![]() |
|
Mənə qarşı Avropada heç bir ekstradisiya proseduru həyata keçirilmir.
Axar.az xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili paylaşıb. Onun sözlərinə görə, Gürcüstan hakimiyyəti onun ölkəyə dönüşünü istəmir:
“Ədliyyə naziri Teya Çulukiani dünən bəyan etdi ki, mən guya ekstradisiya prosedurundayam və mənim ekstradisiyam üçün hansısa sorğu göndərilib. Görürsünüz ki, mən dünyanın bir sıra ölkələrini ziyarət edirəm və heç bir ekstradisiya proseduruna məruz qalmıram. Üstəlik, Poroşenko mənim Gürcüstana ekstradisiyamı tələb edirdi, amma Gürcüstan hökuməti hər şeyi etdi ki, mənim ölkəyə girişim heç cür təmin edilməsin”.
İrqçilik sadəcə Almaniya tarixində 1933-1945-ci illərdə yaşananlar deyildir.
Axar.az xəbər verir ki, bu sözləri Almaniya Prezidenti Frank Valter Ştaynmeyer Drezdendə “İrqçilik, İnsan irqlərinin kəşfi” sərgisində çıxışı zamanı deyib.
“Almaniya tarixindən dolayı bizə tənqidi yanaşılır. Demokratiya bir hədiyyə deyil. Onun qazanılması üçün daim mübarizə gərəkdir”, - deyə Ştaynmeyer bildirib.
İsrail və MOSSAD İranla imzalanan nüvə razılaşmasına sabotaj cəhdləri edirlər.
Axar.az xəbər verir ki, bu sözləri Tvitter səhifəsində İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif paylaşıb.
“MOSSAD apreldə ABŞ Prezidenti Donald Trampın nüvə razılaşmasından çıxdığını elan etməsindən az əvvəl İranda nüvə silahı aşkarladığını bəyan etdi, həmçinin, Həsən Ruhaninin Avropa səfərindən az öncə guya Fransada İranın nəsə planlaşdırdığını açıqladı. Bir müddət öncə isə MOSSAD Danimarkaya guya İran xüsusi xidmət orqanlarının cinayətinin qarşısını almaqda yardım etdi. Bu da Avropanın ABŞ sanksiyalarından yayınmaq üçün xüsusi maliyyə mexanizmi hazırladığı vədə ilə üst-üstə düşdü. Bunlar İranla imzalanan nüvə razılaşmasını məhv etmək üçün inanılmaz təsadüflər seriyası yoxsa MOSSAD proqramlarının sadə xronologiyasıdır?” – deyə o bildirib.
Qeyd edək ki, Zərif bundan öncə MOSSAD-ın İrana qarşı “saxta bayraq” əməliyyatlarını davam etdirdiyini bildirmişdi.
Yaxın vaxtlarda Kubaya qarşı yeni sanksiyalar tətbiq edilə bilər.
Axar.az xəbər verir ki, bu açıqlama ilə ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton çıxış edib.
Bolton sanksiyaların bir neçə gün ərzində tətbiq edilə biləcəyini bəyan edib:
"Kuba hökuməti ABŞ-dan böyük mənfəət əldə etməməlidir".
Qeyd edək ki, ötən gün BMT Baş Assambleyası 55 ildir ki, ABŞ-ın Kubaya tətbiq etdiyi iqtisadi, ticari və maliyyə blokadasını dayandırılması ilə bağlı 27-ci dəfə bəyanat qəbul edib.
Fransa Şərq Arxeologiya İnstitutunun və Liverpul Universitetinin birgə missiyası Misirdə qədim rampa aşkar edib.
alimlərin fikrincə, 4500 yaşı olması güman edilən bu rampanın köməyi ilə qədim misirlilər piramidaların tikintisi üçün çox böyük ölçülü daş blokları daşıyırmış.
Əl-Minya əyalətinin ərazisində yerləşən qədim karxanada tapılmış qurğudan, arxeoloqların fikrincə, Böyük Xeops Piramidasının tikintisi üçün istifadə edilib. Bu qurğu iri daş blokların çıxarılması və daşınması üçün mükəmməl sistemdir.
Missiyanın rəhbərlərindən biri – Yannis Qurdon izah edib ki, qazıntı işləri zamanı belə qurğuların təsvirləri əvvəllər də tapılıb, lakin ilk dəfədir ki, arxeoloqlar yaxşı vəziyyətdə qalmış rampa aşkar ediblər. Onun sözlərinə görə, aşkar edilmiş təsvirlərin, qurğuların və yazıların öyrənilməsi bu nəticəyə gəlməyə əsas verir ki, bu sistem Gizadakı Böyük Piramidanın memarı firon Xeopsun hakimiyyəti dövrünə aiddir.
Türkiyə Cümhuriyyəti tarixinin ən yüksək aylıq ixrac rəqəmlərinə çatdıq.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin Ticarət naziri Ruhsar Pekcan deyib.
“13.1 faiz artımla 15 milyard 732 milyon dollarlıq ixrac həyata keçirdik. Oktyabr ayında idxalımız da 23.5 faiz aşağı düşərək 16 milyard 261 milyon lirə oldu. Yeni iqtisadiyyat proqramımız çərçivəsində ixracımızın ilin sonunda 170 milyard dollara çatacağını düşünürük. Xarici ticarət kəsirimiz oktyabr ayında 92.8 faiz azalaraq 539 milyon dollar oldu”, - nazir bildirib.
Birgə patrul xidməti Menbiç Yol Xəritəsində göstərilən hədəflərə çatana qədər davam edəcək.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin bəyanatında deyilib.
Qeyd edək ki, Türkiyə və ABŞ hərbçiləri Menbiçdə mütəmadi olaraq patrul xidməti keçir.
MHP sədri Dövlət Baxçalı “Cümhur ittifaqı” ilə bağlı açıqlama verib.
Axar.az xəbər verir ki, bu barədə “Hürriyət” yazıb.
“Cümhur ittifaqı” türk tarixinin hər hansı bir anında təsadüfən, siyasi sövdələşmə nəticəsində ortaya çıxan ötəri bir həvəs, işlər bitdikdən sonra dağılacaq quru bir ortaqlıq deyildir, ona əsla bu cür baxılmamalıdır”, - Baxçalı bildirib.
Qeyd edək ki, bir qədər əvvəl Dövlət Baxçalının 2019 seçkilərində AKP ilə birgə iştirak etməyəcəkləri ilə bağlı açıqlaması Cümhur İttifaqının dağıldığını bəlli etmişdi.
ABŞ İrandan neft ixracını dayandırmaq istəyir, amma bununla özünün neft tədarükündən asılı olan dostları və müttəfiqlərinə zərər vurmaq istəmir.
Axar.az xəbər verir ki, bunu Aleksandr Hamilton Cəmiyyətində çıxışı zamanı ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton deyib.
“Biz sanksiyalarla bağlı necə davranacağıq? Prezident dedi ki, bizim hədəfimiz İran neftinin tədarükünü tam dayandırmaqdır. Biz görürük ki, bəzi ölkələr hələ də neft almağa davam edirlər. Neft tədarükünü birdən-birə sıfır həcminə çatdıra bilmərik. Biz bu hədəfə çatmaq istəyirik, amma dostlarımıza da bununla zərər vurmaq istəmirik”, – deyə o bildirib.
Dünyanın yenidən formalaşdırılmasına cəhdlər edilir.
Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Ümumdünya Rus Xalq Məclisi təşkilatının iclasında çıxışı zamanı deyib.
“Biz dünyanın yenidən formalaşdırılması üçün hansı cəhdlərin edildiyini görürük. Bu cəhdlər əsrlərlə formalaşan sivil dəyərlərin və mədəni tarixi məkanın dağılmasına yönəlib. Hədəf fərqli simasız protektoratların yaradılmasıdır. Bölünmüş, milli yaddaşı silinmiş, vassal səviyyəsinə salınmış xalqları idarə etmək rahatdır. Bunu dünyanın çox regionlarında, o cümlədən postsovet məkanında sınaqdan keçirirlər. İstifadə olunan əsas metodlar isə mağara millətçiliyi, rusofobluq, kilsə həyatına kobud müdaxilədir. İctimaiyyət bir olmalıdır. Yalnız bu halda dövlət tarixi çağırışlara reaksiya verə, xarici təzyiqlərə müqavimət göstərə, suverenliyini qoruya bilər. Rusiyanın səsi gələcək dünyada əmin şəkildə eşidiləcək”, – deyə o bildirib.