|
Avropa Birliyi və Çin İranla nüvə razılaşmasının qorunub saxlanılmasının tərəfdarıdır.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Avropa Şurasının rəhbəri Donald Tusk deyib. O, bu razılaşmanın ləğvinin AB və Çinin maraqlarına uyğun gəlmədiyini bildirib.
Tusk həmçinin Rusiya, ABŞ və Çini Ümumdünya Ticarət Təşkilatında tezliklə reformalara başlamağa çağırıb:
“Dünya nizamının qorunması bizim ümumi məsuliyyətimizdir. Xüsusilə bu, Avropa, Çin, ABŞ və Rusiyanın məsuliyyətidir. Biz mövcud olan nizamı dağıtmamalı, əksinə, onu yaxşılaşdırmalı, ticarət müharibələri başlatmamalıyıq”.
Qeyd edək ki, Pekində AB-Çin sammiti başlayıb. Bu, tərəflər arasında bu formatda keçirilən 20-ci sammitdir.