|
Şərq Tərəfdaşlığına üzv ölkələrin hamısı ilə danışıqlarda irəlləyiş əldə olunub.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Avropa Birliyinin Baş diplomatı Federika Moqerini deyib.
“Altı ölkənin hamısı ilə irəliyə addım atmışıq. Bu ölkələrlə işimiz təkcə onların özü üçün yox, həm də bizim üçün vacibdir. Oktyabrda Şərq Tərəfdaşlığı üzrə olan partnyorlarımızla nazirlik səviyyəsində görüş hazırlayırıq. Beləliklə, bizim bizim üçün fövqəladə dərəcədə vacib olan tərəfdaşlarımıza dəstəklə bağlı diskussiyalarımız olacaq” – deyə o bildirib.
Qeyd edək ki, Şərq Tərəfdaşlığına Azərbaycan, Ermənistan, Gürcüstan, Ukrayna, Moldova və Belarus üzvdür.