|
Pakistanın keçmiş baş naziri Nəvaz Şərif və qızı Məryəm Lahor hava limanında saxlanılıb.
Axar.az xəbər verir ki, bu barədə Pakistan mətbuatı məlumat yayıb. Mətbuat Şərifin Lahora Əbu-Dabidən uçduğunu bildirib.
Qeyd edək ki, Şərif bundan öncə korrupsiyada ittiham olunaraq 10 il, qızı isə 7 il həbs cəzasına məhkum edilib. İndiyə qədər Londonda olan Şərif dünən ölkəyə qayıtmaq qərarına gəlib.