![]() |
|
Suriyanın Haseke bölgəsində ABŞ-ın keçirdiyi təlimlərdən 5 min PKK terrorçusu məzun olaraq diplom alıb.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
Məlumata görə, Haseke bölgəsində terrorçulara bomba, ağır silah, zenit qurğular, tank əleyhinə mexanizmlər istifadəsi, nizami və qeyri-nizami döyüş şəraitində fəaliyyət aparılması öyrədilib. Məzun olan YPG-PKK terrorçularına ixtisaslarına uyğun şəkildə silah paylanıb.
Qeyd edək ki, terrorçuların silahlandırılmasında İŞİD-lə mübarizə adı altında ölkəyə gətirilən silahlardan istifadə olunub.
Rusiya ilə Türkiyə arasında viza rejiminin asanlaşdırılması üçün davamlı olaraq danışıqlar aparıram.
Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər nazirinin müavini Aleksandr Qruşko deyib.
“Görüşlər olduqca yaxşı formada davam edir. Mövcud viza rejiminin sərbəstləşdirilməsi məsələsində konsulluq xidmətləri arasında davamlı dialoq aparırırq. Burada müəyyən pasport kateqoriyalarının sahibləri üçün vizasız rejimdən söhbət gedir”, - deyə o bildirib.