|
2016-cı ildə iyulun 15-də 251 qardaşımızı şəhid verdik.
15 iyul bizim milli dastanımızdır. Xəyanət şəbəkəsi onlara xidmət edən hər şeyi mübah görüb dinimizi belə istismar etdi. Halbuki bu adamlar nə müsalman idilər, nə də islama bağlılıqları vardı.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Ərkan Özoral 15 iyul hadisələrinin ikinci ildönümü ilə əlaqədar keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, həmin gecə türk milləti demokratiyaya sahib çıxdı:
"Bütün dünyaya bir daha sübut elədi ki, bu dövləti şərəfsizlərə əsla buraxmarıq. Millətimiz dövlətimizə sonsuza qədər sahib çıxacaq. Mən şəhidlərdən Mahmud Coşqunsu barədə bir məqamı vurğulamaq istərdim. Onun həyat yoldaşı Nigar xanım azərbaycanlıdır. Mahmud Coşqunsunun Türkiyə uğrunda canından keçməsi bir millət iki dövlət olduğumuza örnəkdir. Sevincimiz də, kədərimiz də birdir. Bu günlərdə islama heç bir aidiyyəti olmayan bəzi faktorlar Azərbaycanda 15 iyulda olduğutək oyun qurmağa çalışdılar. Bu şərəfsiz şəbəkələr bilməlidirlər ki, Türkiyə də, Azərbaycan da onları əzib yox edəcək gücdədir. Bizlər bu xainlərin, FETÖ şərəfsizlər sürüsünün necə yox olacağını yaxın zamanda görəcəyik".