12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası ilə Belarus Respublikası arasındakı münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır.

Ardını oxu...

Ukrayna öz geosiyasi seçimini edib, NATO-nun, Avropa İttifaqının qapıları ölkənin üzünə açıqdır.

Axar.az xəbər verir ki, bu fikri Ukrayna Prezidenti Pyotr Poroşenko ictimai-siyasi fəallarla görüşündə söyləyib.

Poroşenko bildirib ki, Ukrayna NATO və Avropa İttifaqına üzvlüyə hər an yaxınlaşır. “Biz NATO və Avropa İttifaqının üzvlüyünə yaxınlaşırıq. Bu üzvlüyün baş tutmayacağı barədə deyilən fikirlərə heç vaxt inanmayın”, - deyə Poroşenko qeyd edib.

Çeçenistan rəhbəri Ramzan Kadırov Əbu-Dabi vəliəhdi Məhəmməd bin Zayed əl-Naxayanı Çeçenistana dəvət edib.

Axar.az xəbər verir ki, Kadırov bu barədə Teleqram səhifəsində paylaşıb. O, Naxayanla görüşdüyünü və onunla BƏƏ-nin Çeçenistanda reallaşdırdığı layihələri müzakirə etdiyini deyib:

“Mən vəliəhd şahzadəyə diqqətinə və respublikamıza köməyinə görə təşəkkür etdim. Onu Çeçenistana dəvət etdim”.

Avropa Birliyi yaxın iki ildə 2500 nəfərlik qrupun iştirakı ilə əməliyyatların idarə edilməsi üçün Brüsseldə vahid qərargah yaratmağı planlaşdırır.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Avropa Birliyinin Baş diplomatı Federika Moqerini deyib.

“Biz Brüsseldə hərbi planlaşdırma strukturlarının gücləndirilməsi barədə qərar qəbul etdik. Bu qərara əsasən, bu strukturlar təkcə təlim missiyalarımıza deyil, o həm də 2500 nəfərlik böyük miqyaslı əməliyyatların Brüsseldəki qərargahdan idarə edilməsinə görə məsuliyyət daşıyacaq. Bu, irəliyə doğru böyük addımdır”, – deyə o bildirib.

Qeyd edək ki, bundan öncə Fransa Prezidenti Emmanuel Makron Avropa ordusunun yaradılmasını təklif edib. Fransa prezidentinin bu təklifi bir sıra Avropa dövlətləri tərəfindən dəstəklənib. Parisin təklifinə qarşı ABŞ və Britaniya çıxıb.

KTMT-də heç bir böhran yoxdur. KTMT öz iştirakçılarına ciddi məhdudiyyətlər qoymayan çox yumşaq təşkilatdır.

Axar.az xəbər verir ki, bunu “168 Jam” qəzetinə müsahibəsində erməniyönlü rusiyalı politoloq Modest Kolerov deyib.

“Ermənistan KTMT-yə öz şərtlərini diktə etmək qərarına gəlib. Bu, mümkün olmayacaq. Əsas böhran KTMT-də yox, Ermənistanın idarəçilik sistemindədir. Paşinyanın Ermənistanın mövqeyi ilə bağlı dediklərinin heç bir əhəmiyyəti yoxdur. Belə ki, qərar konsensuslə qəbul edir. Lukaşenko və Nazarbayevi təhdid etmək ona kömək etməyəcək”, – deyə o bildirib.


12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın baş nazir əvəzi Nikol Paşinyan Azərbaycanın erməni terrorçularının əlində olan iki girovu – Dilqəm Əsgərov və Şahbaz Quliyevi qaytarmağı tələb etdiyini etiraf edib.

Ardını oxu...

Ukrayna "Türk axını" qaz kəmərinin tikintisinin fərqinə belə varmadı.

Axar.az xəbər verir ki, bunu "Qazprom"un sözçüsü Sergey Kupriyanov Ukraynanın "Türk axını"nın tikintisiinə əngəl olmağa çalışmasına münasibət bildirərkən deyib.

Qeyd edək ki, daha öncə Ukrayna Qaz Sənayesi və Qaz Bazarı Şurasının sədri Leonid Uniqovski Ukraynanın "Türk axını"nın ikinci xəttinin inşasının əngəllənməsi üçün əlindən gələni etməli olduğunu bildirib.

ABŞ-ın San-Fransisko Dairə Məhkəməsi prezident Donald Trampın qeyri-qanuni miqrantlara sığınacaq verilməsinin məhdudlaşdırılması barədə sərəncamını müvəqqəti bloklayıb.

Axar.az xəbər verir ki, bu məlumatı “Röyter” agentliyi yayıb. Agentlik hələlik sərəncamın dəqiq nə qədər müddət ərzində bloklandığını açıqlamayıb.

Qeyd edək ki, Tramp bundan öncə qeyri-leqal miqrantlara ABŞ-da sığınacaq verilməsini qadağan edib. Tramp bunu Meksikadan gələn miqrant axınının qarşısını almaq üçün atdığını bildirib.

Səudiyyə vəliəhdi Məhəmməd bin Salman Argentinada keçiriləcək G-20 zirvəsində iştirak edəcək.

Axar.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Energetika naziri Xalid Əbdüləziz əl-Falih danışıb.

Vəliəhdin Argentina səfərinin jurnalist Camal Qaşıqçının ölümündən sonra ilk xarici səfər olduğu qeyd olunub.

Böyük Britaniyadan Fransa Prezidenti Emmanuel Makronun Ümumavropa ordusu yaratmaq ideyasına münasibət bildirilib.

Axar.az xəbər verir ki, Böyük Britaniyanın Müdafiə naziri Gevin Uilyamson Makronun bu təklifi ilə razı olmadığını deyib.

“Avropa Birliyinin NATO ilə rəqabət aparacaq ordu yaratmağa köklənməsi tamamilə axmaq bir ideyadır”, - nazir bildirib.

Xəbər lenti