|
Kərkükdə neft hasilatı çox aşağı olduğu üçün İrana ixracat dayandırılıb.
İraq Neft Nazirliyinin sözçüsü Asim Cihad deyib.
"Kərkük neftindən daxili bazarda istifadə olunacaq. Hələ ki, neft hasilatını artırmaqla bağlı qərar verilməyib. Daha əvvəl imzalanmış razılaşmaya əsasən, İrana hər gün 30 barrel neft göndərilirdi. Lakin hazırda bu, mümkün deyil", - sözçü bildirib.