|
ABŞ Prezidenti Donald Trampla rusiyalı həmkarı Vladimir Putin ilk olaraq təkbətək görüş keçirəcək.
Axar.az xəbər verir ki, bu sözləri Putinin köməkçisi Yuri Uşakov deyib.
"Əvvəlcə, təkbətək görüşdə yalnız tərcüməçilər iştirak edəcək. Ardınca heyət üzvlərindən bəzilərinin iştirakı ilə işgüzar nahar baş tutacaq. Daha sonra media konfransı olacaq”, - Uşakov bildirib.
Putinin yardımçısı qeyd edib ki, liderlər ilk dəfə əhatəli görüş keçirəcək.
Qeyd edək ki, görüş Helsinkidə 16 iyulda baş tutacaq.