![]() |
|
Rusiya prezidenti Vladimir Putinin rus avtomobil nəhəngi “Lada”nın “Vesta” və “Granta” modellərini tanıtmasından sonra Avropada maşınların satışında artım müşahidə olunub.
“Focu2Move” araşdırma şirkətinin məlumatına görə, bu ilin ilk 9 ayında 82 min 794 “Lada Vesta” satılıb. Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə avtomobillərin sayına görə 46,5% artım deməkdir. Builki satışlar sayəsində “Lada” Avropada ən çox satılan maşınlar siyahısında 71-ci yerdən 49-cu pilləyə yüksəlib.
“La Granta” modeli isə bu ilin ilk 9 ayında 74 min 463 ədəd satılıb. Bu model ötən illə müqayisədə pillələrdə yüksələrək 55-ci yerdə qərarlaşıb.
Gürcüstanda prezident seçkilərinin ilk turunun qalibi Gürcüstan dövləti və xalqının özüdür.
bunu politoloq Şahin Cəfərli Gürcüstanda keçirilən prezident seçkilərinin nəticələrini şərh edərkən deyib. O, bildirib ki, əgər 2-ci tur da eyni şəkildə keçirilərsə, nəticələrə təsir edəcək kütləvi əyintilər baş verməzsə, şübhə yoxdur ki, bu, Gürcüstan demokratiyasının inkişafı və avroatlantik inteqrasiya istiqamətində irəliyə doğru böyük bir addım olacaq.
Ş. Cəfərlinin sözlərinə görə, ilk turun ən önəmli siyasi nəticəsi budur ki, müxalifət 6 illik böhran və reqres vəziyyətindən çıxaraq "Gürcü Arzusu"nun dominantlığına son qoymaq gücündə olduğunu nümayiş etdirdi: “Vahid Milli Hərəkat ötən müddətdə İvanişvilinin onu dəfn etmək cəhdlərinə, içəridən parçalanmalara məruz qalmasına baxmayaraq, hələ də müxalifətin lokomotivi olduğunu və yenidən iqtidar alternativi halına gəldiyini göstərdi. Liderlər və millət vəkillərinin böyük əksəriyyəti ayrılsalar da, partiya öz yerli strukturlarını böyük ölçüdə qoruya bildi, bu isə onu deməyə əsas verir ki, ölkənin ən ucqarlarına qədər təşkilatlanmaq və strukturlara malik olmaq vitrindən heç də az əhəmiyyət daşımır, hətta daha önəmlidir”.
Politoloq deib ki, Qriqol Vaşadze Vahid Milli Hərəkatın liderliyində qurulan, 11 partiyadan ibarət "Güc birlikdədir" blokunun namizədi kimi mübarizəyə qoşulsa da, müxalifət ümumilikdə vahid namizəd müəyyən etməyərək yarışa ayrı-ayrılıqda qatıldı: “Bu taktikanın özünü doğrultduğu ortadadır. İqtidarın namizədi 38,6% səs yığa bildi, başqa sözlə, seçicilərin 61%-dən çoxu qarşı tərəfdə yer aldı. Vaşadze və dünənə qədər Vahid Milli Hərəkatın liderlərindən olan Bakradze birlikdə 49% civarında səs aldılar, bu, ciddi uğurdur. Digər namizəd, 2,2% səs toplamış Zurab Caparidze də vaxtilə bu partiyada təmsil olunub.
"Gürcü Arzusu"na gəldikdə isə, onun yüksəliş trendinin dayandığını və ulduzunun sönməyə başladığını söyləmək mümkündür. Amma nəticələri hakim partiyanın iflası və çöküşü kimi dəyərləndirmək tələskənlik olardı. Çünki "Gürcü Arzusu" seçkidə öz namizədi ilə iştirak etmədi. Məsələn, namizəd İvanişvili və ya Kaladze olsaydı, şübhə yoxdur ki, Zurabişvilidən daha çox səs toplayacaqdılar, bəlkə də 50%-i keçə biləcəkdir. Bəs, iqtidar niyə öz namizədi ilə çıxış etmədi?
Seçki kampaniyasından əvvəl Qərb İvanişviliyə mədəni şəkildə mesaj verdi ki, seçkiyə öz namizədi ilə qatılmasın. Çünki son parlament seçkilərində "Gürcü Arzusu"nun konstitusion çoxluq qazanması Qərbi məmnun etməmişdi və İvanişviliyə açıq şəkildə dedilər ki, aşağıdan yuxarıya bütün seçkili orqanların və institutların sizin nəzarətinizdə olması demokratiyanın inkişafına xidmət etmir. İvanişvili bu mesajı aldı və gərəyini yerinə yetirdi”.
Gürcüstanda prezidentin səlahiyyətlərinin məhdud, icra səlahiyyətlərinin tamamilə baş nazirin və onun hökumətinin əlində olduğunu vurğulayan Ş. Cəfərli deyir ki, bu baxımdan 2-ci turda Vaşadzenin qələbəsi ilə müxalifət hakimiyyətə gəlmiş sayılmayacaq: “Amma prezident hər halda, prezidentdir, o, beynəlxalq aləmdə ölkəni təmsil edir, hökumətin razılığı ilə müqavilələrə imza atır, səfirləri təyin edir və məhkumları əfv etmək, əcnəbilərə vətəndaşlıq vermək kimi hüquqlara malikdir. Sonuncu iki məsələ Gürcüstan daxili siyasəti üçün çox önəmlidir, çünki Saakaşvili haqqında məhkəmə hökmləri var və o, ölkə vətəndaşlığını da itirib. Vaşadze seçilərsə, Saakaşvilini və həbsdə olan keçmiş baş nazir, polis sistemində radikal islahatların müəllifi Vano Merabişvilini əfv edəcək. Əlbəttə, hakim partiya konstitusion çoxluğundan istifadə edərək prezidentin bu səlahiyyətlərini əlindən ala, yaxud onun qərarlarını başqa şəkildə bloklaya bilər. Lakin bu cür konfrontasiya yolunun seçilməsi ölkədə gərginlik, vətəndaş qarşıdurması yaradacağı üçün riskli addım olar.
Prezident seçkilərində qələbə müxalifətin 2020-ci il parlament seçkilərində qələbəsinin əsasını qoya bilər və bu baxımdan da önəmlidir. Çünki qələbə psixoloji üstünlüyün müxalifətə keçməsinə, onun sıralarının genişlənməsinə səbəb olacaq, ən əsası isə insanlar ölkədə vəziyyətin dəyişdiyinə inanmağa başlayacaq. Bu baxımdan ilk turun nəticələri İvanişvili üçün kabus oldu.
Tablo göstərir ki, Vaşadzenin şansı daha yüksəkdir, çünki onun rezervləri daha çoxdur, nəinki rəqibinin. Artiq Bakradze ikinci turda Vaşadzeni dəstəkləyəcəklərini açıqlayıb. Usupaşvilinin də eyni qərarı verəcəyi gözləniləndir. Adı çəkilən namizədlər birlikdə 13,2% səs alıb, bu isə ikinci turda Vaşadzenin qələbəsi üçün yetərlidir. Düzdür, siyasətdə 1+1 heç də hər zaman 2 etmir, amma Vaşadzenin Caparidze və Natelaşvilinin də seçicilərinin müəyyən hissəsini özünə cəlb etmək imkanı var.
Ana dilində səlis danışa bilməyən, Rusiya ilə müharibədə öz ölkəsini günahkar bilən Zurabişvilinin isə antireytinqi yüksəkdir və iqtidar texnoloqları onun 2-ci tur ərəfəsində xalqa daha sevimli görünməsi, əlavə səslər cəlb edə bilməsi üçün xeyli tərləməli olacaqlar”
ABŞ-da CNN-nin binasına yenidən şübhəli bağlama göndərilib.
media qurumun CEO-su Ceff Züker yazılı açıqlamasında bunu bildirib: “Bu səhər CNN-nin ünvanına göndərilən daha bir şübhəli bağlama Atlantadakı ofisdə ələ keçirildi. Hazırda təhlükə yoxdur”.
Bağlamanın son bir hftə ərzində ayrı-ayrı idarələrə göndirələnlərlə eyni olduğu bildirilib.
Xatırladaq ki, ötən həftə keçmiş prezidentlər Barak Obama, Bill Klinton, prezidentin keçmiş köməkçisi Co Bayden, eks-ədliyyə naziri Erik Holderin evinə “boru bombası” adlandırılan partlayıcı qurğu göndərilib.
İl ərzində 200 milyon sərnişini yola salacaq İstanbul Yeni Hava Limanının açılış mərasimi olub.
mərasimdə prezident Rəcəb Tayyib Ərdoğanla xanımı, ayrı-ayrı ölkə başçıları, nazirlər, 6 mindən çox qonaq, eləcə də rusiyalı döyüşçü Həbib Nurməhəmmədov iştirak edib.
Ərdoğan qonaqlarla görüşdükdən sonra Türk Hava Yollarının (THY) kassasından simvolik olaraq iki bilet alıb.
Prezident nitq söylədikdən sonra qonaqlarla xatirə fotosu çəkdirib.
Tramp Tehranı bombalamaq, yoxsa Pxenyanla olduğu kimi, sülh bağlamaqla bağlı qərarını verənə qədər Qafqazda “bolt və qaykaları bərkitmək”, daha doğrusu, İranla ticarət münasibətlərini azaltmağı məsləhət görmək üçün milli təhlükəsizlik üzrə müşavirini regiona göndərdi.
Axar.az xəbər verir ki, bu sözləri Con Boltonun Qafqaza səfərini şərh edən Gürcüstanın “Qruzinform” agentliyinin baş redaktoru Arno Xidirbeqişvili deyib.
Xidirbeqişvilinin sözlərinə görə, Bolton İranla münasibətləri yenidən nəzərdən keçirməyi məsləhət gördüyü Gürcüstana bunun qarşılığında ABŞ-la sərbəst ticarət, Azərbaycan və Ermənistana isə Gürcüstan və Ukraynanın çoxdan əldə edə bildiyi, keyfiyyətcə üstün, qiymətcə isə daha ucuz olan ABŞ silahlarını təklif edib.
Ekspertin fikrincə, Rusiya, İran, Türkiyə və Çinə sanksiyalar tətbiq etməklə ABŞ dolayı yolla da olsa, Gürcüstana da ticarət müharibəsi elan edib.
“Gürcüstanın ticarət ortaqlarının yalnız konkret sayda ölkələr olması heç kimə sirr deyil. Gürcüstanın “böyük qardaşı”na görə böyük turizm, enerji və investisiya potensialına sahib İran kimi regional müttəfiqindən imtina etməyə məcbur olacağını yalnız mən düşünürəm? Gürcüstan ABŞ-a görə Azərbaycan, Türkiyə və İranın iştirak etdiyi Qara dənizi Fars körfəzi və Hind okeanı ilə birləşdirən nəqliyyat dəhlizi layihəsində iştirakdan və İran, Azərbaycan, Türkiyə və Rusiyanın iştirak etdiyi “Şimal-Cənub” tranzit enerji marşrutunda iştirakdan imtina etməli olacaq”, - ekspert bildirib.
Argentinanın cənubunda 6.4 bala gücündə zəlzələ baş verib.
Axar.az xəbər verir ki, yeraltı təkanlar Uşuaya şəhərindən 320 kilometr aralıda qeydə alınıb.
Tələfat və dağıntılar barədə məlumat verilməyib.