ABŞ dövlət katibi Mayk Pompeo Suriyada Rusiya təyyarəsinin vurulmasına münasibət bildirib.
Pompeo hadisəni “şanssız qəza” adlandırıb və ölən əsgərlərə görə üzüldüklərini söyləyib.
Dövlət katibi sözlərinə əlavə edib ki, bu hadisə həmin bölgədə davamlı, sülhməramlı və siyasi həll yolu tapmağın vacibliyini göstərir. O, həmçinin Suriyada həyata keçirilən əməliyyatlarda yanlış addımların səbəb olduğu təhlükələri də xatırladıb.