![]() |
|
Ukrayna tərəfinin Aleksandr Zaxarçenko cinayətində əli olmasını düşünmək üçün ciddi əsaslar var.
Axar.az xəbər verir ki, bu sözləri Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya deyib.
“Zaxarçenko sui-qəsdi regionda qeyri-sabitliyin bərqərar olmasına hədəflənib. Bu cinayəti Ukraynanın törətməsinə dair təkzibedilməz əsaslar var”, - deyə diplomat bildirib.
Xatırladaq ki, Donetsk separatçılarının lideri Aleksandr Zaxarçenko 31 avqust tarixində “Separ” kafesinə öncədən qoyulan partlayıcının işə düşməsi nəticəsində öldürülüb.
Camal Qaşıqçının İstanbulda öldürülməsi Vaşinqton və Ər-Riyad arasındakı güclü və dərin hərbi əməkdaşlığa hər hansı bir təsir göstərməyib.
Axar.az xəbər verir ki, bunu ABŞ-ın Mərkəzi Qüvvələr komandiri, ordu generalı Cozef Votel deyib.
"Səudiyyə Ərəbistanı ilə davam edən hərbi münasibətlərimizdə hər hansı bir dəyişiklik olmayıb. Hərbi baxımdan bu əlaqələri güclü, dərin və bizim üçün xeyirli iş kimi dəyərləndirirəm. Onlar regiondakı təhlükəsizliyin təmin edilməsi məsələsində son dərəcə önəmli tərəfdaşımız olub və olmağa davam edirlər", - Votel qeyd edib.
Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın Yəmənənin Hodeyda əyalətinə aviazərbələri nəticəsində 150 husi döyüşçüsü öldürülüb.
Axar.az xəbər verir ki, bu barədə koalisiyanın nümayəndəsi Türki əl-Maliki məlumat verib.
O bildirib ki, husilərin hərbi təlim bazası hədəf alınıb.
İsveçin yəhudi icmaları təhdidlərin gücləndiyi bir vaxtda dövləti onların təhlükəsizliyini təmin etməyə çağırıblar.
Axar.az bu barədə Avropa ölkələrində və ABŞ-da antisemit xarakterli hücumların kəskin artması barədə informasiya yayan İsveç KİV-lərinə istinadla məlumat verir.
İsveçdəki yəhudi icmalarının Mərkəzi Şurası yazır: İndi bizim siyasətçilərimiz öz üzərinə məsuliyyət götürüb insanların təhlükəsizliyini təmin etməlidirlər ki, Birləşmiş Ştatlarda baş vermiş faciəyə oxşar hadisə İsveçdə təkrarlanmasın. Hazırda yəhudi təşkilatları təhlükəsizliyin təmin olunması üçün 25 faizdən 50 faizədək üzvlük haqqı ödəmək məcburiyyətindədirlər. Lakin dövlət vətəndaşların, o cümlədən ölkənin yəhudi əhalisinin təhlükəsizliyinin təmin olunmasına görə məsuliyyət daşımalıdır.
Yəhudi təşkilatları şikayət edirlər ki, yəhudilər üçün oxşar təhlükənin mövcud olduğu ölkələrin böyük əksəriyyətində dövlət məsuliyyətin xeyli hissəsini öz üzərinə götürür. Məsələn, belə halları Norveçdə və Danimarkada müşahidə etmək olar. Bu ölkələrdə sinaqoqlar və yəhudi məktəbləri fasiləsiz mühafizə olunur.
Bu, açıq və demokratik cəmiyyət üçün böyük itkidir. Hazırda yəhudi olduğunu etiraf etməyə, yaxud özünü yəhudi kimi təqdim etməyə cəsarəti çatmayan insanlar çoxdur. Bu isə o deməkdir ki, onlar milli mənsubiyyətlərini nə məktəbdə, nə də işdə açıqlayırlar. Hətta istəsələr belə, Davud ulduzunu gəzdirməyə, yaxud başlarına kipa qoymağa çəkinirlər, çünki öz təhlükəsizliyinə görə narahatdırlar. Yalnız onları heç kimin tanımadığı və yəhudi olduqlarını heç kimin bilmədiyi yerlərdə özlərini təhlükəsizlikdə hiss edirlər. Buna görə də biz, yəhudilər üçün ən təhlükəli yerlər düşmənlərimizin bizi asanlıqla eyniləşdirə biləcəyi, öz məkanımızda qrup şəklində görüşdüyümüz yerlərdir.
Yəhudi icmasının üzvləri bildirirlər ki, bu cür hallar nümayəndələri bütün insanların eyni dərəcədə dəyərli olmasından tez-tez danışan açıq və demokratik cəmiyyətin iflasa uğraması deməkdir. Sənəddə deyilir: “Biz, İsveç yəhudiləri indiyədək yaxşı sözlər çox eşitmişik, odur ki, təhlükəsizlikdə olduğumuzu bizə hiss etdirən konkret addımlar atılmasını istəyirik”.
Beynəlxalq tədqiqatlar göstərib ki, İsveç yəhudi müəssisələrində terror hücumları törədilməsi riskinin yüksək olduğu ölkələrdəndir.
ABŞ Dövlət katibi Mayk Pompeonun İranın iqtisadiyyatı və terrorizmə qarşı mübarizəsi ilə bağlı sözləri avamlığın və yalanın göstəricisidir.
Axar.az xəbər verir ki, bu sözləri İranın Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi deyib. XİN sözçüsü ölkə iqtisadiyyatının 8 faiz böyüdüyünü əlavə edib:
“ABŞ rəsmiləri İrana qarşı sanksiyalarda beynəlxalq təzyiqləri dayandırmaq üçün psixoloji savaş aparır. ABŞ bu strateji xətaları 40 il boyunca etdi və uğursuz oldu”.
Qeyd edək ki, M.Pompeo ABŞ sanksiyaları nəticəsində İran iqtisadiyyatının zəiflədiyini və regionda əvvəlki kimi aktiv olmadığını bildirmişdi.
17:43
Xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Bolqarıstanın paytaxtı Sofiya şəhərinə rəsmi səfərə gedib.
XİN-dən Axar.az-a verilən məlumata görə, nümayəndə heyətinə Azərbaycanın Milli Məclisi, Energetika Nazirliyi və Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nümayəndələri daxildir.
Səfər çərçivəsində E.Məmmədyarovun Bolqarıstanın yüksək səviyyəli rəsmiləri ilə görüşü, eləcə də Azərbaycanla Bolqarıstan arasında Strateji Dialoqun birinci iclası keçiriləcək.
Türkiyə Böyük Millət Məclisində İYİ Partiyasının sədri Maral Akşənərlə CHP fraksiyasının sədri Özgür Özəl arasında bu gün görüş baş tutub.
Axar.az xəbər verir ki, Türkiyə mediası Akşənərlə Özəlin gözlənilməz görüşü fonunda partiyaların qarşıdakı seçkilərdə ittifaqa hazırlaşması ilə bağlı iddialar ortaya atıldığını bildirib.
Qeyd edək ki, bir qədər əvvəl AKP-MHP ittifaqının bələdiyyə seçkilərində birlikdə iştirak etməyəcəyi açıqlanmışdı.