmiləri almaq üçün razılığa gəlməyə çox yaxın olsa da, Rusiyanın müdaxiləsi - erməni əlaltıların araya girməsi buna əngəl olub. Danışıqların yekununa az qalmış bir qrup erməni alıcı 1,5 dəfə çox pul təklif edərək müqaviləni qazanıb.

Nəşrə danışan Ukrayna Ali Radasının adı açıqlanmayan deputatı əmindir ki, əldə edilən bu silahlar Ermənistana getməyəcək:

“Çox güman ki, silahlar Rusiyaya göndəriləcək”.

Brokerlər qeyd edirlər ki, Rusiya silah bazarında təkcə qiymətləri öldürməklə deyil, həmçinin hərbi arsenalında Rusiya sistemlərindən istifadə edən ölkələrin həmin silahların hissə və xidmətlərilə təminatını dayandırmaqla hədələyir.

Qeyd edək ki, Ermənistanın müharibədə Rusiyaya açıq dəstək verməsi, yardım göndərməsi, hətta döyüş təyyarələrini belə, Moskvanın ixtiyarına verməsi kimi faktları bu günə qədər beynəlxalq ictimaiyyətdən sərt reaksiya ilə qarşılaşmayıb. Belə olan halda isə ikiüzlü siyasət yürüdən ermənilər özlərinin əlaltı kimliklərini nümayiş etdirməkdən çəkinmirlər. Ortaya çıxan faktlar bir daha Ermənistanın dövlət olaraq beynəlxalq hüququn prinsiplərini kobud şəkildə pozmaqdan çəkinmədiyini göstərir.

Qazaxıstan qondarma Donetsk (DXR) və Luqansk (LXR) “xalq respublikaları”nı tanımayacaq.

Bunu Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda çıxışında deyib.

"Aşağıdakıları qeyd etmək istərdim: müasir beynəlxalq hüquq BMT Nizamnaməsidir. Nizamnamədə təsbit olunmuş iki əsas prinsip indi bir-biri ilə ziddiyyət təşkil edir. Bu, ərazi bütövlüyü və öz müqəddəratını təyinetmə hüququdur. BMT-nin qurucu ataları bu anı nəzərə almadı, ola bilsin, bu, qəsdən kompromis kimi təqdim edilib”, - dövlət başçısı vurğulayıb.

Onun sözlərinə görə, BMT Nizamnaməsinin xalqların öz müqəddəratını təyinetmə hüququ ilə bağlı prinsiplərini rəhbər tutulsa, onda dünyada BMT-yə üzv olan 193 dövlət əvəzinə 500-600-dən çox ölkə peyda olacaq.

"Əlbəttə, bu, xaos olacaq. Bu səbəbdən biz nə Tayvanı, nə Kosovonu, nə Cənubi Osetiyanı, nə də Abxaziyanı tanıyırıq. Və görünür, bu prinsip kvazi-dövlət ərazilərinə şamil olunacaq, fikrimizcə, bu prinsiplər Luqansk və Donetskdir”, - Tokayev əlavə edib.

Lakin o, millətlərin müqəddəratını təyinetmə hüququ ilə bağlı fikirlərini dəqiqləşdirməyib.

Kiyevdə səfərdə olan Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolts, İtaliyanın baş naziri Mario Draqi və ukraynalı həmkarı Vladimir Zelenski ilə birlikdə kütləvi qırğınların törədildiyi hərbi əməliyyatlar yerinə baş çəkəcəklər.

“Bu barədə “France 24” yazır.

Kiyev vağzalında açıqlama verən Makron deyib ki, o, Ukraynaya həm indiki, həm də gələcək haqqında danışmaq üçün gəlib.

“Bildiyimiz kimi, qarşıdakı həftələr çox çətin olacaq”, - Makron qeyd edib.

O əlavə edib ki, bu səfər ukraynalılara və ukraynalı qadınlara ünvanlanmış Avropa birliyi, dəstək haqqında mesajdır.

Fransanın 12 departamentində istilər səbəbindən yüksək təbii təhlükə səviyyəsi elan olunub.

Bu barədə Fransanın Baş naziri Elizabet Börn özünün tviter səhifəsində yazıb.

“On iki departamentdə yüksək temperatura görə qırmızı təhlükə səviyyəsi elan edilib. Ayıq-sayıq olun, su için, sərin binalarda qalın, yaxınlarınızla əlaqə saxlayın”, - deyə Baş nazir tövsiyə edib.

BFM telekanalı öz növbəsində dəqiqləşdirib ki, qırmızı zonaya ölkənin qərb və cənub-qərb departamentləri düşüb. Fransada yayın əvvəli üçün görünməmiş istilər hökm sürür. Bir sıra rayonlarda havanın temperaturu 40 dərəcəni ötüb.

Xəbər lenti