meni-rahat-burax-ugursuz-bedbext

Xəbər verdiyimiz kimi​, Fransa Prezidenti Emmanuel Makron həyat yoldaşı Bricit Makron tərəfindən şillə ilə vurulub.

“The New York Post” qəzeti Fransa Prezidentinin arvadı ilə mübahisəsindən yazıb.

Mənbənin məlumatına görə, Bricit ərinə şillə vurandan sonra Makron vəziyyəti düzəltməyə çalışsa da, bu mümkün olmayıb. Şillədən sonra vəziyyət yenidən gərginləşib.

Belə ki, hadisədən sonra təyyarədən enərkən Makron Bricitə nəzakətlə əl uzadıb, lakin xanımı onun jestini rədd edib və məhəccərdən yapışıb.

Nəşr yazır ki, Bricit ərinin qulağına bu sözləri deyib: “Məni rahat burax, uğursuz bədbəxt”.

Makron isə vəziyyəti düzəltməyə çalışaraq “Gəl bir də cəhd edək, xahiş edirəm”, - deyib. Lakin Bricit ona soyuq və qısa olaraq “yox” cavabını verib.

Xəbər lenti