|
Menbiçdən terrorçuların təmizlənməsi kifayət deyil.
Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu danışıb.
“Terrorçuların təkcə Menbiçdən deyil, Fəratın şərqindən də təmizlənməsi lazımdır. ABŞ-ın öhdəliyi bu terrorçuları təmizləməkdir. ABŞ terrorçulara çox böyük dəstək verdi. Pompeo ilə ikitərəfli problemlər barədə danışacağıq. Menbiç barədə ABŞ-da hər hansı bir axsama hiss etsək, əvvəlki vəziyyətə qayıdarıq. Ya siz təmizləyin, ya da biz təmizləyərik”, - Çavuşoğlu bildirib.