Almaniya hökuməti Türkiyəyə maliyyə yardımı göstərə bilər.

Ardını oxu...

Mən artıq siyasətə qayıtmışam.

Axar.az xəbər verir ki, bunu NTV televiziyasına müsahibəsində Ermənistanın eks-prezidenti Robert Köçəryan deyib.

“Mən Ermənistanın 10 il prezidenti olmuşam. Bu 10 il ərzində Ermənistanın ümumdaxili məhsulu 5 dəfə artıb, büdcəmiz isə 8 dəfə böyüyüb. Sizin İrəvanda gördüyünüz maraqlı tikililərin hamısı o dövrdə tikilib”, – deyə o bildirib.

Özünün bundan sonrakı dönəmdə hansı partiya və ya koalisiya ilə hərəkət edəcəyi sualına isə Köçəryan bugünkü problemləri görən hər kəsi öz ətrafında birləşdirəcək ciddi mərkəz ola biləcəyini deyib. O, həmçinin Ermənistandakı mövcud vəziyyəti saxlanılması mümkün olmayan populizm adlandırıb:

“Sonuncu mitinqdə (Paşinyanın son mitinqi nəzərdə tutulur) bəyan edilir ki, Ermənistanda de-fakto yeni dövlət idarəetmə sistemi yaradılıb və inqilab meydanı xalq hakimiyyətinin ali orqanı elan edilib. Bu, zarafat deyil. Bizim Konstitusiyada meydanın xalq hakimiyyətinin ali orqanı olacağıyla bağlı heç bir şey yoxdur. Bundan sonra deyilir ki, hökumət bu meydan qarşısında məsuliyyət daşıyır. Bu o deməkdir ki, bütün vacib daxili siyasi və iqtisadi məsələlər bu meydanda müzakirə ediləcək. Ermənistanda baş verənlər qarşısıalınmaz populizmdir. Bunun nəticələri uzun müddət ərzində ölkənin inkişafına maneə törədəcək. Mən hətta düşünürəm ki, elektrik enerjisi, kommunal xidmət, təqaüd həcmləri, maaşlar, vergi qanunvericiliyi də yəqin ki, bu meydanda müzakirə ediləcək. Bu, sadəcə təcrübənin olmaması deməkdir.

Hazırkı inqilabi eyforiya uzun müddət qala bilməz. İnqilabdan sonra kiminsə həyatının yaxşı olmasıyla bağlı siz bir nümunə çəkin! Misir, Tunis, Suriya, Liviyadamı vəziyyət yaxşıdır? İnsanların həyatı pisləşib. Bəlkə, Ukraynada vəziyyət yaxşılaşıb? Ərazi itkisi, həyat keyfiyyətinin itməsindən başqa heç nə əldə etməyiblər. Bəlkə Gürcüstan? Ərazilərini itiriblər. Mənə sadəcə bir nümunə göstərin...”

Mərhum amerikalı senator Con Makkeynin tabutunu daşıyanlardan biri də rusiyalı jurnalist Vladimir Kara-Murza olacaq.

Ardını oxu...

Hazırda işğalçı Ermənistanda hakimiyyət böhranı müşahidə edilir.

Ardını oxu...

ABŞ-ın Minnesota ştatının Apellyasiya Məhkəməsi bir qrup ateistin dolların üzərindən “Biz Allaha inanırıq” ifadəsinin götürülməsiylə bağlı şikayətini rədd edib.

Ardını oxu...

“Zeytun budağı” və “Fərat qalxanı” əməliyyatları ilə ağır zərbə alan PKK-nın Suriya qolu YPG bölgədəki mövcudluğunu qorumaq üçün ABŞ-ın Suriyadan çıxmamalı olduğunu bildirib.

Ardını oxu...

Rusiya Prezidenti Vladimir Putin təqaüd reformlarının parametlərində dəyişikliklər edildiyini açıqlayıb.

Ardını oxu...

Əgər İran İsrailə təhdid olsa, biz dərhal onun Suriyadakı fəaliyyətinə reaksiya verəcəyik.

Ardını oxu...

Paşinyan hazırkı siyasi gedişləri ilə mövcud güclərin qarşısında tab gətirə bilməyəcək.

Ardını oxu...

Cinayətkar qrupun vəkili həbsdəki dəstə üzvlərinə pul verir – ailənizlə və onların göndərdiyi vəkillərlə görüşməyin, heç nəyi etiraf etməyin!

Ardını oxu...

Xəbər lenti