![]() |
|
ABŞ Prezidenti Donald Tramp hazırda həcmdən bazara daha az neft çıxarılacağı halda qiymətlərin bahalaşacağından narahatdır.
Axar.az xəbər verir ki, Tramp bu barədə Tvitter hesabında yazıb.
“Ümid edirəm ki, Səudiyyə Ərbistanı və OPEK hasilatı azaltmayacaq. Neft qiyməti tədarükə əsasən bir qədər ucuz olmalıdır”, - Tramp qeyd edib.
Qeyd edək ki, OPEK ölkələrinin gündəlik neft hasilatını bir milyon barrel azaltmaqla bağlı ilkin razılığı var.
Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilovla görüşündə KTMT-nin Astanadakı sammitinə də toxunub.
Axar.az xəbər verir ki, o, Astanadakı görüşdə əsas müzakirə mövzusunun baş katib təyin etmək olmadığını deyib. Lukaşenko baş katib təyinatı məsələsinin sammitdə cəmi 15 dəqiqə müzakirə edildiyini bildirib:
“Bizim vaxtımızı əsasən, ilk məsələ - KTMT ətrafındakı xarici situasiya aldı. Sözsüz ki, müzakirələr zamanı biz daxili siyasi situasiyaya da toxunduq, amma bu yalnız bu və ya digər prezidentin istəyi ilə baş tutdu. Orada heç kim bu və ya digər proseslərə müdaxiləyə cəhd etməyib. Məsələn, Nikol Paşinyan dekabrda baş tutacaq parlament seçkisinə toxundu və biz ona qulaq asdıq”.
Lukaşenko KTMT-də yeni baş katiblə bağlı alyansın çox variantı olduğunu deyib.
“Bu o demək deyil ki, biz Ermənistanın haqlarını pozmuşuq. Məsələ odur ki, Nikol Paşinyan gərək sadəcə hakimiyyətdəki situasiyanın öhdəsindən gəlsin. Ona görə ki, bu ölkə hazırda Avrasiya İttifaqı və KTMT-yə rəhbərlik edir. Keçid şəraitində olan ölkənin üzərinə böyük yük düşür. Ermənistan bunun öhdəsindən gələcəkmi? Əgər Nikol Paşinyan bunun öhdəsindən gəlib, bizə cavab versə, bu, Sankt-Peterburqda olacaq”.
Lukaşenko hazırda Belarusun KTMT baş katibi vəzifəsinə 3 namizədinin olduğunu deyib.
Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında dekabr ayının sonu Argentinada G20 sammiti çərçivəsində görüş keçiriləcək.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, görüşdə əsas müzakirə ediləcək məsələlərdən biri ABŞ-ın orta və kiçik mənzilli raketlərin ləğvi müqaviləsindən çıxmaq qərarı olacaq.
13:43
Rusiya Prezidenti Vladimir Putin Fransaya səfər edib.
Axar.az xəbər verir ki, bu barədə RİA informasiya yayıb.
Qeyd edək ki, Putin hava limanından Yelisey sarayına yollanacaq. O, burada Birinci Dünya müharibəsinin bitməsinin yüzüncü ilinə həsr olunmuş mərasimdə iştirak edəcək.
***
Rusiya Prezidenti Vladimir Putin Parisdə ABŞ Prezidenti Donald Trampla görüşüb.
Almaniya ordusunun əsgərləri, xüsusi təyinatlılar və elit “Uniter” dəstələrində xidmətdə olan hərbçilərdən ibarət radikal dəstə yaradılıb.
Axar.az xəbər verir ki, bu barədə “Fokus” nəşri yazıb.
Məlumata görə, dəstə üzvləri hansısa “X” məqamda Almaniyanın süqut edəcəyini və bununla mübarizə apardıqlarını iddia ediblər. Belə ki, onların hədəfləri arasında bir sıra üzdə olmayan siyasətçilər, həmçinin solçular fraksiyasının rəhbəri Ditmar Bartç da olub.
Hüquq-mühafizə orqanlarının istintaqı aparmasına qruplaşmanın əks-kəşfiyyat idarəsindəki əməkdaşı mane olub. Qruplaşma barədə alman polisi yalnız ölkədə bir sıra teraktlar təşkil etməyə hazırlaşan hərbçi Frankonun saxlanmasından sonra xəbər tutub.