nazirlik-ehaliye-muraciet-etdi

Fövqəladə Hallar Nazirliyi (FHN) meşələrin yanğın təhlükəsizliyinə dair əhaliyə müraciət edib.

“Qafqazinfo” xəbər verir ki, müraciətdə deyilir:

“Qarşıdan yay fəslinin gəlməsi ilə əlaqədar havanın temperaturunun tədricən yüksəlməsi fonunda istirahət üçün meşə və meşəətrafı ərazilərə üz tutan vətəndaşların sayında kütləvi artım qeydə alınır. Bu isə müxtəlif səbəblərdən meşələrdə yanğınların baş vermə riskini xeyli artırır.

Belə ki, FHN tərəfindən ötən illər meşə və meşəətrafı ərazilərdə baş vermiş yanğınların səbəblərinin araşdırmalarının təhlili nəticəsində müəyyən edilib ki, meşə yanğınları əsasən bəzi vətəndaşların ən sadə yanğın təhlükəsizliyi qaydalarına etinasız münasibəti və ya məsuliyyətsiz davranışlarından törənmişdir. Nəzərə almaq lazımdır ki, ən kiçik ehtiyatsızlıq belə meşə sahələri, flora və fauna, ümumilikdə ətraf mühit və son nəticədə cəmiyyət üçün ağır fəsadlarla nəticələnə bilər.

Qeyd olunanları nəzərə alaraq, nazirlik əhaliyə, o cümlədən meşə sahələrinə yaxın ərazilərdə yaşayan, təbiət qoynunda istirahətə yollanan vətəndaşlara müraciət edərək onları yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə çağırır.

Belə ki, meşədə tonqal yalnız xüsusi ayrılmış yerlərdə qalanmalı, bunun üçün ağac altı, quru ot və kol-kos, ağac qırıntıları olan ərazi seçilməməli, tonqalın ətrafındakı otlar 0,5-1 metr radiusda təmizlənməlidir. Qalanmış tonqal nəzarətsiz qalmamalı və ərazi tərk edilərkən tam söndürülməlidir. Küləkli havada tonqal qalamaq qadağandır. Unutmaq olmaz ki, tam söndürülməmiş siqaret kötüyü və kibrit çöpünün, şüşə əşyaların və yanar mayelərlə islanmış materialların ətrafa atılması yanğın təhlükəsi yaradır.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!”

 

 

 
 
 
31 May 2025 Bir qrup keçmiş məcburi köçkün Laçının Bəylik kəndinə yola salındı - FOTOLAR
30 May 2025 Qatarda ödəniş etmədən gedən sərnişinlər cərimələnəcək
30 May 2025 Sabah yay havası olacaq - 36° isti
29 May 2025 Azad olunmuş torpaqlara köç artır - Bu il geri dönüşdə rekord qeydə alınıb
29 May 2025 Sabah 33° isti olacaq
29 May 2025 Bu siniflər də liseylərə imtahan verə biləcək - Qadağa ləğv olundu
29 May 2025 Laçın rayonunun Bəylik kəndinə növbəti köç karvanı yola salındı
29 May 2025 Əhaliyə XƏBƏRDARLIQ - Rekord istilər OLACAQ
28 May 2025 Laçında dəfn mərasimlərinə icazə verildi
27 May 2025 Ölən şəxsin əmlakı kimə qalmalıdır?
27 May 2025 Sabah 33 dərəcə isti olacaq
27 May 2025 Nazir elmə və təhsilə az vəsaitin ayrılmasının səbəblərini açıqladı
27 May 2025 Media subyektlərinə dəstək müsabiqəsi qaydalarında DƏYİŞİKLİK
27 May 2025 Qarabağ Universitetinə ayrılan vəsait MƏBLƏĞİ
27 May 2025 Şirkət rəhbərinin Azərbaycandan çıxışına "stop" qoyuldu
26 May 2025 Sabah 32 dərəcə isti olacaq
26 May 2025 Bu imtahan üçün 40 manat ödəməlisiniz - Qeydiyyat başladı
26 May 2025 Bu il Məhərrəm ayı nə vaxt başlayır? - FOTO
26 May 2025 Eldar Abbasov: 28 May - milli azadlıq arzularımızın reallaşdığı gün
26 May 2025 Vahid Muradov: “Azərbaycanın Müstəqillik Salnaməsi: 28 Mayın Tarixi Dəyəri və Zəfərlə Taclanan Milli İradə”

Xəbər lenti