Tramp seçilsə, Mask və Kennedi yüksək vəzifə tutacaqlar

ABŞ prezidentliyinə namizəd Donald Tramp qeyd edib ki, prezident seçkilərində qalib gəlsə, sahibkar İlon Maska və keçmiş müstəqil namizəd Robert Kennediyə administrasiyasında mühüm rollar verməyi planlaşdırır.

Xarici mediaya verir ki, bu barədə siyasətçi jurnalist Taker Karlsona müsahibəsində bildirib.

"Bobbi Kennedİ və İlon MAsk... administrasiyanızda nüfuzlu fiqurlar olacaq?" – Carlson soruşub.

“Bəli, elədir”, - deyə Donald Tramp cavab verib.

Xatırladaq ki, Kennedi kiçik 2024-cü ilin avqustunda prezidentlik yarışından çəkildiyini və Trampın namizədliyini dəstəklədiyini açıqlamışdı. Daha sonra o, təklif alacağı təqdirdə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə rəhbərlik etmək istədiyini deyib.

İlon Mask da Donald Trampı dəstəkləyib. Siyasətçi etiraf edib ki, prezident seçkilərində qalib gəlsə, administrasiyasında hansısa vəzifəyə sahibkar təyin edəcək.

"SEPAH"dan Bakıya İTTİHAM: ŞOK GƏLİŞMƏ

Tehran hər fürsətdə Azərbaycanı hədəf almağa öyrəncəli olduğu üçün bu dəfə də “niyə İsrailin hücumunu pisləmədilər” deyə hay-küy yaratmağa cəhd edib; hər vəchlə Ermənistanı dəstəkləyən fars-molla rejimi sussa, daha yaxşı olar...

İsrail İranın oktyabrın 1-də öz ərazisinə irimiqyaslı raket hücumuna cavab olaraq oktyabrın 26-da bu ölkəyə hava zərbələri endirib. Bundan sonra bəzi ölkələr bu hadisəni pisləyən bəyanatlar veriblər. Onların sırasında, məsələn, dünyada sözünün çəkisi olmayan Ermənistan da vardı.

Ermənistan hökumətinin İsraillə İran arasındakı münaqişədə növbəti dəfə Tehranın tərəfini tutması təəccüblü deyil. Belə ki, bu ay İrəvan Fələstinlə diplomatik əlaqələrin qurulmasına dair sənəd imzalayıb. Bir müddətdir ki, demək olar ki, bütün erməni KİV-ləri İsrail əleyhinə kəskin yazılar dərc edir, məruz qaldığı raket hücumlarına açıq şəkildə sevinirlər. Hətta “Azərbaycan "artsax"ın mülki əhalisini öldürəndə, etnik təmizləmə törədəndə, Ermənistan ərazisinə İsrail silahları ilə keçərkən Təl-Əviv Bakını dəstəklədi", - deyə yazanlar da olub.

İrəvan Zəngəzur dəhlizində yaratdığı əngələ görə İrana borcunu belə qaytarır, Fələstin məsələsi ilə spekulyasiya edir. Amerikanın buyruq qulu olan İrəvan Yaxın Şərqdə müttəfiqi olan İsrailə qarşı siyasət yürüdür. İran isə hər fürsətdə Azərbaycanı hədəf almağa öyrəncəli olduğu üçün bu dəfə də “niyə İsrailin hücumunu pisləmədilər” deyə hay-küy yaratmağa cəhd edib. Belə ki, SEPAH-a bağlı “Parstoday” saytı bununla bağlı “Rəsmi Bakı xunta rejimindən ehtiyat edir” başlıqlı “xəbər” dərc edib. Yazıda əksər ölkələrin İsrailin İrana hücumunu pislədiyi, lakin Azərbaycanın hələ də məsələdə susqun qaldığı iddia olunur. Sayt “Azərbaycan hakimiyyəti işğalçı rejimin xətrinə dəyməmək üçün məlum təcavüz aktına münasibət bildirməkdən çəkinir” iddiasını irəli sürüb.

30 il davam edən işğalda Ermənistana qoşulub torpaqlarımızın sərvətlərinin daşınmasında iştirak edən İranın bu cür məsələlərdə Azərbaycanı sorğu-sual etməsi yersiz görünür, sussalar daha yaxşı olar. İkinci bir tərəfdən, Azərbaycan Fələstinin müstəqil dövlət olmasına tərəfdar olsa da, Yaxın Şərq münaqişəsində tərəf deyil. Bu münaqişənin də tezliklə sona çatması barədə dəfələrlə çağırış edib. Azərbaycanın haqq işində bir dəfə səsini çıxarmayan, əksinə, hər vəchlə Ermənistanı dəstəkləyən Tehran rejimində əsas söz sahibi olan SEPAH-ın bu cür mövqeyi də anlaşılandır.

Elşad Musayev qərarını verdi - Bu dairədən namizəd oldu Yeni Sabah

Elşad Musayev

Böyük Azərbaycan Partiyasının sədri, deputat Elşad Musayev “Yeni Müsavat”a açıqlamasında dedi ki, İranın SEPAH-a yaxın media orqanları Azərbaycana düşmən kimi baxırlar və davamlı olaraq qeyri-dost yazılarla çıxış edirlər: “Maraqlıdır, Ermənistan Azərbaycanda qətliam törədəndə İran və onun SEPAH-ı niyə səsini çıxarmadı? Azərbaycan hansı hadisəyə necə münasibət bildirməsini kimsədən soruşmur. Biz 44 günlük müharibədə İranı gördük, erməni tərəfdə dayandığına hamı şahid oldu, indi də gedib özlərinə ağıl öyrətsinlər. Bizim onların çağırışlarına ehtiyacımız yoxdur”.

Onun sözlərinə görə, artıq “şirin quyruğu” qısılıb və kiməsə məsləhət də verə bilməzlər: “Biz qonşularımızla normal münasibətlərin tərəfdarıyıq. Eyni zamanda Vətən müharibəsində Azərbaycanın yanında kim olub, Azərbaycana qarşı kim çıxıb, bunu da unutmamışıq. İsrail Azərbaycanın torpaqlarını işğaldan azad etməsinə siyasi-mənəvi dəstəyini ifadə edib, bu ölkədən müasir silahlar almışıq, hər zaman dostluq görmüşük. İran isə işğalçının məğlub olmasını istəmirdi, Ermənistana silah daşınmasında iştirak edirdi, ərazilərimizin talan edilməsində də uzun müddət fəaliyyət göstəriblər. İndi gəlib bizdən İsrailin İranın hücumuna cavab verməsinə münasibət bildirməyi gözləmək həyasızlıqdır”.

Oqtay Qasımov: “Bu, bölgədə yenidən gərginliyin yaranmasına gətirib  çıxaracaq”

Oqtay Qasımov

Politoloq Oqtay Qasımovun sözlərinə görə, Azərbaycanın mövqeyi ondan ibarətdir ki, regionda sülh olsun və problemlər danışıqlar yolu ilə həllini tapsın: “Azərbaycan bölgədə gərginliklə bağlı narahatlığını ifadə edib və regionda sabitliyin tərəfdarı olduğunu bildirib. Yaxın Şərqə gəldikdə, Azərbaycan Fələstin müstəqil dövlətinin yaradılmasını dəstəkləyir və BMT-də mövqeyimizi də açıqlamışıq. Ancaq bizim hansısa dövlətə qarşı İranın yanında dayanmaq kimi öhdəliyimiz yoxdur”. O.Qasımov hesab edir ki, rəsmi Bakı dinc yolla, dialoqla problemlərin həll edilməsini istəyir: “Əgər İran proksi qüvvələrlə İsrailə hücum edirsə, özü də iki dəfə zərbə endiribsə, Tehran və SEPAH anlamalıdır ki, cavab zərbələri zamanı Azərbaycan heç zaman İranın vurulmasında platsdarm olmağa imkan verməyib. Eyni zamanda biz İranla normal qonşuluq münasibətlərinin qurulmasının tərəfdarıyıq və bunu da İran rejimi bilməlidir”.

Ümumiyyətlə, SEPAH-ın media resursları dinc oturmur. Bundan əvvəl, SEPAH-ın Telegram kanalı xəbər yaymışdı ki, sərhəddə olan Parsabad bölgəsinin sakinləri İran və Azərbaycan sərhədində yerləşən Araz çayı üzərində naməlum obyekt gördüklərini və bir neçə saniyədən sonra yoxa çıxdığını bildiriblər. “Son illərdə Azərbaycan hökuməti videoçəkiliş və dinləmə üçün İsraildən casus şarları alıb və onlardan İran və Ermənistanın sərhədyanı rayonlarında və hərbi bazalarında casusluq etmək üçün istifadə edir”, - deyə cəfəngiyyat dilə gətirilmişdi.

ABŞ-dan Ermənistan və Azərbaycana təşəkkür gəldi: səbəbi...

ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Millerin açıqlamasına görə, Vaşinqton Ermənistan və Azərbaycanın sərhədlərin delimitasiyası üçün prosedur qaydalarının rəsmiləşdirilməsini alqışlayır.

Miller bu addımın iki ölkə arasında davamlı dialoq vasitəsilə müsbət irəliləyişin mümkün olduğunu göstərdiyini vurğulayıb.

O bildirib ki, ABŞ-ın bu mövqeyi, regionda sülh və sabitliyin bərqərar olması üçün tərəflərin birgə işləməsini və münaqişənin həllində irəliyə doğru addım atılmasını dəstəklədiyini nümayiş etdirir:

"Regionun təhlükəsizliyi və rifahı üçün davamlı və ədalətli sülhün əldə olunması ABŞ-ın strateji maraqları ilə üst-üstə düşür. Dövlət Departamenti, hər iki ölkəni davamlı əməkdaşlıq və konstruktiv yanaşma göstərməyə təşviq edərək regionun gələcək rifahına xidmət edən sülh təşəbbüslərini gücləndirir".

Bayden Trampın tərəfdarlarını təhqir etdi: “Zibillər…” - Ara qarışdı - VİDEO

ABŞ Prezidenti Co Baydenin keçmiş prezident Donald Trampın tərəfdarlarını “zibil” adlandırması siyasi qalmaqala səbəb olub.

Bu ifadə Respublikaçılar tərəfindən kəskin tənqid edilib. Bayden, Trampın Puerto-Rikonu “üzən zibil” kimi təqdim etdiyi çıxışa cavab olaraq Puerto-Riko xalqını “dəyərli insanlar” adlandırıb. Bu mübadilə, ABŞ-da siyasi gərginliyin və qarşıdurmaların artmasına gətirib çıxarıb.

Seçkiöncəsi Baydenin reytinqini qorumaq və Kamala Harrisin mövqeyinə təsir etməmək üçün Ağ Ev mətbuat xidməti prezidentin çıxışının transkriptini dəyişərək “tərəfdarlar” sözünü “tərəfdar” kimi göstərib, ifadəni yumşaldıb.

 

 
 
 
 
 
 

 

Lavrov Türkiyəni sərt tənqid etdi: “Ukrayna ilə hərbi əməkdaşlıq…” -ÇAT YARANDI

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov, “Hurriyet” qəzetinə verdiyi müsahibədə, Türkiyənin Ukrayna ilə davam edən hərbi-texniki əməkdaşlığını sərt tənqid edib.

Musavat.com Lavrovun sözlərindən bu sitata diqqət çəkir: “Ankaranın Ukrayna rejimi ilə əməkdaşlığı, Türkiyənin vasitəçilik iddiaları fonunda anlaşılmazlıq yaradır.”

Lavrov vurğulayıb ki, “Türkiyə silahlarının Ukrayna Silahlı Qüvvələri tərəfindən Rusiya hərbçilərinin və mülki vətəndaşların öldürülməsi üçün istifadə edilməsi dərin narahatlıq doğurur.” O, bu addımların iki ölkə arasında etibara və əməkdaşlığa mənfi təsir göstərə biləcəyini ifadə edib.

Lavrovdan daha bir sitat: “Türkiyənin vasitəçi olaraq mövqeyini qorumaq istəyərkən eyni zamanda hərbi-texniki sahədəki fəaliyyətləri ziddiyyətli görünür. Biz Ankaranın bu siyasətini sual altında qoyuruq". Musavat.com -a görə, Lavrovun bu açıqlamaları, Moskva-Ankara münasibətlərində yeni sualların və gərginliyin yaranmasına səbəb ola biləcək mahiyyət daşıyır.

Lavrovun bu tənqidi, eyni zamanda Türkiyənin Qara Dəniz regionundakı balanslı mövqeyinə və Rusiyanın bu məsələdəki mövqeyinə diqqət çəkir. Ankara, vasitəçilik təklifləri ilə beynəlxalq arenada sülhün dəstəkləyicisi kimi görünmək istəsə də, hərbi-texniki əməkdaşlıq fərqli bir mənzərə yaradır və Rusiya tərəfinin gözündə inandırıcılığı azaldır.

BİZİM ŞƏRH: Ukraynadakı münaqişənin və qanlı müharibənin səbəbkarı olaraq, Rusiyanın Türkiyəni tənqid etməyə heç bir mənəvi -siyasi haqqı yoxdur. Türkiyə öz milli maraqlarına və regionda sülhün qorunmasına xidmət edən siyasətini həyata keçirir. Ankara, beynəlxalq hüququ və öz strateji maraqlarını əsas götürərək hərəkət edir.

Ermənistan: Sülh pərdəsi altında hərbiləşmə

Avstraliya İqtisadiyyat və Sülh İnstitutunun (IEP) "Militarizasiyada Mövcud Trendlər" adlı yeni hesabatında hərbi xərclərin artımı və onun milli ÜDM-dəki payı qeyd olunur.

Hesabatda vurğulanır ki, bu gün planetdə 59 hərbi münaqişə var və bu, İkinci Dünya Müharibəsindən bəri qeydə alınmış maksimumdur.

"Caliber"in "YouTube" kanalında yayımlanan yeni süjetdə bildirilir ki, 2024-cü ildə 92 ölkə bu və ya digər şəkildə öz ərazilərindən kənarda silahlı münaqişələrə cəlb olunub.

Hesabatda bir sıra qlobal tendensiyalar diqqəti cəlb edir. Onlardan biri də hərbi xərclərin milli ÜDM-də payının eyni vaxtda azalması ilə hərbi xərclərin artmasıdır. Üstəlik, qlobal iqtisadiyyatda hərbi büdcənin payı Soyuq müharibənin zirvəsində müşahidə olunan pik həddinin təxminən yarısıdır.

Digər tendensiya isə qoşunların sayının azalmasıdır. IEP ekspertləri bunu ordunun texnoloji innovasiyalardan artan asılılığı ilə əlaqələndirirlər. Oxşar dinamika - hərbi personalın sayının və iqtisadiyyatda hərbi xərclərin payının azalması son otuz ildə davam edib.

Hesabat müəlliflərinin fikrincə, Şimali Koreyanın milli iqtisadiyyatında hərbi sektor ən mühüm yeri tutur (2023-cü ilin məlumatlarına görə ÜDM-in ən azı 24%-i) və bu göstəriciyə görə ölkə dünya lideridir. Əfqanıstanın (10%), eləcə də Yaxın Şərq və Afrika ölkələri: Oman (5,9%), Əlcəzair (4,8%), Mali, Mərakeş və Səudiyyə Ərəbistanı (4,5%) da liderlər sırasındadır. Keçmiş SSRİ dövlətləri arasında Ermənistan (4,2%) və Azərbaycan (3,8%) siyahıda ən yüksəkdədir.

Daha ətraflı "Caliber"in videosüjetində:

Üçüncü Dünya müharibəsi artıq başlayıb - "JP Morgan"ın baş direktoru

Ukrayna və Yaxın Şərqdəki hazırkı müharibələr artıq Üçüncü Dünya müharibəsinin başlanğıcının olduğunu göstərir.

"Newsweek"xəbər verir ki, bunu ABŞ-nin ən böyük kommersiya bankı "JP Morgan"ın rəhbəri Ceyms Dimon deyib.

Rusiya, Şimali Koreya və İranı Çinlə birlikdə NATO kimi qurumlara zərər verəcək “şər oxu” adlandıran bankir əlavə edib ki, genişmiqyaslı qlobal münaqişə “əgər” yox, “nə vaxt” məsələsidir:

"Üçüncü Dünya müharibəsi artıq başlayıb. Artıq bir çox ölkədə koordinasiya edilən yerdə döyüşlər gedir".

Bununla belə, Dimon qeyd edib ki, zaman keçdikcə yeni dünya müharibəsi təhlükəsinin azala biləcəyi ehtimalı var, lakin hər şey olduğu kimi davam edərsə, nəticələri çox ağır ola bilər.

O həmçinin Rusiyanın nüvə dövləti kimi təhdidlərini qeyd edib və bunu bəşəriyyətin üzləşdiyi ən böyük risk adlandırıb.

Rus ordusu Ukraynanın şəhər və kəndlərini ələ keçirdi

Rus ordusu Ukraynanın bir şəhərini və bir neçə kəndini ələ keçirib.

"DeepState" xəbər verir ki, Donetsk vilayətinin Pokrovski rayonunun Selidovo şəhərini, Vişnevoye və Zoryanoye kəndini ələ keçirən rus ordusu Novoukrainka, Novodmitrovka və Kuraxovka yaşayış məntəqələri istiqamətində irəliləyib.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, hazırda bu ərazidə 134 hərbi toqquşma baş verib, Kuraxovski və Pokrovski istiqamətlərində şiddətli döyüşlər gedir.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında o da qeyd olunub ki, rus ordusunun Donetsk istiqamətindəki cəbhə xəttində aktivliyi müşahdiə olunur və davamlı olaraq Ukrayna ordusunun mövqelərini atəşə tutub irəliləməyə cəhd edir.

Türkiyə niyə Öcalanı azad etmək istəyir?

Abdullah Öcalanla bağlı bir çalışma var idi və demək olar ki, bu, Rəcəb Tayyib Ərdoğanın layihəsidir. Amma bunun qarşıdurmalarda şəhid olan insanların yaxınlarına necə izah olunacağı sual doğurur. Baxmayaraq ki, seçki kampaniyası zamanı Ərdoğan kürd hərəkatının nümayəndələri qarşısında çıxış edərkən müxalifəti separatçılıqda ittiham edib. İndi isə Abdullah Öcalanın parlamentdə çıxış etməsi planlaşdırılır.

Bu sözləri Axar.az-a türkiyəli siyasi analitik Engin Özər Abdullah Öcalanın PKK terror təşkilatını buraxacağı təqdirdə azad olunacağı ilə bağlı yayılan xəbərləri şərh edərkən deyib.

Onun sözlərinə görə, Öcalanın azad olunması indiki məqamda mümkün görünsə də, uğurlu gediş sayılmaz:

"Bu, əslində çox yaxşı işləyəcək bir strategiya deyil. Öcalanın PKK üzərində o qədər də təsiri yoxdur. Türkiyədəki ekspertlər bunun uğurlu olacağını proqnozlaşdırmırlar, bu, uğurlu ola biləcək bir siyasət deyil. Türkiyə buna bənzər bir şey etmişdi və nəticədə daxildə qarşıdurma yaranmışdı. Buna baxmayaraq, Öcalan azad oluna bilər. Çox güman ki, o, əvvəlcə ev dustaqlığına buraxılacaq, sonra azad ediləcək" .

Özər qeyd edib ki, Öcalanın azadlığı kürd dövlətinin tanınması kimi yozula bilər:

"Onun azad edilməsi əslində Suriyanın şimalındakı kürd bölgəsinin tanınması deməkdir. Bu yolla Türkiyə həm İraqda, həm də Suriyada faktiki kürd dövlətini tanıyacaq. Bunun Fətullah Gülənin ölümü ilə heç bir əlaqəsi yoxdur. O, artıq siyasi cəhətdən ölü idi və hakimiyyətə heç bir təsiri yox idi. Hökumətin bu siyasəti İran-İsrail münaqişəsi ilə bağlı ola bilər. Bu, Yaxın Şərqdə münaqişələrin daha bir neçə il davam edəcəyi gözləntiləri ilə edilir".

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan MHP lideri Dövlət Baxçalının PKK terror təşkilatının həbsdəki lideri Abdullah Öcalanın parlamentə gələrək PKK-nın buraxılmasını elan etməsinə dair təklifini dəstəkləmiş, bunu "tarixi fürsət" kimi dəyərləndirmişdi.

Bu ölkələr də Rusiyaya qoşun göndərməyə hazırdır - Qərbin qoruxusu

Şimali Koreyadan sonra daha üç ölkə Ukrayna ilə müharibədə Rusiyaya dəstək məqsədilə qoşun göndərə bilər və buna hazırdırlar.

Bunu "Kanal 24"ə açıqlamasında ABŞ Dövlət Departamentinin keçmiş rəsmisi David Tafuri deyib.

O bildirib ki, Şimali Koreyadan sonra Rusiya-Ukrayna müharibəsində daha üç ölkə Moskvaya təkcə silah-sursat, hərbi texnika ilə deyil, canlı qüvvə baxımdan da dəstək verə bilər:

“Biz narahat olmalıyıq ki, Rusiyanın tərəfində olan bir neçə başqa ölkə də var. Xüsusən də İran, Suriya, Çin Ukraynaya qarşı savaşda Rusiyaya dəstək vermək məqsədilə qoşun göndərə bilərlər”.

Xəbər lenti