Ermənistanın Respublikaçılar Partiyası mitinqlərə hazırlaşır.

Ardını oxu...

Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya Prezidenti Vladimir Putinlə NATO-nun Belarus sərhədindəki fəaliyyətini müzakirə edib.

Ardını oxu...


Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Laos Xalq Demokratik Respublikasının Xarici İşlər naziri Salemsay Kommasith, Nepalın xarici işlər naziri Pradep Kumar Qiavali və Şri-Lankanın Xarici İşlər naziri Tilak Marapana ilə ikitərəfli görüşlər keçirib.

XİN-dən Axar.az-a verilən məlumata görə, görüş sentyabrın 28-də ABŞ-ın Nyu York şəhərində keçirilən BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində baş tutub.

 

Görüşlər zamanı nazirlər siyasi əlaqələrinin cari vəziyyətini yüksək qiymətləndiriblər və təhsil, turizm və digər sahələrdə əməkdaşlıq üçün geniş potensialın olduğunu bildiriblər. Həmçinin tərəflər qarşılıqlı yüksək səviyyəli səfər mübadiləsinin münasibətlərin inkişafı baxımdan əhəmiyyətini vurğulayıblar.

Eyni zamanda görüşdə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri və ikitərəfli gündəliklərdə duran bəzi məsələlər müzakirə olunub.

 

İran Suriyada terrorizmlə mübarizəyə effektiv yardım göstərir.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.

 

“İran Suriya hökumətinin dəvətiylə bu ölkənin dövlət sərhədlərini qoruyur və terrorizmlə mübarizə aparır. İran effektiv şəkildə antiterror tapşırıqlarını həll etməyə yardım edir”, – deyə o bildirib.

O, İrana qarşı Yaxın Şərqdə alyansın yaradılacağı məsələsinə də reaksiya verib:

“Biz eşidirik ki, Tehrana qarşı Yaxın Şərq alyansı hazırlanır. İraq, Suriya, Yəməni stabilləşdirilməsi üçün İranın mövqelərinin zəifləməsinin nə qədər real olmasını mən deyə bilmərəm. İran kimi tarixi və əhalisi olan heç bir ölkəni öz sərhədləri daxilində qəfəsdəki kimi saxlamaq olmaz. Buna ümid etmək çox sadəlövhlükdür”.

Pyotr Poroşenko Ukraynanın böyük xadimi ola bilərdi, amma o, bu imkanı bir neçə milyard dollara dəyişdi.

 

Axar.az xəbər verir ki, bunu “NyusVan” televiziyasına müsahibəsində Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili deyib. Onun sözlərinə görə, Poroşenko Avropanın yeni Çörçilli ola bilərdi:

“Ukraynalılar həyatlarından beş il itiriblər. Son beş il Ukrayna üçün itkidir. Tezliklə Poroşenko dövlətə xəyanətdə, korrupsiyada, milyardlarla mülkün mənimsənilməsində ittiham ediləcək. Ona yaxşı vəkil tutmağı tövsiyyə edirəm”.

Rus jurnalistlərinin Mərkəzi Afrika Respublikasında öldürülməsini “Patriot” özəl hərbi şirkəti təşkil edə bilər.

Ardını oxu...

Bütövlükdə Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfəri bir daha göstərdi ki, ikitərəfli əlaqələrimizin çox geniş perspektivi var. Bu perspektiv ilk növbədə regionda təhlükəsizlik və Ermənistanın təcavüzünün qarşısının alınması məsələsində öz müsbət rolunu oynayacaq. Bunun üçün çox ciddi potensial formalaşmaqdadır.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Elman Nəsirov deyib. O bildirib ki, Rusiya Prezidenti Vladimir Putin ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında bir ay ərzində artıq ikinci görüş baş tutub:

“Sentyabr ayının 1-də Prezident İlham Əliyevin Rusiyaya rəsmi səfəri reallaşdı. Bu səfər çərçivəsində 16 çox mühüm, ikitərəfli münasibətlər üçün böyük əhəmiyyət kəsb edən sənədlər imzalandı. Eyni zamanda, Vladimir Putinin sentyabr ayının 27-də Bakıya səfəri çərçivəsində də ikitərəfli münasibətlərin müsbət tendensiyada inkişafı ilə bağlı çox ciddi müzakirələr aparıldı. Rusiya-Azərbaycan Regionlararası Forumu bundan sonrakı 7 istiqamət üzrə müzakirələr və həmin istiqamətlər üzrə münasibətlərin və əlaqələrin daha da inkişaf etdirilməsinə xidmət göstərdi. Sənaye və energetika, kənd təsərrüfatı, kiçik və orta biznes, turizm, tranzit və humanitar əlaqələr istiqaməti üzrə aparılan müzakirələrlə bağlı müəyyən ilkin razılaşmalar əldə edildi. Bu səfər bir daha göstərdi ki, Azərbaycan və Rusiya arasında siyasi dialoq ən yüksək səviyyədədir. Hər iki dövlətin başçısı fundamental məsələlərdə ortaq mövqedən çıxış edir”.

Millət vəkili vurğulayıb ki, iki ölkə arasında münasibətlər bərabər hüquqa, qarşılıqlı faydalı əməkdaşlığa, bir-birinin daxili işlərinə qarışmama prinsiplərinə söykənir:

“Bu səfər göstərdi ki, Azərbaycanla Rusiya arasında iqtisadi və ticarət əlaqələrinin çox dinamik inkişaf tempi var. Məlum oldu ki, keçən il iqtisadi əlaqələrdə 35%-ə yaxın artım qeydə alınıb. Ticarət dövriyyəsinin 2,5 milyard dollar səviyyəsinə çatdığı faktı xüsusi olaraq vurğulandı. Bundan başqa, ölkə başçısı ikitərəfli ticari-iqtisadi münasibətlərə toxunarkən bunu xüsusi olaraq qeyd etdi ki, Azərbaycanın kənd təsərrüfatı məhsulu ixrac etdiyi dövlətlər sırasında Rusiya birinci yerdədir. Yəni biz ən çox qeyri-neft sektoru məhsullarını Rusiya bazarına ixrac edirik. Bunlar çox mühüm nəticələrdir. İşgüzar şuralar arasında da çox ciddi əlaqələr formalaşıb. Bütün bunların nəticəsidir ki, ölkə başçılarının görüşündə 42 birgə layhənin həyata keçirildiyi vurğulandı. Burada yarım milyardlıq vəsaitdən söhbət gedir. Bu da bir daha iqtisadi və ticarət əlaqələrimizin geniş inkişaf tempindən xəbər verir”.

Millət vəkilinin sözlərinə görə, xüsusilə də nəqliyyat sahəsində əməkdaşlıq münasibətləri yeni müstəviyə keçirir:

 

“Bu sferada Azərbaycan və Rusiya arasında ilk növbədə Şimal-Cənub Dəhlizinin adını çəkmək olar. Bu dəhlizdə Azərbaycan-Rusiya-İran çox fəal şəkildə əməkdaşlıq edir. Şimal-Cənub nəqliyyat dəhlizinin ümumi uzunluğu 7 min kilometrdir. Cənubi Asiya və Yaxın Şərqdən keçməklə malların Avropaya çatdırılmasını özündə ehtiva edən bu marşrutda Rusiya-İran-Azərbaycanın birgə fəaliyyəti konkret nəticələr verir. Azərbaycan Prezidenti də qeyd etdi ki, keçən il ilə müqayisədə bu il daşımalar 100 dəfədən çox artıb. Bunlar ilkin nəticələrdir. Bu konteksdə Bakı-Tiflis-Qars dəmiryol xəttinin də çox böyük əhəmiyyəti var. Rusiyanın da bu dəmiryolu xəttindən istifadə etməsi və bu xətt vasitəsi ilə yüklərini daşıması əsas prioritet məsələlərdən biridir. Eyni zamanda, Şimal-Cənub nəqliyyat dəhlizi konteksində 2016-cı ildən başlayaraq, Rusiya-Azərbaycan-İran prezidentləri üçtərəfli görüşlər keçirməkdədir. Növbəti görüşün Rusiya paytaxtında keçirilməsi haqqında da razılaşma əldə edilib. Göründüyü kimi, Azərbaycan-Rusiya iqtisadi əlaqələri bütün sahələr üzrə inkişaf etməkdədir. Turizm sahəsində də çox geniş potensialın olduğu üzə çıxdı və qeyd olundu ki, təxminən 700 minə yaxın rusiyalı turist (9 ayın statistikası) Azərbaycanda olub. Gələcəkdə bu sayın daha da artacağı gözlənilir. Bu sahə də perspektivli sahələrdən biri kimi nəzərdən keçirilir”.

Millət vəkili qeyd edib ki, qeyri-neft sektorunda iki ölkə arasında əməkdaşlıq inkişaf edir:

“Bu, qarşılıqlı faydalı əməkdaşlıqdır. Belə ki, Rusiya Azərbaycan üçün kənd təsərrütı texnikasının, gübrələrin verilməsi sahəsində partnyor kimi çıxış edir. Azərbaycan isə konkret kənd təsərrüfatı məhsullarının Rusiya bazarına göndərilməsini təmin edir. Artıq ən son məlumata görə, bu sferada təxminən 12%-ə qədər artım qeydə alınıb. Bunlar çox mühüm göstəricilərdir”.

Millət vəkili bildirib ki, hər zaman olduğu kimi, iki ölkə arasında enerji sahəsində əməkdaşlıq prioritet məsələlərdən biridir:

“Bu nöqteyi-nəzərdən Rusiya şirkətləri ilə Azərbaycan arasında əməkdaşlıq mühiti formalaşır və paralel elektrik sistemi fəaliyyət göstərir. Gələcəkdə bu sahədə münasibətlərin, əlaqələrin genişləndirilməsi əsas hədəflərdən biridir. Təbii ki, enerji təhlükəsizliyi konteksində də bizim münasibətlərimizin çox böyük nəticələri var. Digər sahələrdə də bizim əlaqələrimizin inkişafı diqqət mərkəzində saxlanılır. Rusiya istehsalı olan dərman preparatlarının Azərbaycan bazarına çıxarılması, satışı əsas perspektivli sahələrdən biri kimi nəzərdən keçirilir. Bu görüşdə eyni zamanda maşınqayırma sahəsində münasibətlərimizin yüksək inkişaf tempinə toxunuldu”.

Millət vəkili vurğulayıb ki, heç şübhəsiz ki, təkcə ticari-iqtisadi sahədə deyil, bizim əlaqələrimiz təhlükəsizlik məsələləri baxımından da böyük əhəmiyyət kəsb edir:

“Rusiya Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində əsas ölkələrdən biridir, ATƏT-in Minsk Qrupunun həmsədr dövlətidir. Təbii ki, bu səfər çərçivəsində bu məsələ ətrafında da çox ciddi müzakirələrin aparıldığı bəllidir. Artıq indidən erməni mətbuatı bununla bağlı öz şərhlərini verməkdədir. Onların toxunduğu ən mühüm məsələ Rusiya Prezidentinin Bakıdan sonra İrəvana səfər etməməsidir. Bu səfər proqnozlaşdırılmasına baxmayaraq, baş tutmadı. Hətta Rusiya Prezidentinin Ermənistana nə zaman səfər edəcəyi hələ məlum deyil. Yəni açıqca yazırlar ki, Rusiya Prezidenti ilə Azərbaycan Prezidenti bir ay ərzində 2 qarşılıqlı səfər etməsinə baxmayaraq, Putin bu müddət ərzində Ermənistana bir dəfə də olsa, gəlmək istəmir. Azərbaycanın çox fəal xarici siyasət həyata keçirməsi ilə bağlı erməni mətbuatında yazılar gedir. Son dönəmlərdə Qərb nümayənlərinin, Türkiyə və Rusiya prezidentlərinin Azərbaycana səfərləri yaxından izlənilir. Bütün bunlar onu göstərir ki, bu gün Azərbaycan beynəlxalq aləmdə çox ciddi tərəfdaşdır və bu səfərlər özü Azərbaycanın dinamik, intensiv siyasət həyata keçirməsinin və Azərbaycanın cazibə qüvvəsinin böyük olmasının göstəricisidir”.

Azərbaycan BMT rəhbərlərinin müharibələrin qarşısının alınması və sülhün qorunması istiqamətində təşəbbüslərini dəstəkləyir, davamlı inkişaf Hədəflərinin yerinə yetirilməsinə sadiqdir və multikulturalizm ideyalarını irəli aparır.

Ardını oxu...

Rusiyanın Suriyadakı hədəfləri Türkiyə və İranla 100 faiz üst-üstə düşmür, ancaq bu ölkələr terrorizmlə mübarizədə müttəfiqdir.

Ardını oxu...

“Ryanair” büdcə aviaşirkətinin pilotları və göyərtə bələdçiləri Avropa ölkələrində tətil keçirir.

Ardını oxu...

Xəbər lenti