![]() |
|
Fransada yanacaq qiymətlərində yaşanan artım fonunda baş verən etirazlara təhlükəsizlik orqanları sərt müdaxilə edib.
Axar.az xəbər verir ki, hadisələrlə bağlı Türkiyə XİN Fransada yaşayan vətəndaşlarına xəbərdarlıq edib.
“Sayları 700 minə çatan türk toplumunun yaşadığı Fransadakı bu hadisələri yaxından və narahatlıqla izləyirik. Fransız təhlükəsizlik qüvvələrinin nümayişçilərə qarşı getdikcə sərtləşən müdaxilələri və güc tətbiq etməsi qayğıvericidir”, – Türkiyə XİN sözçüsü Hami Aksoy bildirib.
Güney Azərbaycanın Ərdəbil şəhərində ətraf mühit tərəfdarları iməcilik keçirmək istəsələr də, valilik buna icazə verməyib.
Axar.az xəbər verir ki, Ərdəbil Valiliyi ərazini zibil və məişət tullantılarından təmizləmək istəyən fəallara qadağa qoyub.
Bildirilir ki, yalnız valiliyin icazə verəcəyi təqdirdə bu bölgədə hər hansı təmizlik işləri aparmaq olar.
Qeyd edək ki, son aylarda İranda çox sayda ətraf mühit tərəfdarı təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq məhkəmə qarşısına çıxarılıb.
Meksika miqrant karvanlarının Birləşmiş Ştatların cənub sərhədinə çatmasına icazə verməməlidir.
Axar.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Tvitter hesabında yazıb.
“Meksika hökuməti miqrantları cənub sərhədlərimizə çatmadan dayandırsaydı, bu, çox məqbul olardı”, - deyə Ağ Ev rəhbəri qeyd edib.
Qeyd edək ki, bir müddətdir Meksikadan yerli əhalinin ABŞ-a kütləvi axını müşahidə edilir.
ABŞ 1979-cu ildə o dövrdə Ağ Evin rəhbəri olan Cimmi Karterin təşəbbüsü ilə Şimali və Cənubi Koreya arasında sammit keçirməyə cəhd göstərib.
Axar.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi informasiya yayıb.
Məlumata görə, Soyuq müharibə dövründə Koreya yarımadasında gərginliyin azaldılması üçün atılan bu addıma Karter Çini də cəlb etmək niyyətində olub. Ancaq Cakartada (İndoneziya) keçirilməsi planlaşdırılann görüş Şimali Koreya tərəfinin mövqeyinə görə baş tutmayıb.
Səudiyyə şahzadəsi Turki əl-Faysal ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) jurnalist Camal Qaşıqçının ölümündə vəliəhd Məhəmməd bin Salmanın əli olması barədə hazırladığı hesabata münasibət bildirib.
Axar.az xəbər verir ki, şahzadə MKİ hesabatının etibarlı olmadığını bildirib.
Onun sözlərinə görə, MKİ-nin hesabatlarını heç də bu sahədə ən etibarlı və standartlara uyğun hesab etmək olmaz. Belə ki, 2003-cü ildə İraqda kimyəvi silah olması barədə hesabat verən və hərbi əməliyyatların başlamasına səbəb olan da məhz MKİ olub.