Ərdoğan Bakıdan öncə təcili Ər-Riyada getdi

Ərdoğan Bakıya səfəri ərəfəsində təcili Səudiyyə Ərəbistanına gözlənilməz səfər edib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqasının Fövqəladə Birgə Zirvə Toplantısında iştirak etmək üçün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada səfərə gedib.

Prezident Rəcəb Tayyib Ərdoğanın gərgin diplomatik turu davam edir.

Yaxın Şərqdə artan gərginliyi azaltmaq məqsədilə Ərəb Liqasının ortaq təşəbbüsü ilə təşkil edilən toplantıya qatılacaq Ərdoğanın bir çox liderlə ikitərəfli görüş keçirəcəyi gözlənilir.

Prezidenti bu səfərdə enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, prezidentin xarici siyasət və təhlükəsizlik üzrə baş müşaviri Akif Çağatay Kılıç, prezidentin kommunikasiyalar üzrə direktoru Fahrettin Altun, Milli Kəşfiyyat Təşkilatının (MİT) direktoru İbrahim Kalın müşaiyət edir.

Prezodent Ərdoğan Səudiyyə Ərəbistanından birbaşa COP29 tədbirində iştirak etmək üçün Azərbaycana səfər edəcək.

trampin-iqametgahini-robot-it-qoruyur

ABŞ-nin yeni prezidenti Donald Trampın Florida ştatındakı Mar-a-Laqo iqamətgahını robot it qoruyur.

Bu barədə görüntüləri NBC telekanalı yayımlayıb.

Məlumata görə, Trampın malikanəsində gücləndirilmiş təhlükəsizlik tədbirləri onun seçkidəki qələbəsindən sonra tətbiq edilib. Həmçinin sahil mühafizəsinin silahlanmış katerləri də xidmətə başlayıb.

Telekanal qeyd edib ki, ABŞ-də hüquq-mühafizə orqanları tərəfindən təhlükəsizliyin təminatı üzrə tapşırıqların yerinə yetirilməsində robot itlərdən getdikcə daha çox istifadə edilir.

 

 


 
pakistanda-vagzalda-partlayis

Pakistanın Bəlucistan əyalətində yerləşən Kvetta şəhərində dəmiryol vağzalı yaxınlığında partlayış baş verib.

Bu barədə “Geo” telekanalı yerli mənbələrə istinadən məlumat yayıb.

Hadisə nəticəsində 21 nəfər ölüb, 30 nəfər yaralanıb. Partlayışın vağzalın kassasında qatarın gəlməsindən bir qədər əvvəl qeydə alındığı bildirilir.

Zərərçəkmiş şəxslər şəhər xəstəxanasına çatdırılıb. Xəstəxanaya əlavə həkim və yardımçı heyət cəlb edilib.

Kvettada fövqəladə vəziyyət elan edilib.

Polis hadisə ilə bağlı araşdırma aparır.

Türkiyə konstitusiya dəyişikliyinə gedəcəkmi - Baxçalının təklifi

Politoloq: “Çoxluq Ərdoğanın yenidən prezident olmasına “hə” deyəcəksə...”

Türkiyə və Türk dünyası üçün əvəzsiz lider olan Rəcəb Tayyib Ərdoğanın növbəti prezident seçkisində də iştirakı məsələsi qardaş ölkədə artıq gündəmə gəlib.  Türkiyənin Milliyetçi Hareket Partisinin (MHP) lideri Dövlət Baxçalı deyib ki, Rəcəb Tayyib Ərdoğan yenidən prezident seçilməlidir. 

O, seçki qanunları ilə əlaqədar konstitusiyada dəyişiklik edilməsi barədə çağırış edib: “Rəcəb Tayyib Ərdoğan yenidən prezident seçilməlidir. Bu barədə konstitusiyada dəyişiklik edilməlidir”.

Qeyd edək ki, mövcud Ana Yasaya görə Ərdoğanın növbəti dəfə seçkilərdə namizədliyi irəli sürülə bilməz. Bunun üçün konstitusiya dəyişikliyi təklif olunur. Bəs Türkiyə referenduma gedəcəkmi? Ərdoğana olan baryerin aradan götürülməsi təklifi reallaşa bilərmi?

Sona Əliyeva: “Dünyanın aparıcı dövlətləri Azərbaycanın təcrübəsini  öyrənməyə həvəsli görünürlər” Pravda.az

Sona Əliyeva

Keçmiş deputat, siyasi təhlilçi Sona Əliyeva hesab edir ki, qarşıdakı aylarda Türkiyə üçün çətin dönəm başlayır: “Qardaş ölkənin "dərin dövlət"i Ərdoğanı yenə də hakimiyyətdə saxlamaq istəyir. Amma bu dəfə elə də asan olmayacaq. Türkiyənin demokratik ənənələri buna imkan vermir. Ona görə də dərin dövlətçilər MHP sədri Dövlət Baxçalının dili ilə Türkiyə cəmiyyətində nəbz yoxlaması aparmaq istəyirlər. Hələ ki təpkilər bir qədər enişli-yoxuşludur. Konstitusiya dəyişikliyinə getmək bir qədər riskli görünür. Düşünürəm ki, ən stabil variant Ərdoğanın siyasi varisini hazırlamaqdır. Bu variantda elə MHP sədri Baxçalının da keçid dövrü üçün prezident olması mümkündür. Hətta daha gənc və dinamik variantlar da var. Bunlar İbrahim Kalın və Hakan Fidandır. Hər ikisi dərin dövlətin üzdə görünən simalarıdır. Əgər çoxluq Ərdoğanın yenidən prezident olmasına “hə” deyəcəksə, o zaman Ərdoğanın növbəti dövr üçün yolu açılacaq. Hətta prezidentliyə ən uyğun namizədlərdən biri də əslən azərbaycanlı olan Sinan Oğandır. O da dövlətçi siyasi simalardandır".

Əhəd Məmmədli: “Bu qətliam Rusiya tarixinə bir qara ləkə kimi düşdü”

 Əhəd Məmmədli:

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli: “Türkiyə Konstitusiyasında dəyişikliklər mütləq olmalıdır. Çünki keçmişin qalıqları birdəfəlik götürülməlidir. Real dünya ilə öz çıxarları naminə ayaqlaşmaq lazımdır. Bunun üçün də Türkiyənin müsbətə doğru dəyişilməsi davam etməlidir. O ki qaldı Ərdoğanın yenidən seçilməsinə, əgər adam özünü buna hazır görürsə, niyə də yox?! Xalq yenidən Ərdoğana "hə" deyəcəksə, necə deyərlər - hodri meydan. Türkiyənin Ərdoğanın adı ilə bağlıdır. Bu yüksəlişin davamı üçün də heç şübhəsiz ki, Ərdoğan idarəçiliyi davam etməlidir. Dövlət Baxçalının təklifini yerində olan təklif kimi qəbul edirəm. Türkiyə dövlətinin Ərdoğana hələ ehtiyacı var. Əgər xalqın yenə sənə etimad göstərirsə, deməli, yerində qalıb davam etməlisən".

Politoloq Turan Rzayev çox maraqlı məqamlara toxundu: “Türkiyə Konstitusiyasının dəyişdirilməsi ilə bağlı təkliflər son zamanlar tez-tez dilə gətirilir. Subyektiv görüşüm budur ki, Türkiyə Konstitusiyası dəyişdirilə bilər. Burada hər hansı bir ziddiyyət, ya da rezonans doğuracaq məqam yoxdur. Türkiyənin azadlıq mübarizəsindən sonra müstəqilliyinin ilk zamanlarından qəbul olunan konstitusiyasında ilk dörd maddənin dəyişməz olduğu konkret şəkildə vurğulanır. Bu 4 maddə dəyişməyəcək. Lakin bu 4 maddənin xaricində digər bəndlər dəyişə bilər. 

Politologiya təhsili olmayan birinin "mən politoloqam" deməyə haqqı yoxdur"  - TURAN RZAYEV

Turan Rzayev 

AKP iqtidarı son 10 ildə Türkiyədə ümumi mənada konstitusiya ilə bağlı dəyişikliyə ehtiyacın olduğunu dilə gətirir. Qəribədir ki, bu tələb tamamilə yanlış anlaşılır. Halbuki ən böyük yanlış mövcud Türkiyə Konstitusiyasının Atatürk konstitusiyası olduğu sanılmasıdır. 

Türkiyə Cümhuriyyətinin Konstitusiyası 1924-cü ilin 20 aprel tarixində TBMM-də qəbul edilib. Bununla belə, konstitusiya bir neçə dəfə, özü də qanunsuz şəkildə, xalq iradəsi olmadan dəyişikliyə məruz qalıb. Bu hadisə Türkiyə Silahlı Qüvvələrinin (TSQ) 1960 və 1980-ci illərdə iki hərbi çevrilişindən sonra baş verib.  1971 və 1997-ci illərdə isə TSQ hökumətini istefaya məcbur edib. Mövcud AKP hakimiyyəti əslində bunu əsas gətirərək konstitusiyada dəyişikliyin olmasını təklif edir. Bununla belə, nə olursa olsun, Türkiyə Konstitusiyasının ilk 4 bəndi dəyişdirilə bilməz. AKP istəsə də, istəməsə də bu mümkün deyil. Təəssüf ki, Türkiyə cəmiyyəti yeniliyə açıq deyil. Hətta deyərdim ki, bunu radikal şəkildə reaksiya verir. 

Türkiyə Konstitusiyanın qəbulundan 100 ilə yaxın müddət keçib və təbii olaraq reallıqlar, cəmiyyət, siyasət, həmçinin geosiyasi vəziyyət dəyişib. Dünyada yeni tendensiyalar var. Belə olan təqdirdə Türkiyə Konstitusiyasının dəyişdirilməsi təklifi də başadüşüləndir. Lakin ilk dörd maddə heç bir halda dəyişdirilə bilməz. O ki qaldı Ərdoğanın növbəti dəfə seçkilərdə namizədliyini irəli sürməsinə, onun belə bir niyyəti varsa, hesab edirəm buna nail olacaq. İstisna deyil ki, Türkiyə referenduma gedəcək".

BAŞLANDI! Rusiya miqrantları ölkədən ÇIXARIR, Putinin ƏMRİ işə düşdü

Rusiyaya başqa qitədən işçi qüvvəsi göndərilə bilər.

TASS xəbər verir ki, Rusiyada tikinti sənayesi yüksəliş dövrünü yaşayır və yeni işçilərə ehtiyac var. Miqrantlar üçün qanunvericilik sərtləşir, lakin insan resurslarına ehtiyac aradan qalxmayıb.

Mərkəzi Asiyadan olan (Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Tacikistan) miqrantların əvəzinə Zimbabvedən olan işçilər Rusiyaya gələ bilər. Bu barədə yerli “The Herald” qəzeti respublikanın milli mənzil və sosial xidmətlər naziri Soda Zemu ilə Rusiya Federasiyasının tikinti və mənzil-kommunal təsərrüfat nazirinin müavini Nikita Stasişinin görüşündən sonra məlumat verib.

Zimbabve də Rusiyanın malik olduğu irimiqyaslı mənzil tikintisi təcrübəsini mənimsəməkdə maraqlıdır. Söhbət ilk növbədə sosial mənzillərdən gedir.

Xatırladaq ki, Rusiyada son altı ayda miqrantlarla bağlı qanunvericilik tədricən sərtləşdirilib. İddia edilir ki, miqrantların iştirakı ilə baş verən hadisələrin sayının artması səlahiyyətliləri hərəkətə keçməyə vadar edir.

Belə ki, bundan sonra əcnəbilər ölkəyə gəldikdən sonra bütün biometrik məlumatları bazaya daxil ediləcək. Qeyri-leqal miqrasiyaya görə məsuliyyət xeyli sərtləşdirilib və demək olar ki, hər gün qeyri-leqal immiqrantlar Rusiyanı çox vaxt ailələri ilə birlikdə tərk edirlər. Çox vaxt insanlar Rusiya vətəndaşlığının və yaşayış icazəsinin təmin etdiyi sosial müavinətlər üçün bütün ailələrini buraya gətirirlər.

Trampın Ukrayna ilə bağlı ŞOK PLANI

Trampın yeni administrasiyası Kiyevə silah tədarükü müqabilində ən azı 20 il NATO-ya üzv olmaq planlarından imtina etməyi təklif edə bilər. Bu təklif xüsusilə Ukraynanın mövcud təhlükəsizlik vəziyyətini nəzərə alaraq, ABŞ-ın dəstəyi ilə Kiyevin hərbi imkanlarını gücləndirməyə yönəlmiş bir addım olacaq.

Bu barədə "The Wall Street Journal" (WSJ) məlumat yayıb.

Qeyd olunub ki, plana həmçinin silahsızlaşdırılmış zonanın yaradılması və hazırkı təmas xətti boyunca münaqişənin “dondurulması” daxildir.

Məğlubiyyətə görə Baydeni günahlandırdılar

ABŞ Demokratik Partiyasının bir sıra üzvləri prezident seçkilərində Kamala Harrisin məğlubiyyətində Co Baydeni günahlandırır.

Bu barədə CNN mənbələrə istinadən yazıb.

Belə ki, seçki kampaniyasının yüksək səviyyəli rəsmilərindən biri Baydenin məğlubiyyətə görə məsuliyyət daşıyacağını bildirib.

Qeyd olunur ki, ABŞ Demokratik Partiyasında bir çoxları üçün Baydenin səhvi onun seçkiqabağı vədini yerinə yetirmək və keçid dövrü prezidenti olmaqdansa, ikinci müddətə namizəd olmaq qərarındadır.

Boris Conson efirdən uzaqlaşdırıldı

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson "Unleashed" ("Azad edilmiş") adlı memuarlarını israrla reklam etdiyi üçün ölkənin "Channel 4" telekanalında proqramda iştirakdan kənarlaşdırılıb.

"Bu barədə "Politico" məlumat yayıb.

Qeyd olunur ki, ABŞ-də prezident seçkisinə həsr olunmuş televiziya proqramının başlamasından cəmi bir neçə dəqiqə sonra B.Conson kitabını götürüb, sonra aparıcı ilə söhbətində ona daim istinad edib. Sabiq baş nazir qeyd edib ki, aparıcının Ukrayna və siyasətə qayıtma ehtimalı ilə bağlı verdiyi sualların cavabını onun memuarlarında tapmaq olar.

Aparıcıdan kitabı qırağa qoymağı xahiş etdikdə, Conson imtina edərək deyib:

"Məni dayandırmaq üçün edə biləcəyiniz heç bir şey yoxdur... Kitabımı reklam etmək hüququm var".

Verilişdəki fasilə vaxtı isə B.Conson studiyanı tərk edib və aparıcı onun uzaqlaşdırılmasının səbəbini kitabı haqqında çox danışması ilə izah edib.

Xatırladaq ki, Böyük Britaniyanın keçmiş baş nazirinin "Unleashed" adlı memuarları 2024-cü ilin oktyabrında nəşr olunub. Kitab onun London meri, Britaniyanın Aİ-dən çıxması üçün təşkil edilən kampaniyanın iştirakçısı, krallığın xarici işlər naziri və baş naziri kimi fəaliyyətindən bəhs edir. "The Guardian"ın məlumatına görə, geniş reklam edilən kitab nəşr olunduğu ilk həftədə təxminən 42 min nüsxə satılaraq bestseller olub, lakin növbəti həftədə satışlar 62% azalıb.

Valideynlərə övladlarının qiymətlərinə baxmaq qadağan edildi

Hollandiyada bir məktəb şagird stresini azaltmaq üçün valideynlərə bir semestr ərzində uşaqlarının qiymətlərinə proqramda baxmağı qadağan edib.

Bu barədə "The Guardian" məlumat yayıb.

Onlar hər bir nəticənin paylaşılmasının şagirdlərə əlavə təzyiq göstərdiyini üzə çıxaran araşdırmadan sonra belə bir təcrübə keçirməyə qərar veriblər.

Məktəbin iqtisadiyyat müəllimi Stein Eittenboqaard 500 şagird arasında sorğu keçirib və müəyyən edib ki, valideynlər qiymətləri mütəmadi olaraq yoxlayanda uşaqlar streslərini 5 ballıq sistemdə 2,7 olaraq qiymətləndirilir. Qiymətləri daim yoxlamayanların stress səviyyəsi isə 2 bal olaraq dəyərləndirilib.

Valideynlərin 95%-i eksperiment keçirməyə razılıq verib.(Axşam.az)

Trampdan gözləntiləri: Hansı sürpizlər gözlənilir...

Bu gün dünya sanki bir tikan üstündədir. Əgər dünyanın diqqəti noyabrın 6-dək ABŞ-də kimin prezident seçilməsinə yönəlmişdisə, bu gün Donald Trampın  ABŞ-nin 47-ci prezident seçilməsini elan etməsindən sonra yürüdəcəyi siyasətə yönəlib.

ABŞ-nin bundan sonra xarici siyasəti necə olacaq? Hansı prioritetlər üstünlük təşkil edəcək?

Ümumiyyətlə, Respublikaçılar mühafizəkar siaysətin tərəfdarı olduğu qədər dünyada sərt və müharibə partiyası kimi də qəbul olunur. Tramp isə tamamilə fərqli siyasət yürüdən bir liderdir. Bunu onun ötən dövrdə prezidentliyi müddətində yürütdüyü siyasət sübut edir. Onun siyasəti heç də Respublikaçıların mövqeyi ilə tam üst-üstə düşməyib. Qarşıdakı prezidentliyi dövründə dünya Trampın sürpriz addımları və ya qərarları ilə üzləşəcəyi istisna deyil. 

Seçkinin nəticəsindən ən çox əndişələnən və bundan narahatlıq keçirən ölkələr Çinlə İrandır. 
Tramp hələ seçkiöncəsi vədlərində Çinlə iqtisadiyyatının çökdürülməsi istiqamətində sərt siyasət yürüdəcəyini və Çindən idxal olunan məhsullara rüsumlara 60 faiz əlavə rüsum tətbiq edəcəyini bəyan edib.

İrana gəldikdə isə Tramp seçkiöncəsi təbliğat kampaniyalarında bu ölkəni hədəf seçib. O, hətta seçkiöncəsi təbliğat kampaniyasında İranın onu fiziki cəhətdən yox etmək üçün sui-qəsdlər təşkil etməkdə ittiham edib. Artıq bu bəyanatlar Trampın İrana qarşı hansı mövqe sərgiləcəyinin aydın sübutudur. Tramp hələ ötən prezidentlik dövründə də İrana qarşı sərt mövqe sərgiləyib. Bunun nəticəsi olaraq ABŞ İranla nüvə sazişindən imtina edərək bu ölkəyə qarşı sərt sanksiyalar tətəbiq etməyə başladı.

Digər məqam isə ondan ibarətdir ki, Demokratlardan fərqli olaraq Respublikaçılar İrana qarşı sərt siyasət tərəfdarıdır.  

Trampın İsrailə və ərəb ölkələrinə olan isti münasibəti də onu deməyə əsas verir ki, ABŞ-İran münasibətləri heç də yaxşı olmayacaq.

Trampın prezidentliyi dövründə Yaxın Şərqdə proseslərin yeni bir mərəhləyə qədəm qoyması, bölgənin dizaynı baxımdan və proksi qüvvələrə qarşı daha sərt münasibət bəsləyəcəyindən vəziyyətin gərginləşməsi proqnozlaşdırılır.

Avropa İttifaqına üzv ölkələri, xüsusən də aparıcı ölkələri Trampın prezident seçilməsindən heç də məmnun deyildirlər. Çünki Trampın ötən dövr prezidentliyi dövründə tarixdə ilk dəfə olaraq ABŞ ilə Avropa ölkələri arasındakı gərginlik ən yüksək həddə çatıb. Bu həm özünü NATO çərçivəsində, həm geosiyasi proseslər, həm də iqtisadi əlaqələr məsələsində də özünü açıq şəkildə büruzə verib.

Trampın prezident seçilməsindən ciddi təşviş keçirən ölkələrdən biri də Ukraynadır. Lakin Rusiya-Ukrayna müharibəsində yeni Ağ Ev administrasiyasının Baydendən fərqli siyasət yürüdəcəyi o qədər də inandırıcı deyil. Tramp dövründə hətta Rusiyaya qarşı daha sərt addımlar atıla bilər. Çünki ötən prezidentliyi dövründə Rusiya-Ukrayna münaqişəsi zamanı Moskvaya qarşı sərt sanksiyalar tətbiq edən elə Tramp özü olub.

Trampın yeni hakimiyyəti dövründə miqrantlara qarşı sərt siyasət yürüdəcəyi pronozlaşdırılır. Hansı ki, Tramp bunu seçkiöncəsi vədində də bəyan edib.

Ümumiyyətlə, Trampın prezidentliyi dövründə dünya düzənindəki geosiyasi proseslər yeni bir mərhələyə qədəm qoyur. Bu da özü ilə bir çox gözlənilən və gözlənilməyən sürprizlər vəd edir.

Xəbər lenti