|
Dəməşq və onun müttəfiqləri bütün Suriya ərazisini terrorçulardan təmizləyəcəklər.
Axar.az xəbər verir ki, bu sözləri Suriya lideri Bəşər Əsəd deyib.
“Ekstermist qruplaşmaların məhv edilməsi siyasi nəticələr əldə etmək üçün uyğun platforma yaradır. Xarici müdaxilələr və ön şərtlər olmadan bu platforma müharibənin sonunu gətirə bilər”, - deyə dövlət başçısı bildirib.