Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında Tehranda ikitərəfli görüş keçiriləcək.

Ardını oxu...

NATO-da strateji müttəfiqimiz olan ABŞ-ın bu cür xoş olmayan və hüquqa zidd mövqe nümayiş etdirməsini müsbət qarşılamırıq.

Ardını oxu...

Putin və Ruhaninin görüşündə yəqin ki, Türkiyənin də qayğılarını nəzərə alacaq bir müqavilə imzalanar.

Ardını oxu...

Almaniya Xarici İşlər naziri Hayko Maas Türkiyədə rəsmi səfərdədir.

Ardını oxu...

ABŞ-ın Kabildəki keçmiş səfiri Zalmay Xəlilzad ABŞ Dövlət Departamentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi təyin edilib.

Ardını oxu...

İranın Şərqi Azərbaycan əyalətinin “Səhənd” telekanalının aparıcısı Məhəmməd Fərşbaf İnstaqram səhifəsində senzura məmurunun ona xəbərdarlıq etdiyi haqda paylaşım edib.

Kult.az xəbər verir ki, o, Azərbaycana salam göndərdiyi üçün təhqir edildiyini bildirib.

M.Fərşbaf sözlərinin senzura məmuru tərəfindən yanlış anlaşıldığı haqda izah verib:

“Bir gecə açıq havada çəkilən bir verilişdə monitorda özümü və arxamdakı Təbrizin parıltılı işıqlarını gördüm. Sözə başlayaraq, “Arxamda Təbriz, üzbəüzümdə isə böyük Azərbaycanımıza salam” dedim. Bununla demək istədim ki, Şərqi Azərbaycan əhalisinin xidmətindəyəm. Bir gün sonra senzura məmurundan mesaj gəldi “Xəritəyə görə, Təbriz arxanda olanda, Azərbaycan Respublikası sənin üzbəüzündə yer tutur. Sən qələt edirsən oraya salam göndərirsən. Mən cavab olaraq dedim ki, xəritə bir kağızdır və şərti olaraq yuxarı tərəf şimal adlanır. Əslində mən üzü şərqə tərəf dayanmışdım. Daxili şəhərlərdən Tehran və Məşhəd, xarici ölkələrdən isə Əfqanıstan mənim üzbəüzümdə idi. O isə mənə “Bu sözlərlə işim yoxdur. Sabahdan Azərbaycana salam versən, aramız dəyəcək”, deyərək xəbərdarlıq etdi”.

Qeyd edək ki, Məhəmməd Fərşbaf bir müddət sonra İnstaqram səhifəsindən sözügedən paylaşımını silmək məcburiyyətində qalıb.

Ukrayna Türkiyənin jandarma qüvvələrinin 17 ədəd Mi-17 helikopterinin təmiri və modernizasiyası üçün 40 milyon dollar dəyərindəki tenderin qalibi olub.

Ardını oxu...

Suriyanın İdlib bölgəsinə yenidən hücum edilib.

Ardını oxu...

Macarıstan, Polşa, İtaliya və Rumıniya Avropa İttifaqını dağıtmaq istəyir.

Ardını oxu...

ABŞ prezidentinin keçmiş müşaviri Stiven Bennon “The New Yorker” jurnalının hər il oktyabr ayında təşkil etdiyi ənənəvi ictimai-siyasi forumda iştirak edə bilməyəcək.

Ardını oxu...

Xəbər lenti