|
Son günlər türk əsgərlərinin PKK-ya qarşı keçirdiyi uğurlu əməliyyatlar terror təşkilatını təşvişə salıb.
Axar.az xəbər verir ki, uzun müddətdir axtarışda olan terrorçu liderlərin məhv edilməsi PKK rəhbərliyini və üzvlərini ciddi şəkildə narahat edib. Bunu terrorçuların öz aralarında baş tutan danışıqlarda da görmək olur.
Belə ki, terrorçulardan biri danışıqlar zamanı digərinə "yaralımız var, türk əsgəri hər yeri tutub, ölürük" deyib. Digər terrorçu da öz bölgələrində vəziyyətin buna bənzər olduğunu bildirib.
Ordunun əməliyyatlarından xilas olmaq istəyən PKK-çıların bölgədən qaça bilmək üçün türk əsgərlərinin hərbi geyiminə oxşar bir forma geyindikləri üzə çıxıb. Lakin bu hiylə də onları sarsıdıcı zərbədən xilas etməyib.
Əməliyyatlarda "Aras", "Tariq", "Kava", "Sojer" kod adlı terrorçular məhv edilib.