|
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 15 iyulda Demokratiya və Milli Birlik Günündə "Şəhidlər" körpüsündə keçiriləcək yürüşə qatılacaq.
Axar.az xəbər verir ki, Ərdoğan yürüşdən sonra şəhidlərin abidəsini ziyarət edəcək.
Ərdoğanın xalqa müraciət etməsi gözlənilir.
Qeyd edək ki, 15 iyul tarixi Türkiyədə çevrilişə cəhd günüdür.