![]() |
|
Almaniya kansleri Angela Merkel dünyanın ən nüfuzlu qadınları siyahısında birinci olub.
Axar.az xəbər verir ki, siyahı “Forbes” jurnalı tərəfindən hazırlanıb.
Böyük Britaniyanın baş naziri Tereza Mey və BVF rəhbəri Kristin Laqard sonrakı yerləri tutublar.
İtaliya polisi Siciliya adasında “Koza Nostra” mafiyasına qarşı xüsusi əməliyyat keçirib.
Axar.az xəbər verir ki, əməliyyat zamanı mafiyanın 46 üzvü həbs edilib. Həbs olunanlar arasında 80 yaşlı zərgər Settimino Mineo da var. Polis onun mafiyaya rəhbərlik etdiyini bildirib.
Mineonun mafiyaya cari ilin 29 mayından başçılıq etdiyi vurğulanıb.
Qeyd edək ki, “Koza Nostra”nın keçmiş rəhbəri Salvador Toto Rina 2017-ci ildə həbsxanada vəfat edib.
Bonn Beynəlxaql Konversiya İnstitutu 2018-ci ilin Qlobal Militarizasiya İndeksini təqdim edib.
Axar.az xəbər verir ki, yeni indeks cədvəlində 155 ölkə yer alıb. Bu siyahıda Azərbaycan 12-ci yerdə qərarlaşıb.
İnstitutun iddiasına görə, hazırda dünyanın ən hərbiləşmiş ölkəsi İsraildir. Hərbiyə ayrılan məbləğin büdcədəki faizinə görə ilk üçlüyü Sinqapur və Ermənistan tamamlayıb. Onluqda isə Kipr, Cənubi Koreya, Rusiya, İordaniya, Bruney və Belarus yer alıb. Bu ölkələrin digər sahələrlə müqayisədə hərbi xərclərinə daha çox pul ayırdığı açıqlanıb.
İlk onluqda yer alan ölkələr arasında ən yoxsul ölkə olaraq Ermənistan göstərilib.
Azərbaycanın digər qonşuları olan Türkiyə siyahıda 20-ci, İran 22-ci, Gürcüstan isə 52-ci yerdə qərarlaşıb.
Polşa strateji baxımdan ABŞ Prezidenti Donald Trampın qlobal strategiyasında çox vacib ölkədir.
Axar.az xəbər verir ki, bunu ABŞ-ın Polşadakı səfəri Corcet Mosbaher “Reç Pospolita” qəzetinə müsahibəsində deyib.
“Polşa bu regionda Rusiya aqressiyasından müdafiə üçün özünəməxsus bastiondur. Varşava stabillik fundamenti olaraq qalmalıdır. Belə ki, Moskva fərqli növ provokasiyalardan imtina etməyəcək. Biz gərək ekspansiv və aqressiv dövlətlərdən qorunaq. Güclü Polşa ABŞ-ın təhlükəsizliyi deməkdir”, – deyə o bildirib.
Gürcüstan Müdafiə naziri Levon İzoriya istefaya göndəriləcək.
Axar.az xəbər verir ki, bu məlumatı “Pirveli Radio”su yayıb. Radio İzoriyanın yerinə İmereti regionunda dövlətin səlahiyyətli nümayəndəsi olan general Şavleqo Tabatadzenin təyin olunacağını bildirib.
İzoriya ilə bərabər Maliyyə naziri İvane Maçavariyani və İnfrastruktur naziri Maya Çkitişvilinin də istefaya gedəcəyi vurğulanıb.
Qeyd edək ki, Tabatadze Gürcüstan ordusunda 20 il xidmət edib. O, general rütbəsini 2017-ci ildə alıb.
Rusiya və Hindistan arasında S-400 satışı ilə bağlı müqavilə çərçivəsində hesablaşmaların milli valyuta ilə aparılması üçün danışıqlar davam etdirilir.
Axar.az xəbər verir ki, bu barədə Hindistanın Rusiyadakı səfiri Bala Benkateş Barma bildirib.
“Bu barədə danışıqlar davam edir. İmzalanmış müqavilələrin icrası barədə ortaq anlayışa sahibik. Bu, sadəcə S-400-lərə deyil, digər müqavilələrə də aiddir. Yeni ödəniş mexanizmlərindən istifadə etməklə hesablaşmaların yollarını axtarırıq. Hələlik rəsmi qərar yoxdur, ancaq ümumi fikir hesablaşmaların milli valyuta ilə aparılması istiqamətindədir”, - səfir bildirib.
Qeyd edək ki, Türkiyə və Rusiya prezidentləri bir qədər əvvəl S-400 zenit raket kompleksləri ilə bağlı müqavilə çərçivəsində ödənişlərin milli valyutalarla həyata keçiriləcəyini açıqlamışdılar.
![]() ![]() ![]() ![]() |
Qərbin layihələrinin məruz qaldığı uğursuzluqlara görə dünyada güclər yenidən bölüşdürüləcək.
Axar.az xəbər verir ki, bu barədə Şimali Koreyanın Xarici İşlər Naziri Li Yon Honla görüşən Suriya Prezidenti Bəşər Əsəd danışıb.
“Suriya və Şimali Koreyaya eyni təzyiq göstərilir. Məqsəd qərarlarını müstəqil qəbul edən və Qərb layihələrinə qarşı çıxan dövlətlərin zəiflədilməsidir. ABŞ-ın müstəqil dövlətlərə qarşı aqresiyasının coğrafi sərhədləri yoxdur”, - Əsəd bildirib.
Əgər 14 dekabrda Suriya Konstitusiya Komitəsi çağırılmasa, o zaman Astana prosesinin üzərindən xətt çəkmək olar.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri deyib. O, bunun ABŞ-ın mövqeyi olduğunu bildirib.
Qeyd edək ki, Cefri bundan öncə də Astana prosesi çərçivəsində zəmanətçi ölkələrin Konstitusiya Komitəsinin iclasını çağırmalı olduğunu, əks təqdirdə BMT-nin bu prosesdə əsas vasitəçiliyi üzərinə götürməsinin vacibliyini demişdi.
Dünyanın təhlükəsizliyi üçün vacib olan bəzi beynəlxalq razılaşmalar ətrafında yaranan çəkişmələr qanunun aliliyini cəngəllik qaydaları ilə əvəz edə bilər.
Axar.az xəbər verir ki, bunu Kennedi adına Harvard Beynəlxalq Münasibətlər Məktəbində çıxışı zamanı Avropa Birliyinin Baş diplomatı Federika Moqerini deyib.
“Bu gün etiraf etməliyik ki, yeni dünya nizamı tam formalaşmayıb. Bu gün cəngəllik qaydalarının hüququn aliliyini əvəz edəcəyi ilə bağlı real qorxu var. Bu gün Soyuq müharibəyə son qoyan beynəlxalq razılaşmaların özü şübhə altına alınıb. Yeni nizam yaratmaq yerinə biz öz enerjimizin böyük hissəsini xarici qaydaların demontajının qarşısının alınmasına yönəltməliyik. Əgər biz çoxtərəfli sistemi qoruyub saxlamaq istəyiriksə, o zaman onun reformasiyasına investisiya etməliyik. Bu dəyişikliklər Avropa və Amerikanın bir yerdə çalışacağı halda baş tuta bilər. Əgər biz dünyada nizam formalaşdırmağa cəhd ediriksə, başqa çıxış yolumuz yoxdur”, – deyə o bildirib.