Milli Məclisin yaz sessiyasının son iclası işinə başlayıb - 10 məsələ

Milli Məclisin yaz sessiyasının son iclasının gündəliyinə on məsələ daxil edilib.

Deputatlar plenar iclasda aşağıdakı məsələri müzakirə edəcəklər:

1. Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2024-cü ildə fəaliyyəti haqqında məlumatı.
2. “Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsi (üçüncü oxunuş).
3. “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.
4. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).
5. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).
6. Azərbaycan Respublikasının Əmək Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).
7. “Pasportlar haqqında” və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).
8. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).
9. “İcra məmurları haqqında”, “İcra haqqında” və “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
10. Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” və “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi müzakirə olunaraq qəbul ediləcək.

30 May 2025 Prezidentə təbriklər gəlir - YeniIənir
30 May 2025 Azərbaycan və Çin vətəndaşları vizadan qarşılıqlı azad ediləcək
30 May 2025 Prezident Böyük Qayıdışla bağlı sərəncam imzaladı
30 May 2025 Milli Məclisdən Prezident və xanımına təbrik
30 May 2025 Prezident qəbul keçirdi - Fotolar
30 May 2025 ABŞ nümayəndə heyəti Azərbaycanda səfərdədir
30 May 2025 ABŞ Qafqazda yenə Rusiya ilə savaşa başlayır: Azərbaycan hər iki nəhəngin məğlub olmasında maraqlıdır
29 May 2025 Azərbaycan Pakistandan aldığı qırıcıların sayını 16-dan 40-a yüksəldib – “Arab News”
29 May 2025 İlham Əliyev Trampın məktubunu yüksək qiymətləndirib
29 May 2025 Prezident BƏƏ-nin iş adamlarını qəbul etdi - Fotolar
29 May 2025 Laçında Prezidenti kövrəldən ifa - Video
29 May 2025 İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
29 May 2025 Laçın görüşü kimləri qorxuya saldı? - Elan edildi, yola çıxılır
28 May 2025 Laçında bayram ab-havası... - Video + Fotolar
28 May 2025 Laçında Azərbaycan, Türkiyə və Pakistan Zirvə görüşü keçirildi - Yenilənir
28 May 2025 Ərdoğanın təyyarəsi Laçın aeroportuna eniş etdi - Video
28 May 2025 Mehriban Əliyevadan Müstəqillik Günü təbriki - Foto
28 May 2025 Azərbaycanda Müstəqillik Günüdür
27 May 2025 Prezident Şahbaz Şəriflə Laçında nahar masasında - Fotolar+Video
27 May 2025 Bu da Laçın kanatı - Fotolar+Video

Xəbər lenti