![]() |
|
Moldovada prezident seçkilərinin ikinci turunda Maya Sandu qalib gəlib.
Bu barədə Moldova Mərkəzi Seçki Komissiyasının məlumatında deyilir.
Məlumata görə, protokolların 98,9%-nin nəticələrinə əsasən Maya Sandu səslərin 55%-ni toplayıb. Onun rəqibi Aleksandr Stoyanoqlo 45 faiz səs toplayıb.
“Moldova, bu gün qalib gəldin. Biz birlikdə birliyimizin, demokratiyamızın və ləyaqətli gələcəyə sadiqliyimizin gücünü göstərdik”, - Sandu X (tvitter) hesabında yazaraq seçicilərə təşəkkür edib.
Sandu xaricdəki seçki məntəqələri hesabına qalib gəlib. Belə ki, xaricədəki diaspora kütləvi şəkildə ona səs verib. Ölkə daxilində Stoyanoqlo 51,2% nəticə ilə qalib gəlib.
Ermənistan Baş naziri Nikol Paşinyan arvadı Anna Akopyanla birgə veloyürüşə çıxıb.
Axar.az bildirir ki, bununla bağlı Paşinyan öz sosial şəbəkə hesabında paylaşım edib.
Onlar velosipedlə Göyçədə 23 kilometr məsafəni qət ediblər.
Anna Akopyanın qeyri-adi paltar geyinməsinə diqqət çəkən Paşinyan isə "Sanki ninjasan, Anna" deyib.
Nyu-York hakimiyyəti şəhər ərazisində quraqlıq riski elan edib.
Musavat.com xəbər verir ki, şəhər meriyasının saytında şəhər sakinləri və dövlət orqanları sudan qənaətlə istifadəyə çağırılır.
Məlumata görə, oktyabrda Nyu-Yorkda 1869-cu ildən bəri ikinci ən uzun yağıntısız dövr yaşanıb.
Bələdiyyə sədri Erik Adams sakinləri mümkün qədər suya qənaət etməyə çağırıb: "İndi suya qənaət etməyə başlamaqla, biz yayda su parklarını və hovuzları doldura biləcəyimizə və daha ciddi quraqlıq vəziyyətinin qarşısını alacağımıza əmin olmaq üçün əlimizdən gələni edirik".
Səlahiyyətlilər həmçinin şəhər xidmətlərinə qənaət rejiminə keçməyi əmr edib.
Pakistanın Pəncab əyalətində bütün ibtidai məktəblərdə təhsil 1 həftə müddətinə dayandırılıb.
Bu barədə “Dawn” qəzeti məlumat yayıb.
Buna səbəb isə Lahor şəhərində hava çirkliliyinin rekord həddə çatmasıdır.
Hava Keyfiyyəti İndeksinin (AQI) məlumatlarına görə, dünən şəhərdə havanın çirklənmə səviyyəsi Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) "məqbul" hesab etdiyi səviyyədən 40 dəfə yuxarı qalxıb.
Lahor havanın çirklənməsinin ən yüksək səviyyəsinə malik şəhərdir.
İsrail ordusu HƏMAS-ın yüksək rütbəli rəsmisi və hərbi qanadın lideri İzzəddin Kəssabın Qəzza zolağının cənubundakı Xan Yunis şəhərinə oktyabrın 1-dəki hücumları zamanı öldürüldüyünü iddia edib.
İsrail ordusunun yaydığı bəyanatda deyilir: “İzəddin Kəssab mühüm bir güc mənbəyi idi və roluna görə HƏMAS-ın Qəzza zolağındakı digər qruplarla strateji və hərbi əlaqələrinə cavabdeh idi. Onun İsrail dövlətinə qarşı hücumlarını idarə etmək səlahiyyəti var idi".
İsrail ordusu eyni hücumda Kassabın müavini Ayman Ayeşin də öldürüldüyünü iddia edib.
İranın ali rəhbəri vurğulayıb ki, İsrailə cavab verilməməsi məğlubiyyəti qəbul etməkdir; SEPAH generalı da təkrar zərbənin qaçılmaz olduğunu açıqlayıb - analitiklərin şərhi
İranın ali rəhbəri Əli Xamenei İsrailə hücum üçün hazırlıq əmri verib. Bu barədə ABŞ-nin “The New York Times” nəşri adı açıqlanmayan İran rəsmilərinə istinadla məlumat yayıb. Tapşırıq Ali Milli Təhlükəsizlik Şurasına göndərilib. Qeyd olunub ki, Xamenei İsrailin hücumlarında İranın raket istehsal gücünə, Tehran ətrafındakı hava hücumundan müdafiə sistemlərinə və mühüm enerji infrastrukturuna dəyən zərərin miqdarı ilə bağlı yüksək rütbəli hərbi komandirlərin geniş hesabatını nəzərdən keçirdikdən sonra bu qərarı verib. Qəzetin yazdığına əsasən, Xamenei vurğulayıb ki, İsrailin hücumlarına cavab verilməməsi məğlubiyyəti qəbul etmək deməkdir. Bəzi iddialara görə, İran 5 noyabrda ABŞ-də baş tutacaq prezident seçkilərindən öncə İsrailə hücum etməyi planlaşdırır. Bu haqda nüfuzlu CNN televiziya kanalı da xəbər yayıb. Həmçinin “Axios” portalı İsrail kəşfiyyatındakı mənbələrə istinadən məlumat yayıb ki, İran İraq ərazisindən yəhudi dövlətinə genişmiqyaslı zərbə endirməyə hazırlaşır. Məlumata görə, Tehran ABŞ-də noyabrın 5-də keçiriləcək seçkilərdən əvvəl çoxlu sayda PUA və ballistik raketlərdən istifadə etməklə əməliyyat keçirə bilər.
SEPAH-ın baş komandanının müavini Əli Fədəvi deyib ki, İsrailin İranın hərbi obyektlərinə etdiyi hücumuna Tehranın cavabı qəti və qaçılmazdır. Əli Fədəvi iddia edib ki, SEPAH bir əməliyyatda İsrailin bütün varlığını hədəfə ala bilər. İsraildən də təhdidlərə cavab gəlib. Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi Hərbi Hava Qüvvələrinin Ramon bazasına səfəri zamanı deyib ki, İrandan yeni bir hücum olacağı təqdirdə, İsrail əvvəllər istifadə etmədiyi imkanlardan istifadə edərək, hələ hücum etmədiyi hədəfləri vuracaq. “Əgər İran səhv edib İsrailə növbəti raket hücumu etsə, biz əvvəllər istifadə olunmayan imkanlardan istifadə edərək, onların hədəflərinə daha sərt zərbə vuracağıq”, - Halevi qeyd edib. Baş Qərargah rəisinin açıqlamalarını İsrail Ordusunun mətbuat xidməti yayıb.
Göründüyü kimi, hər iki tərəfdən açıq mətnlə bəyanatlar səslənir, Qərbin nüfuzlu media orqanları vasitəsi ilə də İranın növbəti hücumu haqda proqnozlar verilir. Bir neçə gün əvvəl isə İsrailin baş naziri Benyamin Netanyahu İrana hava hücumundan danışıb. Netanyahu vurğulayıb ki, onların uzunmüddətli hədəfləri İranı yox etməkdir. Yəhudi baş nazir uzunmüddətli strategiyalarının İranın şər oxunu ortadan qaldırmaq olduğunu və bu məqsədlərindən əl çəkməyəcəklərini açıqlayıb. O həmçinin Tehrandakı hərbi bölgələri hədəf aldıqlarını və hücumun uğurla başa çatdığını bildirib. İran prezidenti Məsud Pezeşkian isə deyib ki, rəsmi Tehran müharibəyə can atmır, lakin İsrailin bu yaxınlarda ölkənin suverenliyi və ərazi bütövlüyünə təcavüzü fonunda öz hüquqlarını müdafiə edəcək. Pezeşkian vurğulayıb ki, ölkə xalqı və islam quruluşu son 45 ildə “heç vaxt heç bir təcavüzkarın qarşısında öz mövqelərindən geri çəkilməyəcəklərini” göstərib. “Biz bilirik ki, Amerika Birləşmiş Ştatları İsraili bu dəhşətli cinayətləri törətməyə təhrik edir. Vaşinqton İranın təmkininin müqabilində müharibəni bitirəcəklərinə söz verdi, lakin təəssüf ki, vədlərinə əməl etmədi”, - prezident deyib. Xatırladaq ki, İsrail oktyabrın 26-na keçən gecə İran hədəflərinə hücum edib. Məlumata görə, hücumda İsrail Hərbi Hava Qüvvələrinə məxsus 100-dən çox təyyarə iştirak edib.
Qabil Hüseynli
Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a dediyinə görə, İranın cavab zərbəsi istisna deyil, lakin gərginliyi artırmaqdır: “Əvvəla, hazırkı hesabla tərəflər dayanmalı olmalıdırlar. Oktyabrın əvvəli İran, sonu İsrail vurdu, bununla da proses yaxın dövr üçün başa çatmalıdır. Amma Tehran növbəti hücuma hazırlaşırsa, deməli, İsrail də yenidən cavab zərbəsi endirəcək. Bu da regionda eskalasiya risklərini artıracaq. Ola bilsin ki, ABŞ seçkilərinin nəticələrinə təsir etmək baxımdan İsrailə hücum edilsin. İrandan olan bəyanatlar da göstərir ki, hazırlıq gedir. Sadəcə, cənub qonşumuzun növbəti hücumu da uğursuz olacaq”. Q.Hüseynli genişmiqyaslı hücum gözləmir, eyni zamanda, “Hizbullah”ın da prosesdə iştirakını istisna etmir: “SEPAH hər vəchlə çalışır ki, gərginlik ocağı sönməsin. Prezident Pezeşkian Qərblə münasibətləri bu vəziyyətdə düzəltməyə qadir görünmür. Ölkənin ali rəhbərliyinin siyasi kursu dəyişmək bilmirsə, Pezeşkian nə edə bilər? Ona görə də İran proksi təşkilatları maliyyələşdirməyə davam edəcək”.
Elxan Şahinoğlun
Analitik Elxan Şahinoğlunun sözlərinə görə, CNN bu xəbəri mənbələrinə istinadən yaydığını bildirib: “Mənbənin Ağ Ev və ya Dövlət Departamenti olduğunu ehtimal etmək olar. Bu xəbərin yayılmasında məqsəd İranın İsrailə mümkün zərbəsini önləməkdir. Ağ Ev administrasiyası seçki öncəsi İran-İsrail gərginliyinin yeni mərhələyə keçməsini istəmir. Adminstrasiya ”İran 5 noyabra qədər vuracaq" xəbərini CNN vasitəsilə yaymaqla Tehranın planlarını pozmağa çalışıb. Həqiqətən CNN yaydığı xəbərdən sonra İran İsrailə raket zərbəsinin tarixini dəyişə bilər". Politoloqa görə, İranın İsrailə zərbə vurmaq istəyi doğrudursa, bu iki ölkə arasında müharibənin şiddətlənməsi anlamına gələcək: “Çünki İsrail İranın zərbəsinə yenidən cavab verəcək və bu dəfə fərqli hədəflər seçə bilər. İran oktyabrın 1-də İsraili raketlərlə vurdu, İsrail 25 gün sonra bunun cavabını verdi, əslində bu heç-heçə Tehranın maraqlarına uyğun olmalıdır”.
“Qeyri-maddi dəyərlərin maddiləşdirilməsi prosesi intensivləşdirilməlidir. Bizə elə gəlir ki, hər gün belə itirilmiş maddi dəyərlərimiz yoxdur, amma çox yanılırıq”.
Bunu oktyabrın 31-də Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Regionlara səfərlər zamanı anladıq ki, mətbəximiz də qeyri-maddi sərvətdir, bu, Ermənistan Milli Təhlükəsizlik Strategiyasında da qeyd olunub. Müxtəlif kəndlərə gedəndə insanlar öz mədəniyyətlərini, həyat tərzini təqdim edirlər, tanış olmayan yeməklər görürük. Biz, məsələn, 3 km uzaqlıqdakı restorana gedib soruşanda ki, sizdə bu yemək varmı, təəccüblə bunun nə olduğunu soruşurlar. Bundan sonra mütəxəssislərin əraziləri gəzərək unikal yeməkləri sənədləşdirməsi üçün qrant və ya müsabiqə proqramının həyata keçirilməsi qərara alınıb. Məqsəd arxivləşdirmək deyil, iaşə şirkətləri ilə turizmin inkişafı baxımından əməkdaşlıq etməkdir ki, onlar bu reseptləri öz menyularına daxil etsinlər”, - Paşinyan bildirib
“Yeni Müsavat” Axar.az-a istinadən yada salır ki, ermənilərin Azərbaycan mədəniyyətinə aid nümunələri oğurlaması 1829-cu ildə onların bizim torpaqlarımıza köçürülməsi ilə başlayıb. Bu onillər ərzində ermənilər maddi-mədəni sərvətlərimiz kimi, tariximizi, musiqimizi, mətbəximizi də oğurlayıb öz adlarına çıxıblar. Paşinyanın “restoranlar bu yeməklərin adını bilmir” deməklə əslində həmin yeməklərin ermənilərə aid olmadığını etiraf edir. Çünki “erməni milli yeməyini” ermənilərin bilməməsi mümkün deyil. Hətta bu yeməklər regional bağlı olsa belə. Məsələn, piti Şəki, ləvəngi Lənkəran və s. üçün xarakterik olsa da, o mətbəxi Azərbaycanda hamı yaxşı bilir və tanıyır, çünki minillərdir formalaşıb.
Ermənilər isə o yeməkləri ona görə tanımırlar ki, onlar vaxtilə o ərazilərdə yaşayan azərbaycanlılara məxsus olub və yalnız qonşuluqda yerləşdirilən ermənilər o mətbəxi mənimsəyiblər və lokal şəkildə tətbiq edirlər. İndi isə həmin nümunələrin toplanılmasına qrant ayrılır. Başqa sözlə, Paşinyan Azərbaycan mətbəxinin Ermənistanda qalan izlərini toplayıb mənimsəmək üçün vəsait ayırıb.
Onu da xatırladaq ki, bir neçə il öncə Misirdə Culinary Taste of Culture Expo sərgisi çərçivəsində keçirilən müsabiqədə təmsil olunan ermənilər Azərbaycanın milli mətbəxinə aid yeməyini Ermənistan yeməyi adı altında çıxarıb, “ən yaxşı milli yemək” kateqoriyası üzrə birinci yerə layiq görülmüşdülər.
2022-ci ildə isə Ermənistan qədim türk mətbəx mədəniyyətinin ən çox istifadə olunan şirniyyat növlərindən biri olan paxlava/baklavanın ermənilər tərəfindən öz qeyri-maddi mədəni irs nümunəsi kimi dünyanın qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi üçün UNESCO-ya müraciət etmək üçün hazırlıqlara başladıqlarını bəyat etmişdilər. Halbuki ən ləziz və geniş yayılan şirniyyatlardan olan paxlava/baklava bir sıra Şərq xalqlarının və ilk növbədə, türk xalqlarının mətbəx mədəniyyətinin ən çox istifadə olunan şirniyyatlarındandır və erməni mətbəxinə heç bir aidiyyəti yoxdur.
Digər tərəfdən, paxlava/baklava sözünün etimoloji baxımdan erməni dili ilə hər hansı bir bağlılığından söhbət gedə bilməz və bu linqvistik vahidin etnolinqvistik analizi göstərir ki, o türk xalqlarının dilinin leksikasına daxildir və bir sıra dillərdə cüzi fonetik fərqlə səslənsə də, eyni semantikaya malikdir. Məsələn, Türkiyə türkcəsində “baklava”, Azərbaycan dilində “paxlava”, özbək, qazax və tatar dillərində paxlava/baklava kimi səslənir. Bir sıra mütəxəssislərin fikirlərinə görə, bu söz qədim dövrlərdən başlayaraq bakılağı-bakılavi-baklava, digər variantlarda baklagu və ya baklagi kimi dəyişmə prosesi keçib və bu gün bir çox dillərdə paxlava/baklava formasında işlədilir və mənası da “lay-lay olan tort” kimi izah edilir. Lüğətlərdə bu sözün daha çox Anadolu türklərinin, yaxud Azərbaycan türklərinin leksikasına aid olduğu söylənilir.
Bəs bu prosesin qarşısını necə almaq olar?
Tənzilə Rüstəmxanlı
Milli Məclisin Mədəniyyət Komitəsinin üzvü Tənzilə Rüstəmxanlı mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb:
“Ümumiyyətlə, bu ermənilər təkcə Azərbaycanın deyil, çevrəsində hansı millət, xalq yaşayırsa onların tarixindən oğurlayıb, saxtalaşdırb özlərinə bir tarix yaradırlar, guya qədim millət olduqlarını ortaya qoymaq üçün hər cür yola baş vururlar. Ermənilər azərbaycanlıların, gürcülərin, rusların, türklərin, eləcə də digər millətlərin təkcə torpağında deyil, həm də mədəniyyətində, tarixində, keçmişində, eləcə də mətbəxində gözləri var. Rahatçılıqla öz istədiklərini götürüb, öz adlarına çıxa, sənədlərlə saxtalaşdıra bilirlər.
Məsələn, illərlə Azərbaycanın qədim xalq mahnısı olan “Sarı gəlin”i öz adlarına çıxmağa çalışırlar. Hətta Türkiyədə belə göz görə-görə erməni əsilli sənətçilər bu mahnını erməni musiqisi kimi qələmə verirdilər.
Və yaxud, ermənilər Azərbaycan milli mətbəxinin məşhur yeməyi olan dolmaya sahib çıxmağa çalışırlar. Axı dolma sözünün ermənicə tərcüməsi yoxdur? Məgər erməni dilində belə bir söz var?
Yəni, həyasızcasına millətlərin mətbəxini öz adlarına çıxmaq üçün talan edirlər. Doğrudur, Qafqaz millətləri bir-birinin mədəniyyətindən, mətbəxindən bəhrələnib, amma bunların mənşəyi var.
İndi Paşinyan deyir ki, “restoranlar erməni milli yeməklərinin adını bilmir”, axı yeməyi yoxdur. Necə ola bilər ki, xalq öz milli yeməyinin adını bilməsin? Bu mümkündürmü? Azərbaycanda belə bir şey ola bilərmi? Ən ucqar kənddə yaşayan belə öz milli mətbəxinə aid yeməyinin adını bilir. Çünki bu milli yeməklərimiz gündəlik həyatınmızdadır. İnsan onunla hər gün yaşadığını, onun adını unuda bilməz, bu mümkün deyil. Millət öz milli yeməklərinin adını qan yaddaşında yaşadır və gələcək nəsillərə ötürür. İndi həmin yeməklər də ermənilərə aid olmadığına görə adlarını da bilmirlər.
Bəs bunlarla bağlı hansı addımlar atılmalıdır?
Məlum olduğu kimi türklər məşhur türk paxlavası ilə bağlı beynəlxalq sertifikat aldılar ki, həmin paxlava məhz Türkiyə mətbəxinin şirniyyatıdır. Hesab edirəm ki, biz də bu cür addımlar atmalı, məşhur yeməklərimizə patent almalıyıq. Bundan başqa, milli mətbəximizə aid çox sayda kitablar var, həmin kitabları mütləq digər dillərə də tərcümə edib, yaymaq lazımdır. Başqa çarə yoxdur".

İsrailin təhlükəsizlik qüvvələri ölkənin hərbi planlarına dair məxfi kəşfiyyat məlumatlarının sızdırılmasında şübhəli bilinən bir neçə şəxsi saxlayıb.
Bu barədə “Haaretz” nəşri məlumat yayıb.
İddia edilir ki, saxlanılanlardan biri İsrailin baş naziri Benyamin Netanyahunun ofisinin əməkdaşıdır.
“Axios” portalı isə İsrail rəsmilərinə istinadən bildirir ki, şübhəli şəxslərdən biri Netanyahunun köməkçisidir.
Lakin bundan əvvəl İsrailin baş naziri özü bəyan etmişdi ki, ofisində heç kim dindirilməyib və ya saxlanılmayıb.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Özgür Özəl və onu təmsil edən İstanbul bələdiyyə başqanı Əkrəm İmamoğlunu ünvanına təhqiramiz ifadələrə görə məhkəməyə verib.
A Haber telekanalı xəbər verir ki, Ərdoğanın vəkili Əhməd Özel prezidentin mənəvi təzminat olaraq hər birindən 1 milyon türk lirəsi (29 min dollar) tələb etdiyini deyib.
İddialara səbəb oktyabrın 31-də İstanbulda keçirilən mitinqdə müxalifət nümayəndələrinin Esenyurt yerli bələdiyyəsinin başçısı Ahmet Özerin terror fəaliyyətində ittiham edilərək həbs olunması ilə bağlı Ərdoğana qarşı açıqlamaları olub. O, CHP üzvüdür.
Esenyurt bələdiyyəsinin rəhbəri oktyabrın 30-da prokurorluğun sifarişi əsasında saxlanılıb. İddialara görə, hüquq-mühafizə orqanlarında onun Kürdüstan Fəhlə Partiyası (PKK, Türkiyədə qadağan olunan terror təşkilatı) rəhbərliyinin nümayəndələri ilə çoxsaylı telefon danışıqları barədə məlumatlar var. Həmin gün o, Cinayət Məcəlləsinin “Silahlı terror təşkilatı PKK-nın fəaliyyətində iştirak etmə” maddəsi ilə məhkəmə tərəfindən həbs edilərək vəzifəsindən uzaqlaşdırılıb.
Oktyabrın 31-də CHP-nin çağırışı ilə İstanbulun ən böyük bələdiyyəsinin başçısına dəstək aksiyası keçirilib.
İranın bir neçə gün ərzində, 5 noyabr ABŞ seçkilərinə qədər İraq ərazisindən İsrailə böyük zərbə endirməyə hazırlaşdığı haqda məlumatlar yayılıb. "Axios" portalı İsrail kəşfiyyatındakı mənbələrə istinadən yazıb ki, Tehran noyabrın 5-də ABŞ-da keçiriləcək ümumi seçkilərə qədər çoxlu sayda pilotsuz uçuş aparatlar və ballistik raketlərin iştirakı ilə əməliyyat keçirə bilər.
Portalın məlumatına görə, İraq ərazisindən hücum İrandakı strateji hədəflərə İsrailin növbəti hücumundan qaçmaq cəhdidir.
Qeyd edək ki, bundan əvvəl CNN bu cür analoji bəyanatla çıxış edib.
Bəs İranın 5 noyabra qədər İsrailə hücumu proqnozu özünü doğrulda bilərmi?
Musavat.com bildirir ki, politoloq Elxan Şahinoğlu bu barədə sosial media hesabında qeyd edib:
"CNN bu xəbəri mənbələrinə istinadən yaydığını bildirib. Mənbənin Ağ Ev və ya Dövlət Departamenti olduğunu ehtimal etmək olar. Bu xəbərin yayılmasında məqsəd İranın İsrailə mümkün zərbəsini önləməkdir. Ağ Ev administrasiyası seçki öncəsi İran-İsrail gərginliyinin yeni mərhələyə keçməsini istəmir. Admnistrasiya “İran 5 noyabra qədər vuracaq” xəbərini CNN vasitəsilə yaymaqla Tehranın planlarını pozmağa çalışıb. Həqiqətən CNN yaydığı xəbərdən sonra İran İsrailə raket zərbəsinin tarixini dəyişə bilər.
İranın İsrailə zərbə vurmaq istəyi doğrudursa, bu iki ölkə arasında müharibənin şiddətlənməsi anlamına gələcək. Çünki, İsrail İranın zərbəsinə yenidən cavab verəcək və bu dəfə fərqli hədəflər seçə bilər. İran oktyabrın 1-də İsraili raketlərlə vurdu, İsrail 25 gün sonra bunun cavabını verdi, əslində bu heç-heçə Tehranın maraqlarına uyğun olmalıdır".
Politoloq Asif Nərimanlı isə qeyd edir ki, ABŞ və İsrail mediasının tirajladığı bu informasiya İranı mümkün hücumdan çəkindirmək, yaxud təxirə salmağa məcbur etmək məqsədi də daşıya bilər:
"Çünki seçkiyə günlər qalmış İsrailə hücum Təl-Əvivin Tehrana qarşı addımlarını maksimum məhdudlaşdırmağa çalışan ABŞ-ın mövcud administrasiyası üçün fors-major situasiya yarada, yəhudi icmasının seçiminə təsirə edə biləcək amildir.
Lakin İranın ABŞ seçkilərinə qədər İsrailə cavab zərbəsi endirmək planının doğruluğu da istisna edilməməlidir.
İran İsrailin 26 oktyabr hücumuna cavabın veriləcəyi mesajını dini lider Xamenei və prezident Pezeşkian səviyyəsində elan edib. İranın 1 oktyabr və 26 oktyabr hücumları arasında bərabərlik qoyacağı ehtimalı da azdır, çünki İsrailin “müqavimət oxu”na qarşı əməliyyatları davam edir, Təl-Əvivlə birbaşa müharibədən qaçan Tehranın “hesab bərabərləşdi” yanaşması ilə geri çəkilməsi ilk növbədə proksi qüvvələri üzərindəki təsir imkanlarına zərər yetirə bilər. Bu baxımdan, “danışılmış döyüş” səviyyəsində olsa belə, İranın nəsə edəcəyi gözləntisi çoxdur".
Politoloqun fikrincə, bu hücumun məhz ABŞ-da prezident seçkilərinə qədər edə biləcəyini şərtləndirən amillər var:
"Bayden administrasiyasının İran-İsrail qarşıdurmasında vəziyyəti nəzarətdə saxlaması genişmiqyaslı müharibə istəməyən Tehranın da maraqlarına uyğundur. Seçkilərdə anti-İran mövqeyi ilə tanınan Trampın mümkün qələbəsi isə İsrailə “cavab zərbəsi”nin risklərini böyüdə, hətta mümkünsüz edə, həmçinin, Vaşinqtonda yeni administrasiyanın dəstəyi ilə Tehrana müdaxilə ssenarilərini belə gündəmə gətirə bilər. Bu baxımdan, İsrailə cavab zərbəsinin seçkiyə qədər – Ağ Evdə dəyişiklik olmadan endirilməsi İran üçün daha sərfəli görünür".