![]() |
|
Donald Tramp prezidentlik dövrünün ABŞ tarixində "həqiqətən qızıl dövr" olacağını vəd edib.
O, həmçinin seçkilərdəki nəticəsini "ABŞ tarixində misli görünməmiş siyasi qələbə" adlandırıb.
“İndi biz yeni səviyyəyə çatacağıq, çünki ölkəmizin sağalmasına kömək edəcəyik. Ölkəmizin bu köməyə ehtiyacı var. Sərhəd məsələlərini yoluna qoyacağıq, mövcud iqtisadi vəziyyəti düzəldəcəyik. Biz yenidən tarix yazacağıq!", - Tramp deyib.
İsraildə minlərlə insan baş nazir Benyamin Netanyahunun müdafiə naziri Yoav Gallantı işdən çıxarmasına etiraz etmək üçün küçələrə axışıb.
Netanyahunun qərarına etiraz etmək üçün paytaxt Təl-Əvivin Ayalon küçəsində çoxlu insan toplaşmağa başlayıb.
Nümayişçilər Netanyahu hökuməti əleyhinə şüarlar səsləndirərək küçəni nəqliyyatın hərəkətinə bağlayıb və tonqal yandırıblar. Tel-Əvivdən başqa Qüds və bəzi digər şəhərlərdə insanlar etiraz əlaməti olaraq küçələrə çıxıb.
İsrail müxalifəti Netanyahunun Gallantı istefaya göndərməsinə etiraz edib.
Batmanda qəyyum təyin edilməsini bəhanə edərək küçələrdə xaos yaratmaq istəyənlər polis qruplarına hücum edib.
PKK tərəfdarı olan təxribatçılar "molotov kokteyli" və atəşfəşanlıq fişənglərindən istifadə etməklə küçələrə çıxaraq polis maşınlarına hücum ediblər.
Küçələrdə xaos yaratmaq istəyən PKK terror tərəfdarlarının törətdikləri təxribat nəticəsində 6 polis yaralanıb. Polis 67 təxribatçı şübhəlini saxlayıb.
ABŞ-də seçkilərin qeyri-rəsmi nəticələri Kamala Harrisin tərəfdarlarını göz yaşlarına boğub. ABŞ mediası artıq Donald Trampın qalib gəlmə şansının 95 faiz olduğunu açıqlayıb. Bu arada, Harrisin kampaniya komandasına nəticələrlə elektron məktub göndərilib.
Səsvermənin nəticələri açıqlanamağa davam etdiyi bir zamanda ABŞ-nin ən nüfuzlu media orqanlarından olan "New York Times" Respublikaçı namizəd Donald Trampın 95 faiz qalib gəlmə şansının olduğunu açıqlayıb.
Trampın qatı tərəfdarlarından biri olan İlon Mask sosial media hesabında “Game, set, and match” paylaşımı edərək erkən qələbəsini elan edib.
Hazırda Tramp 246, Harris isə 210 nümayəndə qazanıb. 270-ə çatan seçkidə qalib elan olunacaq.
"New York Times"in yazdığına görə, bütün seçki qutularında səslər hesablandıqdan sonra Trampın 300-dən çox nümayəndəsinin qalib gələcəyi iddia edilib.
Tramp Pensilvaniya və Miçiqan kimi yüksək nümayəndə sayına malik ştatların hər ikisində qalib gəlsə, seçkini qazanmış olacaq.
Hovard Universitetinin qarşısında Kamala Harrisin seçki prosesini həvəslə izləyən izdihamda artıq pərişanlıq hökm sürməkdədir. ABŞ-də “ilk qadın prezidentini” görmək istəyənlər məğlubiyyətə uğradıqlarından göz yaşlarına hakim ola bilmirlər.
Kamala Harrisin təşviqat qrupu tərəfdarlarına müraciət edərək evlərinə getməyi tövsiyə edib. Müraciətdə "Evinizə gedin və yatın", "Mübarizəni davam etdirəcəyik" deyilib.
Digər tərəfdən, Harrisin bu gün çıxış etməyəcəyi və yekun nəticələri gözləyəcəyi bildirilib.
ABŞ-də prezident seçkiləri ilə eyni vaxtda Konqresə keçirilən seçkilərdə Respublikaçılar irəlidədir.
“Fox News” telekanalı xəbər verir ki, hələ səslərin hesablanması başa çatmasa da, Respublikaçılar Senatda (ABŞ Konqresinin yuxarı palatası ) 100 yerdən 51-ni qazanıblar.
Qeyd olunub ki, əvvəlki seçkilərdə Senatda üstünlüyə Demokratlar sahib idi.
Bununla yanaşı, Respublikaçıların Nümayəndələr Palatasına keçirilən seçkilərdə də öndə olduğu qeyd olunub.
Xatırladaq ki, hazırda ABŞ-də prezident seçkiləri davam edir. Prezident postu uğrunda Demokratların nümayəndəsi Kamala Harrislə Respublikaçılar Partiyasının namizədi Donald Tramp mübarizə aparır. İlkin qiymətləndirmələrə görə, Tramp hazırda Harrisi üstələyir.
“ABŞ prezident seçkilərinin nəticəsindən asılı olmayaraq, cəmiyyətdəki daxili parçalanmaları aradan qaldırmağa məcbur olacaq”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Russia Today”ə (RT) şərhində deyib.
“Düşünürəm ki, indi bir millət və xalq kimi Amerikanın əsas məsələsi ilk növbədə, keçmiş seçkilərin təcrübəsini nəzərə alaraq, bu nəticələrin Amerika cəmiyyətinin özü tərəfindən qəbul edilməsini təmin etməkdir. İkincisi, bu nəticə nə olursa olsun, onlar açıq şəkildə daxili emosional parçalanmanı aradan qaldırmalı olacaqlar”, - Zaxarova qeyd edib.
Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın “Trump Media” şirkətinin səhmləri “Nasdaq” elektron birjasında 15% bahalaşıb.
“Truth Social” sosial şəbəkəsinin sahibi “Trump Media & Technology Group Corp”un səhmləri 14,44% artaraq hər səhm üçün 39,3 dollara çatıb.
Bakı vaxtı ilə saat 22:25-də artım sürətlənib və qiymət hər səhm üçün 39,57 dollara (+15,23%) çatıb.
Xatırladaq ki, noyabrın 5-də ABŞ-da növbəti ümumi seçkilər keçirilir. Əhali prezidenti, Senatın üçdə birini və ABŞ Konqresinin Nümayəndələr Palatasının bütün üzvlərini, həmçinin 11 ştatın və 2 ərazinin qubernatorlarını seçirlər.
Respublikaçı namizəd Donald Tramp və ABŞ-ın hazırkı hakim Demokrat Partiyasını təmsil edən Kamala Harris dövlət başçısı postuna iddialıdırlar.
ABŞ-da seçkilərin nəticələri dünyanın ümumi vəziyyətinə, o cümlədən ölkənin Rusiya ilə münasibətlərinə təsir edəcək. ABŞ-ın keçmiş prezidenti Tramp yenidən seçilərsə, onun iki illik sükutu pozaraq Moskva ilə kontakt quracağını gözləmək olar.
Bunu rusiyalı siyasi strateq və analitik Pavel Dubrovski deyib.
Onun fikrincə, Trampın Ukraynada xüsusi hərbi əməliyyatı dayandırmaq üçün səy göstərəcəyini gözləmək olar:
“O, həmçinin sanksiyaların təzyiqini azaltmağa çalışacağını vəd edib, lakin çox şey gözləməyə dəyməz, çünki belə məsələlər konqresmenlərin razılığı ilə həll olunur. İkinci mühüm məqam odur ki, Tramp Rusiya ilə öz maraqlarından çıxış edən digər regional güclər kimi davranacaq. “America First”, yəni adi izolyasiyaçılıq birinci yerdə qalacaq".
Ekspert xatırladıb ki, respublikaçı namizəd Rusiya ilə Ukrayna arasında danışıqları dəstəklədiyini dəfələrlə bəyan edib.
Politoloq hesab edir ki, Demokratlar Partiyasının nümayəndəsi Harris qalib gəlsə, Vaşinqton Ukrayna qüvvələrini maliyyələşdirməyə davam edəcək:
“Harris qalib gəlsə, Kiyevi dəstəkləməkdə indiki vəziyyətdən heç bir xüsusi dəyişiklik və ya fərq olmayacaq. Harrisin danışıqlar baxımından tərəflərə nə təklif edə biləcəyi bəlli deyil, ona görə də çox güman ki, o, hazırkı lider Baydenin siyasətini tam şəkildə davam etdirəcək”.(Axar.az)
"Zaman Türk əsrinin vaxtıdır. Biz regional və qlobal qeyri-sabitliyin baş verəcəyi əsrdəyik. Osmanlı sülhü Balkanlarda və Yaxın Şərqdə ədalət və mərhəmət yaratdı".
Bunu MHP lideri Dövlət Baxçalı Öcalanı TBMM-də bəyan edib.
"Türk əsrində terrorun kökü kəsiləcək", - o əlavə edib.
Baxçalı daha sonra bunları deyib: "Terrorun kökü kəsilsə, inflyasiya aşağı düşsə, Ərdoğanın yenidən prezident seçilməsi təbii deyilmi? Ərdoğan bir daha seçilməlidir. Bu çərçivədə konstitusiya tənzimləməsi lazımdır. Ərdoğan Türkiyənin təhlükəsizliyidir, yeganə seçimdir".
ABŞ-da indiyədək 46 prezident seçilib və növbəti prezident seçkilərində 47-ci prezident müəyyən olunacaq.
ABŞ-ın ilk prezidenti 1789-1797-ci illərdə iqtidarda olan Corc Vaşinqton olub. Ondan sonra bu vəzifəni ardıcıl olaraq bir çox tanınmış liderlər icra edib. Məsələn, Tomas Cefferson (1801-1809), Avraam Linkoln (1861-1865) və Franklin Ruzvelt (1933-1945) kimi tarixin yaddaşında qalan prezidentlər ABŞ-ın siyasi və sosial həyatında mühüm izlər buraxıblar.
Son illərdə isə ABŞ prezidenti vəzifəsini 44-cü prezident Barak Obama (2009-2017), 45-ci prezident Donald Tramp (2017-2021) və hazırda 46-cı prezident olan Co Bayden (2021-ci ildən ) icra ediblər. Bayden ölkənin hazırkı lideri kimi növbəti seçkilərdə namizədlərin seçimi və mübarizəsi üçün siyasi səhnədə mühüm rola sahibdir.
İndiyə qədər olan bütün ABŞ prezidentləri və onların iqtidarda olduqları illər Azərbaycan dilində aşağıdakı kimi uyğunlaşdırılıb:
1. Corc Vaşinqton (1789-1797)
2. Con Adams (1797-1801)
3. Tomas Cefferson (1801-1809)
4. Ceyms Medison (1809-1817)
5. Ceyms Monro (1817-1825)
6. Con Kuinsi Adams (1825-1829)
7. Endryu Cekson (1829-1837)
8. Martin Van Buren (1837-1841)
9. Uilyam Henri Harrison (1841)
10. Con Tayler (1841-1845)
11. Ceyms Noks Polk (1845-1849)
12. Zakari Teylor (1849-1850)
13. Millard Fillmor (1850-1853)
14. Franklin Pirs (1853-1857)
15. Ceyms Byukenan (1857-1861)
16. Avraam Linkoln (1861-1865)
17. Endryu Conson (1865-1869)
18. Uliss Qrant (1869-1877)
19. Raterford B. Heys (1877-1881)
20. Ceyms A. Qarfield (1881)
21. Çester A. Artur (1881-1885)
22. Qrover Klivlend (1885-1889)
23. Benyamin Harrison (1889-1893)
24. Qrover Klivlend (1893-1897) – İkinci dəfə seçildi və bu səbəbdən iki ayrı sıra nömrəsi var.
25. Uilyam Mak-Kinli (1897-1901)
26. Teodor Ruzvelt (1901-1909)
27. Uilyam Hovard Taft (1909-1913)
28. Vudro Vilson (1913-1921)
29. Uorren G. Hardinq (1921-1923)
30. Kalvin Kulic (1923-1929)
31. Herbert Huver (1929-1933)
32. Franklin D. Ruzvelt (1933-1945)
33. Harri S. Trumen (1945-1953)
34. Duayt D. Eyzenhauer (1953-1961)
35. Con F. Kennedi (1961-1963)
36. Lindon B. Conson (1963-1969)
37. Riçard Nikson (1969-1974)
38. Cerald Ford (1974-1977)
39. Cimmi Karter (1977-1981)
40. Ronald Reyqan (1981-1989)
41. Corc H. V. Buş (1989-1993)
42. Bill Klinton (1993-2001)
43. Corc V. Buş (2001-2009)
44. Barak Obama (2009-2017)
45. Donald Tramp (2017-2021)
46. Co Bayden (2021-günümüz)
Hazırda ABŞ-ın 46-cı prezidenti Co Baydendir.