![]() |
|
ABŞ Konqresi Türkiyəni hədəfə alan sanksiyaların təsirlərini aradan qaldırmaq üçün səy göstərir.
Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu danışıb.
“ABŞ-la münasibətlərimiz, NATO üzvlüyümüz və Avropa Birliyinə üzvlük prosesimiz xarici siyasətimiz baxımından əsas və strateji prioritetlərimiz arasındadır. ABŞ-la münasibətlərimizi 2019-cu ildə normal vəziyyətə qaytarmaq iradəsinə sahibik. Tutarlı mövqeyimizdə qarşılıq görəcəyi ölçüdə irəliləyiş əldə edəcəyik”, - Çavuşoğlu bildirib.
Biz səsimizin həlledici olmayacağı siyasi koalisiya formalaşdırmayacağıq.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Daşnaksütyun Partiyasının parlament fraksiyasının rəhbəri Armen Rüstəmyan deyib.
“Biz Daşnaksütyun Partiyası olmadan qərarların qəbul edildiyi koalisiyalara bir daha daxil olmayacağıq. Bu bizim keçdiyimiz yolun əsas dəyərləndirməsidir. Məhz bu səbəb ucbatından biz qarşıya qoyulan hədəflərimizə çata bilmədik, amma artıq belə şey olmayacaq”, – deyə o bildirib.
Qeyd edək ki, bundan öncə Daşnaksütyun Partiyası Respublikaçılar Partiyasıyla koalisiya hökuməti yaradıb. Respublikaçıların hakimiyyətdən getməsinə qarşı olan daşnaklar indiyə qədər bu qərarın onların iştirakı olmadan verildiyini iddia edirlər.
14:26
İsrail Müdafiə naziri Aviqdor Liberman istefaya gedəcək.
Axar.az xəbər verir ki, bu barədə məlumatı İsrailin “9-cu kanal”ı yayıb. Libermanın istefasına səbəb kimi onun hökumətin HƏMAS-la bağlı siyasətindən narazı olması göstərilib.
Onun istefaya gedəcəyi halda İsrail hökumətinin dağılacağı və nəticədə parlamentin buraxılacağı iddia edilib.
***
İsrailin Müdafiə naziri Aviqdor Liberman keçirdiyi xüsusi mətbuat konfransında istefa xəbərini təsdiqləyib.
Qeyd edək ki, Liberman İsrailin əsas ideya, fikir adamı və strateqi sayılır. Eyni zamanda, Azərbaycanın İsrail hakimiyyətindəki əsas dəstəkçilərindən biri, ölkəmizin dostudur.
İsrailin Fələstinə etdiyi hücumlardan narahatıq, hər iki tərəfi təmkinli olmağa çağırırıq.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
XİN İsrailin hücumu nəticəsində ölənlərin olduğunu və Moskvanın gərginliyin təhlükəli şəkildə artmasından narahat olduğunu bəyan edib.
Qeyd edək ki, bir neçə gündür İsrail və fələstinli qruplar arasında qarşılıqlı silahlı münaqişə yenidən qızışmışdı. Ötən gün isə atəşkəs razılığının əldə olunması barədə məlumat yayıldı.
Camal Qaşıqçı sui-qəsdi üçün Türkiyəyə gələn dəstə üzvlərindən Mahir Əbdüləziz Mutreb cinayətdən bir qədər sonra baş tutan telefon danışığı zamanı “rəisinizə deyin, adamlar işlərini bitirdi” sözlərini işlədib.
Axar.az xəbər verir ki, bu iddia ilə “Nyu York Tayms” nəşri çıxış edib.
Nəşr türk kəşfiyyat rəsmilərinin ABŞ kəşfiyyat orqanlarına sözügedən telefon danışığında “rəis” ifadəsilə Səudiyyə vəliəhdi Məhəmməd bin Salmanın nəzərdə tutulduğunu, Mutrebin danışdığı şəxsin isə Salmanın köməkçilərindən biri olduğunu bildirdiyini yazıb.
"Türk axını" və "Şimal axını-2" layihələrinə qarşı mübarizəmizi davam etdiririk.
Axar.az xəbər verir ki, bunu ABŞ-ın Enerji naziri Rik Perri deyib.
Sözügedən kəmərlərin çəkilişinə müxalif olduqlarını deyən Perri Ukrayna və Avropa vətəndaşlarının tək mənbədən enerji tədarükünün girovu halına gəlməməli olduqlarını bəyan edib.
İran əmin deyil ki, Vaşinqtonla yeni nüvə razılaşması imzalayacağı halda ABŞ buna əməl edəcək.
Axar.az xəbər verir ki, bunu EFE agentliyinə müsahibəsində İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif deyib.
“Əgər biz ABŞ-ın indiki administrasiyası ilə razılığa gəlsək, növbəti administrasiya 2 il və ya altı ay sonra buna əməl edəcəkmi? Tramp ABŞ-ın heç bir administrasiyasına güvənilməməsi gərəkdiyi ilə bağlı pis mesaj verir. ABŞ sanksiyaları heç vaxt İranı siyasətini dəyişməyə məcbur edə bilməyib. İran yenidən çətin zamanları geridə qoyacaq. İranlılar bir sıra çətinliklərə hazırdırlar, amma ABŞ-ın hökmranlığını qəbul etməyə hazır deyillər”, – deyə o bildirib.
Ukrayna Avropanın ən kasıb ölkələrindən biridir.
Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Pyotr Poroşenko deyib.
“Hər nə qədər iqtisadiyyatda sürətli artıma qayıtsaq da, bütün sosial təbəqələrdən olan insanların hiss edəcəyi qədər Avropanın ən kasıb ölkəsiyik”, - deyə prezident bildirib.
Ermənistan hərbi bölməsi yaxın müddətdə Suriyaya göndəriləcək.
Axar.az xəbər verir ki, bu barədə Ermənistanın müdafiə naziri əvəzi David Tonoyan mediaya açıqlamasında deyib. O bildirib ki, bununla bağlı bütün sənədlərin imzalanması artıq başa çatır.
Bölmənin tam hazır olduğunu bildirən Tonoyan əsgərlərin Suriyaya gedəcəyi dəqiq tarixi açıqlamayıb. Bu tarixin bu ilin sonu və ya gələn ilin əvvəlində olacağı ehtimal edilir.
Qeyd edək ki, Ermənistan Suriyaya KTMT öhdəliyi çərçivəsində əsgər göndərir.