İslandiya parlamentinə qondarma erməni soyqırımının tanınması üçün qanun layihəsi təqdim olunub.

Axar.az xəbər verir ki, təqdim olunan qanun layihəsinin altında iqtidar və müxalifət partiyalarından 11 millət vəkilinin imzası var.

Millət vəkillərinin təklifində 1915-ci il hadisələrinin "soyqırım" kimi tanınması nəzərdə tutulub. Həmin dövrdə 600 min-1.5 milyon arasında erməninin öldürüldüyü iddia olunub.

Bundan əlavə hadisələrin əvvəlinin heç də 1915-ci il olmadığı, ermənilərə qarşı təcavüzlərin hələ 1884-cü ildən başladığı bildirilib.

İranın Türkiyədəki səfiri Məhəmməd Taherian Fard istefa verib.

Axar.az xəbər verir ki, səfirin istefasına səbəb kimi İranda yeni qüvvəyə minən təqaüdçülərin dövlət qulluğunda çalışmasını qadağan edən qanun göstərilib.

Qeyd edək ki, qanun çərçivəsində dünən İranda prezident Həsən Ruhaninin 10 köməkçisi və müşaviri istefa vermişdi.

Böyük Britaniyanın Avropa Birliyindən (AB) ayrılması ilə bağlı aparılan işlərin ən çətini dönəmi hələ qarşıdadır.

Ardını oxu...

Avropa Birliyi ölkələri Breksitlə bağlı razılaşmalara dair layihəni qəbul edib.

Ardını oxu...

“Mədəni məlumatlar” kitabının ilk səhifəsindən ortalarına qədər olan hissəsini şəxsən Mustafa Kamal əlyazısı ilə yazmışdır.

Ardını oxu...

Cəbəllütariqin suverenliyi məsələsində İngiltərənin mövqeyi dəyişməyib və dəyişməyəcək.

Ardını oxu...

Avropa Birliyi İsrailin beynəlxalq hüquqa zidd olan yaşayış məntəqələri siyasətinə sərt şəkildə qarşı çıxır.

Ardını oxu...

Ukrayna Prezidenti Pyotr Poroşenko “ABŞ, İngiltərə və Monteneqroda seçkilərə müdaxilə edə bilən Rusiya Ukraynadakı seçkilərə də mütləq müdaxilə edər" moda trendini izləyir.

Ardını oxu...

ABŞ senatorları qətlə yetirilən jurnalist Camal Qaşıqçı ilə bağlı Səudiyyə Ərəbistanına sanksiya tətbiq edilib-edilməyəcəyi ilə bağlı Tramp administrasiyası ilə birgə brifinq keçirəcək.

Ardını oxu...


Ermənistan taxıl blokadasına salına bilər.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Əhəd Məmmədli deyib. O bildirib ki, bununla Kreml Paşinyan iqtidarına “incə” mesaj vermiş olar:

“Ermənistanda seçkiyə az qalmış Kreml belə bir addımla İrəvana təzyiq edə bilər. Bu təzyiq Paşinyana xəbərdarlıq, onu seçkilərdə məğlub etdirmək üçün Moskva tərəfindən əməliyyatın başlanılmasına start verilməsi kimi də dəyərləndirilə bilər”.

Politoloq qeyd edib ki, istənilən halda rusların Ermənistanda “beşinci kolon”u yenə də çox güclüdür:

“Kremlin “beşinci kolon”un əli ilə Ermənistanda provakasiyalara, sabotajlara əl atmaq imkanları istisna edilməməlidir”.

Qeyd edək ki, Cənubi Qafqaz Dəmiryolları QSC 2018-ci ilin 1 dekabrından etibarən müvəqqəti olaraq Qafqaz-Poti-Qafqaz istiqamətində bərə ilə daşımaları dayandıracaq. Eyni zamanda bu ilin yanvarından etibarən Gürcüstandan Ermənistana yerüstü vasitələrlə taxıl daşınması qadağan olunacaq.

Maraqlıdır ki, QSC-nin bu addımı növbədənkənar parlament seçkisi və Ermənistan Nəqliyyat Nazirliyi, Cənubi Qafqaz Dəmiryolları QSC və Gürcüstan Dəmiryolları arasında əldə olunan razılaşma ərəfəsinə düşür. Belə ki, bu razılaşmaya əsasən, Poti limanından Ermənistana yük daşımaları üçün nəzərdə tutulan tariflərin 52% endirilməsi nəzərdə tutulmuşdu.

Xəbər lenti