Hizbullahın bir raketini tutmaq İsrailə neçəyə başa gəlir?

Hizbullah tərəfindən buraxılan hər bir pilotsuz uçan aparatının İsrail hava hücumundan müdafiə qüvvələri tərəfindən tutulması təxminən 100 min dollara başa gəlir.

Musavat.com xəbər verir ki, məlumatı “Voll Strit Jurnal” (WSJ) yayıb.

Bildirilib ki, vurulan hər raket İsrail Müdafiə Qüvvələrinə (İDF) bir neçə milyon dollara başa gəlir ki, bu da ölkənin resurslarını tükəndirir.

Yəhudi dövlətinin şimal bölgələrinə edilən son hücum zamanı Livandan 50-yə yaxın raket atılıb. Onlardan bəziləri, İsrail ordusunun mətbuat xidmətinin məlumatına görə, ələ keçirilib.

Mütəxəssislərin qeyd etdiyi kimi, döyüş meydanında dronlardan artan istifadə xərclərin asimmetriyasını üzə çıxarıb: müdafiə hücumdan daha bahalıdır.

Tramp və Harrisin reytinqi açıqlandı

ABŞ-nin 7 “tərəddüd edən” ştatında ölkənin keçmiş Prezidenti Donald Tramp və vitse-prezident Kamala Harrisin seçici reytinqi təxminən eynidir.

Bunu “Bloomberg” agentliyinin sifarişi ilə “Morning Consult”ın keçirdiyi sorğunun nəticələri göstərib.

Qeyd olunur ki, sosioloqlar oktyabrın 16-dan 20-dək Arizona, Viskonsin, Corciya, Miçiqan, Nevada, Pensilvaniya və Şimali Karolina ştatlarından qeydiyyatda olan 5 308 seçici arasında sorğu keçirib. Tədqiqatın xəta səviyyəsi 1 faiz bəndi olub.

Nəticələrə görə, respondentlərin 49,1 %-i Harrisə, 48,5 %-i isə Trampa səs verməyə hazırdır.

Sorğunun nəticələrinə görə, Arizona ştatında Harris 49,1 % səslə liderdir, Tramp 48,8 % səs toplaya bilib. Pensilvaniyada Harris 50 %, Tramp 48,2, Miçiqanda Harris 49,6 %, Tramp 46,5% səs toplayıb. Nevada ştatında da Harris kiçik fərqlə öndədir: 48,3 %-ə qarşı 48,8 %.

Corciyada Tramp 49,9 %, Harris 48,4 % səs toplayıb. Keçmiş prezident həmçinin Şimali Karolina (48,5 %-ə qarşı 49,6 %) və Viskonsində (48 %-ə qarşı 48,3 %) respondentlər arasında daha populyar olub.

Qeyd edək ki, ABŞ-da “tərəddüd edən” ştatlar dedikdə prezident seçkiləri ərəfəsində hər iki əsas partiyanın namizədlərinin təxminən bərabər səviyyədə populyar olduğu ştatlar nəzərdə tutulur. Çox vaxt məhz elə “tərəddüd edən” ştatların seçicilərinin səsləri prezident seçkilərində bu və ya digər namizədin qələbəsini müəyyənləşdirir.(Report)

İlon Mask bunu da etdi: robotlar uşaq doğacaq, qadınlar doğuşda ölməyəcək - FOTO

Dünyanı dəyişdirən texnologiya dahisi, tanınmış milyarder İlon Mask yenidən sərhədləri aşır.

Musavat.com xəbər verir ki, bu dəfə Mask, bir çox ailənin həyatını və qadınların gələcəyini dəyişdirəcək inqilabi bir addım atır. Onun son yeniliyi – robot ana sistemi artıq ictimaiyyətin maraq dairəsindədir. Mask, insan reproduktivliyində köklü dəyişikliklər yaratmaq üçün yeni robot versiyası üzərində işlədiyini elan edib. Bu robot, valideynlərin sperma və yumurta hüceyrələrini alaraq, onları dölləyir və embrionu tam 9 ay müddətində özündə inkişaf etdirir.

Bu texnologiyanın əsas məqsədi, qadınların doğuş zamanı yaşadıqları təhlükələri aradan qaldırmaqdır. Belə ki, hər il minlərlə qadın doğuş prosesində ağırlaşmalar nəticəsində həyatını itirir. Maskın sözlərinə görə, bu robotlar doğuş prosesini qadınlar üçün tamamilə təhlükəsiz hala gətirə bilər. Yeni robot sistemi ilə ailələr, kariyeraları və şəxsi həyatları arasında seçim etməyə məcbur qalmayacaqlar. Robot ana, bu müddət ərzində valideynlərə öz iş həyatlarını davam etdirmək imkanı verəcək.

Bu texnologiya, reproduktiv prosesə dair ənənəvi yanaşmaları sarsıdaraq, yeni bir dövrün başlanğıcını qoyur. Lakin, bu yeniliyin etik tərəfləri də geniş müzakirələrə səbəb olub. Cəmiyyətin müəyyən təbəqələri texnologiyanın insan həyatında bu qədər dərin təsir yaratmasından narahatdır. Digərləri isə qadınların və ailələrin gələcəyi üçün bu yeniliyi müsbət bir addım kimi qiymətləndirir.

İlon Maskınbu yeniliyi dünyada rezonans doğuraraq, reproduktiv texnologiyada inqilabi dəyişikliklərin xəbərçisi ola bilər. Hələ ki, robot ana sisteminin təcrübə mərhələsində olduğu bildirilsə də, bu texnologiyanın bir neçə ildən sonra geniş yayılması gözlənilir.

İlon Mask yenə də sərhədləri aşır və bu dəfə də qadınların gələcəyi üçün tarix yazır!

 

 

 

 
Ankaradakı terrorla bağlı 70 nəfər həbs edildi

TUSAŞ-da terror aktından sonra Ankara və İstanbulda əməliyyatlar keçirilərək onlarla şübhəli saxlanılıb.

Ankara prokurorluğu PKK/KCK-nın təşkilati fəaliyyətində iştirak edən və təşkilatın təbliğatını aparan 33 şübhəli haqqında həbs qərarı çıxarıb.

İstanbulda keçirilən əməliyyatda isə 37 şübhəli saxlanılıb.

Şimali Koreyadan Ukraynaya qarşı müharibə qərarı: 12 min əsgər

Şimali Koreya Rusiyanı Ukrayna müharibəsində dəstəkləyərək 12 min əsgərini Ukrayna ilə sərhədə - Kursk bölgəsinə yerləşdirib.

Bu barədə Ukrayna kəşfiyyatı məlumat yayıb.

Ukrayna kəşfiyyatının məlumatına görə, Rusiyanın şərqində təlim keçən Şimali Koreya ordusu oktyabrın 23-də Kurska gətirilib.

"12 minlik Şimali Koreya ordusunda 500 zabit və 3 general komandanlıq edir. Onlar Rusiyanın 5 hərbi bazasında təlim keçiblər", - məlumatda deyilir.

Şimali Koreyanın Rusiyaya birbaşa canlı qüvvə baxımdan dəstəyindən sonra ABŞ Konqresinin Nümayəndələr Palatası Bayden hökumətini bölgəyə qoşun göndərməyə çağırıb.

ABŞ Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin sədri Mayk Turner X (tvitter) hesabında bununla bağlı paylaşım edərək bildirib ki, Şimali Koreya qoşunları Ukrayna ərazisində hərbi əməliyyatlarda iştirak edərsə, ABŞ hərbi əməliyyatlarda birbaşa iştirak etmək barədə ciddi düşünməlidir.

"Şimali Koreya qoşunları Rusiya ərazisindən Ukraynaya hücum edərsə Ukraynaya cavab vermək üçün Amerika silahlarından istifadə etməsinə icazə verilməlidir",- Turner qeyd edib.

Gülənin dəfnindən qeyri-adi görüntülər: Qonaqlar maskada gəldi, təkbir yasaq edildi, "İncil" oxundu

Türkiyədə terror təşkilatı kimi tanınan FETÖ lideri Fətullah Gülən üçün ABŞ-nin Nyu-Cersi ştatında "Skylands Stadion" idman kompleksində vida mərasimi təşkil edilib. Tədbirə qatılanlar üzlərini gizlətmək üçün papaq, eynək və maskadan istifadə ediblər.

Oxu.az xəbər verir ki, mərasim yeri son ana qədər gizli saxlanılıb: Təşkilat üzvlərinə yalnız tədbirə bir neçə saat qalmış "WhatsApp" vasitəsilə məlumat verilib.

Bildirilir ki, dəvət olunanlardan üzlərini gizlətmək tələb olunub:

"Maska, papaq və eynək taxın. Türkiyə mətbuatı olacaq. Təhlükəsizlik orqanlarının əməkdaşları da olacaq. Stadiona giriş QR-kodladır", - deyə ismarışda bildirilib.

Tədbirlə bağlı yayımlanan kadrlardan aydın olur ki, FETÖ üzvləri deyilənləri ediblər. Sarı gödəkçə geyinmiş bəzi təşkilat üzvləri isə mətbuat nümayəndələrini görəndə üzlərini əlləri ilə gizlədiblər.

Daha bir maraqlı detal mərasimdə təkbir gətirilməsinin ("Allahu Əkbər" deyilməsi) qadağan edilməsi olub. Bunun əvəzində kardinal Gülənin tabutu başında "İncil"dən hissə oxuyub.

İngilis dilində oxunan ayələrin tərcüməsi belədir: "Biz hamımız onun uşaqlarıyıq. O, özünü bizim üçün fəda etdi. Rəbbimiz bu irsin davam etməsini və bütün dünyaya yayılmasını təmin etməyimizi istəyir".

Bununla bağlı kadrlar sosial şəbəkələrdə sürətlə yayılıb.

Bundan başqa mərasimin gizliliyini qorumaq üçün stadionun yerləşdiyi "Essex" bölgəsində yerli vaxtla 10:00-14:00 arası dron uçurmaq qadağan edilib. Həmçinin ABŞ polisləri türkiyəli jurnalistlərin oradan görüntü çəkməsinə mane olub.

Xatırladaq ki, FETÖ lideri oktyabrın 20-də Pensilvaniyada vəfat edib. 83 yaşlı təşkilat lideri aparıldığı xəstəxanada ölüb. O, təşkilatın ABŞ-də qərargah kimi istifadə etdiyi Pensilvaniya ştatındakı malikanənin həyətində dəfn edilib.

 

 

 

 
PKK lideri Abdullah Öcalandan Dövlət Baxçalıya reaksiya

DEM Partiyasının millət vəkili, Abdullah Öcalanın qardaşı oğlu Ömər Öcalan terror təşkilatı PKK-nın lideri, terrorçu Abdullah Öcalanla görüşdüyünü açıqlayıb.

Ömər Öcalanın sözlərinə görə, bu, bir ailə görüşü olsa da, təbii ki, MHP lideri Dövlət Baxçalının "silahları buraxın" çağırışını da müzakirə ediblər.

Görüşdə ümumi siyasi proseslərlə bağlı qiymətləndirmələr aparan Abdullah Öcalan bu mesajın ictimaiyyətə çatdırılmasını istəyib: “Təcrid davam edir. Əgər şərait yaranarsa, mənim bu prosesi münaqişə, zorakılıq zəminindən hüquqi və siyasi zəminə daşımaq üçün nəzəri və praktiki gücüm var”.

İsrail İrana hücum planını təsdiqlədi

İsrailin müdafiə naziri Yoav Gallant və Baş Qərargah rəisi Herzi Halevinin İrana hücum planını təsdiqləyib.

İrailin dövlət televiziyası KAN xəbər verir ki, hücum tarixi ilə bağlı İsrail hökumətinin qərarı və təsdiqinin gözlənildiyi bildirilib.

Adı açıqlanmayan rəsmi İsrailin hücum üçün uyğun vaxtı seçəcəyini deyib.

Putini həbs etmədiyi üçün BCM bu ölkəni cəzalandırır

Beynəlxalq Cinayət Məhkəməsi üzv dövlət Monqolustanı keçən ay Rusiya Prezidenti Vladimir Putini bu ölkəyə səfəri zamanı həbs etməməkdə günahlandırıb və işi əlavə tədbirlər görülməsi üçün təqdim edib.

Bu barədə AFP məlumat yayıb.

“Beynəlxalq Cinayət Məhkəməsi hesab edir ki, cənab Putini öz ərazisində olarkən həbs edib, məhkəməyə təhvil verməməklə Monqolustan məhkəmənin əməkdaşlıq tələbini yerinə yetirməyib”, - BCM-in bəyanatında deyilir.

Qeyd edilib ki, məhkəmənin yurisdiksiyasını qəbul edən üzv ölkələr rəsmi statusundan və vətəndaşlığından asılı olmayaraq, BCM-nin həbs orderi çıxardığı şəxsləri həbs etməli və təxliyə etməlidir:

“Monqolustanın BCM ilə əməkdaşlıqdan imtinasının ciddiliyini nəzərə alaraq, Palata məsələnin İştirakçı Dövlətlərin Assambleyasına göndərilməsini zəruri hesab edib".

Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsi 2023-cü ilin martında Putinin həbsinə order verib. Putin ötən ay Monqolustana səfər edib. Monqolustan Roma Statutunu ratifikasiya etsə də, Putinin həbsi tələbindən imtina edib.(Axar.az )

Fransa müstəmləkəçiliyinin QURBANLARI – Repressiyaya məruz qalan kaledoniyalı fəallarla bağlı DƏHŞƏTLİ FAKTLAR – FOTO

Fransa tarixinin eniş və ən rəzil dövrünü yaşayır. Bu siyasətin müəllifləri Emmanuel Makron və onun komandası olsa da, səbəblər çox dərin keçmişə gedib çıxır. Çünki bu dövlət bütün zamanlarda öz xoşbəxtliyini başqalarının bədbəxtçiliyi üzərində qurub. Amma informasiya qıtlığı, müəyyən siyasi reallıqlar və digər səbəblərə görə Fransa çirkin üzünü uzun müddət sivilizasiyadan gizlətməyi bacarıb.

Amma bu gün mənzərə tam fərqlidir. Ona görə də Fransanın bir dövlət kimi yürütdüyü siyasi kursun mahiyyətini faktlarla ifşa etmək daha asandır.

Fransa niyə sivilizasiyanın qınaq obyekti olub?

Bunun bir çox səbəbləri var. Amma əsas səbəb Fransanın hələ də işğalçı ölkə olaraq qalmasıdır. XXI əsrin birinci rübünün başa çatmaqda olduğu bir vaxtda Fransa hələ də özünün bədnam işğalçılıq siyasətindən əl çəkmir. Martinika, Qayana, Yeni Kaledoniya, Solomon və digər adalar hələ də Fransanın müstəmləkəsi altındadır.


Dünyaya ədalətdən, insan haqlarından dərs deməyə çalışan rəsmi Paris hələ də ada dövlətlərində yaşayan milyonlarla insanların hüquq və azadlıqlarını ən kobud şəkildə pozur. Təkcə bu ilin may ayından bu yana ada dövlətlərində, xüsusən də Yeni Kaledoniyada törədilən cinayətləri göz önünə gətirmək Fransanın nə qədər qaniçən və şovinist bir ölkə olduğunu görməyə kifayət edir.

170 il davam edən işğal

Fransızlar Yeni Kaledoniyanı 1853-cü ildə işğal ediblər. III Napoleon ərazini imperiyanın bir hissəsi elan etdikdən sonra adanı cəzaçəkmə koloniyasına çevirib. Artıq 170 ildir ki, Fransa bu ada dövlətinin maddi-mənəvi sərvətlərini vəhşicəsinə talan edir.

Hazırda Yeni Kaledoniyada 270 min nəfər yaşayır. Onlar əksər hüquq və azadlıqlardan məhrumdurlar. Zaman-zaman yerli sakinlər rəsmi Parisin neokolonializm siyasətinə qarşı çıxış ediblər. Lakin hər dəfə Fransa ordusunun süngüləri ilə etirazlar yatırılıb. Sonuncu dəfə isə bu ilin may ayında Yeni Kaledoniya əhalisi müstəqillik arzusu ilə ayağa qalxdı. Lakin bu dəfə də Fransa etirazların qarşısını zor gücü ilə aldı.

Etirazçıları dağıtmaq üçün rəsmi Paris əraziyə qoşun yeritdi. Nəticədə, Yeni Kaledoniyanın paytaxtı Noumea şəhərində 140 nəfər etirazçı həbs edildi. İğtişaşlar zamanı 3 yerli gənc həlak oldu. Yüzlərlə dinc sakin yaralandı və onlarla ev, ticarət mərkəzləri yandırıldı.

Etirazlar iyun ayında da davam etdi.

Nəticədə, iyunun 12-də Yeni Kaledoniyada çox mübahisəli seçki islahatları pozuldu. Amma bu uğur kanaklar üçün itkisiz başa gəlmədi. Son zorakılıq hadisələri nəticəsində azı 7 nəfər yerli sakin öldü, 370-dən çox insan yaralandı. Bununla belə Makronun bədnam planı pozuldu. Əgər seçki qaydalarına dəyişikliklər qəbul edilsəydi, ən azı 10 il ada dövlətində yaşayan Fransa vətəndaşları yerli seçkilərdə iştirak edə və səs verə bilərdilər. Bu isə arxipelaqın sakinlərinin gələcəkdə səslərinin oğurlanması ilə nəticələnə bilərdi.

Fransa ada dövlətində öz vəhşiliklərini bu gün də davam etdirir.

Ən pisi də odur ki, iğtişaşlar zamanı ölən fəallar barədə heç bir təhqiqat aparılmır, cinayətkarlar cəzalandırmır. Əksinə, yeni kaledoniyalı siyasi fəallara qarşı repressiya siyasəti davam etdirilir. Təkcə bu il 2 kaledoniyalı fəal öldürülüb, 8 nəfər isə həbs olunaraq, Fransaya aparılıb.

Roç Vamytan

Roç Vamytan 13 dekabr 1950-ci ildə anadan olub. O, Yeni Kaledoniyadan olan Kanak siyasətçisidir. Vamytan uzun illərdir ki, Kanak xalqının azadlığı uğrunda mübarizə aparırdı. Xüsusilə, son 10 ildə daha fəal iş görürdü. O həm də 2019-cu ilin may ayından Yeni Kaledoniya Konqresinin prezidenti vəzifəsində çalışırdı. Vamytan həmçinin Kanak və Sosialist Milli Azadlıq Cəbhəsinin prezidenti idi.

O, bu ilin may-iyun aylarında baş verən iğtişaşlarda ən fəallardan idi. Lakin fransız cəlladları onun mübarizəsinə ölümlə son qoymaq istədilər və Vamytanı qətlə yetirdilər.

Nasaie Daoukan


Nasaie Daoukan cəmi 17 yaşı vardı. 15 may 2024-cü ildə Dukosda Yeni Kaledoniyada Fransa polisi tərəfindən öldürüldü. Çətin günlərdə xalqı ilə bir yerdə olmaq istəyən gənc qız həyatının bahar çağında düşmən gülləsi ilə həyatını itirdi.

Kristian Tea

Azadlıq aşiqi Kristian Tea 1968-ci ildə anadan olub. O siyasi fəaliyyəti dövründə Kanak və Sosialist Milli Azadlıq Cəbhəsinin (FLNKS) tərkib hissəsi olan Kaledoniya İttifaqının baş katibinin müavini, sonra siyasi komissar vəzifəsini tutub. Eyni zamanda, o Koordinasiya Mərkəzinin sözçüsüdür. Artıq neçə aydır ki, Tea haqsız yerə həbs həyatı yaşayır.

Brenda Hanthipe Vanabo

Brenda Hanthipe Vanabo Yeni Kaledoniyanın Populyar Nəşrlər Assosiasiyasının prezidentidir. Vanabo təkcə jurnalist kimi gördükləri vəhşilikləri yazmır, həm də Yeni Kaledoniya həqiqətlərini dünyaya yayır. O bir çox Beynəlxalq tədbirlərdə iştirak edib, Fransa müstəmləkəçiliyini davamlı şəkildə ifşa edib. Nəticədə, Fransa repressiyalarının hədəfinə tuş gələn Vanabo həbs olunaraq Fransaya aparılıb.

Adları çəkilən şəxslərdən əlavə,Frederique Muliava, Guillaume Vama, Joël Tjibaou, Yewa Waetheane, Steeve Unë, Qenegei Dimitri də Fransa repressiyalarının qurbanları olublar.
Fransanın gizlətməyə çalışdığı faktlar

Avropa və beynəlxalq aləm qarşısında hər zaman maskalanan Fransanın əsl siması getdikcə ifşa olunur. Bəlli olur ki, Fransa heç də təqdim edilən kimi sivil, azad və demokratik ölkə deyilmiş. Rəsmi Paris nəinki, öz müstəmləkəsində olan insanlara, hətta Fransa vətəndaşlarına qarşı amansız və vəhşi olub.

Ən dəhşətlisi də odur ki, Fransa hökuməti öz xalqına qarşı da getdikcə daha amansız olur. Belə ki, son illərdə ölkələrdə bir sıra səbəblərə görə vətəndaşların hüquq və azadlıqları cilovlanır. Həyatın bütün sahələrində diktatura rejimi bərqərar olunur.

Beynəlxalq ekspertlərin rəyinə görə, KİV-lərə nəzarət əhəmiyyətli dərəcədə güclənir. Mətbuata senzura elementləri tətbiq edilir, “yalan” xəbərlərə qarşı mübarizə adı altında mətbauta və QHT-lərə hücumlar təşkil edilir. Əmək qaydaları getdikcə sərtləşdirilir və sosial qanunvericilik arxa plana keçir. Klassik insan hüquqları doktrinası ləğv edlərək yalançı mütərəqqi (sol-liberal) ideologiya bütün sahələrə sirayət edir. Yerli əhalinin ənənəvi dəyərlərinə və hüquqlarına isə ziyan vurulur.

Fransız cəmiyyəti durmadan tənəzzülə uğrayır.

Fransada insanlar etnik mənsubiyyətinə, dininə və ya irqinə görə təqib olunur. Etnik azlıqlar və yerli aborigen xalqlara qarşı nifrət gücləndirilir. Bu səbəbdən də beynəlxalq hesabatlarda Fransa ilə bağlı iyrənc faktlara daha çox rast gəlinir. BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması Komitəsinin, BMT-nin İnsan Hüquqları Komitəsinin və BMT-nin İşgəncələrə Qarşı Komitəsinin hazırladıqları son hesabatlardan aydın görünür ki, Fransada irqçi və ksenofobik mesajlar getdikcə daha çox və sərt şəkildə səslənir. Digər xalqların nümayəndələrinə qarşı zorakılıq halları da çoxalır. Etnik azlıqlara, xüsusilə afrikalılara,ərəblər, qaraçılar və hətta turistlərə qarşı qızışdırıcı çağırışlar edilir.

Bütün bunlarsa onu göstərir ki, fransız eqosu Fransanı içəridən parçalayır. Özlərini “ari” hesab edən fransız millətçiləri digər xalqlara qarşı kin və nifrət püskürürlər. Bu isə yüksək dəyərlərdən danışan ölkənin iddiaları ilə bir araya sığmır, sığa da bilməz...//Bizim.Media

 

Xəbər lenti