bu-istiqametlerde-elave-reysler-teyin-edildi

“Azərbaycan Dəmir Yolları” QSC Bakı-Ağstafa-Bakı marşrutuna artan sərnişin tələbatını təmin etmək məqsədilə bu xətt üzrə 31 may və 1 iyun tarixlərində əlavə qatar reysləri təyin edir.

“Yol-xeber.az” xəbər verir ki, bu barədə ADY məlumat yayıb. 

Bildirilib ki, eyni zamanda, Bakı-Ağstafa-Bakı qatarları ilə ənənəvi qrafiklə hər gün hər iki istiqamətə səfər etmək mümkündür.  

Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, ADY-nin saytından (www.ady.az), “ADY Mobile” tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz.

Xəbər lenti