Şərqi Aralıqda Şimali Kipr Türk Cümhuriyyətinin, ölkəmizin mənafeyinə zidd istənilən addıma qarşı Türkiyə həmin an lazımi tədbirlər görəcək.

Ardını oxu...

Axar.az Ukrayna Ali Radasının Gənclər və idman siyasəti komitəsinin sədri Artur Palatnının Report-a müsahibəsini təqdim edir:

Ardını oxu...

Yunanıstan Baş naziri Aleksis Çipras 7 dekabrda Rusiya Prezidenti Vladimir Putinlə görüşündə “Türk axını” kəmərinin ölkəsindən keçməsini istəyəcək.

Axar.az xəbər verir ki, bu barədə Yunanıstan hökumətindən adı açıqlanmayan mənbə Türkiyə mediasına danışıb.

“Yunanıstan energetika sahəsində “Türk axını”na maraq göstərir. Bu, baş tutan son müşavirə və toplantılarda aydın oldu. Misal üçün, yunan baş nazirin köməkçisi Yanis Draqasakis Rusiya səfiri Andrey Moslovla bu barədə müzakirə apardı. Çipras 15 noyabrda Salonikidə keçirilən Balkan ölkələri liderlərinin sammitində də bu mövzuya toxundu. Yunanıstan Rusiyadan strateji investisiyalar gözləyir”, - deyə bildirilib.

Türkiyənin Ədliyyə naziri Əbdülhəmid Gül Azərbaycana gəlib.

Report xəbər verir ki, o, səfər çərçivəsində Azərbaycan rəsmiləri ilə görüşəcək, iki ölkə arasındakı əməkdaşlığın mövcud vəziyyətini və gələcək perespektivlərini müzakirə edəcək.

Ə.Gül Azərbaycanın ədliyyə orqanlarının yaradılmasının 100 illiyi münasibətilə keçirilən tədbirlərə qatılacaq.

İnterpolun yeni rəhbəri Kim Çon Yan bu iş üçün seçilmiş doğru bir insandır.

Ardını oxu...


12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirak etdiyi 48-ci Muxtarlar toplantısında maraqlı anlar yaşanıb.

Ardını oxu...


12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Alyaska ştatının cənubunda 5,7 maqnitudalı zəlzələ qeydə alınıb.

Ardını oxu...


12 Punto 14 Punto 16 Punto 18 Punto

Axar.az ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş məsləhətçisi, ABŞ Dövlət Departamentinin sabiq analitiki, ABŞ-ın keçmiş dövlət katibi Ceyms Beykerin Sovet İttifaqı millətləri üzrə müşaviri, Avrasiya millətləri üzrə ekspert Pol Qoblın eksklüziv müsahibəsini təqdim edir:

Ardını oxu...

Gürcüstan hökuməti prezident seçkilərinin ikinci turu ilə əlaqədar yeni qərar qəbul edib.

Axar.az xəbər verir ki, qərarda seçkilərdə inzibati resurslardan istifadəyə yol verilməsi qadağan olunub.

Hökumət dəftərxanasının yaydığı məlumatda bu qərarın seçkilərin dinc, şəffaf, azad və demokratik şəraitdə keçirilməsini təmin etmək məqsədilə qəbul olunduğu diqqətə çatdırılıb.

Qərarda bildirilib ki, Gürcüstanın Seçki Məcəlləsində dövlət qulluqçularının seçkilər zamanı fəaliyyəti ilə bağlı bir sıra məhdudiyyətlər nəzərdə tutulub. Seçkiöncəsi dövrdə dövlət qulluqçusuna hər hansı siyasi partiyanın və seçki subyektinin lehinə və ya əleyhinə təbliğat aparmaq və inzibati resursdan istifadə etmək qadağan olunub. Bununla yanaşı, dövlət qurumunda çalışan şəxs seçkiöncəsi təbliğat zamanı tabeliyində olan şəxsləri namizədin seçilməsinə yönələn tədbirlərdə iştiraka cəlb edə, imza toplaya və xidməti ezamiyyət zamanı seçki təbliğatı apara bilməz. Dövlət qulluqçusuna, həmçinin Gürcüstan vətəndaşına pul mükafatının veriləcəyi ilə bağlı vəd verməsi və ya seçki subyekti adından hədiyyə verməsi də qadağan olunub.

Qeyd edək ki, Gürcüstanda prezident seçkilərinin birinci turu oktyabrın 28-də keçirilib. Birinci turun nəticələrinə görə, müstəqil namizəd - hakim “Gürcü arzusu-demokratik Gürcüstan” partiyasının da dəstəklədiyi Salome Zurabişvili səslərin 38,64 faizini toplayıb. “Vahid Milli Hərəkat” partiyasının və birləşmiş müxalifətin namizədi Qriqol Vaşadze isə 37,74 faiz səs yığıb.

Seçkilərin noyabrın 28-də keçiriləcək ikinci turunda mübarizə məhz bu iki namizəd arasında aparılacaq.

Ermənistanın baş nazir əvəzi Nikol Paşinyan bütün İrəvan ərazisində yeni yürüş keçirməyə hazırlaşır.

Ardını oxu...

Xəbər lenti