|
İranın neft ixracını sıfıra endirmək istəyirik.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ Maliyyə naziri Stiven Mnuçin deyib.
“Bir sıra ölkələrdə bunu bir günə etmək mümkün olmur, ona görə də biz onlara istisnalar edəcəyik” – deyə o bildirib.
Qeyd edək ki, ABŞ bundan öncə AB şirkətlərinə İran məsələsində güzəştlər etməyəcəyini bildirmişdi.